171
çəkmədi ki, qrafinyanın dalınca Polşaya getdi. O,
qrafinyanın ögey qızını öz oğluna almaq fikrindən əl
çəkmirdi. Qrafinya öz işi üçün Polşaya getmişdi. Əslində,
Alyoşa hələ çox cavan idi, evlənmək vaxtı deyildi, ancaq
burası var ki, qız çox varlı qız idi, onu əldən buraxmaq
olmazdı. Axırda knyaz öz məqsədinə çatdı. Eşitdik ki,
qrafinya Katerina Fyodorovnanın Alyoşa ilə evlənməsinə
razılıq vermişdir. O vaxtı ki, mən təsvir edirəm, knyaz onda
Peterburqa yenicə gəlmişdi. Oğlunu çox mehribanlıqla
qarşıladı, lakin Alyoşanın yenə də Nataşadan əl çəkmək
istəməməsi onu heyrətə saldı, bundan çox pis oldu. O
şübhələnməyə, qorxmağa başladı. Nataşadan ayrılmağı
oğlundan çox ciddi, çox təkidlə tələb etdi, lakin az sonra
daha yaxşı bir vasitəyə əl atmağı qərara aldı. Alyoşanı
qrafinyanın yanına apardı. Qrafinyanın ögey qızı çox qəşəng
idi, ancaq hələ çox cavan idi. O çox nadir təsadüf edilən,
təmiz, məsum bir qəlbə malik idi; şən, ağıllı idi və mehriban
idi. Knyaz bu fikirdə idi ki, hər necə olsa, keçib gedən altı
ay öz təsirini göstərməlidir, indi daha Nataşa onun oğlu üçün
ilk vaxtlarda olduğu gözəlliyə malik deyildi. İndi o, Katerina
downloaded from KitabYurdu.org
172
Fyodorovnaya altı ay bundan əvvəl baxdığı kimi deyil,
başqa nəzərlə baxacaqdı. Knyaz məsələnin ancaq bir
hissəsini başa düşmüşdü... Alyoşa, doğrudan da, qıza uydu.
Bunu da əlavə etməliyəm ki, knyaz birdən-birə oğluna son
dərəcə mehriban oldu (amma yenə də ona pul vermirdi).
Alyoşa hiss edirdi ki, bu mehribanlıq altında atasının
dəyişməz qəti qərarı gizlənmişdir, buna görə də qüssələnirdi,
lakin onun bu qüssəsi, Katerina Fyodorovnanı hər gün görə
bilməməsindən duyduğu qüssəyə bənzəmirdi. Mən bilirdim
ki, o, beş gündür Nataşanın gözünə görünmür.
İxmenevgildən Nataşanın yanına gələrkən, onun mənə nə
deyə biləcəyini hiss edir, bunun həyəcanını keçirirdim. Hələ
uzaqdan mən onun pəncərəsindən işıq gəldiyini gördüm. Biz
öz aramızda lap əvvəldən belə bir şərt qoymuşduq: əgər o
məni mütləq görmək istəyirsə, onda pəncərəyə şam qoysun,
mən də oralardan keçəndə (çox vaxt axşamlar oradan
keçirdim), pəncərədəki adi qayda ilə yandırılmayan bu işığı
görüm, bundan bilim ki, məni gözləyirlər, mən Nataşaya
lazımam. Son vaxtlarda o tez-tez pəncərəyə şam qoyurdu...
downloaded from KitabYurdu.org
173
downloaded from KitabYurdu.org
174
XV FƏSİL
Nataşa evdə tək idi. O, əlləri qoynunda, dərin fikrə
dalaraq, ağır-ağır otaqda gəzişirdi. Odu sönmüş samovar stol
üstündə idi, görünür, çoxdan mənim yolumu gözləyirdi.
Nataşa gülümsəyərək, dinməz-söyləməz əlini mənə uzatdı.
Onun bənizi solğun idi, üzündə, xəstə təbəssümündə iztirab,
zəriflik, səbir ifadə olunurdu. Onun mavi gözləri, sanki
əvvəlkindən böyük idi, saçı gur idi, lakin bunlar ona görə
belə görünürdü ki, o arıqlamışdı, xəstə idi.
Nataşa görüşmək üçün əlini mənə uzadarkən dedi:
– Mən elə bilirdim ki, sən daha gəlməyəcəksən, hətta
Mavranı sənin yanına göndərmək istəyirdim, dedim bəlkə
xəstələnmisən.
– Yox, xəstələnməmişdim. Məni ləngitdilər, bu saat
danışaram. Nataşa, sənə nə olub? Yoxsa, bir hadisə üz
verib?
O sanki bu sözdən təəccübləndi:
– Heç bir hadisə üz verməyib. Necə məgər?
downloaded from KitabYurdu.org
175
– Sən axı yazmışdın... Dünən yazmışdın ki, mən gəlim,
özü də müəyyən vaxt təyin eləmişdin: nə tez gəlim, nə gec,
bu heç əvvəlkilərə bənzəmir...
– Hə, yadıma düşdü! Mən dünən onu gözləyirdim,
gələcəkdi.
– Hələ gəlməyib?
– Yox... – bir az susduqdan sonra əlavə etdi. – Mən də
fikirləşirdim ki, əgər gəlməsə, onda səninlə danışmaq
lazımdır.
– Bu axşam onu gözləyirdinmi?
– Yox, gözləmirdim, o, axşam oradadır.
– Nataşa, necə bilirsən, o daha heç gəlməyəcək?
Nataşa xüsusi bir ciddiyyətlə mənə baxdı:
– Əlbəttə, gələcək.
Mənim tez-tez sual verməyim onun xoşuna gəlmədi.
Biz susduq, lakin yenə də otaqda gəzişirdik.
Nataşa gülümsəyərək yenə sözə başladı:
– Vanya, mən səni gözləyirdim, özü də heç bilirsən nə
eləyirdim? Otaqda o baş-bu başa gəzişirdim, əzbərdən şeir
oxuyurdum, yadındadırmı bu şeiri zəng, qış yolu:
downloaded from KitabYurdu.org
176
“Samovarım qaynayır palıd stol üstündə” vaxtilə biz bunu
bir yerdə oxuyardıq
1
.
Yatdı qasırğa, tufan, yola şəfəq saçıldı
2
.
Gecənin milyon-milyon tutqun gözü açıldı...
Sonra da:
Ehtiraslı bir səda gəlib yetişir mənə,
Kimsə zınqırov çalıb oxuyur asta-asta:
“Ah, gələcək sevgilim, gələcək bir gün, yenə
Dincələcəkdir mənim bu gen sinəmin üstdə.
Xoş keçir ömrüm, günüm! İlk parıltı, ilk şüa
Elə ki pəncərəmin şüşəsində oynayır,
Palıd stolum üstdə samovarım qaynayır.
Sobam yanır çataçat, şəfəqlər yaya-yaya
Rəngbərəng örtük altda görünən çarpayıya...”
1
Y.P.Polonskinin “Yenə”(1854)şeirini oxuyur.
2
Şeirlərin tərcüməsiƏləkbərZiyatayındır.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |