9
m
ərhum prezidentimiz Heydər Əliyevin N.Nərimanovu “görkəmli sima, böyük
siyasi xadim” adlandırması, “N.Nərimanovu ittiham edən fikirlərlə heç cür
razılaşmaq olmaz” fikri (288) epiqraf kimi verilmişdir. Beləliklə, N.Nərimanovla
bağlı əsərlərin sayı artmış, onun irsinə ciddi elmi yanaşmanı əks etdirən yeni
əsərlərin yaranmasına zəmin yaranmışdır.
S.Rüst
əmova-Tohidi N.Nərimanov və M.Ə.Rəsulzadənin, V.Quliyev
N.N
ərimanov və Əhməd Ağaoğlunun ictimai-siyasi fəaliyyətlərini, baxışlarını və
tarixi missiyalarını müqayisəli təhlil edərək araşdırmışlar. M.Səttarov
N.N
ərimanovun
islam dininə münasibətini, E.Fətullayev ictimai-siyasi fəaliyyətini
araşdırmışlar. E.Etibarlı N.Nərimanovun şəxsiyyətinin təftişinə qarşı çıxır.
C.Quliyevin m
əqaləsində N.Nərimanov şəxsiyyətinin həqiqətləri açılır, Elçin öz
yazılarında insanları N.Nərimanovun xalqımız qarşısındakı böyük xidmətlərini
qiym
ətləndirməyi bacarmağa çağırır. R.Xudiyev və T.Köçərli N.Nərimanovun
Az
ərbaycanın ərazi bütövlüyü uğrundakı fəaliyyətini araşdırırlar. Ş.Qurbanovun
kitabları ilk əvvəl N.Nərimanova qarşı irəli sürülən ittihamlara kəsərli cavab
olaraq, onun ictimai-siy
asi baxışlarının vətənpərvərlik
aspektlərini açmağa kömək
edir. Bu kitablara yüks
ək qiymət verən Q.Bayramovun yazdığı rəy tarixi
şəxsiyyətlərə qiymət verməyi düzgün öyrənmək baxımından diqqəti cəlb edir (330,
8 dekabr 1995; 14; 60; 137; 371; 13 aprel 1996; 372, 1996;
№ 6-7; 20; 373, 1999,
№ 15; 43; 17; 18; 19; 371, 14 sentyabr 2003).
F.İbrahimli öz əsərində Azərbaycan kəndində yeridilən sovetləşmə
siyas
ətində, dini və milli adət-ənənələrə qarşı aparılan mübarizədə N.Nərimanovun
s
ərt şəkildə milli maraqlardan çıxış etdiyini xüsusi qeyd edir. Əsərdə qeyd
olunur
ki, N.N
ərimanov Azərbaycanın “xalqın azadlıq yolunu sosializmdə görən milli
hissli v
ə milli baxışlı kommunistlər” tərəfindən idarə olunmasını tələb edirdi (38).
F.Əhmədovanın əsərlərində N.Nərimanovun ictimai-siyasi xadim kimi rolu
h
ərtərəfli araşdırılmışdır (28-36). Onun namizədlik dissertasiyası da
N
ərimanovşünaslığa ciddi töhfə hesab edilə bilər. Müəllif belə nəticəyə gəlir ki,
“N.N
ərimanovun siyasi dünyagörüşü çarpaşıq sarsıntılar prosesində
formal
aşmışdır və belə bir məsuliyyətli zamanda o, passiv mövqe tutmamış,
əksinə, sosial mühitə fəal təsir göstərmişdir”. R.Osmanova namizədlik
dissertasiyasında rəhbərlikdə azlıq təşkil etməsinə baxmayaraq, xalqın
müst
əqilliyini düşünən, milli hissli, vətənpərvər, nicat yolunu yaranmış quruluşda
gör
ən azərbaycanlı qüvvələr arasında birinci olaraq N.Nərimanovu qeyd edir (35;
36; 55). F.İbrahimli, F.Əhmədova, R.Osmanova haqlı olaraq qeyd edirlər ki,
N.N
ərimanov Azərbaycandan uzaqlaşdırıldıqdan sonra Azərbaycanda milli
yönümlü siyas
ətin zəifləməsi müşahidə olunmuşdur. M.Sultanqaliyev bildirir ki,
N.N
ərimanovun ölümündən sonra onun Azərbaycandakı tərəfdarları
əməkdaşlıqdan imtina edərək milli yönümlü siyasəti “yanlış” kimi
qiym
ətləndirirdilər (84, s.223).
10
Monoqrafiy
a yazılarkən 90-cı illərdə çap edilmiş, Azərbaycanın daxili və
beyn
əlxalq vəziyyətinə həsr edilmiş ümumiləşdirilmiş əsərlər də öyrənilmişdir.
Bunlardan
S.Q
əndilovun, C.Həsənovun, P.Darabadinin, C.Quliyevin,
A.İsgəndərovun, M.Qasımovun, T.Nəsirovun, B.Rəfiyevin, İ.Musayevin,
X.M
əmmədovun (12; 72; 107; 111; 39; 9; 10; 54; 51; 128; 9) əsərlərinə,
həmçinin
ABŞ, macar, fransız, ərəb, qazax müəlliflərinin əsərlərinə (61; 143; 121; 393; 401;
403; 92) d
ə müraciət edilmişdir.
Mü
əllif Türkiyədə nəşr olunan, uzun illər Nərimanovşünaslar üçün əlçatmaz
olan
əsərlərə xüsusi diqqət yetirib. Bu səpkidə Rza Nurun xatirələri və bu
xatir
ələrdə N.Nərimanova verilən qiymət çox dəyərlidir. Doğan Avçıoglunun
əsərində Atatürk hökumətinə və Kazım Qarabəkir Paşaya N.Nərimanovun başçılıq
etdiyi Az
ərbaycan sovet hökumətinin göndərdiyi maliyyə yardımı haqqında
danışılır. Atatürk və müasiri olan xarici dövlət başçılarına həsr olunmuş topluda
N.N
ərimanovun da adı vardır (79; 80; 89). Türkiyə nəşrləri araşdırılarkən
M.Sarayın, İ.Bozdağın, İ.Yükselin, V.İmanovun əsərlərində Azərbaycanda sovet
hakimiyy
əti qurularkən yaranmış şərait geniş təhlil olunur. Bu baxımdan
B.Gökayın əsərini də qeyd etmək lazımdır. M.Sarayın “Atatürkün sovet politikası”
əsəri bizi maraqlandıran mövzulardan bəhs edir (87; 86; 82; 88; 83; 90).
Halit Kakıncın son zamanlar Türkiyədə nəşr olunan “Sultanqaliyev və Milli
Kommunizm”, el
əcə də “Destani Kuramçi Sultanqaliyev” adlı əsərlərində sovet
dövründ
ə müxtəlif vəzifələrdə çalışan kommunistlərin fəaliyyətinə yeni baxışla
rastlaşırıq. Əsərlərdə N.Nərimanovun sovet Rusiyasının başqa siyasətçiləri ilə
birlikd
ə apardığı milli təmayülçülük fəaliyyəti haqqında geniş danışılır. Həmin
əsərlər haqqında professor Emre Konqar deyir: “Bu əsərlər
Türkiyənin həm
düşüncə, həm də siyasi tarixindəki önəmli boşluqlardan birini doldurur, Türkiyə
Cümhuriyy
ətinin qurulması dövründəki təhlili baxımından böyük bir boşluğu
doldurmaqdadır, sadəcə tariximizə deyil, bu günümüzə və gələcəyimizə işıq verən
bir
əsərdir”. Professor Toktamış Atəş isə Sultanqaliyevi və Sovet İttifaqının başqa
türk kommunistl
ərini
nəzərdə tutaraq qeyd edir ki, “onların kommunist olmalarını
inkar ed
ərək türkçülüklərini, yəni milli təmayülçü siyasətlərini irəli
sürmələri çox
vacibdir (84; 85).
Mü
əllifin əsərləri N.Nərimanovun fəaliyyətinin indiyədək araşdırılmayan
milli dövl
ətçilik baxışlarının öyrənilməsinə həsr edilmişdir (66; s.3-63; 66, 2003,
№ 3, s.79-93; 69, 2003; 70, 2003, № 3). Bu əsərlərdə N.Nərimanov milli ruhlu bir
şəxs kimi və milli dövlətçilik baxışları olan Azərbaycan
dövlət xadimi kimi təqdim
edilmişdir.
Monoqrafiya yazılarkən internet materiallarından da istifadə edilmişdir
(390-410).
Monoqrafiya z
əngin mənbə bazası əsasında yazılmışdır. İstifadə olunmuş
m
ənbələri bir neçə qrupa bölmək olar. İlk növbədə, N.Nərimanovun nitq, məruzə
v
ə məqalələrini dərindən öyrənmədən problemin obyektiv araşdırılması mümkün