96
Dövlət xalqın yaratdığı ictimai-siyasi kompleksiyadır. Xalq
dövləti özünün bütün hüquqlarını reallaşdırmaq məqsədilə
formalaşdırıb. Adət-ənənə xalqın mədəniyyət hüququdur.
Dövlət
adət-ənənələrə müdaxilə etmir. Adət qaydaları cəmiyyətin özü
tərəfindən formalaşdırılır. Tarixdən gələn irs üzərində yaranır.
Adətlər siyasətlə müəyyən olunmur. Bu, sırf mədəni məsələdir.
Bu baxımdan da adətlər rəsmi hüquq normaları ilə tənzimlənə
bilməz. Dövlətlə cəmiyyət, dövlətlə fərd arasında münasibətlərin
tənizmlənmə obyektində adət o zaman istifadə olunur ki,
adətlərin yerinə yetirilməsi üçün şəraitin yaradılması tələb
olunur. Dövlət öz vətəndaşlarının, xaricilərin adətlərinin yerinə
yetirilməsi üçün münasib şəraitlər yaradır. Adətlər insanların
mədəni hüquqlarının tərkib hissəsini təşkil edir. Bu mədəni
hüquqlar dövlət tərəfindən təmin edilir. Lakin təbii hüquqlardır,
insanların təbiətdən, fövqtəbiətdən əldə etdikləridir, onlara təbii
yolla verilən dəyərlərdir. Dövlət adətləri-ənənələri qoruyur və
xalqın öz adət-ənənəsini qorumasında maraqlı olur. Dövlət adət-
ənənənin davam etməsində, irsi olaraq nəsillərdən-nəsillərə
ötürülməsində maraq nümayiş etdirir. Ancaq adət qaydalarına
qarışmır, bunu cəmiyyətin, insanların öz daxili işi hesab edir.
Adət-ənənə ümumən dövlət quruluşundan qabaq yaranıb və
xalqın mifik-dini inanclarının büruzəverici kriteriyasıdır. Bu
baxımdan da adət-ənənələr və onların tənzimlənməsi məişət və
cəmiyyət səlahiyyətinə aid olan məsələdir, dəyərdir.
Adət qaydaları cəmiyyətin nüfuz sahibləri tərəfindən
tövsiyələrlə
dəyişikliyə,
sadələşməyə
(burada
ayinlərin,
mərasimlərin keçirilməsindəki qaydaların sadələşdirilməsi)
məruz qala bilər. Ağsaqqallıq institutu adətən məişətdə,
cəmiyyətdə nüfuz sahibi olur və adətlərin dəyişməsində,
islahatlarda mühüm tövsiyəverici tərəf kimi çıxış edir. Adət-
ənələrin mürəkkəbləşməsi cəmiyyəti narahat edir. İnsanların
əksəriyyəti zövq ala bilmirlər. Həm də gərgin adətlərdən
yüklənmə baş verir və insanların həyat tsikilləri gərginləşir.