40
Ş
ġaduf
— Qədim Misirdə hündürdə yerləĢən tarlalara və bağlara suyun
çıxarılmasını asanlaĢdıran qurğu.
ġaman
— qədim türklərdə ruhlara sitayiĢlə əlaqədar fəaliyyət göstərən din xadimi.
ġamxal
— Dağıstanda qumuq, lak, dargin və baĢqa hakimlərə verilən titul.
ġenĢi
— Çində "adlı-sanlı adamlar" silki. ġenĢilər məmur vəzifələrini tutur, kəndin
hakim təbəqəsini təĢkil edirdilər.
ġeyx əl-bələd
(ərəbcə) — Ģəhər rəhbəri.
ġeyxülislam
(ərəbcə) — Ġslamın baĢçısı. XI əsrdən görkəmli Ģəriət hüququ
ilahiyyatçılarının, sonralar ali ruhani xadimlərinin fəxri titulu. Səfəvi dövlətində
baĢ qazı.
ġəhrdar
— Sasanilər sülaləsinə mənsub olanlar. Onlara mərzbanlıq tapĢırılırdı.
(bax: mərzban). Onlar Ģəhrdar — caniĢin adlanırdılar.
ġərbaflıq
— Ġpək məmulatları hazırlayan sənət sahəsi.
ġərti torpaq mülkiyyəti
— feodalizm dövründə müəyyən dövr üçün xidmət
müqabilində verilmiĢ torpaq sahibliyi.
ġinfeyn
(irlandca) — mənası "biz hamımız sizinləyik" deməkdir. Ġrlandiyanın
müstəqilliyi uğrunda mübarizə aparan partiya.
ġiraz qonaqları
— Kərim xan Zəndin bir sıra Azərbaycan xanlarını qonaqlıq adı ilə
ġiraza apararaq ömürlük "könüllü dustaqlar"a çevirməsi hadisəsindən yaranmıĢdır.
ġimal əraziləri
— Yaponiyada dörd adaya verilən ümumi ad. Yaponlar bu adaları
Yapon arxipelaqının davamı hesab edirlər.
ġlyaxta
(polyakca) — PolĢada hakim feodal zümrəsi, zadəgan.
ġovinizm
— milli müstəsnalığın təbliği, bir millətin mənafeyinin baĢqa millətin
mənafeyinə qarĢı qoyulması və nifrətin qızıĢdırılması.
ġudra
— Hindistanda dördüncü kasta (bax: kasta), nökərlər.
ġumerlər
— Mesopotamiyanın cənubunda yaĢamıĢ türk mənĢəli xalq.
T
Tağ
— Roma memarları bir-birinə sıx birləĢdirilmiĢ daĢlardan qövsĢəkilli örtüklər
tikməyi öyrəndilər. Bu örtüklər tağ adlanırdı.
Tandem
— siyasi cütlük.
Tanhu
— Hun tayfa ittifaqının baĢında duran Ģəxs. "Tanhu" sözü sonralar türk
xalqlarında "yabqu", "kağan", "xaqan" Ģəklində iĢlənmiĢdir.
Tanxo
— Mərkəzi Asiya dövlətlərində kiçik torpaq mülkiyyəti forması, yalnız
hərbi xidmət müqabilində verilirdi.
Taliban
— tələbə sözünün cəm Ģəkli. Əfqanıstanda 90-cı illərdə mövcud olmuĢ
dini-siyasi cərəyan, hərəkat.
Tarixi mənzumə
— ġer Ģəklində yazılan süjetli əsər. Tarixi hadisələri göstərir.
41
Tayfa
— Eyni ərazidə yaĢayan, eyni dildə danıĢan, eyni adət-ənənələrə malik olan
bir neçə qohum qəbilənin (soyun) birliyi.
Taypin
— Tyanqo (çincə) — "Ġlahinin böyük səadət dövləti" deməkdir. Bu
ideyanın ardıcıllarını taypinlər adlandırırdılar.
Temirxan-ġura
— Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında indiki
Buynaks Ģəhəri.
Termidor
— Fransada yakobinçilərin tətbiq etdikləri inqilabi təqvimə əsasən "isti
ay" deməkdir (iyul, avqust). Yakobinçilərin bu islahatına əsasən, yeni təqvimin
baĢlanğıc günü 1792-ci il 22 sentyabrından, yəni respublika elan olunduğu gündən
baĢlanırdı.
Termlər
(yunanca) — "Termos" sözündən olub, isti deməkdir. Romada
imperatorun əmri ilə tikilən, isti və soyuq hovuzları olan hamamlar. Termlərin
qapıları bütün azad adamlar üçün açıq olurdu. Romalılar vaxtlarının çoxunu burada
keçirirdilər.
Terror
— qorxuya salma, sui-qəsd.
Terror aktı
— dövlət xadimlərinin, yaxud ictimai xadimlərin həyatına qəsd.
"Təcridolunma"
— Çində və Yaponiyada xarici ölkələrlə, xüsusən Qərb ölkələri ilə
əməkdaĢlığa məhdudiyyət qoyulması.
Təfsir
— izah, Ģərh etmə.
Təhsildar
— Oğuz dövlətində Ģəhərlərdən vergiyığan məmur.
Təkəlduzçuluq
— Azərbaycanda yayılan tikmə sənət növü. Bu cür tikiĢlər mavi,
qırmızı, qara rəngli parça üzərində tikilir. Ġstehsal Ģəhərləri ġəki və Təbriz
Ģəhəridir.
Təkfir
(ərəbcə) — kafir adlandırma, dinsizlikdə təqsirləndirmə.
Təqdir etmək
— bəyənmək, qiymətləndirmək.
Təngə
— Mərkəzi Asiyada pul vahidi, gümüĢ sikkə.
Tənzimat
(türkcə) — islahat deməkdir.
Tərh
— dövlətə və ya feodala lazım olan malın bazar qiymətindən aĢağı qiymətə
alınması.
Təriqətçilər
— Rusiyada rəsmi xristian kilsəsinə tabe olmayan, köhnə ayin və
mərasimlərə əməl edən dindarlar.
Təsnifat
— elmi biliklərin ayrı-ayrı sahələr üzrə bölünməsi.
Təzminat
(reparasiya) — Beynəlxalq hüquqda dəymiĢ ziyanı ödəmək, (adətən,
pulla) nəzərdə tutulur. Sülh müqaviləsi və baĢqa beynəlxalq aktlar vasitəsilə həyata
keçilir (bax: reparasiya).
Tigin
— Göytürk imperatorluğunda Xaqan ailəsinə daxil olan Ģahzadələr bu titulu
daĢıyırdı.
Timar
(türkcə) — Osmanlı imperatorluğunda Ģərti irsi torpaq sahibliyi. Hərbi
xidmətə görə dövlət torpaq fondundan verilirdi.
Tiran
(yunanca) — "bütün hakimiyyəti əlində cəmləĢdirmiĢ hökmdar mənasını
verir. Qədim yunan Ģəhər-dövlətlərində və klassik feodalizm dövründə Ġtaliya
42
Ģəhər-dövlətlərində hökmdar.
Tiryək
— çox təhlükəli, zəhərli narkotik maddədir. Onun çəkilməsi insan
orqanizmini məhv edir.
Toxa
— sümükdən, buynuzdan və daĢdan ucluq bərkidilmiĢ, torpağı yumĢaldan
əkinçilik aləti.
Toxar yazısı
— hind əlifbasının variantlarından biri.
Toxmacar
— meĢə və ya meĢə Ģitilliyinin səpin bölməsində toxumlardan alınmıĢ
bitkilər.
Toxunulmazlar
— Hindistanda heç bir əsas kastaya daxil olmayan, murdar hesab
edilən adamlar.
Totalitarizm
(latınca) — "totalis" - "bütün, tam" demək olub, avtoritar dövlət
forması mənasını daĢıyır. Dövlətin cəmiyyətin üzərində tam nəzarəti.
Toyon
— Yakutlarda tayfa baĢçısı, knyaz.
Töycü
— kəndlilərin öz təsərrüfatlarından əldə etdikləri ərzaq və digər
məhsullardan feodala verdikləri ödəniĢlər.
Tragediya
(yunanca) — "keçilər mahnısı". Faciə. Tragediyalarda qəhrəmanlar
arasında gedən kəskin mübarizə, onların iztirabları, Ģücaəti, çox vaxt isə ölümü
təsvir olunurdu.
Traybalizm
— Afrikada özünü tayfalararası düĢmənçilikdə göstərən tayfaarası
ədavət.
Tred-yunion
(ingiliscə) — peĢə və ittifaq sözlərindəndir. PeĢələrə görə ittifaq
deməkdir (həmkarlar ittifaqı).
Triumf
— Qədim Romada qalib sərkərdənin öz qoĢunu, ələ keçirdiyi qənimət və
əsirlərlə birlikdə dörd ağ at qoĢulmuĢ arabada Ģəhərə daxil olması.
Triyera
— qədim yunanların döyüĢ gəmisi. Hər bir hərbi gəminin sağ və sol
tərəflərində üç sıra avar olduğundan, onları triyera adlandırırdılar. Hər gəmidə 180
nəfər avarçəkən, 20-30 döyüĢçü olurdu.
Troya atı
— qədim yunan əfsanəsinə görə, yunanlar taxtadan düzəltdikləri nəhəng
atın içərisində seçmə döyüĢçüləri gizlədərək onu Troya Ģəhərinin divarı qarĢısına
gətirib qoymuĢlar. Troyalılar atı Ģəhərə gətirmiĢlər. Gizlincə atın içindən çıxan
yunan döyüĢçüləri Ģəhərin qapılarını açmıĢ, yunan qoĢununu Ģəhərə buraxmıĢdılar,
nəticədə Troya yunanların əlinə keçmiĢdi. Məcazi olaraq "bədbəxtlik gətirən
hədiyyə" mənasında iĢlənir.
Tümən
— Ġranda pul vahidi. XIX əsrdəki kursla 1,5-2 manata bərabərdir.
Türk
— bu sözün iki müxtəlif mənası vardır: 1) güclü; qüvvətli; 2) doğan, törəyən,
"çoxalan".
Türklər
— qədim zamanlardan Mərkəzi Asiya, Sayan-Altay dağlarının Ģimal-qərb
bölgəsi, Yenisey çayları boyu ərazilərdə yaĢamıĢ xalq. Müasir dövrdə türklər
Asiya, Avropa və Afrikada yaĢayırlar.
U
43
Uazno
— Gürcüstanda orta feodallara verilən ad.
Ulafa
— bir nəfərin dolanıĢığı üçün alınan vergi (hərbçi, caniĢin və baĢqalarının).
Unifikasiya
(almanca) — vahid Ģəklə, formaya, yaxud sistemə salma. Almaniyada
nasistlər bu ad altında bütün siyasi partiyaları və təĢkilatları darmadağın etmiĢdilər.
Unitar dövlət
— dövlət quruluĢu forması: burada dövlətin ərazisi, federasiyadan
fərqli olaraq, federativ vahidlərə (Ģtat, torpaq və s.) deyil, inzibati ərazi vahidlərinə
(vilayət, rayon və s.) bölünür. Unitar dövlətdə vahid dövlət konstitusiyası, vahid
dövlət hakimiyyəti orqanların sistemi, ümumi hüquq sistemi qüvvədədir.
Uniya
(latınca) — birlik mənasındadır. Monarxiya dövlətlərinin bir monarxın
hakimiyyəti altında birləĢməsi.
Usmi
(ərəbcə) — tanınmıĢ, məĢhur. ġimali Qafqazda Qaraqaytaq hakiminin titulu.
UĢr
— Səlcuqlar dövründə vergi növü. Məhsulun ondan bir hissəsini təĢkil edirdi.
Uyğur
(türkcə) — "müttəfiq", "uyuĢan" deməkdir.
Uyğurlar
— Mərkəzi Asiyanın qədim türk xalqı.
Uzun divarlar
— e.ə. V əsrdə Afinadan Pirey limanına gedən yolu mühafizə etmək
üçün tikilmiĢ divarlar. Afina Sparta ilə apardığı müharibədə (e.ə.431-e.ə. 401)
məğlub olandan sonra "Uzun divarlar" dağıdıldı.
Ü
Üzərliktəpə
— Ağdam Ģəhərinin Ģərqində Orta Tunc dövrünə aid arxeoloji abidə.
Ümid burnu
— Afrikanın cənubunda burun. Ümid burnunu ilk dəfə 1488-ci ildə B.
DiaĢ kəĢf etmiĢ və onu "Fırtına burnu" adlandırmıĢdı. Portuqaliya kralı II Juan
burunun adını dəyiĢdirərək "Ümid burnu" qoymuĢdur (buradan Hindistana çatmaq
ümidi ilə).
Üçlər ittifaqı
— Almaniya, Avstriya-Macarıstan və Ġtaliyanın 1879-1882-ci illərdə
yaranmıĢ hərbi-siyasi bloku. Bu blok Birinci Dünya müharibəsinin (1914-1918)
baĢlanmasında mühüm rol oynamıĢdı. Üçlər ittifaqına cavab olaraq Rusiya, Fransa
və Böyük Britaniya "Antanta"nı yaratdılar (bax: Antanta).
V
Vahə
(ərəbcə) — səhrada su və yaĢıllıq olan sahə.
Vandallar
— V əsrin sonlarında ġimali Afrikada məskən salmıĢ alman tayfaları.
Vandalizm
— mədəniyyət abidələrinin və maddi sərvətlərin vəhĢicəsinə məhv
edilməsi. Bu istilah qədim german tayfaları olan vandalların adından yaranıb.
Varfolomey gecəsi
— 1572-ci ildə avqustun 23-də Parisdə katoliklər protestant
qırğını törətdilər. Qırğın dalğası Fransanın baĢqa Ģəhərlərinə də yayıldı. Ġki həftə
ərzində 30 mindən çox adam öldürüldü. Bu qırğın müqəddəs Varfolomey günü baĢ
verdiyinə görə "Varfolomey gecəsi" adını aldı. Ġndi "Varfolomey gecəsi" düĢmənə
qəddarcasına, amansız divan tutmaq mənasında iĢlədilir.
Vassal
(fransızca) — xidmətçi, nökər sözündəndir. Qərbi Avropada feodalizm
dövründə iri feodallardan, yəni senyordan asılı olan xırda feodal.
44
Vassal dövlət
— baĢqa, daha güclü dövlətdən asılı olan xırda feodal dövləti. Vassal
dövlətin daxili iĢlərdə bəzi müstəqilliyi olsa da, beynəlxalq aləmdə onu asılı olduğu
dövlət təmsil edirdi.
Vassallıq
— orta əsrlərdə bir feodalın (vassalın) digər feodaldan (senyordan) Ģəxsi
asılılıq münasibətləri sistemi. Vassallıq VIII-IX əsrlərdə Frank imperiyasında
meydana gəlmiĢdir.
Vasitəçi ticarət
— tacirlərin bir ölkədən aldıqları malları baĢqa bir ölkədə, digər bir
ölkənin tacirlərinə satmaları.
Vavilon
— qədim yunan müəllifləri Babil Ģəhərini belə adlandırırlar.
Veçe
(qədim slavyanca) — ġərq slavyanlarında xalq yığıncağı. Veçe müharibə və
sülh məsələlərini həll edir, knyazı seçir, yaxud hakimiyyətdən qovur, qanunları
qəbul edir: digər knyazlarla müqavilələr bağlayırdı.
"Veda"
— qədim hindlilərin dini etiqadları və qanunları toplanmıĢ sənəd.
"Verden qəssabxanası"
— Birinci Dünya müharibəsinin gediĢində 1916-cı ilin
fevralında Verden qalasına hücum edən almanlarla fransızlar arasında döyüĢlər
baĢlandı. DöyüĢlər uzandığından hər iki tərəfdən saysız-hesabsız ölənlər və
yaralananlar olurdu. Meyitlərin çoxu parça-parça olduğundan bu vuruĢma tarixə
"Verden qəssabxanası" adı ilə daxil olmuĢdur. Altı ay davam edən bu döyüĢlərdə
bir milyona qədər alman və fransız əsgər və zabit məhv edilmiĢdi.
Verst
— uzunluq ölçü vahidi. Rusiyada iĢlədilmiĢdir. 1 verst = 1,0668 km.
Veteran
(latınca) — qoca, sınanmıĢ, təcrübəli sözündən: 1) Qədim Romada orduda
xidmət müddətini bitirmiĢ əsgər; 2) çox təcrübəli döyüĢçü, müharibə iĢtirakçısı; 3)
məcazi mənada hər hansı sahədə uzun müddət çalıĢan adam.
Veto
(latınca) — qadağan edirəm.
Vəqf
— dini və ya xeyriyyə məqsədləri ilə dövlətin, yaxud ayrı-ayrı Ģəxslərin dini
idarələrə, məscidlərə könüllü bağıĢladığı daĢınan və daĢınmaz əmlak. Vəqf
torpaqlarını satmaq, bağıĢlamaq olmazdı. Vəqf VII-VIII əsrlərdə yaranmıĢ, orta
əsrlərdə Azərbaycanda da geniĢ yayılmıĢdı.
VəliəhdneĢin
(farsca) — vəliəhd əyləĢən yer deməkdir. Fətəli Ģah zamanında
Cənubi Azərbaycan vəliəhdineĢin hesab edilmiĢ, "darüssəltənə" (səltənət evi)
adlandırılan Təbriz isə həmiĢə rəsmi vəliəhdilərin yaĢayıĢ yeri olmuĢdur.
VətəndaĢ
— hər hansı bir ölkənin tam və bərabərhüquqlu əhalisi.
VətəndaĢ cəmiyyəti
— azad, müstəqil və bərabərhüquqlu adamlardan ibarət olan
cəmiyyət.
Vəl
— öküz və ya at qoĢulmuĢ, üzərində kiçik itiuclu daĢlar yerləĢdirilmiĢ taxta
lövhədən ibarət taxıl döymək üçün istifadə olunan alət.
Vərdənə
— ağacdan hazırlanmıĢ yumru kötük. Əvvəllər təkər əvəzində
iĢlədilmiĢdir.
"Vilvet"
(ingiliscə) — mənfəət.
"Vilvet" planı
— Ġkinci Dünya müharibəsi dövründə Qərb müttəfiqlərinin Qafqaza
dair planının adı.
45
Vitraj
(fransızca) — rəngli, Ģəffaf ĢüĢə parçalarından düzəldilmiĢ Ģəkillər və ya
naxıĢlar.
Y
Yabqu
— Göytürk imperatorluğunda xaqanın gələcək ailəsi bu titulu daĢıyırdı.
Yakobinçilər
— Böyük Fransa Burjua inqilabı vaxtı Müqəddəs Yakov monastırına
toplanıb iclas keçirən burjua inqilabçıları.
Yarmarka
(almanca) — ildə bir dəfə keçirilən beynəlxalq bazar.
YaĢıl inqilab
— Hindistanda həyata keçirilən aqrotexniki tədbirlər kompleksi.
Yelenendorf
— indiki Xanlar qəsəbəsi. XIX əsrin əvvəllərindən ġimali
Azərbaycanda yaranmıĢ alman koloniyası.
Yeni burjuaziya
— Böyük Fransa Burjua inqilabı dövründə kilsənin, mürtəce
zadəganların torpaqlarının alınması, yenidən satılması, ərzaq alveri və ordunu
məhsulla təmin etmək sahəsində varlanmıĢ sosial qrup.
Yeni zadəganlar
— təsərrüfatı kapitalistcəsinə, yəni muzdlu əmək tətbiq etməklə
təĢkil edən Ġngiltərə zadəganları.
Yeniçəri
(türkcə) — yeni əsgər, qoĢun deməkdir. Dövlət xəzinəsi hesabına
saxlanılan nizami türk piyadası.
Yengiloylar və muğallar
— türksoylu tayfalar. XVII əsrin əvvəllərində I ġah
Abbasın köməyi ilə Car, Muxax, Tala, Çardaqlı, Katex, QaĢqaçay və Suvagil
kəndlərində məskən salmıĢdılar.
Yepiskop
(yunanca) — nəzarətçi deməkdir. Pravoslav, katolik və anqlikan
kilsələrində ali ruhani rütbəsi.
Yevangeliya
— I əsrin sonu - II əsrdə Qədim Romadan Ġusus haqqında əfsanələr
yazıya alındı. Bunlar yunanca "Yevangeliya" yəni, Ģad xəbərlər adlandırıldı.
Azərbaycan dilində ona "Ġncil" deyilir.
Yezuit
(latınca) — "Yezus", yəni "Yisus", Ġsa sözündəndir.
Yezuitlər ordeni
— 1540-cı ildə yaranmıĢ dini təĢkilat. Papanın təĢəbbüsü ilə
yaranmıĢ bu ordenin (bax: orden) məqsədi reformasiyaya qarĢı mübarizə aparmaq
idi.
Yınal
— Oğuz dövlətində əsilzadə təbəqəsinə verilən titullardan biri.
Yuan
— Çində gümüĢ pul vahidi.
YUNESKO
— BirləĢmiĢ Millətlər təĢkilatının maarif, elm və mədəniyyət iĢlərinə
baxan ixtisaslaĢdırılmıĢ hökumətlərarası təĢkilat.
Yunq planı
— Birinci Dünya müharibəsində məğlub olmuĢ Almaniya üçün
təzminat planı. ABġ nümayəndəsi O.Yunq tərəfindən hazırlanmıĢdır. 1929-cu ildə
hazırlanmıĢ bu planın məqsədi Amerika kapitalının Avropaya güclü nüfuz
etməsinə və gələcəkdə Almaniyanın hərbi-sənaye potensialının dirçəldilməsinə
təsir göstərmək idi.
Z
46
Zaqatala dairəsi
— ġimali Azərbaycanda 1860-cı ilin mayında yaradılmıĢ inzibati
ərazi vahidi. Tərkibinə Əliabad, Qax, Car, Muxax və Balakən yaĢayıĢ məntəqələri
daxil idi. Dairəni hərbi, mülki və inzibati hakimiyyəti öz əlində cəmləĢdirmiĢ hərbi
rəis idarə edirdi.
Zəmindar
— Dehli sultanlığında hərbi xidmət müqabilində dövlətdən torpaq alan
Ģərti torpaq sahibi.
Zəmindarlıq
— torpaq üzərində Ģərti nəsli sahiblik sistemi.
Zikkurat
— Mesopotamiyada Ģumer memarlığına xas olan 3,5,7 mərtəbəli pilləli
məbəd. Zikkuratın yuxarı pilləsində kiçik ibadətgah yerləĢirdi. Zikkuratdan səma
cisimlərini müĢahidə etmək üçün rəsədxana kimi də istifadə edirdilər.
Zimmilər
(ərəbcə) — ərəb ordusunda könüllü xidmət edən xristianlar.
47
Əkbər Ədilxan oğlu Qocayev
Şəhla Muğan qızı Quliyeva
Sevda Abas Əli qızı Əliyeva
TARİXİ ANLAYIŞ VƏ TERMİNLƏRİN
İZAHLI LÜĞƏTİ
Texniki redaktoru B.Ə. Kərimova
Korrektoru T.M. Zahidova
Kompüter dizayneri C.Ə. Qaraqaşov
Yığılmağa verilmiĢ 17.10.2002. Çapa imzalanmıĢ
28.01.2003. NəĢrin formatı 60x90 1/16. Ofset kağızı
№1. Məktəb qarnituru. Fiziki və Ģərti ç.v. 3,0.
Uçot-nəĢr v. 2,8. Tirajı 2000. SifariĢ №19.
Qiyməti müqavilə ilə.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
"Maarif" nəĢriyyatı.
Bakı - 370111, A. Məhərrəmov küçəsi, № 4.
"Zəngəzur-MZ" kiçik istehsalat müəssisəsi.
Bakı, Vidadi küçəsi, 140.
Dostları ilə paylaş: |