lı kütləsinə bir gündə 19 qram yem tələb olunur. Quşçuluq ob
yektlərində bunların quşların yemini yeyir, çirkləndirir və xarab
edir. Bunlar hətta cücələri də yeyir, yaxud zədələyir. Bundan
əlavə gəmiricilər quş binalarında ağacdan hazırlanmış m üxtəlif
avadanlıqları, komunikasiya xətlərini zədələyir. Siçovul 1
gündə 40-60 qram, siçan isə 4-5 qram yem yeyir ki, buda 1 il ər
zində müvafiq olaraq 20 və 1,8 kq təşkil edir.
Quşçuluq obyektlərində yaşayan gəmiricilər bir çox infek-
siya törədicilərinin mənbəyinə, ehtiyat mənbəyinə və canlı ya
yıcılarına çevrilir.
Gəmiricilərlə mübarizə aparmaq çətindir, çünki bunlar hər
hansı bir şəraitdə tez uyğunlaşır, müxtəlif xəstəlik törədiciləri
nə, rodentosid preparatların təsirinə adaptasiya olunur. Respub
likamızda gəmiricilərlə mübarizə kompleks şəkildə aparılmaqla
mühüm sosialoji əhəmiyyətə malikdir.
Kompleks mübarizə profilaktik və qırıcı tədbirlər sistemin
dən ibarət olub, gəmiricilərlə mübarizədə biri - dgərini tamam
layır.
Gəmiricilərlə mübarizədə profilaktik tədbirlərin müntəzəm
aparılması mühüm əhəmiyyətə malikdir. Əksər tədqiqatçıların
fikrincə gəmiçilərlə mübarizədə ən əsas tədbir onların yaşayış
tərzinin pozulmasını əldə etməkdir. Profilaktik tədbirlər 3 qru
pa bölünür: sanitariya tədbirləri, tikinti-texniki tədbirlər və aq
rotexniki tədbirlər.
Sanitariya tədbirlərinin mahiyyəti ondan ibarətdir ki, quşçu
luq obyekti təmiz saxlansın, yem anbarlarından gəmiricilərin
yayılmasına qarşı mübarizə aparılsın. Xüsusilə yem məhsulları
elə yerdə saxlanmalıdır ki, gəmiricilər ora keçə bilməsin.
Tikinti-texniki tədbirlər o deməkdir ki, quşçuluq obyektləri
tikilən zaman elə materiallardan istifadə edilməlidir ki, gəmiric
ilər onu dağıda bilməsin. Ventilyasiya və kanalizasiya xətləri
elə qurulmalıdır ki, gəmiricilər bina daxilinə keçə bilməsin. An
118
barların tikintisi zamanı həmin şərt xüsusilə nəzərə alınmalıdır.
Aqrotexniki tədbirlərin məqsəd xarici mühitdə gəmiricilərin
yaşayış tərzini pozmaqdır. Bu məqsədlə sahələrin şumlanması,
suvarılması, m üxtəlif bitki məhsul-larının vaxtında toplanıb da
şınması, alaq otları ilə mübarizə mühüm əhəmiyyətə malikdir.
Qırıcı tədbirlər gəmiricilərlə mübarizədə daha mühüm əhə
miyyətə malikdir. Bu məqsədlə mexaniki, bioloji və kimyəvi
üsullardan istifadə edilir.
Mexaniki üsulda müxtəlif tip tələlər tətbiq olunur. Tələlər
gəmiricilərin gediş-gəliş yollarında və yuvalarının yanında qo
yulur.
Bioloji deratizasiya zamanı gəmiricilərin təbii düşmənlərin
dən və bəzi mikrob preparatlarından istifadə edilir. Bir çox quş
növləri və xırda yırtıcı hevanlar gəmiricilərin təbii düşmənləri
dir və gəmiricilərlə mübarizədə bunlar geniş şəkildə tətbiq olu
nur. Sinantrop gəmiricilərin yaşayış ərazilərində qırılması üçün
pişik və itlərdən istifadə edilir.
Mikrob preparatlarının deratizasiya məqsədilə işlədilməsi
mühüm effekti iliyə malikdir. Çünki bunların tətbiqi zamanı zə
hərli maddələrdən fərqli olaraq gəmiricilərdə qoruyucu-miida-
fıəedici reaksiyalar törədilir. Mereikovski İsaçenko, Daniç və
Proxorov bakteriya kulturaları gəmiricilərə seçici və güclü təsir
göstərərk, onlarda kütləvi salmonelyoz törətməklə 100% ölümə
səbəb olur.
Təcrübələr yolu ilə müəyyən edilmişdir ki, qeyd edilən bak-
teriyalar kənd təsərrüfatı heyvanları, quşlar və insanlar üçün pa-
togenliyə malik deyil. Ancaq bir qrup alimlər göstərirlər ki, hə
min bakteriyaları uzun müddət gəmircilərə qarşı işlətdikdə, ola
bilsin ki, heyvan, quş və insanlar üçün onlarda patogenlik xassə
si yaransın.
D.F.Traxanov tərəfindən baktokumarin preparatı hazırlan
mışdır ki, bunun da tərkibində İsaçenko və Proxorov bakteriya-
119
lari, zookumarinin natrium duzu mövcuddur. Hazır preparatda
0,012-0,015% zookumarin vardır. Mikrob preparatlarını gəm i
ricilərə qarşı işlətmək üçün onları müxtəlif aldadıcı yemlər ha
lında tətbiq edirlər ki, bu da xüsusi müəssisələrdə hazırlanır.
Kimyəvi deratizasiya üsulunda gəmiriciləri məhv etmək
üçün rodentosidlərdən istifadə edilir. Bunlar toz, məhsul və qaz
şəklində hazırlanır. Rodentosidlərə misal olaraq zookumarin, di-
fenasin, fentolasin, krisid, sink-fosfid, mərgümüş preparatları,
strixinin, ratindan və s. göstərmək olar. Bu preparatlar xüsusi
müəssisələrdə müxtəlif yem vasitələrinə qatılaraq aldadıcı yem
halında tətbiq edilir. Bu preparatlar kəskin zəhər olduqları üçün
işlədilən zaman ehtiyatlı olmaq lazımdır.
Aldadıcı yeilər bir neçə üsulla hazırlanır. Z əhərlər m üxtəlif
yemlərə qarışdırıldıqda bunlara həmdə 3-6% miqdarınd bitki
yağları əlavə edilməlidir. Çünki belə halda alman qarışıq gəm i
riciləri daha yaxşı cəlb edir. Əgər yem vasitələri maye halında
olan kimyəvi preparatlarla isladılırsa, əvvəlcə həmin preparatla
rın müəyyən qatdıqda məhlulu hazırlanır, yemlər onda isladıl-
dıqdan sonra qurudulur və istifadə edilir. Toz halında kimyəvi
vasitələr işlədilirsə, onda onlar taxıl məhsullarına bitki yağlan
ilə yapışdırılır. Bu məqsədlə əvvəlcə metal qabda hər kq taxıl
üçün 20 qram yağı götürülüb qarışdırılır, sonra bunun üzərinə la
zım olan qədər rodentosid preparatı əlavə edilir, təkrar qarışdı
rılır və istifadə edilir.
120
İSTEHSALIN İNTENSİV TEXNOLOGİYASI
ŞƏRAİTİNDƏ QUŞÇULUQDA ÜMUMİ
VƏ SPESİFİK PROFİLAKTİKİ
TƏDBİRLƏR SİSTEMİ
Ü m u m i profilaktiki tədbirlər
Quşçuluq fermasının coğrafi quruluşunun düzgün təşkili tə
sərrüfatda quşların gigiyenasına və sağlamlığına əsaslı şəkildə
təsir göstərir. Ferma üçün yerin ayrılması təsadüfi xarakter daşı
mamalı, burada hökmran küləklərin və axar suların istiqaməti
nəzərdə tutulmalıdır. Xüsusilə ferma yaşayış sahələrindən, açıq
su mənbələrindən, magistral şosse və dəmir yollarından müəy
yən qədər kənarda tikilməlidir.
Əgər fermada müxtəlif yaş qrupuna mənsub quşlar saxlanır
sa bu zaman ayrı-ayrı yaş qrupu quşların saxlanması üçün bina
lar bir-birindən aralı olmalı və bunlar arasında hər cür əlaqələr
minimuma endirilməlidir. Ferma arasında olan hər bir quş bina
sı elə tikilməlidir ki, bura həşaratlar, gəmiricilər daxil ola bilmə
sin. Ferma isə tamamilə xaricdən hasara alınmalı və bunun giriş
yolunda ciddi nəzarət işi təşkil edilmişdir.
Ferma daxilində və onun ətrafında hər bir tədbir yerinə yeti
rilən zaman xüsusi jurnalda qeydlər edilməlidir. Həç kəs yoxla
nılmadan ferma ərazisinə daxil olmamalıdır. Ferma ərazisinə
daxil olan yük maşınları mütləq dezinfeksiya edilməlidir. Bütün
iççilər kombinezonla və ya xalatia və ayaqqabı ilə təmin edil
məli və ayaqqabını dezinfeksiya etmək üçün drenaj sistemlə tə
min olunmuş ayaq vanlarından istifadə edilməlidir.
Quşlar fermada yaş qrupu üzrə saxlanmalıdır. Bura daxil
edilmiş quş qrupu epizootoloji cəhətdən təhlükəli olmaqla xəs
tə və ya patogen amillərin daşıyıcıları ola bilər. Ona görə də hə
min quş qrupu ümumi əsas qrupa daxil edilməzdən əvvəl profı-
121
Dostları ilə paylaş: |