yaya uğrayır. Selikaltı qişanın birləşdirici toxuma lifləri iltihab
və limfosit həmçinin digər qan elementlərinin infiltrasiyası he
sabına bir-birindən kəskin şəkildə aralanmış halda görünür.
Nyukasl xəstəliyi üçün xarakterik histoloji dəyişiklik yoğun
bağırsaq şöbəsinin zədələnməsidir.
Mərkəzi sinir sistemi və daxili orqanlarda kapilyarlar və xır
da qan damarları boyunca hüceyrə proliferativ reaksiyaların in
kişafı qeyd edilir. Dalaqda, qaraciyərdə, böyrəklərdə və mədə-
bağırsaq şöbəsində paycıqlararası, kanalçıqlar arası və birləşdi
rici toxumanın epitelisi altında proliferativ iltihab nəzərə çarpır.
Dalaqda həmçinin follikulların kəskin hiperplaziyası, qan da
marları divarının nekrozu, böyrəkdə qıvrım kanalçıqların epite-
lisinin nekrobiozu və ağır nekroza məxsus dəyişdiklər qeyd olu
nur. Ağciyərdə həmişə durğun hiperemiya və şiş, nadir hallarda
rekrotiki pnevmoniya müşahidə edilir.
D iaqnoz.
Nyukasl xəstəliyinə diaqnoz qoymaq üçün kom
pleks diaqnostika üsulundan istifadə edilir. Yəni xəstəliyin epi-
zootoloji xüsusiyyətləri, kliniki əlamətləri və patoloji-anatomik
dəyişdikləri nəzərə alınır, dəqiq diaqnoz məqsədilə virusoloji
müayinə və seroloji reaksiyalardan istifadə edilir.
Patoloji materiallardan viruslu materialı əldə etmək üçün
ölmüş quşların beyni, traxeyası, dalağı və qaraciyərindən pH-ı
7,2 olan ətpeptonlu bulyonda, yaxud fosfat-bufer məhlulunda
suspenziyası hazırlanır. 1 ml suspenziyaya bakterial mikroflora-
nın məhv edilməsi üçün 3-5 min T.V.penisillin və stremtomisin
əlavə edilir. Sonra bu qarışığı fizioloji məhlulla: l:50-də durul
dub bundan 0,5 ml quşların əzələsinə və ya dərialtına infeksiya
edilir. Sonra çöküntü üzərindəki suspenziyanı götürüb 10-12
günlük toyuq embrionlarını alantois boşluğuna yoluxdurma apa
rılır. Yoluxdurulmuş quşların 3-10 gündən sonra embrionları isə
2-4 gündən sonra tələf olması patoloji materialda nyukasl xəstə
liyi virusunun olmasını göstərir.
150
Xəstəliyin diaqnostikasında hemadsorbsiyanın ləngiməsi reak
siyası, hemaqqlyutinasiya reaksiyası, hemaqqlyutinasiyanın lə
ngimə reaksiyası, neytrallaşma reaksiyası və s. istifadə edilir.
T əfriq i diaqnoz.
Xəstəliyi quşların qripindən, infeksion la-
rinqotraxeyitindən, infeksion bronxitdən, pasterellyozdan, spiro-
xetozdan və zəhərlənmələrdən təfriq etmək lazımdır.
Qripdən ölmüş quşlarda həmişə dərialtı toxumanın infiltratlı
şişi, pipik və saqqalın intensiv sianozluğu laboratoriya müayinə
si əsasında virusun ailəsi və cinsinin müəyyən edilməsi əsasın
da təfriq olunur.
İnfeksion larinqotraxeit zamanı quşlarda qırtlaq və traxeya-
nın kəskin iltihabı, qırtaqda xüsusi irinli tıxac aşkar edilir və vi
rusoloji tədqiqatın nəticəsi əsas götürülür.
İnfeksion bronxitdə mərkəzi sinir sisteminin zədələnmələri-
nə məxsus əlam ətlər olmur. Respirator sindrom və reproduktiv
orqanların zədələnmələri nəzərə çarpır. Virusoloji tədqiqatın
nəticələri əsas hesab edilir.
Pasterellyoz zamanı quşlarda ağ ciyərin kəskin iltihabı nəzə
rə çarpır. Parenximatoz orqanlarda çoxlu miqdarda qan sızmala
rı və qaraciyərdə nekroz ocaqları görünür. Baktorioloji müayinə
zamanı - Pasteurella miltocida mikrobu aşkar edilir.
Spiroxetoz zamanı toyuqlar dəstəsinə mənsub olan quşlardan
əlavə ördək və qazların da xəstəliyə tutulması müşahidə edilir.
Qanın müayinəsi zamanı - Spirocheta anserinum aşkar edilir.
Z əhərlənm ələrdə infeksion proses olmur, laboratoriya
müayinələrinin nəticəsi mənfidir, və yem dəyişdirildikdə xəstə
lik ləğv olur.
M ü alicə.
Səmərəli müalicə vasitələri olmadığına görə və
törədicinin yayılma təhlükəsi olduğunu nəzərə alaraq müalicə
aparılmır, xəstə quşlar öldürülür və yandırılır.
İm m u n itet.
Xəstəliyi keçirib sağalmış və peyvənd olunmuş
quşlarda immunitet yaranır. Belə quşların qan serumunda virus
151
neytrallaşdırıcı, komplementtesbitedici antitellər və antihemaq-
qlyutininlər müəyyən edilir.
Virulentlik dərəcəsinə və tropizm xüsusiyyətinə görə Nyu-
kasl xəstəliyi virusu 5 qrupa bölünür:
1) Viserotrop velogen ştamlar; 2) Neyrotrop velogen ştamlar;
3) Pnevmotrop mezogen ştamlar; 4) Respirator lentogen ştamlar;
5) Enterotrop apatogen ştamlar.
Viserotrop və neytrotrop velogen ştamlar yüksək dərəcədə
viaüentliyə malik olmaqla təsərrüfatlarda tipik nyukasl xəstəliyi
törədir və 100% ölümə səbəb olur. Laboratoriya şəraitində belə
ştamların reaktogenlik qabiliyyətini aşağı salmaq mümkün ol
madığı üçün bu qrupa mənsub olan ştamlardan Vaksin ştamları
əldə eğmək mümkün deyil.
Pnevmotrop mezogen ştamlar orta dərəcədə virulentliyə ma
lik olmaqla laboratoriya üsulları ilə onun reaktogenliyini aşağı
salmaq və
immunogenliyinin sabitliyini
təmin etmək
mümkündür. Bu qrup ştamlardan «H» Rqakin və Komarov vak-
sinləri əldə edilmişdir. Vaksinlərin müsbət cəhəti onun 48 saa
ta yüksək gərginlikli immunitet yaratmasıdır. Mənfi cəhəti on
dan ibarətdir ki, vaksin qrup şəklində yox, fərdi qaydada inyek-
siyalar yolu ilə tətbiq olunur. Bundan əlavə bəzən vaksiyanasi-
yadan sonra mürəkkəbləşmələr də müşahidə edilir.
Mezogen vaksin ştamları 2 aylıqdan aşağı quşlarda işlədil
mir. Bundan əlavə əvvəllər lektogen vaksin ştamları ilə pey
vənd olunmamış quşlarda da tətbiqinə icazə verilmirdi.
Lepto gen və apatogen ştamlar vaksin hazırlanmasında əsas
mənbə hesab edilir.
Respirator leptogen ştamların virulentliyi zəifdir və bunlar
spontan zəif gedişli infeksiyalar zamanı əldə edilir. Belə ştam
lardan Bİ, La-Sota, Bor-74 və s. vaksinləri hazırlanmışdır. Bu
vaksinlərin müsbət xüsusiyyəti onların enteral və aerozol tətbiq
edilməsidir. Mənfi cəhəti ilə yüksək gərginlikli immunitetin əl
152
də edilməsi üçün vaksin bir neçə dəfə xüsusi sxem əsasında tət
biq olunmasıdır.
Apatogen ştamlardan Ulster 2 C və Phy ZMV 42 vaksin
ştamları əldə edilmişdir ki, bunlarda əsasən Leptogen vaksin
ştamlarında olduğu kimi enteral və aerozol halında tətbiq olunur
və vaksinasiyadan sonra heç bir mürəkkəbləşmə qeyd edilmir.
Çünki onların virulentliyi çox zəifdir və enterotrop olduqlarına
görə heç bir postvaksinal reaksiyalar törətmir.
Lentogen və apatogen vaksin ştamları nyukasl xəstəliyinin
spesifik profilaktikası üçün mühüm rola malikdir. Ancaq bu vak-
sinlər ilk dəfə quşlara tətbiq olunduqda bəzən postvaksinal reak
siyalara səbəb olur. Belə hal 2 səbəbdən meydana çıxır.
Birinci səbəb ondan ibarətdir ki, bu qeyd olunan zəiflədilmiş
vaksinlərdə bəzən qalıq patogenlik müəyyən qədər qalır. Pato-
genliyin intraserebral indeksi testinə görə qalıq patogenlik 0,2-
dən (B İ) 0,44-ə qədər (La-Sota) dəyişilə bilir.
İkinci səbəb - bu ştamların respirator tropizmi ilə əlaqədar
dır. Ona görə də bu ştamlar tənəffüs üzvlərinin selikli qişasında
reproduksiya edir. Nəticədə quşlarda respirator sindromlarla
özünü göstərən zədələnmələr qeyd olunur. Onu da qeyd etmək
lazımdır ki, zədələnmə dərəcəsi quşların kliniki statusundan və
xarici mühitin temperaturasından, nisbi nəmliyindən, quş binala
rında sıxlıq dərəcəsindən, döşənəyin keyfiyyətindən, ammon-
yakın faizindən və s. asılıdır. Vaksinasiyadan 3-5 gün əvvəl və
5-7 gün sonra antibiotiklərin və sulfanilamid preparatlarının quş
lara verilməsinə icazə verilmir. Yüksək gərginlikli və uzun
müddətli immunitetin əldə edilməsi üçün peyvənddən 5-7 gün
əvvəl və sonra yem payına vitaminlər əlavə edilməlidir.
P rofilaktika və m übarizə təd birləri.
Xəstəliyə görə sağ
lam təsərrüfatlara virusun müxtəlif yollarla daxil olmasına im
kan verilməməlidir. Təsərrüfata daxil olmuş quş partiyası 30
gün profilaktiki karantində saxlanmalıdır.
153
Dostları ilə paylaş: |