götürülür və qarışdırılır. Ekzootermik reaksiya nəticəsində ha
vaya xlor və skipidar yayılır. 1 m3 hava üçün 0,5 qram skipidar
və 2 qram xlorlu əhəng götürülür.
Nitran - sarı rəngdə toz olub, suda asan həll olur. Yuyucu və
dezinfeksiyaedici xüsusiyyətə malikdir. Toksiki, qıcıqlandırıcı,
kuınulyativ və sensibilizasiyaedici xüsusiyyəti yoxdur.
Teksonit - maye halında olub, tərkibi natrium-hipoxlorid və
korroziya əleyhinə maddədən ibarətdir.
Dezinfeksiya maddələrindən istifadə zamanı onların mikrob-
la təsirini in vitro, sonra isə in vivo öyrənilir. Dezinfeksiya mad
dələrinin mikroblara təsirini in vitro öyrənmək üçün test-kultura
ƏPA əkilərək 2 günlük kulturası alınır və bundan fizioloji məh
lulda optiki standarta əsasən 1 ml-də 2 milyard mikrob hüceyrə
si olan yuyuntusu hazırlanır. Həmin yuyuntu ilə test-obyektlər
yoluxdurulur. Test-obyekt hazırlamaq üçün adi ağ parçanı
0,5x0,5 sm ölçüdə doğranır və avtoklavda 1,5 atmosfer təzyiqdə
30 dəqiqə müddətində zərərsizləşdirilir. Sonra həmin test-ob-
yektlər Petri fincanına keçirilir və burada həmin mikrob yuyun
tusu ilə isladılır, 30 dəqiqə termostatda qurutduqdan sonra işlədi
lən kimyəvi dezinfeksiya maddəsinin müəyyən faizli məhlulu ilə
mixbər şüşəsi daxilində müxtəlif ekspozisiyalarda təsir göstəri
lir. Sonra test-obyekti mixbər şüşəsindən çıxarıb içərisində ney
trallaşdırım məhlul olan mixbər şüşəsinə, oradan da içərisində
steril su olan mixbər şüşəsinə keçirilir. Nəhayət, həmin test ob
yekt bərk qida mühiti üzərinə keçirilir və termostatda 37-38°S
temperaturda 2 gün saxlandıqdan sonra nəticəsi yoxlanır. Test-
obyekt qoyulmuş sahədə mikrob koloniyaları nəzərə çarpmırsa
bu dezinfeksiya maddəsinin mikroba təsir etməsini göstərir.
Neytrallaşdırım məhlul kimi turşular üçün 0,5%-li soda məh
lulu, formaldehid üçün 0,1%-li naşatır spirti, qələvilər üçün
0,01%-li sirkə turşusu, xlorlu birləşm ələr üçün steril su
götürülür. Mixbər şüşəsi daxilində alınan nəticələr m üxtəlif
110
obyektlər üzərində təkrar edilir. Heyvandarlıq və quşçuluq bina
larının tikintisində istifadə olunan materiallardan, yəni daş, tax
ta, kərpiç, asfalt, preslənmiş torpaq və s. vasitələrdən obyektlər
hazırlanır. Bu obyektlər 10x10 sm ölçüdə olmaqla əvvəlcə 2
atm. Təzyiqdə 1 saat avtoklavda sterilizasiya edilir. Obyektlərin
yoluxdurulması üçün yenə də əvvəlki qayda ilə mikrob yuyun
tusu hazırlanır və hər 100 sm2 sahəyə 1 ml hesabı ilə yoluxdur
ma aparılır. Təcrübənin təbii uyğun olması üçün hər 100 sm2 sa
həyə 0,3 qram peyin götürüb obyektlərin üzərinə yaxılır. Sonra
həmin obyektlərə hər m2 sahəyə 1 litr hesabı ilə dezinfeksiya
məhlulları ilə təsir göstərilir.
Dezinfeksiyadan müəyyən vaxt keçdikdən sonra steril tam-
ponlar vasitəsilə obyektlər üzərindən nümunə götürüb içərisin
də müvafiq neytrallaşdırım məhlullar olan mixbər şüşəsinə ora
dan steril suya və oradan da qida mühiti üzərinə keçirilir.
Laboratoriya şəraitində müəyyən edilmiş dezinfeksiya reji
mi təsərrüfatda tətbiq edilir. Bir qayda olaraq preslənmiş torpaq
səthlərini laboratoriya şəraitində zərərsizləşdirən dezinfeksiya
edici məhlulun uyğun qatılığı ilə quş binaları və onun ətraf sa
hələrinin dezinfeksiyası aparılır.
Dezinfeksiyanın keyfiyyətinin yoxlanması.
Aparılan dezin
feksiyanın keyfiyyəti heyvandarılq obyektlərində çox müşahidə
edilən E-coli və Stafilokokklara görə yoxlanır. Adi hallarda
müxtəlif obyektlər üzərinə həmin mikroblar 90-100% müşahidə
edildiyi halda, dezinfeksiyadan sonra aşkar edilməməlidir.
Kimyəvi dezinfeksiya vasitələrinə davamlılıq xüsusiyyətinə
görə bağırsaq çörləri əksər sport törətməyən patogen çöpşəkilli
mikroblardan geri qalmır. Məlum edilmişdir ki, dezinfeksiya za
manı bağırsaq çöplərinin tələf olması onu göstərir ki, bir çox in-
feksiya törədiciləri,xüsusilə salmonelyoz, pulloroz, kolibakteri-
oz və s. xəstəliklərin çöplərindən davamlıdır və bunlar qızılı
stafilokokklara görə yoxlanır. Hazırda quşçuluqda pasterellyoz,
111
Nyukasl xəstəliyi, Marek xəstəliyi, infeksion bursal xəstəliyi,
vərəm, çiçək, leptospiroz, streptokokkoz, stafilokkokkoz, ördək
lərin viruslu hepatiti və s. xəstəliklərdə dezinfeksiyanın səm ə
rəliliyi qızılı stafılokokklara görə yoxlanır.
Dezinfeksiyanın keyfiyyətini yoxlamaq üçün profilaktik dezin
feksiya aparılmasından 2-3 saat keçmiş, cari dezinfeksiyada isə
müəyyən ekspozisiyadan sonra binanın döşəməsindən, tavanın
dan, yem qalıqlarından və s. obyektlərdən 20-yə qədər steril
tamponlar vasitəsilə nümunə götürülür. Götürülmüş nümunələr
hər biri ayrılıqda ya müvafiq neytrallaşdırıcı məhlula, yaxud ste
ril suya keçirilir və laboratoriyaya göndərilir.
Neytrallaşdırım məhlulların konsentrasiyası dezinfeksiyala
rın konsentrasiyasından 10 dəfə aşağı olmalıdır. Laboratoriyada
nümunələr sıxılaraq maye sentrifuqada mixbərlərinə tökülür.
Alınmış maye 20-30 dəqiqə ərzində dövrlərinin sayı dəqiqədə
3000-5000 dəfə olan sentrifuqadan keçirilir. Çöküntü üzərində
ki maye kənar edilir, çöküntünün üzərinə yenidən steril su əla
və edib həmin rejimdə sentrifuqadan keçirilir. Bu qayda üzrə
alınmış çöküntüdən müvafiq qida mühitlərinə əkilir.
Əgər bağırsaq çöplərini təyin etmək lazımdırsa alınmış
nümunə Xeyfets qida mühitinə əkilir və termostatda 430S tem-
peraturada 12-18 saat saxlanır. Stafilokokkların təyinində isə
nümunə əvvəlcə tərkibində 5% duz olan ət peptonlu bulyona
əkilir, 24 saat termostatda 370S temperaturda saxlanılır, sonra
8,5%-li saxarozalı ət-peptonlu aqara əkilir və həmin temperatu
ra şəraitində yenidən 1 gün yetişdirilir.
Qida mühitlərində alınmış mikrob boylarından preparat ha
zırlayıb mikroskopiya edilir.
Əgər profilaktik və yekun dezinfeksiyada bütün nümunələr
də, cari dezinfeksiyada isə 90% nümunədə qeyd olunan test-mik-
roblar aşkar edilmirsə bu dezinfeksiyanın keyfiyyətli getməsini
göstərir.
112
Dezinfeksiya işlərinin m exanikləşdirilm əsi
Heyvandarlıq obyektlərində, quş fabriklərində, ət kombinat
larında, süd zavodlarında və digər obyektlərdə planlı qaydada
dezinfeksiya aparılır. Dezinfeksiyanı aparmaq üçün müxtəlif
dezinfeksiya maşınları və avadanlıqlarından istifadə edilir. Bun
lar aşağıdakı qruplara bölünür:
1. Portativ dezinfeksiya apartları;
2. Mobil dezinfeksiya vasitələri;
3. Sənaye təmayüllü heyvandarlıq obyektlərində işlədilən
maşın və avadanlıqlar;
4. Aerozol texnika.
Portativ dezinfeksiya aparatları kiçik həcmdə dezinfeksiya
işlərini yetirməyə xidmət edir. Bu məqsədlə müxtəlif çiləyəci-
lər və hidropultlardan istifadə edilir.
Mobil dezinfeksiya vasitələri sanitariya texnikasının ən əsa
sı hesab edilir. Bunlar ya avtomobil şassisi üzərində, yaxud av-
toqoşqular üzərində quraşdırılır. Bunlar heyvandarlıq və quşçu
luq obyektlərinin həm soyuq, həm də isidilmiş məhlullarla de
zinfeksiyası və cezinfeksiyası üçün istifadə edilir.
Mobil dezinfeksiya avadanlıqlarına misal olaraq ADA,
VDM-2, ADV, LSD, DUK-2 və s. göstərmək olar.
Aerozol texnika vasitələri ilə aerozol dezinfeksiya aparılır.
Müəyyən edilmişdir ki, heyvandarlıq və quşçuluq obyektlərinin
dezinfeksiyasında ən mütərəqqi və perspektivli üsul aerozol
dezinfeksiyadır. Aerozol dezinfeksiyada kimyəvi dezinfeksiya
vasitələri obyektlərə ölçüsü 250-500 mkm havada isə 5-10
mkm-ə bərabər olan xırda damlalar halında tətbiq edilir. Bu
üsulla dezinfeksiyanın səmərəliliyi yüksəlməklə yanaşı, həm də
dezinfeksiya vasitələrinə qənaət edilir.
Hazırda baytarlıqda AQ-UD-2, TAN, PVAN DAQ, SAQ-1,
RSSJ və s. aerozol generatorlardan istifadə edilir. Kiçik sahələr
də həm də perozol balonlar işlədilir.
113
Dostları ilə paylaş: |