HEYDƏR ƏLIYEV IRSINI ARAŞDIRMA MƏRKƏZI
HEYDAR ALIYEV HERITAGE RESEARCH CENTER
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
BAKU-BRUSSELS (Azerbaijan-European Union relations)
Bakı · Baku · 2011
“Bakı-Brüssel (Azərbaycan-Avropa İttifaqı münasibətləri)” kitabı Heydər
Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Kitab Azərbaycan Respubli-
kası ilə Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin imza-
lanmasının 15 illiyinə həsr olunur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respubli-
kasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının nümayəndələri ilə görüşlərinin
mətni və eləcə də bu təşkilatın tədbirlərindəki çıxışları kitaba daxil edilmişdir. Avropa
İttifaqının Azərbaycanla bağlı qəbul etdiyi bəzi qətnamə, tövsiyə və kommünikeləri
də kitabda yer alan sənədlərdəndir.
1203020000 qrifli nəşr
036-2011
ISBN 978-9952-8134-7-7
© Heydər Əliyev İrsini Araşdırma Mərkəzi 2011
“Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri” seriyasının məsləhətçisi:
Asəf NADIROV
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Heydər Əliyev Irsini
Araşdırma Mərkəzinin Elmi-Redaksiya Şurasının sədri
Elmi məsləhətçilər:
Filip BLANŞAR
Belçika Parlamentinin üzvü, Azərbaycan-Belçika parlamentlərarası dostluq
qrupunun sədri
Elxan SÜLEYMANOV
AVCIYA-nın prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin üzvü,
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü
Yaradıcı heyətin rəhbəri:
Fuad BABAYEV
Yaradıcı heyət:
Ismayıl QASIMOV
Təmkin MƏMMƏDLI
Irina MUXTAROVA
Gündüz NƏSIBOV
Dilçi-redaktor:
Mətanət BABAYEVA
Dizayn:
Elviz ISMAYILOV
Səhifələmə:
Ismayıl ISMAYILOV
Kitabın foto-blokunda Azərbaycan Respublikası Prezidenti mətbuat xidmətinin
foto-materiallarından istifadə edilmişdir.
Kitabda AzərTAc-ın, Azərbaycan Respublikası Prezidentinin rəsmi saytının (www.
president.az), Azərbaycan Respublikası Xarici Işlər Nazirliyinin rəsmi saytının
(www.mfa.gov.az), Avropa Ittifaqının rəsmi saytının (www.europa.eu), Azərbaycan-
Avropa Ittifaqı münasibətləri mövzusunda tarixi arayışda isə Azərbaycan
Respublikası Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri,
tarix elmləri doktoru, professor Əli Həsənovun “Müasir beynəlxalq münasibətlər
və Azərbaycanın xarici siyasəti” kitabının materiallarından istifadə olunmuşdur.
11
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
Hörmətli oxucular!
20 il öncə dövlət müstəqilliyini əldə edən Azərbaycan Respublikası demok-
ratik, dünyəvi, hüquqi dövlət quruculuğu yolu seçmişdir. Buna görə də Avropa
dəyərlərindən bəhrələnmək, onlardan həm dövlət quruculuğu prosesində, həm də
cəmiyyətin formalaşdırılmasında, sosial-iqtisadi sahədə istifadə etmək bir vəzifə
kimi qarşıda durur.
Bu baxımdan, Avropa Ittifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici
siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir.
Ölkəmizin əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri və geniş nəqliyyat
infrastrukturunun mövcudluğu Azərbaycanın Avropa üçün əhəmiyyətin daha da ar-
tırır. Qeyd etmək lazımdır ki, Avropa Ittifaqının rəhbərliyində təmsil olunan şəxslər
bu amili dəfələrlə vurğulamışlar.
Avropa Ittifaqı da Azərbaycan ilə getdikcə əməkdaşlıq hüdudlarını aşan və daha
çox siyasi əməkdaşlıq, tədrici iqtisadi inteqrasiyaya və dərinləşməyə tərəf yönələn
əlaqələr axtarır. Azərbaycanla Avropa Ittifaqı arasında olan əlaqələrin tarixi 1990-cı
illərin əvvəllərinə gedib çıxır və Avropa Komissiyasının Müstəqil Dövlətlər Birliyi
(MDB) ölkələrinə göstərdiyi dəstəyə (TACIS proqramı) əsaslanır.
Azərbaycanın bu mötəbər qurumla münasibətlərinin yaradılması və inkişaf
etdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. 22 aprel
1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və onu imzalamış bütün dövlətlər
tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minmiş
“Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş” ikitərəfli münasibətlərin hüquqi baza-
sının əsasını təşkil etmişdir.
Sazişin imzalanması mərasimində çıxış edən Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev bu sənədi ölkəmizin Avropa məkanına inteqrasiya-
sı istiqamətində mühüm addım kimi səciyyələndirmişdir: “Azərbaycan Avropa
ölkələri arasında inteqrasiya proseslərinin gələcəyinə böyük ümidlər bəsləyir və
bərabərhüquqlu tərəfdaş kimi bu proseslərdə fəal iştirak edəcəkdir”.
Bu sənəd əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin
etməklə, Azərbaycanla Avropa Ittifaqı arasında münasibətlərə yeni təkan vermiş-
dir. Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici,
mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur.
Onun əsas məqsədlərindən birini Azərbaycan qanunvericiliyinin Avropa Ittifaqının
qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir.
Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Konkret nəticə nöqteyi nəzə-
rindən Avropa Ittifaqı ilə əməkdaşlıq başqa beynəlxalq təşkilatlara nisbətən daha
da nəticəlidir”.