www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
13 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Mən həyəcanlıydım. Uzun illər vurğunu olduğum və gözəl qadın kimi obrazını qəlbimdə
gəzdirdiyim Züleyxa-Malenanı görəcəkdim.
O, gəldi və nə gəldi! Sanki gözəl bir bala hazırlaşmışdı və həmin o gözəl balda öz şahzadəsini
tapacaqdı, daha doğrusu, necə gözəl olduğunu ona nümayiş elətdirəcəkdi. Bəlkə elə həmin
şahzadə mən idim və uzun illərdən sonra biz bir-birimizə qovuşacaqdıq.
Mən ona bir könüldən min könülə yenidən vurulmağa hazır idim. Amma təəssüf, şairlər demiş,
heyhat, bu belə deyildi. Züleyxa-Malena kübar xanımlara məxsus uzun mavi dekolte geyinmişdi,
sarışın saçını arxaya yığıb bağlamışdı, tellərindən bir cığa ayırıb gözünün üstünə salmışdı.
Qarasaçlı Züleyxa indi sarışın mələklərə bənzəyirdi. Onda Hollivud aktrisasına oxşar nəsə vardı.
"Bahar çiçəkləri"nin sahibəsi öncə Sərdar bəyə yaxınlaşdı. Sərdar bəylə çox incə görüşüb
öpüşdü.
- Çox gözəlsiniz, - Sərdar bəy dedi və onu təkrarən öpdü, sonra geri çəkilib, mənə işarə ilə, -
müsafirimiz sizin cocuqluq arkadaşınızmış, - dedi.
Züleyxa xanım əvvəlcə məni ayaqdan-başacan süzdü, sonra əlini uzatdı. Onun bu etinasızlığı
məni əməlli-başlı qorxuzdu. Mənə elə gəldi ki, qarşımdakı bir zamanlar gördüyüm Züleyxa
xanım deyil. O, heç mənim təsəvvürümdə canlandırdığım Züleyxaya da oxşamırdı. Təkcə zaman
yox, həm də adamlar dəyişir, buna söz yox, amma hisslərimin bu qədər aldadıcı olduğunu
düşünməzdim.
"Bahar çiçəkləri"nin gözəl sahibəsi elə bil mənim tərəddüdlərimi və keçirdiyim hissləri anladı,
ürəkdən güldü və Sərdar bəyə tərəf dönüb:
- Əfəndim bizi bağışlayar, yəqin, cocuqluq arkadaşımla bir az baş-başa qalardım.
Sərdar bəy onu başa düşdü, yenidən Züleyxa Göyçəyi öpdü və mənə sarı qanrılıb, - bu gözəli
qardaş qardaşa qıymaz, mən səninlə baş-başa qoydum, - dedi və gedərkən, - bir kömək lazım
olsa, rica edirəm, məni arayasınız, - deyə əlavə elədi.
Züleyxa xanım məni divana dəvət elədi. Bir küncdə oturdum. O isə mənimlə üzbəüz kresloya
çökdü. Yəni elə ehmalca oturdu ki, paltarı əzilməsin. Səlma xanım bizə çay gətirdi.
Uşaqlıq arkadaşım gözünün üstünə tökülmüş saçını qulağının arxasına keçirdi və dedi:
- Mən səninlə görüşməzdim, amma Sərdar bəy deyəndə ki, sən yazarsan, razılaşdım. Əslində,
yazarlardan qorxuram, amma istərdim ki, mən öləndən sonra başıma gələnləri qələmə alasan.
Orada (Bakını nəzərdə tuturdu) mənim haqqımda xoşagəlməz şayiələr dolaşır. Amma söz ver ki,
söhbətimiz mən həyatda olmayandan sonra çap olunacaq.
Züleyxa Azərbaycan türkcəsində anlaşmağa çalışsa da, vaxt öz sözünü demişdi, İstanbul ləhcəsi
onun danışığında birinci yerdəydi. Onun danışıqlarını öz süzgəcimdən keçirirdim.
Sonra o, nə fikirləşdisə, səsini xırp kəsdi, elə bil utandı.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
14 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
- Unutmuşam ki, biz cocuqluqdan bir-birimizi tanıyırıq, bağışla ki, səninlə yad adam kimi
danışıram, çoxdandır görüşmürük... heç ağlıma da gəlməzdi. O qədər müxbir görmüşəm ki,
hamını bir-birinə oxşadıram. Bakıda başqa cürdü axı, qonağı özgə cür qarşılayarlar. Mən gərək
səni evimə dəvət edəm, amma orda bizə qulluq edən tapılmayacaq. Ona görə də Boğaziçinə enib
"Quş ağzı"nda bir nahar eliyək, - dedi.
Mən etiraz eləmədim.
- Sahibi - mütləq sizsiniz, - deyə aramızdakı soyuqluğu, pərtliyi götürmək istədim.
Biz "Quş ağzı"na düşdük, sahilə yaxın oturduq. Bir azdan tösmərək, amma osman oğlanları
demiş, şık geyimli bir kişi bizə yaxınlaşdı, daha doğrusu, Züleyxa xanıma təzim eləmək üçün
stolumuza sarı gəldi. Başa düşdüm ki, ortayaşlı bu adam restoranın sahibidir. O, Züleyxa
xanımın qarşısında baş əydi və yaraşıqlı, ağappaq əllərindən öpdü. Əvvəlcə sağ, sonra da sol.
Düz üç dəfə.
- Xoş gəldiniz, Züleyxa xanım.
Boğaziçi gözəli nazlana-nazlana və ədayla:
- Xoş bulduq, Nəcib bəy, - dedi.
- Qulluğunuzda hər zaman hazıram, Züleyxa xanım, - Nəcib bəy belə dedi və arxasında
dayanmış qarsonlara işarə elədi.
Qarsonlar eyni cür geyinmişdilər, bir boydadılar, sanki əkiz qardaş idilər və məcməyidəki
menyünü ədəb-ərkanla qarşımıza qoydular, elə bil, qorxurdular ki, ehtiyatsız bir hərəkət
xətrimizə dəyər və sakit addımlarla bizdən uzaqlaşdılar.
- Nə istəyirsən, sifariş elə. - Züleyxa xanım qonaqpərvərliklə dedi.
- Sən seçsən yaxşı olar, - dedim.
O, mənə adını unutduğum bir yemək təklif elədi. Gözümü döydüyümü görüb onun izahını verdi.
- Bu, langetə oxşar ət yeməyidi.
Ofisiantlar qayıtdılar, sifarişləri götürüb getdilər.
Züleyxa xanım yerini rahatladı və həyatını danışmazdan əvvəl bir sual verdi:
- Mən yoxa çıxandan sonra həyatınızda bir şey dəyişdimi?
- Hər şey dəyişdi. Həyətimizdə həyat öldü, - dedim.
Züleyxa elə ürəkdən güldü ki, sanki onun səsi Boğaziçində qərar tutan bütün kafe və
restoranlarda eşidildi. Hər halda mənə elə gəldi. Sonra o, uzun müddət susdu, Boğaziçində üzən
ağ yelkənli gəmiləri süzdü və qəmli-qəmli:
- Gəmilər ağ örpəkli gəlinlərə oxşayır, taleləri qaranlıq və kədərlidir, - dedi.
Ofisiantlar sifariş elədiyimiz yeməkləri gətirdilər və hər ikisi bir ağızdan:
- Afiyət olsun, - deyib getdilər.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
15 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
* * *
Züleyxa danışdıqca keçmişin xiffəti məni bürüyürdü. Bu xiffəti Boğaziçindən qopan külək də
dağıda bilmirdi. Və indinin özündə də ətrafa qəribə ətir saçan bu xanımın cazibəsini hər an hiss
edirdim. O, həyatı bütövlükdə yaşamağa alışmış adamıydı. Bu cür qadınlar haqqında ən
xoşagəlməz fikirləri söyləməkdən çəkinmirlər. Bəziləri onu kişiləri bədbəxt edən cadugərə,
bəzilərisə göz qamaşdıran və tez xərclənən var-dövlətə bənzədirlər. Mənsə onu xəzinəyə
oxşadırdım. Çünki mənimçün yenə də cəlbedici və sirliydi.
O, boş-boş şeylərdən danışırdı, istanbulluların qəribə məxluq olmalarından, addımbaşı para
güdmələrindən, xəsisliklərindən söz açırdı. Dil qəfəsə qoymurdu. Elə ürəkdən gülürdü ki,
ağzında ağappaq dişlərini saymaq olardı. Kövrələndə gözləri qəribə və sirli görünürdü,
seksuallığı birə-beş artırdı... Amma nədənsə o, sözünün canını deməyə, söhbətinin məğzini
anlatmağa tələsmirdi. Bizə gətirilən yeməyə də əl vurmamışdıq. Onun fikri öz macəraları ilə
məni valeh eləməyin yanında, mənim düşüncələrim isə Züleyxanın ağzında, burnunda,
dodaqlarında, jestlərində, əlçatmaz, gündəyməz yerlərindəydi. O çox gözəl idi. Qınamasalar,
deyərdim ki, İstanbul onun gözəlliyinin yanında solğun görünürdü. Mən Züleyxanın balaca,
yupyumru döşlərinin arasını, ağappaq budlarını xatırlayırdım və hələ də özümü nakam bir
növcavan kimi hiss edirdim. Biz, yəni mən və uşaqlıq dostlarım dəfələrlə onu xəyallarımızda
soyundurmuşduq, çəhrayı məmələrini öpmüşdük, amma sirli "zonaya" əl vurmamışdıq, onu
intim anlar üçün saxlamışdıq. Çünki müsəlmançılıq bizim qanımızdaydı və ən intim səhnəni
zifaf gecəsi üçün saxlayırdıq.
Züleyxa mənim baxışlarımı göydə tutdu. Danışmağına ara verdi və:
- Niyə yemirsən, yesənə? - soruşdu.
- Bəs, sən niyə yemirsən? - deyə suala sualla cavab verdim.
- Səni gördüm, yemək yaddan çıxdı, - dedi və güldü, əlini yeməyə atdı, - öz aramızdır, erkəklər
məni görəndə iştaha gəlirlər...
O, özü də bilmədən doğmalaşmışdı, həminki şıltaq Züleyxa olmuşdu və sanki Yusifdən bir xəbər
gətirmək üçün indicə mənimlə şərt kəsəcəkdi.
Yeməyə həvəsim olmasa da, ət döyməsindən bir tikəni götürüb gəvələməyə başladım. O, mənim
həvəssiz yediyimi görüb:
- Xoşuna gəlmirsə, başqasını gətirsinlər, - dedi.
- Yox, söhbət yeməkdə deyil. Hər şey yaxşıdır. Amma məni bir şey maraqlandırır. Necə oldu ki,
sən birdən-birə yoxa çıxdın və məhlə kişilərinin hamısının yuxusuna haram qatdın?
Dostları ilə paylaş: |