89
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2016, № 6 (76)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2016, № 6 (76)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2016, № 6 (76)
TİBB ELMLƏRİ
MALİKƏJDƏR İBRAHİMOV
Naxcıvan Dövlət Universiteti
UOT:616.61
BÖYRƏK ÇATIŞMAZLIĞI İLƏ AĞIRLAŞMIŞ HİPERTONİYA XƏSTƏLİYİNİN
MÜALİCƏSİNDƏ QEYRİ-DƏRMAN ÜSULLARININ EFFEKTLİYİ
Açar sözlər: arterial təzyiq, böyrək çatışmazlığı
Keywords: hypertonic disease, complication with kidney
Ключовые слово: гипертонической болезни, почечной недостаточностью
Arterial təzyiqin (AT) cuzi yüksəlməsi, yəni yumuşaq arterial hipertoniya zamanı ürək-
damar ağırlaşmalarının inkişaf təhlükəsi artır. Məlumdur ki, hipertoniya xəstəliyinin (HX)
müalicəsində müəyyən nailiyyətlər əldə edilsə də hədəf üzvülərinin zədələnməsinin (ürək, böyrək,
beyin) qarşısını almaq mümkün olmamışdır (1, 4, 5, 7). Hədəf üzvülərindən olan böyrəklər HX-nin
lap ilk mərhələlərində zədələnir. HX-nin sonrakı mərhələlərində böyrək arteriyasının
vazokonstriksiyası, müqavimətin artması arteriyada geden struktur dəyişiklikləri ilə əlaqədardır
(nefroskleroz). Son zamanlar isə HX-nin terminal böyrək çatışmamazlığının əsas səbəb amili olması
tezliyi artırır (1, 5, 7).
Böyrəyin funksiyası pozulmuş xəstələrdə HX-nin müalicəsi çox mürəkkəb və problemlidir.
Belə xəstələrdə AT-nin azaldılması çox vaxt xroniki böyrək çatışmamazlığının inkişafına və daha
da proqressivləşməsinə gətirib çıxarır.
Xüsusi ilə bu, dərman müalicəsinə refrakterliyi olan
xəstələrə
aiddir. HX-nin
patogenezinin müasir konsepsiyasında hətta nefroskleroz və terminal böyrək
çatışmamazlığının inkişafı kimi böyrəklərin proqressiv zədələnməsi mərkəzi yer tutur. Stastik
göstəricilər HX zamanı böyrəklərin zədələnmə tezliyinin yüksək olduğunu göstərir (1,4). Məhz buna
görə HX-nin
müalicəsində qeyri-dərman
müalicə üsullarına xüsusi diqqət yetirilir (2, 3, 9, 10, 11).
Bütün bunları nəzərə alaraq bizim məqsədimiz böyrək çatışmamazlığı ilə ağırlaşmış HX-nin
müalicəsi zamanı qanın vena daxilində lazerlə şüalanmasının (QVDLŞ) və maqnit sahəsi (MS) ilə
şüalanmanın xəstəliyin klinik gedişinə təsirini öyrənmək olmuşdur.
Material və metodlar:
Tədqiqat böyrək çatışmamazlığı 30-65 (52,9±1,4) yaşlı 45 HX-il xəstə daxil etmişdir.
Xəstələrdən 28-si kişi, 17-si qadın olmuşdur. Xəstələnmə müddəti 5-15 (11,6±4 ili təşkil etmişdir.
HX-nin diaqnozu ÜST-nin təsnifatına (1994) əsasən qoyulmuşdur. Xəstələrdə III mərhələ HX qeyd
olunmuşdur. Xəstələr HX-nin ikietaplı müayinə sxeminə uyğun yoxlanmış və fərdi randomizasiya
üsulu ilə qruplara bolunmuşdur. Onlar hər birində 15 xəstə olmaqla 3 qrupa bolunmuşdur. I
qrupdakı xəstələrə QVDLŞ və dərman preparatları ilə kompleks müalicə, II- QVDLŞ, dəyişkən MS
və dərmanla kompleks müalicə aparılmış, III-yalnız hipotenziv dərman preparatları ilə müalicə
aparılmışdır.
Stasionara daxil olan bütün xəstələrdən anemnez toplanmış, onların ümumi kliniki və
labarator müayinələri aparılmışdır. Bütün xəstələrin 12 standart aparmada EKQ-si yazılmış və döş
qəfəsinin R-skopiyası edilmişdir. Daxil olarkən bütün xəstələrin AT-si oturaq və ayaqüstü
vəziyyətdə, hər 2 qolda 2 dəfə ölçülmüşdür. Böyrəklərin funksional vəziyyətinin qiymətləndirmək
üçün Zimnitski sınağı aparılmış, sidiyin xüsusi çəkisi, yumaqcıq filtrasiyası, qanda kreaitinin, sidik
cövhərinin, qalıq azutunun miqdarı təyin edilmişdir.
90
Xəstələrə 30-60 dəqiqə davam edən 10 seans QVDLŞ, onurğa sütununun sağ və sol
tərəfindən Sv-Thıv nahiyəsinin maqnit sahəsi ilə 7-10 seans 15 dəqiqə davam edən şüalanması
aparılmışdır.
Xəstələrə hipotenziv preparatlardan enap 10 mq gündə 1 dəfə, monovas 10 mq gündə 2 dəfə,
furosemid 40-60 mq gündə 2 dəfə-səhər saat 9
00
və 12
00
-da təyin edilmişdir.
Alınan nəticələrin stastik dürüstlüyü Menna-Uitin və Vilkokson qeyri-parametrik analiz
üsulları ilə qiymətləndirilmişdir. P<0,05 olduqda fərqlər stastik dürüst sayılmışdır.
Alınmış nəticələr:
Müalicədən əvvəl I qurupda sistolik AT (AT
S
) 212,7 (205-220) mm.c.süt, II diastolik AT
(ATd) 122,7 (120-130) mm.c süt, orta AT (ATort) 152,7 (148,3-160,0) mm.c.süt II qrupda müvafiq
olaraq 215,3 (210-225) mm.c.süt, 125,3 (115-135) mm.c.süt. 155,3 (146,7-165,0) mm.c.süt, III
qrupda isə müvafiq olaraq 212,3 (205-220) mm.c.süt, 123,7 (120-130) mm.c.süt, 153,2 (148,3-
160,0) mm.c.süt olmuşdur. Hər 3 qrupa daxil olan xəstələrdə hemodianmika göstəricilərinini orta
qiyməti müalicədən əvvəl o əlaqələndirilmişdir. QVDLŞ və hipotenziv preparatların təsirindən AT
S
19,9% azalmışdır. II qrupun xəstələrində isə seansların sonunda AT
S
-nin orta qiyməti 27,9%
azalmışdır. III qrupda AT
S
-nin səviyyəsi ilk günlərdən statistik dürüstlüklə aşağı düşsə də, 10
günlük müalicə kursunun sonunda hələ də yüksək 182,7 (170-195) mm.c.süt səiyyəsində qalmışdır.
I qrupda seansların sonunda Atd 16,3% azalmış və sabitləşmişdir, ATort 18% aşağı düşmüşdür
(p<0,01). II qrupda ATd-nin senasların sonunda orta qiyməti 99,0 (95-105) mm.c.süt olmuşdur
(p<0,01). ATort bu qrupda 24,2% azalmışdır (p<0,01). III qrupda ATd 10,8%, ATort, isə 12,3%
aşağı duşmuşdur (p<0,01), AT-nin səviyyəsinə təsiri ilə yanaşı aparılan müalicəsinin xəstəliyin
kliniki gedişinə təsirinin də öyrənilməsi göstərdi ki, QVDLŞ və hipotenziv preparatlarla kompleks
müalicə zamanı xəstələrin 7-də “yaxşı” effekt, 5-də - “kafi” effekt, 2 xəstənin vəziyyətində cüzi
yaxşılaşma, 1 xəstənin vəziyyətində isə dinamiki dəyişiklik qeyd edilməmişdir. ”Yaxşı” effekt
alınmış xəstələrin başağrısı, başgicələnməsi, stenokardiya, ağrıları, mədə bulanması II seansdan
sonra tam aradan götürülmüşdür. Onuncu siansdan sonra isə xəstələrdə oliqouriya, nikturiya,
ekstrasistola azalmışdır. Bu xəstələrin görmə qabilliyyəti yaxşılaşmış, ürək vurğuları sabitləşmişdir.
Sidiyin xüsusi çəkisi 1006-dən 1013-ə qədər yükləlmiş, qanda kreatininin miqdarı 0,13 (0,14-0,20)
mmol-1, yumaqcıq funksiyası 88,6 (81,8-95,7) ml/dəq olmuşdur. Bu göstəricilər enap və furosemid
qəbulu zəminində I aydan sonra da sabit qalmışdır. Həmin xəstələrdə ATs 155,3 (150,0-175,0),
ATd isə 99,0 (95,0-105,0) mm.c. süt olmuşdur.
“Kafi” effekt alınmış xəstələrin baş ağrısı, başgicələnməsi V seansdan sonra dayanmış,
görməsi bir qədər bərpa olmuşdur. Onuncu seansdan sonra 7 xəstədə oliqouriya azalmış, nikturiya
isə davam etmişdir. Lakin xəstələrin gecə sidik ifrazı üçün yataqdan qalxma sayı 5-6 dəfədən 1-2
dəfəyə enmişdir. Sidiyin xüsusi çəkisi 1012, sidikdə zülalının izləri, sutkaliq diurez 1369 (1295,0-
1445,0) ml olmuşdur. Qanda kreatininin miqdarı 0,13 (0,12-0,14) mmol/ l, sidik cövhəri 8,9 (8,34-
9,46) mmol/ l-ə qədər azalmışdır.
HX-li xəstələrin 13,3%-də QVDLŞ edilməsi cüzi kliniki yaxşılaşma ilə müşahidə
edilmişdir.
Onlarda AT-nin səviyyəsi bir qədər azalsa da, artmağa meyilli olmuşdur.
ATd-nin səviyyəsi
isə 105 mm.c.süt-dan aşağı düşməmişdir. Mədə bulanması və qusma vaxtaşırı təkrar olunurdu.
Görmənin zəifliyi davam edirdi. Lakin stenokardiya ağrılarının intensivliyi bir qədər azalmışdır.
Sidiyin xüsusi çəkisində nəzərə çarpan dəyişiklik olmamış, qanda kreatinin, sidik cövhərinin
miqdarı
demək olar ki, dəyişməmişdir, nikturiya hallarının artması qeyd olunmuşdur.
QVDLŞ +MS+hipotenziv preparatlarla kompleks müalicə olunan xəstələrin 10-da “yaxşı”
effekt, 4-də “kafi” effekt, 1 xəstənin vəziyyətində cüzi yaxşılaşma qeyd olunmuşdur. Beləliklə,
QVDLŞ+MS+dərman preparatları ilə kompleks müalicə xəstələrin əksəriyyətinin kliniki vəziyyəti-
nin yaxşılaşmasına, AT-nin azalmasına, qanda pozitiv dəyişikliklərə səbəb olunmuşdur. Bir ay
müddətində hemo, kardiodinamikanın, xəstəliyin kliniki gedişinin sabit qalmasını təmin etmişdir.
Eyni zamanda xəstələrdə kliniki yaxşılaşma halları QVDLŞ və hipotenziv preparatlarla müalicədən
daha erkən başlamış və dayanıqlı olmuşdur.