24
Hacıbəyliyə, Yusif Ġsmayılzadəyə (fond 661) və Ramiz Abutalıbova (fond 648) aid
fondlarda bilavasitə azərbaycanlı mühacirlərlə bağlı çoxlu sənədlər vardır (7,8).
Problemin araĢdırılması zamanı Azərbaycan Respublikası Dövlət Arxivindəki
aĢağıdakı fondların materiallarından da faydalanmıĢıq. Fond-28; Fond-410; Fond-
414; Fond-894; Fond-895; Fond-970 (1,2,3,4,5,6).
Eyni zamanda Azərbaycan Respublikası Siyasi Partiyalar və Ġctimai
Hərəkatlar Arxivində (SPĠHDA)də ciddi sənədlər saxlanılır: Fond-276; Fond-277
(9,10).
Polşa arxivləri
Problemi araĢdırarkən daha çox PolĢa Respublikasının arxivlərindəki
sənədlərə müraciət etmiĢik. Bundan ötrü PolĢada elmi ezamiyyətdə olmuĢ,
VarĢavadakı “Yeni Aktlar Arxivi”ndə, "Texniki Sənədlər Arxivi” ndə PolĢa
Respublikası Müdafiə Nazirliyinin Xüsusi Arxivində, VarĢava kitabxanasında
saxlanılan materiallarla tanıĢ olmuĢdur. Qeyd edək ki, burada azəıbaycanlıların
PolĢadakı fəaliyyətlərinə aid çox zəngin sənədlər saxlanılır. Azərbaycanlıların M.
Ə. Rəsulzadənin, Ə. TopçubaĢovun, M. Vəkillinın Pilsudski hökuməti ilə
yazıĢmaları, PolĢa dövlətinin mühacirlərə dəstəyini təsdiqləyən sənədlər,
Qafqazdan, o cümlədən Azərbaycandan olan hərbçilərin müqavilə əsasında
PolĢa Silahlı Qüvvələrinə qəbulunu göstərən sənədlər böyük maraq doğurur.
Tədqiqatımızda ilk dəfə olaraq həmin zabitlərin Ģəxsiyyəti haqqında da geniĢ
məlumat veririk. Qeyd edək ki, 2004-cu ilin iyul ayının 15-də PolĢa
Respublikasının Dövlət Arxivi ilə Azərbaycan Respublikasının Dövlət Arxivi
arasında bağlanan əməkdaĢlıq müqaviləsi burada çalıĢmağımıza Ģərait yaratdı (51,
52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68).
PolĢa arxivlərində saxlanılan sənədlər sırasında, Sovetlər rejimi altında
yaĢayan Azərbaycandakı hadisələrə ciddi diqqət yetirilməsidir. Arxiv sənədlərində
mövzu ilə də bağlı diqqəti cəlb edən məlumatlar çoxdur.
1920-1930-cu illərdə PolĢa dövləti bolĢevizmə qarĢı mübarizə aparırdı və
təbii ki, Rusiya əsarəti altında qalan xalqların mühacirətdəki nümayəndələrindən də
faydalanmağa çalıĢırdı. Odur ki, bu mühacirətin Qafqaz Birliyi adı altında,
sonradan isə "Prometey" klubunda birləĢib fəaliyyət göstərməsini vacib sayırdı.
Həmin illərdə ayrıca bir "Prometey”
jurnalının nəĢri də faktlara sübutdur. Bu
proseslərdə isə azərbaycanlılar həmiĢə faydalı mövqedən çıxıĢ edirdilər.
Qeyd edək ki, PolĢa dövləti Xarici ĠĢlər Nazirliyinin ġərq Departamenti
vasitəsi ilə azərbaycanlı mühacirlərin nəĢr etdikləri mətbuat orqanlarına da maddi
dəstək göstərirdi.
25
PolĢa arxivlərində, xüsusən "Yeni mexaniki dokumentlər" arxivində çoxlu
sayda fotolar saxlanılır. Həmin fotoların da tədqiq edilib öyrənilməsi vacibdir.
Burada azərbaycanlılara aid fotolar da əldə etmək mümkündür.
PolĢada olarkən VarĢava kitabxanasındakı materiallarla tanıĢ olduq.
Burada mühacirət mətbuatı ilə çoxlu sayda nümunələr saxlanılır. Xüsusən
"Prometey" jurnalının bütün saylarını burada əldə edib bəhrələnmək mümkündür.
Eyni zamanda "Qafqaz", “ġimali Qafqaziya - Severnıy Kavkaz" jurnallarının da
əksər nüsxələri burada saxlanılır.
Türkiyə arxivləri
Problemi araĢdırarkən Türkiyə Cümhuriyyətindəki mənbələrdən də
faydalanmıĢıq. Belə ki, Türkiyədə CümhurbaĢkanlığı arxivində və Ankarada Milli
Kitabxanada Azərbaycandan ümumilikdə isə Qafqazdan olan mühacirlərə aid
çoxlu sənədlər saxlanılır (93, 94, 95, 96, 97, 98, 99, 100, 101, 102, 103, 104, 105,
106, 107, 108, 109, 110, 111, 112, 113, 114, 115'116, 117).
Kitabda M. Ə. Rəsulzadənin Azərbaycan-PolĢa əlaqələrindəki rolu ilk
dəfə olaraq xüsusi elmi mövqedən tədqiq edilir. 1918-1920-ci illərdən baĢlamıĢ
1939-cu ilə qədər PolĢanın Almaniya və Sovet Ġttifaqı tərəfindən iĢğalına qədərki
dövr ardıcıl olaraq dəqiq və sistemli Ģəkildə araĢdırılır.
Bundan əlavə, Azərbaycan-PolĢa əlaqələrinin müəyyən çalarlarına
toxunulur.
Tədqiqat iĢinin elmi yeniliyi məhz problemin özünün qoyuluĢu ilə
müəyyən olunur və əsasən aĢağıdakı müddəalarda öz əksini tapır:
Azərbaycan-PolĢa əlaqələri ilə bağlı ayrı-ayrı məqalələr, əsərlər
yazılsa da, M. Ə. Rəsulzadənin və azərbaycanlı mühacirlərin bu ölkədəki həyatı,
mübarizəsi və çalıĢmaları indiyədək ciddi, sistemli, monoqrafik Ģəkildə
araĢdırılmıĢdır;
kitabda azərbaycanlı mühacirlərin PolĢadakı hərbi, siyasi və mətbu
çalıĢmalarını əks etdirən ən mühüm mənbə və qaynaqlara istinad edilmiĢ, onların
ictimai-siyasi fəaliyyəti dövrün ümumi mənzərəsi fonunda tədqiq edilmiĢdir;
tədqiq olunan problemə yeni tarixi, siyasi kontekstdən yanaĢılmıĢ,
sovet dövrünün kök salmıĢ ideoloji bağlılığından və prinsiplərindən azad olmağa
cəhd göstərilmiĢdir;
M. Ə. Rəsulzadənin və digər azərbaycanlı mühacirlərin PolĢada
məskunlaĢmaları və siyasi, mətbu çalıĢmaları səbəbinə xüsusi diqqət yetirilmiĢdir;
26
tədqiqat iĢində M. Ə. Rəsulzadənin və digər azərbaycanlı mühacirlərin
PolĢadakı fəaliyyətinin real mənzərəsini yaratmağa kömək edən çoxlu sayda
sənəd və materiallar ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmiĢ, elmi-tarixi
problemin həllinə kömək edən yeni ədəbiyyat və mənbələr tədqiqata cəlb
edilmiĢdir;
kitabın materialları və nəticələri XX əsr Azərbaycan tarixinin daha dərindən
öyrənilməsində, mühacirət irsinin və mətbuat tarixinin araĢdırılmasında,
Azərbaycan diasporunun fəaliyyətinin tədqiqində, eləcə də təbliğat və təhsil
iĢində istifadə oluna bilər;
tədqiqatdan alınan nəticələr Azərbaycanın XX əsr tarixinin iĢlənməsində,
ümumiləĢdirici əsərlər yazılmasında, təhsil iĢində, o sırada ali məktəblərdə
Azərbaycan tarixinin tədqiqində, xüsusi kursların keçilməsində mühüm
mənbədir.
Kitab giriĢ, 11 fəsil, nəticə, istifadə olunmuĢ ədəbiyyatların siyahısından
və əlavələrdən ibarətdir. GiriĢdə mövzunun elmi aktuallığı və əhəmiyyəti
əsaslandırılmıĢ, problemin öyrənilmə səviyyəsi geniĢ Ģərh edilmiĢdir.
Monoqrafiyanın 11 fəslində araĢdırılan problem geniĢ tədqiq olunmuĢdur. Nəticədə
XX əsr tarixində M. Ə. Rəsulzadənin və digər azərbaycanlı mühacirlərin tarixi
mövqeyi əsaslandırılmıĢdır.
Tədqiqatımızda araĢdırılan tarixin bəzi məqamlarını aydınlaĢdırmaq
məqsədi ilə təcrübəli alimlərlə, tədqiqatçılarla məsləhətləĢmələr də aparılmıĢdır.
Açıqlanmasına ciddi ehtiyac duyulan bu mövzu tarix elmimzdə göstərilən
ilk böyük cəhddir. ġübhəsiz ki, zaman keçdikcə, imkanlar olduqca Almaniyada,
Türkiyədə, Fransada, PolĢada, Rusiyada saxlanılan çoxlu sayda yeni arxiv
sənədləri öyrəniləcəkdir. XX əsr tarixində isə bu boĢluğu doldurmağa ehtiyac
vardır.
Dostları ilə paylaş: |