35
üsyanın ildönümü" məqaləsində maraqlı məqamlar açıqlanır. Müəllif yazır:
"Lehistanın tarixi müqəddəratı ilə milli leh qurtuluĢundakı ideolojinin, eyni rus
istedadı altında qalan və eyni istiqlal uğrunda hətta o zamanlarda həb davam edən
ġamil savaĢı ilə mücadilə edən Qafqaz və Azərbaycan qurtuluĢ hərəkatı və
ruhiyatının nə qədər münasibətdar olduğu öz-özünə anlaĢılır!.." (165, s. 13).
Məqalə müəllifi 1863-cü ildəki məĢhur PolĢa üsyanına münasibəti ilə
açılan sərgiyə həsr etdiyi məqaləsində üsyanla bağlı maraqlı tarixi müqayisələr
aparmıĢ, Qafqaz və Azərbaycan həyatı ilə, istiqlal savaĢları yaxınlıqlar axtarmıĢdır.
1863-cu il üsyanından sonra ölümə məhkum edilən, dar ağacından asılmağa
aparılan polĢalı Trauqut qorxmadan demiĢdi: "Milliyyət fikri fikirlərin ən qüvvət-
lisidir. Bu fikir Avropada heç bir qüvvənin qarĢısını almayacaq sürətlə irəliləyir.
Bu yürüĢü durdurmaq təĢəbbüsü insanları daha böyük bir əzm və qeyrət göstərmək
üzrə canlandırmaqdan və inqilabiləĢdirməkdən baĢqa bir nəticə verə bilməz!.. Mən
istiqlalın hər hansı bir millət üçün yeganə Ģərt olduğuna qaneyəm. Bütün millətlər
üçün nemət sandığım bu feyzi hər zaman öz yurdum üçün arzu etmiĢəm. Bu istiqlal
yalnız yurdum Lehistanı məsud etməklə qalmaz. O, eyni zamanda Lehistan
üzərindəki hakimiyyətinə xitam verməksurətilə Rusiya xalqı üçün də faydalı olur;
çünki Lehistanı idarədən xilas olan Rusiya höküməti öz xalqına hizmətdə daha
əlveriĢli bir vəziyyətə sahib olur" (165, s. 13-14).
Bütün xalqlara və nəsillərə apardıqları istiqlal savaĢında nümünə ola
biləcək 1863-cu il üsyanı polyaklara böyük ruh vermiĢdi. Sonradan qəhrəman
Pilsudski öz əsgərlərinə həmin üsyanın ruhunu aĢılamıĢdı. O, təĢkil etdiyi
legionlardakı əsgərlərə bu üsyanın qəhrəmanlıq olduğunu demiĢ, onları ruhi
tərəddüddən xilas etmiĢdi.
Bu baxımdan, Azərinin məqaləsi PolĢa-Azərbaycan yaxınlığının bir
məqamının da açıqlanması ilə yekunlaĢır: "63 sərgisindən çıxarkən yanımda olan
lehli arkadaĢ, sərgini seyr edən məktəblilərdən bəhslə: - Məsud nəsil! - dedi, -
əsarət acısını dadmadılar!..
Dostumun üzünə həsrətlə baxdım: Siz azmı məsudsunuz? Əsarət acısına
müqabil xilas nəzəsini duydunuz!.. Sərgidən ən böyük təəssüratla çıxan Siz deyil,
mənəm! Yurdu hələ eyni düĢmənin, eyni qanlı pəncəsində çırpınan mən!..
Lehli dostum mənə təskinlik verdi: - belə bir sərgini Bakıda da seyr
edəcəyik!"(165, s l4).
Bu faktlar həqiqətən hər iki xalqın arasında xoĢ və səmimi münasibətlərin
olduğunu təsdiqləyirdi
36
II FƏSİL
Polşa Respublikasının arxivlərində
Azərbaycanla, azərbaycanlılarla
bağlı məlumatlar
PolĢa Xarici ĠĢlər Nazirliyinin Azərbaycanla bağlı ilk məlumatlarına
1919-cu ilə aid sənədlərdə rast gəlirik. PolĢanın Qafqazda təmsilçisinin 1919-cu
ilin 11 aprelindəki 1410 saylı məlumatında digər Qafqaz respublikaları ilə birgə
Azərbaycanın da adı qeyd edilir (51, v. 25).
PolĢanın Qafqazdakı nümayəndəliyinin BaĢ katibinin Xarici ĠĢlər
Nazirliyinə 1919-cu ilin 27 iyul ayında göndərdiyi 1908 saylı məlumatında isə
Azərbaycan və Gürcüstan respublikaları arasındakı razılaĢmalara toxunulur (51, v.
39).
Məlum olduğu
kimi, Azərbaycan və Gürcüstan
respublikaları
nümayəndələrinin Zaqafqaziya respublikaları müstəqilliyinin təhlükəsizliyinin
qorunması ilə bağlı 1919-cu ilin iyun ayında Tiflisdə razılaĢma sənədinin
imzalanması böyük əhəmiyyət daĢıyırdı. Sənədi Azərbaycan tərəfindən Xarici ĠĢlər
Naziri, M. Y. Cəfərov, Hərbi Nazir S. Mehmandarov, BaĢ Qərargah rəisi General-
leytenant Sulkeviç, Gürcüstan tərəfdən isə Xarici ĠĢlər Naziri Qeçeçkori, Hərbi
Nazir N. RamiĢvili, Hərbi nazirin köməkçiləri: general-mayor Gedevakov, general
OdiĢelidze imzalamıĢdılar.
Məlumatda sənəddəki bütün maddələr öz əksini tapmıĢdır. Sənəd elə
birinci razılaĢmanın hər iki ölkə üçün vacibliyini sübut edirdi: "Razılıq əldə etmiĢ
dövlətlər, hər hansı birinin ərazi bütövlüyünə təhlükə yaranarsa, silahlı
qüvvələrlə və hərbi vasitələrlə həmin dövlətin müdafiəsinə qalxmağı
öhdəsinə götürür..."(6674, v. 39, 40, 41).
Məlumatlarda müqavilənin 3 il müddətinə imzalandığı və iki həftə
müddətində üçüncu Zaqafqaziya respublikası olan Ermənistana da razılaĢma
sənədinə qoĢulmaq hüququ verildiyi göstərilir. Məlumatlardan sənədin digər
maddələrinin məzmununu öyrənmək mümkündür.
PolĢanın Xarici ĠĢlər Nazirliyinin arxivində, xüsusən 6674 saylı qovluqda
da Qafqazla, o cümlədən, Azərbaycanla bağlı maraqlı sənədlər vardır (52, v. 25,
26, 39, 40, 41, 42, 43, 44, 45, 46,47,53).
Bu sənədlər 1919-cu ilin iyununda Gürcüstan və Azərbaycan hökuməti
rəhbərlərinin bu ölkələrin müstəqilliyi ilə bağlı hər hansı bir təhlükəyə qarĢı
əməkdaĢlıq müqaviləsinin bağlanması ilə əlaqədardır. 12 maddəlik bu sənədin
37
əhəmiyyətini PolĢanın Qafqaz təmsilçisi öz hökumətinə çatdırdığını
məlumatlarda xüsusi vurğulayırdı.
PolĢa arxivbrində Azərbaycan Xalq Cümhuriyyəti dövrunə aid daha bir
sənəd isə 1919-cu ilin 8 oktyabrında PolĢanın Tiflisdəki nümayəndələrinə
göndərilən məktubdur. Azərbaycan Respublikası Xarici ĠĢlər Nazirliyinin
Ġnformasiya Ģöbəsinin göndərdiyi məktubda PolĢa ilə bağlı aĢağıdakı sənədlərin
onlara çatdırılması xahiĢ edilir: "1) Paderevski hökumətinin Ģəxsi heyətinin
siyahısı. 2) 1915-ci ildə Almaniyanın iĢğalından bu günə qədərki PolĢa
hökümətinin qısa siyahısı. 3) PolĢanın Ģərq sənədləri ilə bağlı hansısa məlumatlar.
4) Bu günkü PolĢa Seymi haqqında. 5) PolĢanın Qdansk Ģəhəri ilə münasibətbri
və sonuncu idarəciliyi haqqında. 6) PolĢa-Litva münasibətləri (Treniyax). 7)
PolĢa-çex münasibətləri (Treniyax). 8) PolĢa-Rumıniya münasibətləri haqqında"
(51, vər. 53).
Göründüyü kimi, 1918-1920-ci illərdə hər iki dövlətin ciddi münasibətləri
formalaĢırdı.
Arxiv sənədlərində "Müstəqil Azərbaycan Komitəsi"nin və Müsavat
Partiyasının gizli fəaliyyəti haqqında da faktlar açıqlanır. Qeyd olunur ki,
"Azərbaycanın Müstəqillik Komitəsi"nin və Müsavatın xalq arasında nüfuzu
böyükdür. Ġstər Azərbaycan daxilində, istərsə də xaricdə bu təĢkilatların nüfuzu
çoxdur. Bu təĢkilatlar PolĢa və Baltika xalqları ilə əlaqələrə üstünlük verirlər. (64,
v. 51).
PolĢa Xarici ĠĢlər Nazirliyinin 20-ci illərə aid sənədlərində Qafqazdan və
Azərbaycandan olan mühacirlərin fəaliyyəti ilə bağlı sənədlər də çoxluq təĢkil edir.
Xarici ĠĢlər Nazirliyinə məxsus 6693 saylı qovluqdakı sənədlərin birində Qafqaz
təĢkilatlarının Türkiyədə basqılara məruz qalması açıqlanır. Göstərilir ki,
bolĢeviklərin təzyiqi ilə Türkiyə bu regiondan olanların siyasi fəaliyyətini
əngəlləyir, geniĢ təbliğat iĢlərinə mane olur.
Göstərilir ki, Türkiyənin Qafqaz əraziləri ilə (xüsusən Gürcüstan və
Azərbaycan) sərhədləri vardır. Bu mənada mühacirlərin həmin ərazilərə
ədəbiyyatlar, sənədlər aparması, xalq arasında yayması mümkündür. Və bu
fəaliyyət iki məqamla müəyyənləĢir: 1) Türklərin bolĢeviklərlə qarĢılıqlı
münasibəti; 2) Avropa dövlətlərinin Türkiyəyə münasibəti.
Lakin
bolĢeviklərin
təzyiqi
Qafqaz
mühacirlərinə
Türkiyədə
fəaliyyətlərinə imkan vermirdi. Məxfi məlumatlarda bildirilirdi: "Odur ki, Ankara
öz dostlarından uzaqlaĢmağı kompensasiya etmək üçün, ilkin olaraq Qafqaz
təĢkilatlarını qurban verdi. Üç ilə qədər sərhəddə Gürcüstanla əlaqə yaradıb
fəaliyyət göstərən gürcü təĢkilatı artıq məhv edilib, texniki heyət isə Türkiyədən
qovulub. Dağlılann agentlərinin fəaliyyəti də eyni qayda ilə dayandırılıb. Bizim
fikrimizcə, Ankara Qafqaz TəĢkilatlarına qarĢı bu addımı bolĢevikləri
Dostları ilə paylaş: |