|
Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)
78
çuxasını alıb oğlunun çiyninə saldı (3, s.18). Böyük marfacdan təzə qılıncı çuxasını alıb oğlunun
çiyninə saldı, mıxdan da qara Buxara papağını endirib tozunu sildi və oğlunun başına qoydu (3, s.
16).
Mənşəyinə görə əsərlərin dilindəki dialektal vahidlər: Dilimizin lüğət tərkibində müəyyən faiz
təşkil edən müxtəlif dillərdən alınmalar dilin ədəbi və dialektal qatında yer aldığı kimi, müxtəlif
dövrlərdə yazılmış ədəbi əsərlərin dilində də müşahidə olunur. Müəyyən tarixi mərhələlərdə dillərarası
inteqrasiyanın səviyyəsini müəyyənləşdirmək baxımından həmin dövrdə yazılmış ədəbi əsərlərin
müstəsna rolu vardır. Hər dövrdə olduğu kimi, XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan dilinin
tarixi inkişafında ayrıca mərhələ təşkil edir. Bu dövrdə rus, Avropa, eləcə də ərəb və fars dillərinin güclü
təzyiqinə məruz qalan Azərbaycan-türk dili öz gücü sayəsində tarixi sabitliyini qorusa da, bəzən bu
dillərin təsirindən yan keçə bilməmişdir. Bunu həmin dövrdə yazılmış ədəbi əsərlər və mətbuatın dili
daha aydın göstərir. Baxmayaraq ki, saf dil uğrunda mübarizə məsələsi XX əsrin bir çox mətbu
orqanları kimi, “Füyuzat” və “Molla Nəsrəddin”in ideya istiqamətini müəyyənləşdirən ən başlıca
amillərdən biri idi, lakin bu təsir o dövrdə yazılmış ədəbi əsərlərin dilindən də yan keçməmişdir.
E.Sultanovun əsərlərinin dilinin dialektal qatını müxtəlif dillərdən keçən alınmalara görə mənşə
baxımından iki əsəs qrupda təsnif etmək olar:
1.
Türk mənşəli: Müasir Azərbaycan dilinin istər ədəbi, istərsə də dialekt qatının əsas hissəsini
qədim Azərbaycan sözləri ilə yanaşı, ümumtürk mənşəli sözlər təşkil etməkdədir. Bunu E.Sultanovun
əsərlərinin dilində işlənən bu gün dilimizin dialekt qatında yer alan leksik vahidlər təsdiq edir.
Azərbaycan dil tarixinin ən möhtəşəm abidəsi “Kitabi Dədə Qorqud”un dilində mövcud qan yaş
tökmək, başına dolanmaq, yey, qovğa və başqa bu kimi söz və ifadələrin E.Sultanovun əsərlərinin
dilində əsəs mövqedə dayanması təsadüfi deyil. Heç bilirsiniz nə qovğa çıxartdı (3, s. 110). Getməli
qonağın getməyi yeydir (3, s.17).
Çağdaş Azərbaycan və Türkiyə türkcəsində istər ədəbi, istərsə də dialekt və şivələrində ortaq
şəkildə mövcud olan aynabənd, əsnaf, dışarı, caddə, çılım-çılpaq, miniklər, börk kimi leksik
vahidlərin E.Sultanovun dilində işlənməsi faktı dövrün leksik mühiti, həm də poetik ifadə tərzi ilə
bağlı məsələdir. Kürdlərin tüğyanı ərşə dayandı, az qaldı ki, böyük caddə bağlansın, gedib gələnin
tərəddüdü kəsilsin.
Börkümü yan qoymuşam
İçinə biyan qoymuşam
Mənə baxan qızların
Qəlbinə qan qoymuşam (3, s. 81).
2. Alınmalar: Tarixi dialektoloji tədqiqatlardan aydın olur ki, Naxçıvan qrupu dialekt və
şivələrinin lüğət tərkibi əsasən öz milli köklərinə dayanan oğuz-qıpçaq sözlərindən ibarət olsa da,
tarixi inkişaf prosesində müxtəlif xalqlarla mədəni iqtisadi əlaqələr nəticəsində dilimizin dialektal
lüğət tərkibi bəzi məqamlarda yad dillərin təsirindən, alınmalardan kənarda qala bilməmişdir.
Bunun nəticəsində Azərbaycan dilinin dialektal qatına yad dillərdən keçmiş sözlər o dövrdə
yazılmış ədəbi əsərlərin dilində də müəyyən qədər iz buraxmışdır ki, bu tarixi izlər E.Sultanovun
əsərlərinin dilindən də yan keçməmişdir. E.Sultanovun əsərlərinin dilində həm qonşu, həm də qonşu
olmayan xalqların, qohum və qohum olmayan dillərin sözləri vardır. XIX əsrin sonu XX əsrin
əvvəllərində dillərarası inteqrasiyanın səviyyəsini müəyyənləşdirmək baxımından E.Sultanovun
əsərlərinin dilinin tədqiqi olduqca maraqlıdır.
a) rus mənşəli və Avropa mənşəli sözlər: Dilimizin leksikasında rus və avropa mənşəli
alınma sözlərin dilimizə köçmə tarixi əsasən XIX əsrin birinci yarısı ilə əlaqədardır (5, s. 131). Bu
tarixi proseslə əlaqədar olaraq müasir Azərbaycan dilinin dialekt qatının müəyyən bir qismini rus
dilindən keçən alınmalar təşkil edir ki, bu kimi alınmalar E.Sultanovun əsərlərinin də dilində
müşahidə olunur: kondrabatçı, spekuliyasiya, podratçı, paraxod, yurist, kepka, rus matışkaları;
Spekulyasiyanın çərxi kimini qaldırıb, kimini də endirib, hər kəsin də əli bu çərxdən qurtarırdı,
uçurumun lap dibinə düşürdü (3, s. 31). Mirzə Mustafanın zahiri sifəti başqalarından seçilmirdi,
üzü qırxıq, böğları gödək kəsilmiş, başında fəhlə kepkası, əynində tolstovka xəxləti və i..a... (3,
s.53).
b) ərəb və fars mənşəli sözlər: peşkəş, dübarə, bərşikəst, bədəsil, xoşsahir, bədbatil,
bədnəzər, xudavəndi-aləm, səngsar-daşqalaq və s. Amma beş dəqiqə keçməmiş, arvad dübarə
yuxudan oyanıb, başladı saçlarını yolmaya (3, s. 21). Bir gündə onları bərşikəst edib atalarını
yandırar (3, s. 35). Xalq məhkəməsinin katibi çolaq Mirzə Mustafa xoşzahir, bədbatil bir adam idi
(3, s.51).
79
Qrammatik xüsusiyyətlərinə görə: Leksik və qrammatik morfemika, həmçinin morfoloji
kateqoriyalar baxımından çox zəngin olan Azərbaycan dialektlərinin tədqiqində klassik ədəbi
əsərlərin dili ilə müqayisəsində dilimizin tarixi inkişaf mərhələləri əsas amillərdən biri kimi diqqətə
alınmalıdır. Aparılan bu tip müqayisədən aydın olur ki, türk dillərinin qədim tarixi morfoloji
xüsusiyyətləri və sintaktik konstruksiyası müasir Azərbaycan dilinin ədəbi və dialektal qatında
olduğu kimi, klassik ədəbi əsərlərin də dilində əsaslı şəkildə mühafizə olunmaqdadır.
Azərbaycan dilinin tarixi inkişafı ilə əlaqədar zaman-zaman öz əvvəlki funksiyasından əlavə
polisemiyaya doğru istiqamət alaraq dilimizdə daşlaşıb qalmış, müəyyən üslubi çalarlar ifadə edən
sintaktik konstruktiv birləşmələr dilimizin dialektal qatının xüsusi bir hissəsini təşkil edir. Çox
maraqlıdır ki, dilimizin dialekt qatında aktiv müşahidə olunan bu tip konstruktiv ifadələr bir çox
ədəbi əsərlərin dilndə də müəyyən üslubi-ekspressiv funksiya daşıyır və fikrin ifadəliliyinə və
məntiqi gücünə yeni bir çalar əlavə edir. Müasir Azərbaycan dialekt və şivələrində aktiv mövqedə
dayanan bu tip ifadə və birləşmələr E.Sultanovun əsərlərinin dilinin əsas bazasını təşkil edir:
anadan əmdiyini burnundan gətirmək, qadası ürəyinə, dəryada qərq olmaq, vayına oturmaq,
üzünün əti tökülsün, mısmırığını sallamaq, kıhnə bazara təzə nırx qoymaq, qələt dartmaq, xətti-
xalına, gül camalına tamaşa etmək, dişi bağırsağını kəsmək, gur-gur guruldamaq, mav-mav
mavıldamaq, yerə girmək , ucun alıb ucuzluğa getmək ürək-dirək vermək və s.
E.Sultanovun əsərlərinin dilinin qrammatik xüsusiyyətlərinin dialektoloji tədqiqi Azərbaycan,
elcə də ümumtürkoloji dilçilik üçün maraqlı dil faktlarını ortaya çıxarır. Tədqiqatlar göstərir ki, ədəbi
dildə, eyni zamnada dialekt və şivələrdə olduğu kimi, klassik ədəbi əsərlərin dilində də Azərbaycan-türk
dilinin qədim tarixi morfoloji xüsusiyyətləri və sintaktik konstruksiyası əsaslı şəkildə mühafizə
olunmaqdadır. Azərbaycan dilinin dialektal qatında yer alan qrammatik sistemində mövcud vahidlər də
müxtəlifliyi ilə diqqəti cəlb edir. E.Sultanovun əsərlərinin dilinin dialektal qatında müasir Azərbaycan
dilinin tarixi qrammatik xüsusiyyətlərinin də öyrənilməsində müstəsna əhəmiyyətə malik müxtəlif nitq
hissələrinə aid sözlər, sintaktik konstruktiv birləşmələr, ara sözlər də yerli yerində işlənir. Azərbaycan
ədəbi dilində işlənməyən, lakin Naxçıvan qrupu dialekt və şivələrində aktivliyi ilə diqqəti cəlb edən, bir
çox ad, hərəkət əlamət və keyfiyyət bildirən sözlər E.Sultanovun əsərlərinin dilində də eyni ilə
aktivliyini qoruyur.
Əsas nitq hissələri.
İsim: nırx, bəbə, çul, çuxa, börk, davar, daxma, aynabənd, palaz, əyal, söz-sov, cəza-fəza,
mısmırıq, kin-küdurət, şapalaq, cında, kağaz-kuğaz, dəsgah, tədarük, qovğa, qalmaqal dəstərxan,
çapovulçu, qonum-qonşu, dağdağa, dərdinə-oduna, fikir-zikir, fəqir-füqəra, təkyə, pərgar, qəzavü-
qədər, ələyəz, hovur, havar, yaranal, migidançı və s. Havara gələn kəndlilər seyidlərin yanına gəlib, bir
parça onların üzünə tüpürdü (3, s.23). Nırx dediyin deyir (4, s.145). Xeyr, deməyəsən, elə hər adamdan
ötrü durub bir dəsgah düzəldəcəyəm (3, s.61). Seyidlər quldur deyillər, çapovulçu deyillər (3, s.20).
Odur ki, aralarında həmişə qovğa və qalmaqal olardı (3, s.53). Mirzə Mustafanın mısmırığı sallandı (3,
s.57). Bu cür şəhvət dağarcığı kişilərə ayqır və ya xəstə desəydilər, daha doğru olardı (3, s.54).
Sifət: avand, çirməli, kəmcürət, iraq, beztuman, ikicanlı, qanısoyuq, qıpqırmızı, pirani, şil,
avara-sərgərdan, harın, yorğa, kor-peşman, qupquru, gözü qıpıq, mərdimazar, şorgöz, ağca-tərcə,
yerli-yataqlı, yepyekə, uzunboğaz, qonaqsevən, məlul-müşkül, səffak-qaniçən; Qubernator bir
səffak yaranal idi (3, s. 93). və s. Şirin uşaq deyil, bəbə deyil, maşallah, yepyekə igiddir (3, s.12).
Fel: duruxmaq, güvənmək, girhagir, donquldanmaq, ərz etmək, soraqlaşmaq, qırılmaq-ölmək,
laşey-var yoxdan çıxmaq, mısmırığını sallamaq, yaşınmaq, düvagü–dua etmək, süpürləmək, xoflanmaq,
qələt dartmaq, və s. Nurulla kişi bir az duruxan kimi oldu (3, s.15). Mustafa nə qələt dartsa, gizlin
dartar (3, s.55). Bəy, həmişə ömrünə düvagü varam (3, s. 72). Sən qönçə kimi hər bir edən dəmdə
yaşınmaq, Artar bizə yüz mərtəbə odlarına yanmaq (s. 64). Bu sözləri deyib, Mirzə Mustafa qonağı
süpürlədi (s. 65). Amma birdən-birə yuxudan ayılan kimi oldu, ətrafına baxdı və özünü tək otaqda
görüb xoflandı (3, s. 131).
Zərf: hərdənbir, yorğun-arğın, girhagirdə, çılım-çılpaq, olar-olmaz, tərtələsik, qənşər,
dinməz-söyləməz, can-dildən, bilmərrə, əkəc-əkəc, hində-indi, filik-filik, peydərpey-dayanmadan,
xahənxahi, üzbəsurat. İndiki halını bilmərrə unutmuşdu (3, s. 131). Amma heç dinib danışmırdı
sum olmuşdu (3, s. 111). Bu hində həyətdə oho-oho səsi gəldi, məlum oldu ki, Şirməmməd çöldən
qayıdıb (3, s. 12). Gülsüm xala bu sözləri deyə-deyə oğlunun başına pərvanə kimi filik-filik
dolanırdı (3, s. 12). Mirzə Mustafa ilə üzbəsurat oturdu (3, s.57). Cəmilə xanım xahənxahi
çadrasını başına örtüb evdən çıxdı (3, s.62).
Dostları ilə paylaş: |
|
|