32
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015
Təhsil təşəbbüsləri
Geniş çeşidli müxtəlif təhsil təşəbbüslərində
iştirakımızda məqsəd Azərbaycanda neft-qaz
sənayesinə dəstək vermək üçün yerli potensialın
yaradılmasıdır.
Azərbaycan neft və qaz təqaüd proqramı
BP və tərəfdaşlarının maliyyələşdirdiyi bu təqaüd
proqramı azərbaycanlı tələbələrə Türkiyə və
Azərbaycan universitetlərində mühəndislik və
yerşünaslıq elmləri sahəsində bakalavr və magistr
təhsili almaq imkanı yaradır. 2015-ci ildə əvvəlki
illərdə seçilmiş və hazırda təhsil alan tələbələr
üçün təqaüd verməyə davam etdik. Bu təqaüdün
məbləği 462000 dollara yaxın oldu.
2015-ci ildə dörd belə tələbəni məzunların
işəqəbulu proqramı çərçivəsində işə götürdük,
digər dörd tələbə isə yay təcrübəsi proqramımıza
qəbul edildi.
BP-nin təqaüd proqramı
Azərbaycanda neft-qaz ixtisasları ilə əlaqədar
sahələr üzrə təhsil alan universitet tələbələrinə
2007-ci ildən təqaüd veririk. Bu, tələbələrə
BP-nin maliyyələşdirdiyi 10-aylıq təlim kursu
vasitəsilə texniki sahə üzrə ingilis dili vərdişlərini
təkmilləşdirməyə imkan verir. 2015-ci ildə
universitetə qəbul olunarkən yüksək nəticə
göstərmiş əvvəlki ilin 12 təqaüdçüsü üçün kursu
bir il artırmağı təklif etdik. 2015-ci ildə təqaüdlərin
ümumi məbləği 17113 dollar oldu.
Layihələri İdarəetmə Məktəbi
BP və tərəfdaşlarının 2010-cu ildə təsis
etdikləri Layihələri İdarəetmə Məktəbi (LİM)
Azərbaycanın həm özəl, həm də dövlət
sektorunda işləyən mütəxəssisləri üçün qlobal
səviyyədə tanınan müfəssəl bir proqram üzrə
təhsil almaq imkanı yaratmaqda davam edir.
2015-ci ilin sonunadək LİM-də 114 özəl və dövlət
təşkilatından təxminən 325 nəfər iştirak etdi.
Dekabrda proqramın dördüncü buraxılışını
keçirdik. Corc Vaşinqton Universitetinin dinləyici
sertifikatını almış ümumilikdə 312 məzundan 282
nəfəri həm də magistr sertifikatına layiq görüldü.
LİM layihənin idarə olunması üzrə qlobal təlim
təşkilatı olan “ESI International” tərəfindən
Xəzər Universiteti ilə əməkdaşlıq çərçivəsində
həyata keçirilir. Bütövlükdə LİM üzrə BP və
tərəfdaşlarının maliyyə sərmayəsi 2 milyon
dollardan artıqdır ki, bunun 558248 dolları 2015-ci
ildə xərclənib.
İcmalar üçün peşə təlimi
2014-cü ilin sentyabr ayında BP öz tərəfdaşları
adından yerli işçi qüvvəsinin təlim keçməsinə
yardım etmək üçün Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti (SOCAR) ilə saziş imzaladı. Bu
saziş çərçivəsində Qaradağ rayonunun Səngəçal
terminalına qonşu yaşayış məntəqələrindən
seçilmiş 79 nəfər gənc, ixtisaslaşmış texnik
olmaq üçün SOCAR-ın Qobustan Regional Təlim
Mərkəzində təlim keçdi. Layihənin ümumi büdcəsi
624 000 dollardan artıqdır.
Qafqaz Universiteti layihəsi
Azərbaycanda mühəndislik sahəsi üzrə yerli
mütəxəssislərin inkişafına dəstək üçün Qafqaz
Universitetindəki layihəmizi davam etdirdik. Bu
layihə 2009-cu ildə başlanandan etibarən BP iki
fakültə və 16 laboratoriyanın yaradılması üçün 2,5
milyon dollardan artıq sərmayə qoyub. 2015-ci ilin
yanvarında BP Qafqaz Universiteti ilə əməkdaşlığın
müddətinin 2018-ci ilin martına qədər uzadılması
barədə saziş imzaladı.
BP-nin tələbələr üçün geologiya üzrə yay
təcrübə kursu
2003-cü ildən BP Azərbaycanda tələbə və
məzunlara sedimentologiya və struktur geologiya
üzrə nəzəri və praktik biliklər verən yay çöl-səhra
təcrübəsinə sponsorluq edir. 182 iddiaçı arasından
biliklərin qiymətləndirilməsi əsasında ümumilikdə18
universitet tələbəsi seçildi. Kursu Azərbaycan Milli
Elmlər Akademiyasının və Miçiqan Universitetinin
(ABŞ) nümayəndələri apardılar.
Azərbaycan Biznes Keys Müsabiqəsi
BP-nin dəstəyi ilə universitet tələbələri arasında
keçirilən Azərbaycan Biznes Keys Müsabiqəsində
yarışan komandalar maliyyə və marketinqdən
tutmuş mühasibat və menecmentə qədər sahələri
əhatə edən biznes fənləri üzrə biliklərindən
istifadə edərək real həyatdan götürülmüş biznes
məsələlərini həll etməyə çalışırlar. Onlar öz həll
yollarını Azərbaycandakı iri biznes təmsilçilərindən
ibarət münsiflər heyətinə təqdim edirlər.
2015-ci ildə müsabiqə BP və digər sponsor sənaye
təşkilatlarının dəstəyi ilə ADA Universitetində
keçirildi. Müsabiqədə iştirak etmək üçün
Azərbaycandan 50 komanda müraciət etmişdi,
onlardan finalçı kimi üç komanda seçildi.
Müsabiqəyə hazırlaşmaq üçün tələbələr biznes
keys təhlili və strategiya hazırlamaq barədə dörd
həftəlik məşqlər və praktiki təlimlərdən keçdilər.
BP-nin sponsorluq töhfəsi 4759 dollar idi, şirkətin
əməkdaşları müsabiqəyə təlimçi, məşqçi və münsif
kimi öz töhfələrini verdilər.
İcma inkişafı təşəbbüslərimizdən əlavə, təhsilə və səriştələrin yaradılmasına,
mədəniyyətə və idmana yönəldilmiş proqramları dəstəkləyirik.
Təhsilin, mədəniyyətin və idmanın dəstəklənməsi
Tələbələr sedimentologiya və struktur geologiya
üzrə nəzəri və praktiki biliklər verən və BP-nin
maliyyə dəstəyi ilə keçirilən yay çöl-səhra
təcrübəsi zamanı.
33
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015
Cəmiyyət
İdmanın inkişafına dəstəyimiz
Milli Olimpiya və Paralimpiya Komitələri
ilə rəsmi tərəfdaş kimi işləməyi davam
etdirdik. Buraya Azərbaycan Milli Olimpiya və
Paralimpiya komandalarına və bizim səfirlərimiz
kimi seçilmiş atletlər qrupuna sponsorluq
daxildir.
Azərbaycan Respublikasının Milli Olimpiya
Komitəsi, Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyi və “Michael Johnson
Performance” (MJP) şirkəti ilə birgə elit
idmançıların inkişafı və təlimi proqramını həyata
keçirdik.
Proqramın məqsədi milli idmançılardan
və məşqçilərdən ibarət böyük bir qrupa
MJP şirkətinin beynəlxalq təcrübəsindən
faydalanmaq imkanı yaratmaq və beləliklə,
onların idmanda yüksək nailiyyətlər qazanmaqla
beynəlxalq idman tədbirlərində Azərbaycanın
iştirakını artırmaq istiqamətində gördüyü
səylərə dəstək olmaqdır.
Proqramda məşqçilər və idmançılarla, o
cümlədən BP-nin xüsusi nümayəndəsi
seçilmiş idmançılarla təmsil olunan dörd
milli idman federasiyasının (yüngül atletika,
gimnastika, triatlon və qılıncoynatma) iştirakı
nəzərdə tutulmuşdu. Ümumilikdə 85 idmançı
yoxlamadan keçərək bu proqrama seçilib.
Bakı 2015 Oyunlarına dəstək
BP Bakı 2015 Avropa Oyunlarının rəsmi
tərəfdaşı, eləcə də oyunların neft və qaz
tərəfdaşı oldu.
BP həmçinin Bakı 2015 Oyunlar Akademiyası
təşəbbüsünün eksklüziv rəsmi tərəfdaşı oldu.
Bu təlim proqramı universitet məzunları daxil
olmaqla yerli heyət üzvlərinin inkişaf etdirilməsi,
çoxsaylı idman növlərini əhatə edən mötəbər
tədbirlərin səmərəli şəkildə keçirilməsi, eləcə
də gələcək karyeralarında onlara kömək edəcək
səriştələri inkişaf etdirmək məqsədi daşıyırdı.
162 Azərbaycanlı və 26 beynəlxalq məzun
olmaqla ümumilikdə Azərbaycan və Avropadan
olan 188 universitet məzunu Məzun
Təkmilləşdirmə Proqramına cəlb olundu.
Məzunlar Avropa Oyunlarının uğurla həyata
keçirilməsinə yardım etmiş faydalı səriştə və
biliklərə yiyələndilər.
İştirakçılara oyunların planlaşdırılması üzrə
praktiki təcrübələrini davam etdirmək
üçün əlavə imkanlar yaradıldı, onlar sınaq
tədbirlərində iştirak etdilər.
BP və tərəfdaşlarının təsis etdiyi Layihələri
İdarəetmə Məktəbinin məzunları.
Elit idmançıların inkişafı və təlimi proqramı çərçivəsində MJP şirkətinin mütəxəssisi yerli idmançıya təlim
keçir.
Muzeylərə pulsuz giriş
2013-cü ildən 2015-ci ilin sonuna qədər Milli
Azərbaycan Tarix Muzeyi və Azərbaycan Milli
İncəsənət Muzeyi, Qız Qalası tarixi abidəsi,
Azərbaycan Xalça Muzeyi və Şirvanşahlar
Sarayı Kompleksi də daxil olmaqla Bakının
aparıcı muzeylərinə beş sərbəst giriş
kampaniyasına sponsorluq etmişik.
Bu kampaniyalar ərzində muzeylərə təxminən
90000 ziyarətçi baş çəkib.
2015-ci ilin oktyabrında bu kampaniya
Azərbaycanda Amerika Ticarət Palatası
tərəfindən Korporativ Sosial Məsuliyyət
sahəsində mədəniyyət kateqoriyası üzrə
mükəmməllik mükafatına (“CSR Excellence
Award”) layiq görüldü.