xeoloji tədqiqi zamanı Tunc dövrünün maddi mədəniyyət
qalıqları öyrənilmişdir. Azərbaycan ərazisində Tunc dövrü
mədəniyyətinin yaranmasında xeyli xammal ehtiyatı, eləcə
də Qədim Şərq ölkələri ilə qarşılıqlı iqtisadi-mədəni
əlaqələrin olması həlledici rol oynamışdır.
Q.İsmayılovun Quruçay və Köndələnçay vadilərində
apardığı arxeoloji tədqiqat işləri nəticəsində Tunc dövrünə
aid zəngin arxeoloji abidələr aşkar olunmuşdur.
1964-1965-ci illərdə aparılan tədqiqatlar zamanı
müəyyən olunub ki, bu vadidə bütün Zaqafqaziya üçün
səciyyəvi olan yeni bir mədəniyyət təşəkkül tapmış və inkişaf
etmişdi. Oturaq əkinçi qəbilələrə məxsus bu mədəniyyət V
minillikdə tuncun mənimsənilməsi dövründə özünün yüksək
inkişaf mərhələləsinə çatmışdı. Bu mədəniyyət arxeoloji
ədəbiyyata Kür-Araz mədəniyyət və ya ilk Tunc dövrü
mədəiyyəti adı ilə daxil olmuşdur.
Cəmiyyətin inkişafında böyük dəyişikliklərə səbəb olan
bu mədəniyyət Şimali Qafqazdan başlayaraq Zaqafqaziyanı
bütünlükdə əhatə etmiş və Suriya- Fələstinədək yayılmışdır.
Bu dövrdə Azərbaycanın demək olar ki, bütün çay
vadilərində qədim əkinçilik təsərrüfatının genişlənməsi,
maldarlığın yeni yüksəlişi və ümumiyyətlə iqtisadi şəraitin
yaxşılaşması əhalinin artmasına imkan yaratmış, əkinçilik
üçün geniş sahələrdən istifadə zərurətini doğurmuşdur.
İlk tunc dövrünün əkinçilik təsərrüfatı və mədəniyyəti
təsadüfi bir hadisə olmayıb, bilavasitə özündən əvvəlki
Eneolit dövründə təşəkkül tapmış əkinçiliyin yeni inkişafının
təzahürü idi. Aparılan arxeoloji qazıntılar zamanı ilk Tunc
dövrünə aid yaşayış yerlərinin qalıqları əsasən çox hallarda
Eneolit dövrü abidələri üzərində qeydə alınmışdır.
Q.İsmayılovun Quruçay və Köndələnçay vadisində aşkar
etdiyi ilk Tunc dövrünə
117
məxsus yaşayış yerləri sayca çox və bir-birinə yaxın olmaqla
bu vadinin Tunc dövründə Qafqazın ən sıx əhaliyə malik
rayonlarından biri olduğunu söyləməyə imkan vermişdir. Bu
diyarda aşkar olunmuş Qaraköpək- təpə, Günəşlitəpə,
Xantəpə, Kültəpə, Meynətəpə, Şo- mutəpə, Uzuntəpə və
başqa abidələrdə tunc dövrünə aid zəngin maddi mədəniyyət
nümunələri tapılmışdır.
Quruçay və Köndələnçay vadisindəki ilk Tunc dövrünə
aid qədim yaşayış yerləri içərisində də Qara- köpəktəpə
yaşayış
məskəni
özünün
stratiqrafiyasına,
tarixi
əhəmiyyətinə və maddi mədəniyyət qalıqlarının zənginliyinə
görə diqqəti cəlb edir. Bu abidədə 1964- 1986-cı illərdə
arxeoloji qazıntı işləri aparılmış və nəticədə ilk Tunc
dövründə başlamış orta əsrlərə qədər uzun bir tarixi dövrə
aid maddi mədəniyyət nümunələri əldə olunmuşdur.
Aparılan arxpoloji tədqiqatlar nəticəsində Azərbaycan
ərazisində Tunc dövrünün 3 inkişaf mərhələsindən (qədim,
orta və son Tunc dövrləri) keçdiyi müəyyən olunmuşdur.
Maraqlıdır ki, 1968-1971-ci illərdə Qobustanda
aparılan arxeoloji qazıntılar zaman Tunc dövrünə aid «Ana
zağa», «Çardaq zağa», «Firuz», «Dairə», «Böyü- kdaş» və
başqa yaşayış yerləri aşkar olunmuşdur. F.Muradovanın bu
abidələrdə apardığı arxeoloji tədqiqatlar zamanı müəyyən
olunmuşdur ki, Qobustanda Tunc dövründə məhsuldar
qüvvələrin
sürətləri
inkişafı
cəmiyyətdə,
ictimai
münasibətlərdə əsaslı dəyişklikliyə səbəb olmuşdur.
Ümumiyyətlə, Azərbaycanda Tunc dövrünün sonu
ibtidai icma quruluşunun zəiflədiyi bir mərhələ kimi
səciyyələndirilə bilər.
Tunc dövrünü II minilliyin sonu, I minilliyin
əvvəllərində Dəmir dövrü əvəz etmişdir. Bu dövr ibtidai
icma quruluşunun dağılması və ilk sinifli cəmiyyətin
meydana çıxması dövrü kimi qiymətləndirilir, dəmirin və də
118
mir məmulatının yayılması ilə xarakterizə olunur. Başqa
tarixi dövrlərə nisbətən bu dövr çox qısadır (xronoloji
sərhədləri eradan əvvəl X-VII əsrlər əhatə edir). Dəmir
dövrü anlayışını XIX əsrin ortalarında dani- markalı
arxeoloq K.Y.Tomson gətirmişdir. Bəşər tarixində dəmir
istehsalının mühüm rolu olmuşdur. Dəmirin yayılması ilə
bəşəriyyətin xeyli hissəsi ibtidai icma quruluşunun son
mərhələsinə keçmiş və ilk sinifli cəmiyyət yaranmağa
başlamışdır.
Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı
Dəmir dövrünə aid zəngin abidələr qeydə alınmışdır. Bu
dövrdə dəmirdən hazırlanmış alət və silahların üstünlük
qazanması dəmir məmulatının geniş yayılmasına səbəb oldu.
Azərbaycanda Dəmir dövrü mülki bərabərsizliyin
dərinləşməsi, ibtidai icma quruluşunun dağılması və tayfa
ittifaqlarının yaranması ilə xarakterizə olunur.
119
AZƏRBAYCAN ANTİK DÖVRDƏ VƏ ORTA
ƏSRLƏRDƏ
Eramızdan əvvəl IV əsrdən başlamış eramızın IV
əsrinədək olan tarixi dövr Antik dövr adlandırılır. Bu dövrdə
əsasən Azərbaycanın şimalında mühüm bir dövlət - Qafqaz
Albaniyası formalaşmış və uzun bir müddət Qafqaz
xalqlarının iqtisadi, ictimai və mədəni həyatında möhtəşəm
bir rol oynamışdır.
Şimaldan Sulak, cənubdan Araz çayları, şərqdən Xəzər
dənizi, qərbdən isə Qarabağın yüksək dağ silsilələri ilə
sərhədlənmiş bu diyar başdan-başa yaşayış məskənlərindən
ibarət olmuşdur.
Aparılan arxeoloji tədqiqatlar zamanı müəyyən
olunmuşdur ki, Albaniyada yaşayış məskənləri təbii coğrafi
və hərbi-strateji cəhətdən əlverişli yerlərdə salınmışdır.
Ölkənin Şərqlə əhəmiyyətli ticarət yolları üzərində
yerləşməsi yaşayış yerlərinin sürətli inkişafına təsir etmişdir.
Albaniyada formalaşan yaşayış yerlərini iki əsas qrupa
bölmək olar. Bunlardan biri kənd, digəri isə şəhər yaşayış
məskənlərindən ibraət olmuşdur.
Respublikamızın
ərazisində
aparılan
arxeoloji
qazıntılar nəticəsində Qafqaz Albaniyasının şəhər yerləri
aşkar olunmuşdur. Bu baxımdan Şamaxının Xmısh yaşayış
yerlərindən aparılmışı arxeoloji tədqiqatlar xüsusi maraq
doğurur. Burada Xmısh sakinlərinin həyat və məişətini əks
etdirən çoxlu maddi mədəniyyət nümunələri - əldə
hazırlanmış qırmızı və qara rəngli müxtəlif gil qablar, kirkirə
daşları, həvənglər, müxtəlif daş alətlər və tikili qalıqları aşkar
olunmuşdur. Buradan iri ictimai binaların və zəngin maddi
mədəniyyət qalıqlarının aşkar olunması Xımslmm Antik
dövrə aid şəhər tipli yaşayış məskəni olduğunu göstərir.
Maraqlıdır ki. Alban dövrünə aid yaşayış məskənləri
Qazax, Yuxarı Qarabağ, Ağsu, Qəbələ, Göyçay və başqa
ərazilərdə də qeydə alınmışdır.
120
Dostları ilə paylaş: |