33
Ġstedadlı PolĢa yazıçısı Y. StruĢinski də Azərbaycanda olmuĢ, bu dili
öyrənmiĢ və sonradan özünün "GülĢad" povestini yazıb, 1872-ci ildə nəĢr
etdirmiĢdir (186, s. 72).
Qeyd edək ki, hələ XIX əsrdən baĢlayaraq Azərbaycanın tanınmıĢ elm və
ədəbiyyat xadimləri də PolĢaya səfər edir, burada ciddi əlaqələr qururdular. XIX
əsrin birinci yarısında Azərbaycanın tanınmıĢ alim və yazıçısı Abbasqulu Ağa
Qudsi Bakıxanov bu sahədə ilk addımı atanlar oldu (205, s. 75). Onun VarĢavada
olması, tanınmıĢ PolĢa Ģairi T. Zabloçski ilə yaradıcılıq əlaqəsi qurması haqqında
dəyərli faktlar mövcuddur (205, s. 76).
Azərbaycan-PolĢa əlaqələrinin formalaĢmasında tanınmıĢ Azərbaycan
yazıçısı Ġsmayıl bəy QutqaĢınlının da böyük xidmətləri olmuĢdur (206). Onun
VarĢavada fransız dilində nəĢr edilən "ġərq povestləri" kitabı hər iki xalq
arasında əlaqələr tarixinin öyrənilməsində ciddi mənbədir. Böyük mütəfəkkir,
dramaturq Mirzə Fətəli Axundovun da Azərbaycan-PolĢa əlaqələrinin inkiĢafında
xidmətləri vardır. Belə ki, 1876-cı ildə tanınmıĢ polyak skripkaçı-virtouz
M.Antoni de Kontski Tiflisə gəlir. Onunla tanıĢlıqdan sonra M. F. Axundov
skripkaçının olduqca savadlı, geniĢ dünyagörüĢlü və yüksək polemika
mədəniyyətinə malik qızına "Vanda" Ģerini həsr edir. Və böyük yazıçı azərbaycanlı
qızları da belə savadlı, açıqfikirli görmək arzusunda idi (207, s. 88-89).
Qeyd edək ki, tanınmıĢ ĢərqĢünas alimlərdən Mirzə Kazım bəyin, Mir
Cəfər TopçubaĢovun, Məhəmməd Sadıq Ağabəyzadənin də PolĢa ĢərqĢünaslığının
inkiĢafında əvəzsiz xidmətləri vardır (186, s. 95-96; 211).
Əslən Göyçaydan olan Məhəmməd Sadıq bəy Ağabəyzadə 17 ilə qədər
(1927-1943) əsası 1661-ci ildə qoyulmuĢ Lvov Universitetində çalıĢmıĢ, istedadlı
ĢərqĢünaslar nəsli yetirmiĢdir.
XX əsrin əvvəllərində isə Azərbaycanda mindən çox polyak yaĢayırdı.
Bakıda yaĢayan polyakların "Faris" adlı 200 tirajdan ibarət elmi-ədəbi aylıq qəzeti
nəĢr edilirdi. Qəzetin redaktoru Voyniloviç idi. Qəzetin ilk sayı 1907-ci ilin yanvar
ayının 22-də çap edilmiĢdi. 1908-ci ildə isə qəzet nəĢrini dayandırdı (186, s. 120).
Bakıda çap olunan "Kaspi" qəzetində isə Adam Mitskeviç (219) və H. Senkeviçlə
(220) bağlı yazılar və onların əsərləri nəĢr edilirdi. Yenə həmin dövrdə PolĢa
yazıçısı A. Asnıkanın "PolĢa ürəyi" əsəri tamaĢaya qoyulur. "Kaspi" qəzetində isə
sonradan da mütəmadi olaraq PolĢa ilə bağlı yazılar, məlumatlar dərc edilirdi (221,
222, 223).
XX əsrin əvvəllərində Azərbaycanda nəĢr edilən aĢağıdakı qəzet və
jurnallarda PolĢanın mədəni-siyasi həyatı ilə bağlı yazılar çap edilirdi: "Molla
Nəsrəddin", "Təzə həyat", "Sədayi-Qafqaz", "Açıq söz" (15, 16), "Sovqat" (31).
M. Ə. Rəsulzadənin redaktoru və naĢiri olduğu "Açıq söz" qəzeti də
Azərbaycan-PolĢa əlaqələri ilə bağlı məlumatlara geniĢ yer ayırırdı. 1916-cı ildə
34
"Açıq söz"də tanınmıĢ PolĢa yazıçısı Henrix Senkeviçin ölümü haqqında nekroloq
çap edilmiĢdi (15).
"Açıq söz" qəzetinin 1917-ci ilin 24 yanvar tarixli sayında isə Bakıda
Henrix Senkeviçin xatirəsinə həsr edilmiĢ tədbir haqqında məlumat verilmiĢdi.
Tədbir yanvarın 22-də PolĢa cəmiyyəti tərəfindən təĢkil edilmiĢdi və 40-a qədər
millətin nümayəndəsi iĢtirak edirdi. PolĢa Dumasının üzvü tədbiri açıq elan
etdikdən
sonra
gürcülərin, yəhudilərin, çexlərin, polyakların, latıĢların
nümayəndələri çıxıĢ etdilər. Azərbaycan ziyalıları adından isə Mehdi bəy Hacınski,
Əli Səbri Qasımov, Sara xanım Axundova, Nəriman Nərimanov, Rza Zəki
Lətifbəyov, Əlimərdan bəy TopçubaĢov çıxıĢ etdilər.
Tədbirdə M. Ə. Rəsulzadənin çıxıĢı çox təsirli oldu və böyük maraqla
qarĢılandı. O, çıxıĢında bildirdi: "Bu gün Avropanın tanınmıĢ yazıçısı olan H.
Senkeviçi xatırlayarkən ġərqin böyük Ģairi Sədinin Ģeri yada düĢür: "Ġnsanlıq
ümumi, vahid bir orqanizmdir. Əgər həyat bu orqanizmin bir yerinə zərbə
vurursa, onda baĢqa yerlər də ağrıyır". Müsəlman mətbuatı, bütün xalqların
qardaĢlığını tərənnüm edən belə Sədi kimi böyük filosoflardan tərbiyə almıĢdır.
Öz müstəqilliyini itirmiĢ PolĢa uzun əsrlər qaranlıqda qalmıĢdır. PolĢanın günəĢi
doğmuĢdur. Bu günəĢ bütün xalqların öz müstəqilliyidir. GünəĢdən məhrum
olan bir ölkədə H. Senkeviç qaranlığı iĢıqlandıran bir ay idi. Senkeviç
öz xalqının qəlbində bir məĢəl idi" (16).
XX əsrin əvvəllərində PolĢanın tanınmıĢ neft sənayeçisi S. Ġ. Rılski
Bakıda "PolĢa Komitəsi"ni yaratmıĢdı və bu komitə PolĢa qaçqınlarına kömək
edirdi.
Eyni zamanda Bakıda ayrıca "PolĢa evi" də fəaliyyət göstərirdi. "PolĢa evi" tez-
tez mədəni tədbirlər keçirir, maraqlı tamaĢalar səhnəyə qoyurdu (186, s. 123).
Qeyd edək ki, sonralar PolĢa yazıçısı S. Strumif-Voytekviç Bakıda
yaĢamıĢ polyakların həyatından bəhs edən "Mənim Bakıya qayıdıĢım" romanım,
Stefan Jeromski isə polyakların demokratik respublika dövründəki həyatından bəhs
edən "Baharın sonu" əsərini yazmıĢdı.
M. Ə. Rəsulzadə tanınmıĢ Azərbaycan Ģairi Məhəmməd Hadinin PolĢa
haqqında olan Ģerləri ilə bağlı özünün 1936-cı ildə Parisdə etdiyi "Müasir
Azərbaycan ədəbiyyatı" adlı məruzəsində maraqlı faktlar açıqlayırdı. (210, 218, s.
11-17). M. Ə. Rəsulzadə çıxıĢında qeyd edirdi ki, M. Hadinin PolĢada yazdığı
Ģerlər böyük maraq doğurmaqdadır. Bu Ģerlərində M. Hadi təsadüfən düĢdüyü,
Karpat dağlarında gedən hərbi döyüĢlərin və müharibənin dəhĢətli mənzərəsini
təsvir edərək həm də müdrik fəlsəfı nəticələr çıxarırdı.
Azərbaycan - PolĢa! Niyə PolĢa? Bizi yaxınlaĢdıran məqamlar.
Tarixdə Azərbaycanla PolĢanı yaxınlaĢdıran çox məqamlar vardır.
VarĢavada yaĢayan Azəri adlı bir müəllifin "QurtuluĢ" jurnalında nəĢr edilən "Bir
Dostları ilə paylaş: |