88
Misirdə səmavi dinin, təkallahlılığın yayılmasında böyük işlər
görmüşlər. Səmavi dinlərdə monoteizmə, yəni təkallahlığa
(Yehovaya) inam İbrahimxəlil peygəmbərin adı ilə bağlanılır.
Dövlət özü, dövlətin rəhbəri tarixən dini inanclara
qarışmışdır. Lakin müasir dövrdə sivil ölkələrdə, dünyəvi
ölkələrdə artıq dini hakimiyyət dünyəvi hakimiyyətdən ayrı
düşünülür. Dünyəvi hakimiyyət dini hakimiyyəti dövlət
hakimiyyətindən bir qədər kənarda qəbul edir. Dini hakimiyyət
kilsə rəhbərləri, Müqəddəs Ocaq xadimləri adlanır. Düzdür,
Roma katolik kilsəsinin hakimiyyəti Vatikan dövlətinin
fəaliyyəti ilə təsdiqlənir. Bir qədər siyasi fəaliyyəti özündə
saxlayır. Eləcə də Səudiyyə Ərəbistan Krallığı dini dövlətdir və
konstitusiya Qurani kərimdən və peygəmbər sünnələrindən
ibarətdir. 1992-ci ildə Səudiyyə Ərəbistanı Krallığının (dövlət
quruluşu teokratik monarxiyadır) Nizamı (Əsasnaməsi) qəbul
edilibir. Səudiyyə Ərəbistanı Kralının titulu İki Müqəddəs
Ocağın Xadimi adlanır. İranın dövlət rəhbəri ali dini lider olan
ruhani şəxsdir. Bu ölkədə dövlət hakimiyyəti dini hakimiyyətə
tabedir. Demək olar ki, idarəçilikdə əsasən dindarların hakim
olduğu dualizm var.
Dövlət-din münasibətləri baxımından dünya dövlətlərini iki
qrupa ayırmaq olar: din əsasında öz qanunvericiliklərini
formalaşdıran dövlətlər-bunlara aid etmək olar: Səudiyyə
Ərəbistanı; İran (1979-cu ilin noyabr ayında qəbul olunmuş
konstitusiya Qurani Kərimə əsaslanır, şəriət qanunlarını əks
etdirir); Qətər (dövlətin daimi konstitusiyası 2004-cü ildə qəbul
olunub. İslam dövlətin əsas dinidir, şəriət qanunvericiliyin əsas
mənbəyidir); Küveyt (1962-ci ildə qəbul olunmuş konstitusiyaya
əsasən, islam dini və şəriət qanunvericiliyin əsasıdır); İraq
(2005-ci
ildə
qəbul
edilmiş
konstitusiyaya
əsasən
qanunvericiliyin əsasını islam dini təşkil edir. Federativ-
parlamentli quruluşlu demokratik respublikadır); Pakistan(1973-
cü ildə qəbul olunmuş konstitusiyaya əsasən, Ali hakimiyyət
Allaha məxsusdur, insanlar Quranı Kərim və sünnə əsasında
89
həyatlarını təşkil edirlər); Yəmən (1990-cı ildə qəbul olunan
konstitusiyaya əsasən, hüqüqun əsasını şəriət qanunları təşkil
edir) və s. Adları sadalanan dövlətlərin konstitusiyalarında
göstərilir ki, dövlətin rəsmi dini islam dinidir. 2014-cü ildə qəbul
edilən Misir konstitusiyasında da qeyd olunur ki, İslam şəriətinin
prinsipləri qanunvericiliyin əsaslarını təşkil edir. Danimarka
Krallığının Kosntitusiyasına əsasən, Yevangel Lüteran kilsəsi
dövlətin əsas kilsəsidir.
İkinci qrup dövlətlərə isə dünyəvi dövlətlər aid olur. Belə
dövlətlərdə din əsas hakimiyyət ideologiyası kimi qəbul olunmur
və qanunvericiliyin bazasını dünyəvi prinsiplər, sivil hüquqlar
təşkil edir. Lakin dövlət dinin himayədarı kimi çıxış edir.
Məsələn, Azərbaycan Konstitusiyasında yazılır ki, Azərbaycan
demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Digər bir
maddədə (Dövlət-din münasibətləri) yazılır ki, Azərbaycan
Respublikasında din dövlətdən ayrıdır . Bütün dini etiqadlar
qanun qarşısında bərabərdir. İtaliya konstitusiyasında ( “Əsas
prinsiplər” hissəsi, maddə-7) qeyd olunur ki, dövlət və katolik
kilsəsi özlərinə məxsus olan sahələrdə suveren və müstəqildirlər.
1958-ci il tarixli Fransa konstitusiyasının birinci maddəsinə
əsasən, Fransa bölünməz, dünyəvi, sosial, demokratik
respublikadır. Dinindən, dilindən, iqrindən asılı olmayaraq bütün
insanlar qanun qarşısında bərabərdirlər. Dünyəvi dövlətlərin sayı
çoxluq təşkil edir.
Dünyəvi dövlətlərdə dini proseslərin tənzimlənməsi
məqsədilə dini qurumlarla əlaqəli dövlət təşkilatları fəaliyyət
göstərir. Məsələn, Azərbaycanda bu kimi qurum mövcuddur.
Türkiyədə Dəyanət İşləri Başqanlığı (Dəyanət Vəqfi) fəaliyyət
göstərir. Qafqaz Müsəlmanları İdarəsi isə özünün əmlakları
(burada məscidlər və digər zəyarətgahlar nəzərdə tutulur) olan
müstəqil dini qurumdur. Lakin bu idarənin fəaliyyəti dövlət
qanunvericiliyinə zidd ola bilməz.
Azərbaycanda dini etiqad azadlığı haqqında qanun var. Bu
qanunla dini inancların, dini ibadətlərin sərbəst yerinə
90
yetirilməsinə şərait yaradılır. İnsanların dini inanc azadlıqları
hüquqla müəyyən olunur.
Din vicdandır. Ulu Yaradanla bəndəsi arasında vasitədir. Bu
baxımdan da həyatda yaşamaq qaydalarıdır. Həyat əxlaqı və
həyat gözəlliyidir. Həyatın mənası dində əks olunur.
Dinin insanlar üçün öz vəzifəsi var: bu, əsasən insanları
yaxşı əməllərə, saf həyata, saf əxlaqa, zahidliyə, aqilliyə, ədalətli
davranışa, humanistliyə, güzəştlərə, bağışlamağa, sülhə, əmin-
amanlığa, qardaşlığa və bütün müsbət amallara səsləməkdən
ibarətdir. Din Uca Tanrıdan insanlara hədiyyə olunan dəyər
olduğundan bütün mənəvi dəyərlər bu vasitədə aşılanır. Dinin
vəzifəsi insanların ruhən təmizliyinə xidmət etməkdən ibarərtdir.
Din insanları cəhalət quyusundan çıxarmaq üçün onlara
göndərilən həyat qaydlarıdır. Allah öz bəndəsinə onun (bəndənin
özünün) tərəfindən din yolu ilə qiymət verməyi öyrədir. Yəni,
din insanın insane qiymət verməsi üçündür.
Dini inanc şəxsin Allahı ilə öz arasında olan bağlantıdır.
Dini ibadətlər də Allah tərəfindən buyurulmaqla insanların
özlərinə yönəlir. Dini inanc,- vicdan müstəqilliyi, vicdan
azadlığı olmaqla, fərdidir. Hər kəsin özünə aiddir. Bir şəxs öz
inancını başqa şəxsə məcburən qəbul etdirə bilməz. Onda o şəxs
Allah hesab olunmuş olar ki, o da günahdır. Bir şəxs dinlə başqa
şəxs üzərində hakim kəsilə bilməz.
Dövlət isə öz siyasəti ilə insanların vicdanlarına müdaxilə
etmir. Öz fəaliyyətini insanların inanc yolunda ibadət təminatına
yönəldir. Onu da nəzərə almaq lazımdır ki, dövlət siyasəti
pozitiv olmaqla yanaşı, həm də çirkablarla, riyakarlıqlarla dolu
olan, yalanlarla müşahidə olunan bir oyun səhnəsidir. Siyasət
səhnəsi qarışıq maraqlar çəlləyidir. Dini bu baxımdan bir saf
ideya mənbəyi olaraq hakimiyyətdən uzaqda saxlamaq lazımdır.
Din insan vicdanı olaraq, insan mənəviyyatının tərkibi olaraq
hakimiyyətdən daha alidir, fövqdür. Bu baxımdan dini inancları
hakimiyyət oyunlarına, maraqlara qurban vermək olmaz.
Dostları ilə paylaş: |