Мә’сумларын нурлу кәламларындан 500 һәдис
21
Hədis 83: Həzrət Məhəmməd (s) buyurur:
“İslamın zirvəsi Allah yolunda cihaddır ki, yalnız ən
üstün müsəlmanlar bu zirvəyə yetişərlər.”
* * *
Hədis 84: Həzrət Məhəmməd (s) buyurur:
“Günahdan tövbə edən şəxs günah etməmiş
kimidir.”
* * *
Hədis 85: Həzrət Məhəmməd (s) buyurur:
“Günahdan tövbə etdiyi halda, onu təkrarlayan şəxs
Allahı məsxərə etmiş kimidir.”
* * *
Hədis 86: Həzrət Məhəmməd (s) buyurur: “Dünya
sevgisi bütün xataların başlanğıcıdır.”
* * *
Hədis 87: Həzrət Məhəmməd (s) buyurur:
“Dünyan üçün elə çalış ki,
sanki həmişə
yaşayacaqsan. Axirətin üçün isə elə çalış ki, sanki
sabah öləcəksən.”
* * *
Hədis 88: Həzrət Məhəmməd (s) buyurur: “Adəm
övladının xatalarının çoxu dilindədir.”
* * *
Hədis 89: Həzrət Məhəmməd (s) buyurur:
“Mö`mini
şad edən məni şad etmiş, məni şad edən
isə Allahı şad etmişdir.”
* * *
Hədis 90: Həzrət Məhəmməd (s) buyurur:
“Müsəlmana hiylə quran bizdən deyildir.”
* * *