http://www.amu.edu.az
31 avqust 2015-ci il
2
Akademik Ə.Əmiraslanov qona-
ğı salamlayaraq, ona Azərbaycan
Tibb Universiteti haqda ətraflı
məlumat verib. Rektor Əlcəzair
universitetləri ilə ATU arasın-
da elm və təhsil sahələrində
əlaqələrin qurulmasında maraqlı
olduqlarını söyləyib.
Əlcəzair Respublikasının ölkə
mizdəki müvəqqəti işlər vəkili
vəzifəsinə yeni təyin olunan
cənab Abbes Benmoussat ilk
səfərini Tibb Universitetinə et-
diyini deyib. Azərbaycan geniş
əraziyə malik olmasa da, bu tor-
pağın bəşəriyyətə bir çox dahi
insan bəxş etdiyini söyləyən qo-
naq, akademik Ə.Əmiraslanovla
şəxsi tanışlığından qürur duy-
duğunu söyləyib. Azərbaycanda
bütün sahə lərdə, o cümlədən
tibb sahəsində gedən inkişaf-
dan
məmnunluğunu
bildirən
Abbes Benmoussat, iki dost
ölkə arasında elm, təhsil və tibb
sahəsindəki əlaqələrin daha da
genişləndirilməsini, müxtəlif təhsil
və elm müəs sisələri arasında
ikitərəfli əməkdaşlığın qurulması-
nın prioritet sahə olduğunu vurğu-
layıb. O, yaxın gələcəkdə ATU və
Əlcəzair universitetləri arasında
əla qələrin qurulacağına dəstək
olacağını söyləyib.
Öz
növbəsində,
akademik
Ə.Əmiraslanov da dost ölkənin
təhsil və müalicə müəssisələri
ilə elmi, təcrübi və pedaqoji
əməkdaşlığa hazır olduqlarını bil-
dirib.
Əlcəzair Xalq Demokratik Respublikasının
ölkəmizdəki müvəqqəti işlər vəkili
Azərbaycan Tibb Universitetinin qonağı olub
Avqust ayının 25-də Əlcəzair Xalq Demokratik Respublikasının
Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Abbes Benmoussat
Azərbaycan Tibb Universitetini ziyarət edərək universitetin rekto-
ru, akademik Əhliman Əmiraslanovla görüşüb.
ATU-nun mətbuat xidməti
B
u yaxınlarda daha bir ailədə
üçəm sevinci yaşanıb. Pərvanə
Daşdiyeva Azərbaycan Tibb Univer-
sitetinin (ATU) Tədris Cərrahiyyə
Klinikasında 2 qız və bir oğlan dün-
yaya gətirib.
Tibb üzrə fəlsəfə doktoru, ATU-
nun I Mama-ginekologiya kafedra-
sının assistenti Arzu İsmayılova-
nın sözlərinə görə, Pərvanə xanım
hamiləliyi dövründə bir neçə dəfə
Tədris Cərrahiyyə Klinikasına
müraciət edib: “Hamiləlik zamanı
vaxtından öncə doğuş riski olsa da,
buna qarşı müvafiq müalicə aparılıb
və nəticədə hamiləlik normal davam
edib. Son aylarda ana tam nəzarətə
götürülüb. Hamiləlik təxminən 36-
cı həftədə sona çatdırılıb”.
A.İsmayılovanın sözlərinə görə, üçəmlərin qeysəriyyə kəsiyi əməliyyatı ilə
götürülməsi haqda qərar verilib. Çünki ilk gələn döl ayaqla, ikincisi başgəlişi, sonuncu
döl isə çanaqgəlişi ilə gələcəkmiş. Buna görə uşaqların həyatını riskə atmamaqdan ötrü
qeysəriyyə əməliyyatı aparılıb.
Hazırda pediatrımız Səadət Yaqubovanın nəzarətində olan uşaqların vəziyyəti normal-
dır. Qeyd edək ki, oğlan 2300 qr, qızlar isə 1750 və 2100 qr çəki ilə doğulublar.
Biz də ATU kollektivi adından ailəni təbrik edir, uşaqlara cansağlığı arzulayırıq.
Tədris Cərrahiyyə Klinikasında üçəm dünyaya gəlib
Hörmətli Əhliman müəllim!
Əhalinin sağlamlığının qorunması, tibbi yardımla təminatı istiqamətində Saatlı rayon
sakinləri ilə ğörüşərək onların problem və qayğıları ilə maraqlanmağınız, müxtəlif vaxt-
larda rayon sakinlərinə tibb yardım göstərmək məqsədilə Azərbaycan Tibb Universi-
tetinin əməkdaşlarını, tibb sahəsində tanınmış elm adamlarını rayona ezam etməyiniz
və eləcə də cərrahi əməliyyat və tibbi müayinə üçün bilavasitə Sizə müraciət edən ra-
yon sakinlərinə göstərdiyiniz köməklilklərə görə Sizə rayon ictimaiyyəti adından dərin
minnətdarlığımızı bildiririk.
Saatlı rayonunun yüzlərlə sakini rəhbərliyinizlə həyata keçirilən tibbi müayinə və
cərrahi əməliyyatlardan şəfa tapmış, sağlam həyata qayıtmışdır. 2015 ci ilin may ayın-
da bədbəxt hadisə nəticəsində öz sağlamlığını itirərək yataq xəstəsi olmuş, 1963cü
il təvəllüdlü, Saatlı rayon sakini Tağıyeva Sevinc Sarıbala qızı da müalicəsi ilə bağlı
Sizə müraciətindən sonra cərrahi əməliyyat nəticəsində sağlam həyata qovuşmuş-
dur. Sizin zəngin təcrübə və bacarığınızdan, dəyərli məsləhətlərinizdən, göstərdiyiniz
köməkliklərdən bəhrələnmiş xəstələr, onların doğmaları və yaxınları xeyirxah və nəcib
işinizə görə öz razılıqlarını bildirmiş, müasir müalicə üsullarından faydalandıqlarını
ifadə etmişlər.
Sizə və rəhbərlik etdiyiniz tibbi heyətə əhalinin sağlamlığının qorunması istiqamətində
yüksək təşkilatçılıqla həyata keçirdiyiniz xeyirxah tədbirlərə, eyni zamanda böyük
hörmət və rəğbətini qazandığınız seçicilərinizə göstərdiyiniz diqqət və qayğıya görə
bir daha dərin təşəkkürümüzü bildirir, sağlam həyat naminə əvəzolunmaz işinizdə
yeni yeni uğurlar arzulayırıq.
Hörmətlə: Siraqəddin Cabbarov,
Saatlı Rayonu İcra Hakimiyyətinin Başçısı
Azərbaycan Respublikası Milli Məclisinin
deputatı, Azərbaycan Tibb Universitetinin
rektoru, akademik Əhliman Əmiraslanova
Birinci xanım Mehriban Əliyeva ad günü münasibətilə onu təbrik edənlərin
hamısına minnətdarlığını bildirir
Hörmətli oxucular,
Əziz dostlar!
Ad günüm münasibətilə KİV-lər, sosial şəbəkələr, Azərbaycanın müxtəlif region-
larından və xarici ölkələrdən məktublar və teleqramlar vasitəsilə aldığım çoxsaylı
təbriklər üçün hamınıza səmimi qəlbdən təşəkkürümü və minnətdarlığımı bildirmək
istəyirəm. Mən sosial şəbəkələrin fəal olmayan istifadəçisiyəm. Amma mənə deyirlər
ki, siz mənə nə qədər xeyirxah, xoş və səmimi arzular ünvanlamısınız. Hamınıza “Çox
sağ olun” deyirəm! Mən məktublarınızdan çox böyük müsbət enerji aldım. Öz
məhəbbətlərini belə sadə, gözəl və səmimi ifadə edən uşaqların təbrikləri məni çox
mütəəssir etdi.
Mən sizin diqqətinizi yüksək qiymətləndirirəm və hər birinizə minnətdaram. Sizin
arzularınızdan doğan hərarətə, hər bir sözünüzdə hiss etdiyim səmimiyyətə görə
minnətdaram. Məhəbbətinizə və etimadınıza görə sağ olun.
Artıq uzun illərdir ki, mən həyatımın ən müxtəlif məqamlarında sizin dəstəyinizi
hiss edirəm. Məhz siz və sizin mənə inamınız məni ruhlandırır və əlavə qüvvə verir.
Sözlərin və vədlərin müəyyən müddətdən sonra unudulmaq xüsusiyyəti var. Amma
həyata keçirilən ideyaların nəticələri heç vaxt yaddan çıxmır. Sizin təbriklərinizi
mənim fəaliyyətimə, mənim zəhmətimə ehtiramın əlaməti kimi dəyərləndirirəm.
Əziz dostlar!
Hər birinizə ayrılıqda cavab verməyə fiziki imkanım olmadığı üçün bir daha hamı-
nıza xoş münasibətə görə dərin minnətdarlığımı bildirirəm. Hər birinizə, ailələrinizə,
doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı və xoşbəxtlik, aydınlıq və
məhəbbət arzu edirəm.
Məhəbbətlə,
Mehriban Əliyeva
27 avqust 2015-ci il