84
-bütün istehsalat sahələrində yenilikçi, təzələyici vəzifəsinin
yerinə yetirməsi;
-həyatın yeni axarlarının müəyyən edilməsi. Burada elmin
cəmiyyətə, dövlətə, xalqa və bəşəriyyətə xidmət etməsinin
əsasları nəzərdə tutulur. Elm cəmiyyətin, dövlətin, bəşəriyyətin
daxili məzmununa xidmət edir. Elm insanlığın daxili
məzmununa xidmətləri əsas hədəf və məqsəd kimi qarşısına
qoyur. Buna elmin humanitar və ictimai funksiyası da demək
olar.
Baza funksiyalardan irəli gələrək (baza funksiyalara “Elmin
strategiyası” kimi da baxmaq olar) taktiki funksiyalar mövcud
olur. Elmin strateji funksiyası horizontal genişlənməni və
universal mahiyyəti özündə əks etdirirsə, onun taktiki
funksiyaları həm ətrafa genişlənməni özündə əks etdririr, həm də
daha çox vertikallığı nəzərdə tutur. Elmin tədrisə xidmət
funksiyası dövlətin cəmiyyəti maarifləndirmə funksiyası ilə
həmahənglik təşkil edir. Dövlət elmi nailiyyətlərdən istifadə
etməklə maarifləndirmə sistemini meydana gətirir.
Taktiki funksiyalara aid ola bilər:
-təşkilati funksiya-yeni ruha uyğun təşkilati funksiyanın
yerinə yetirilməsi;
-yeni kəşflərə və ixtiralara əl atılması-məxsusi sahələr üzrə;
-elmin sahələrinin genişləndirilməsi və yeni elmin meydana
gəlməsi.
Azərbaycan elminin yeni strategiyasına və taktikasına
aid ola bilər:
-dəyişən və qloballaşan dünyada yerli elmi səviyyəni
dünyanın aparıcı elmi mərkəzləri ilə uyğunlaşdırmaq;
-başqa ölkələrdən olan elmi-texniki asılılığı azaltmaq;
-avtoxton elmi bazanı da gücləndirmək;
-elmi innovativ mahiyyətli etmək;
85
-elmi potensialı artırmaq üçün texniki elmi sahələri prioritet
hesab etmək;
-təbiət elmlərinin yükünü artırmaq;
-elmi subyektlərin fəaliyyətini, ünsürləri daha çox təbiət
elmlərinə yönləndirmək;
-ayrı-ayrı elm sahələri üzrə texnoparklar yaratmaq;
-texnoparkların regionlar üzrə tarazlı strategiyasını müəyyən
etmək;
-elmin bazasında maliyyəni təkanverici faktor hesab etmək;
-yeni
səmərələşdirici
təkliflər
və
ixtiralar
üçün
laboratoriyalar təşkil etmək;
-insanların şüurunda texniki-mədəni inqilablar düşüncələrini
oyatmaq;
-orta təhsildə təbiət elmlərinə üstünlük vermək və təsnifat
zamanı təbiət elmlərini prioritet kimi müəyyən etmək;
-insan potensialının ictimai və humanitar elmlərdə,
poeziyada və digər bu kimi sahələrdə istifadəsini azaltmaq, yükü
təbiət elmlərinə transfer etmək;
Təşkilati baxımdan,
-Analogiya prinsipini tətbiq etmək;
-təbiət elmləri üzrə ixtisas alan tələbələrə dövlət təqaüdlərini
artırmaq;
-özəl iqtisadiyyat subyektləri ilə texniki elmlərin qarşılıqlı
əlaqəsini təmin etmək;
-mühəndis hörmətini cəmiyyətdə yüksəltmək və insanları
belə sahələrə təşviq etmək;
-istedadlı alimləri “seçilən, fərqlənən” statuslu etmək;
-alimi sosial-məişət problemləri ilə çaşqınlıq vəziyyətində
qoymamamaq və s.
AMEA-da islahatların zəruriliyi
Azərbaycan elminin əsas problemi onun axsamasındadır.
Elmin üzərində inzibati bir yük mövcuddur. Bu yük elmi
86
potensialın artmasının və ondan dəyər kimi istifadəsinin
qarşısını alır. Bu gün elmi təşkilatlar inzibati ruhdan xilas
olmalıdır. İnzibati təbəqə elmi potensiala zərbə vurur.
Azərbaycan elminin yeni inkişaf strategiyasından irəli
gələrək Milli Elmlər Akademiyasında iş keyfiyyətlərini, elmi
keyfiyyətləri artırmaq zəruridir. Bu qurumda təkanverici
addımlar atılmalıdır. Elmər Akademiyası Azərbaycan elminin
inkişafına məsuliyyətli tərəf kimi prioritet bir təşkilat olmalıdır.
İlk növbədə hansı addımlar atılmalıdır:
İş keyfiyyətlərini yüksəltmək naminə zamandan dəyərli
istifadə və elmi bilik daşıyıcılarından səmərli istifadə əsas
götürülməlidir. Elmi potensialın zaman axarı ilə istifadəsi
dövlətin və cəmiyyətin inkişafının təməl xəttidir. Alim
heyətinin maddi maraqlarının təminatı və onlara qarşı
qoyulan müvafiq tələblər bir-birini tamamlamaldır;
-işçilərlə (elmi əməkdaşlarla, alim heyəti ilə) rəhbəlik
arasında əmək müqaviləsi vaxtamuzd əvəzinə işəmüzd əsaslarla
müəyyən olunmalıdır. Bu addım atılarsa, elmin keyfiyyəti artar,
alim və tədqiqatçılarda işə həvəs yaranar. Əmək haqqı yazılan
əsərlərin müqabilində müəyyən olunar;
-layihələrdə iştirak əsaslarının hər iki tərəfə xeyir verəcək
əsaslarla formalaşdırılıması zəruridir;
-AMEA-da vahid “təklif, təşəbbüs və yeni ideya”
mərkəzlərinin yaradılması və bu təkliflərin, ideyaların çap
olunması məqsədəuyğundur;
-AMEA-da tərcümə mərkzələrinin yaradılması və müəllifin
əsərlərinin tərcümə olunması üçün müəlliflə açıq münasibətlərin
yaradılması, əlaqələrin qurulması labüddür;
-AMEA-nın təsərrüfat fəaliyyətinin genişləndiirlməsi və bu
qurumun müstəqil biznes sahələrinin yaradılması zəruridir.
AMEA-nın müstəqil biznes şəbəkələrinin olması bu qurumun
maliyyə imkanlarını artırar və muxtar təsərrüfat yaranar;
87
-AMEA-nın
elm
tutumlu
transmilli
korporasiyaya
çevrilməsi labüddür. Bu addım Azərbaycan elmini dünya elminə
sürətlə inteqrasiya edə bilər;
-AMEA-nı dünya üçün alim-mütəxəssis buraxan mərkəzə
çevirmək lazımdır. Bu zaman quruma xaricdən də təkliflərin
axını güclənə bilər;
-Azərbaycanın dövlət büdcəsində xüsusi elm hissəsinin
olması daha yaxşı olar. Ölkəyə elmin gətirdiyi faydalar (gəlirlər)
və elmin xərcləri ayrıca verilsə daha yaxşı olar;
-AMEA-da əsər müsabiqələrinin keçirilməsi və qaliblərin
mükafatlandırılması zəruridir;
-AMEA-nın inzibati işçilərinin sayının azaldılması elmin
inkişafına təkan verə bilər və bu qurum inzibati mənadan elmi
mənaya transfer edər. İnzibati xərclər azalar. Alimi inzibati
işlərdən elmi işlərə yönəldər.
Dövlət və din
Dövlət və din ayrı-ayrı məfhumlardır. Hər anlayışın öz
əlaməti var. İnancla biz insanlar qəbul edirik ki, təbii yaranışımız
var və bu da Allahdandır. Allahın bəxş etdiyi təbiətdəndir.
Məlumdur ki, dövlət mifik inanclardan sonra meydana gəlib.
Əvvəllər insanlar təbiətə çox bağlı olublar və təbiət hadisələri
qarşısında öz düşüncələri ilə aciz olublar. O da məlumdur ki,
şüurlarda təbiət hadisələrinin Allahları, Tanrılar, yer üzündəki
canlıların ilahiləşdirilməsi mövcud olub. Teologiya elmindən və
tarixdən məlumdur ki, təkallahlılığın mənbəyi qədim Misirə
gedib çıxır. Təkallahlılıq inancı ortaya çıxanda artıq dövlət
quruluşu olub. Belə ki, tarixçilər qeyd edirlər ki, təkallahlılıq
(burada tək Günəş Allahı olan “Aton”nun qəbulu) inancı Misirin
qədim dövrünə aid XVIII sülaləsinin IX fironu olan IV
Amenhotepin, IV Amenofisin (e.ə.1375-1336) adı ilə bağlıdır.
O, öz adını Exnaton (“Günəşə sərfəli”) qoymuşdur. Dini
inanclara görə Yusif peygəmbər və Musa peygəmbər Qədim
Dostları ilə paylaş: |