12
Dionis
— qədim yunanlarda Ģərabçılıq allahı. Yunanların etiqadına görə insanlara
üzüm yetiĢdirməyi və Ģərab hazırlamağı öyrətmiĢdir. Onun Ģərəfinə yaz fəslində
üzümlüklərdə iĢ baĢlananda və dekabrda — təzə Ģərab hazır olanda bayramlar
təĢkil edirdilər.
Disput
(latınca) — bilik yarıĢı. Yəni qabaqcadan irəli sürülmüĢ suallar barədə
mübahisələr.
Divan
— Bir çox ġərq, o cümlədən, Azərbaycan hökmdarlarının hökmdarın
yanında məsləhət Ģurasına bənzər fəaliyyət göstərən qurum.
Doab
— Hindistanın Camna və Qanq çayları arasında yerləĢən, təbii sərvətlərlə
zəngin olan vilayəti.
Dominion
(ingiliscə) — özünüidarə hüququ alan ölkə.
Dorilər
— e.ə. II minilliyin sonlarında Yunanıstanın Ģimalından gələn yunan
tayfaları.
Dorik sütunlar
— Qədim yunan memarlarının ucaltdıqları ictimai binaların
tikintisində istifadə olunan sütunlar. Bu sütunlar sanki daĢ döĢəmədən çıxan və
yuxarıda adi sal daĢla tamamlanan sütunlar idi.
Dövlət arbitrajı
— indiki halda həmkarlar ittifaqları və sahibkarlar arasında
mübahisəli məsələlərin buna vəkil edilmiĢ Ģəxs, hökumət nümayəndəsi tərəfindən
həll edilməsi.
Dövlət borcu
— hökumətin bankirlərdən, xüsusi adamlardan, yaxud xarici
kreditorlardan aldığı istiqrazlar üzrə ödənilməmiĢ ümumi dövlət borcu məbləği.
Dövlət Ģurası
— Rusiya imperatoru I Aleksandrın dövlət idarəçiliyi sahəsində
həyata keçirdiyi islahatlara əsasən yaradılmıĢ ali idarəetmə orqanı.
Draqun
(fransızca) — "əjdaha" deməkdir. Ġlk vaxtlar onların bayraqlarında əjdaha
təsviri olurdu. Həm piyada, həm də süvari qoĢun kimi vuruĢmaq üçün nəzərdə
tutulan qoĢun. XVIII-XX əsrlərdə əksər Avropa ölkələrində qoĢunun 1/3-ni təĢkil
edirdi.
Drakon qanunları
— "qanla yazılmıĢ qanunlar" da adlanır. E.ə. VII əsrdə Afinada
qanun bilicisi Drakon tərəfindən yazılmıĢ sərt qanunlar.
Dukat
(italyanca) — qədim gümüĢ, sonralar qızıl sikkə. Ġtaliyada iĢlədilmiĢ pul
vahididir.
Duçe
(italyanca) — "rəhbər" deməkdir. Ġtalyan faĢistləri öz liderləri Mussolinini
belə adlandırmıĢdılar.
Dulusçuluq
— gildən saxsı qablar hazırlanan sənət sahəsi.
E
Edelveys
— çoxillik çiçək növü.
"Evelveys" planı
— Nasist Almaniyasının Qafqaza hücum planı. Bu plana görə
Bakı 1941-ci il sentyabrın 25-də tutulmalı idi.
Ehkamçılıq
— yeniliyi nəzərə almayan, dəyiĢməz, donuq müddəalardan istifadə
edən təfəkkür metodu.
13
Ehram
— düzgün piramida Ģəkilli monumental qurğu; əsasən, qədim dünya
memarlığı üçün səciyyəvi olmuĢdur. Hökmdarların əzəmətini təcəssüm etdirmək
üçün tikilən Qədim Misir fironlarının sərdabələri nəzərdə tutulur.
Eksterritoriallıq
— toxunulmazlıq hüququ, beynəlxalq hüquqda dövlətin xarici
ölkə baĢçılarına, diplomatik nümayəndələrə və digər vəzifəli Ģəxslərə verdiyi
imtiyazların məcmusu.
Ekstremizm
— əsasən, siyasətdə ifrat görüĢlərə və tədbirlərə olan meyl.
Elat
— 1) tayfa, tayfa ittifaqı və ya etnik birlik; 2) elat geniĢ mənada "rəiyyətdən
(bax: rəiyyət), yəni oturaq əkinçi əhalidən fərqli olaraq köçəri maldarları bildirir.
Elxan
— Elxanilər dövləti hökmdarlarının titulu.
Elxanilər imperatorluğu
— (1256-1357) Yaxın və Orta ġərqdə mövcud olmuĢ türk-
monqol imperatorluğu. Əsası Böyük Monqol xaqanı Çingizin nəvəsi Hülakü xan
(1256-1265) tərəfindən qoyulduğundan, çox vaxt Hülakülər imperatorluğu da
adlanır.
Ellada
— qədim yunanların öz vətənlərinə verdikləri ad.
Ellinizm
— Aralıq dənizinin Ģərq sahili ölkələri tarixində mərhələ; Makedoniyalı
Ġsgəndərin hərbi səfərlərindən tutmuĢ həmin ölkələrin Roma tərəfindən iĢğallarına
qədər olan dövrü əhatə edir. "Ellinizm" termini tarixĢünaslığa alman tarixçisi
Droyzen tərəfindən gətirilmiĢdir.
Ellinlər
— yunanların özlərinə verdikləri ad. Hələ qədimdən ġərqi Aralıq
dənizyanı ərazilərdə yaĢayan və yunan dilində danıĢan əhali belə adlanırdı.
Emissiya
(latınca) — tədavülə pul və ya qiymətli kağızların buraxılması.
Eneolit
— Mis-daĢ dövrü. Neolitdən tunc dövrünə keçid mərhələsi. Mis ilk əldə
edilən metal idi. Lakin bu metal yumĢaq keyfiyyətli və kövrək olduğundan tez
xarab olur, ona görə də insanlar mis alətlərlə bərabər daĢ alətlərdən geniĢ istifadə
edirdilər.
Ensiklopediya
(latınca)
— biliklər, bacarıqlar dairəsinin öyrənilməsi.
Ensiklopediya müxtəlif fənlərə dair məqalələr lüğəti, bütün elm və əməli fəaliyyət
sahələrinə dair sistemli və yığcam məlumat verən elmi nəĢr deməkdir.
Eskimoslar
— Qrenlandiyada, Kanadanın Ģimal ucqarlarında, Alyaskada, Rusiyada
(Çukot yarımadasının şərqində) yaĢayan xalq.
EĢafot
(fransızca) — taxta meydança deməkdir. Orta əsrlərdə Qərbi Avropanın bir
sıra ölkələrində üzərində qətl, rüsvayçı cəza tədbirləri həyata keçirilən taxta
meydança.
Etatizm
(fransızca) — ―dövlət‖ deməkdir. Dövlətin iqtisadi, sosial, mədəni
sahələrdə rolunun artırılması mənasında iĢlədilir.
Etnoqrafiya
(latınca) müxtəlif xalqların həyatını öyrənən elm.
Etrusklar
— e.ə. I minillikdə Appenin yarımadasının Ģimal-qərbində yaĢamıĢ tayfa.
Etrusklar romalılardan əvvəl inkiĢaf etmiĢ mədəniyyət yaratmıĢdılar.
Ettehadiyyə
(farsca) — birlik.
Ə