olardı. Əvvəlinci faciələrdə ermənilərin bütün Qafqazı işğal
altına alacaq qədərində əsgərləri yox idi. Ermənilər yalnız
hiylə və siyasətlə iş tutub bir ovuc könüllü əsgərlərlə
müsəlmanların qüvvəsini əzmək istəyirdilər. Belə ki, Bakıda
sülh edib müsəlmanları yatırmaqla Şuşada müharibəyə
başlayır. Şuşada sülh edib Gəncə quberniyasının sair
yerlərini yandırmağa və dağıtmağa təşəbbüs edirdilər.
Müsəlmanlar isə əvvəlcə bunları bilməyib, sonralar gözlərini
açdılarsa da, ermənilər Türkiyədən və İrandan əsgər yığıb
müsəlmanları əzməyə çalışırdılar. Bunları isbat üçün
Ovçu-Şəbadək hərb meydanında tapılan iki erməni cənazəsi
kifayət edər ki, hər birindən bir məktub çıxmaqla biri
Türkiyəli, digəri isə İranlı olduğu meydana çıxdı. Bəli,
mətləbə qayıdıram, müsəlmanların elmsizliyi bu iqtişaşlara
üçüncü
səbəbdir, demək olar.
Dövrdüncü
səbəbə gəldikdə ermənilərin avtono-
miya-idarə muxtariyyəti həvəsində olmalarıdır. Bu sə-
bəbiyyəti isbat üçün qələmə bir o qədər güc sərf etmək lazım
deyil. Zira, ermənilərin hər aybaşı Londona, Parisə,
Amerikaya qaçıb ərzi-hal etmələri bunlara kamil bir
sübutdur. İngiltərənin verdiyi proqrama uyğun olaraq
Türkiyədə muxtariyyət idarə həvəsində bir xeyli çalışdılar.
Nəhayət, erməni qırğını Sosun, Zeytun, Van faciələri
düşməndən sonra İngiltərəyə bir
də müraciət etməyə məcbur
oldular. İngiltərə isə son dəfə olaraq «Britaniyanın hərbi
gəmiləri Türkiyənin Anadolu dağlarında cövlandan acizdir,
nə yapayı,? - deməklə erməniləri Türkiyədə idarə
muxtariyyəti həvəsindən bir növ düşürdü. İngiltərədən
naümid olan ermənilər qırğından sonra Katalikos Mkrtıç
cənablarını Berlinə, yəni Almaniyaya göndərməyə məcbur
oldular. Mkrtıç cənabları Almaniya kabinəsindən «indi qılınc
zamanıdır» sifarişini ermənilərə yetirən kimi ermənilər
Türkiyədə müntəzəm bir Daşnaksyutkin partiyası təşkil və
tənzim
182