Vaksin faktoru onun dəyərliliyi, ştamların seçilinəsi, vaksi-
nasiya proqramı və onun saxlanması şəraiti ilə müəyyən edilir.
İnsan faktoruna vaksinasiyanın təşkili və aparılması və onun
nəticələrinin monitorinqi aiddir.
Quş faktoru onların həssaslığı və onların saxlanma şəraiti ilə
müyyən edilir.
Vaksin faktorunda ştamın seçilməsi mühüm əhəm iyyətə ma
likdir. Ümumiyyətlə seçilmiş vaksin təsərrüfatın istiqamətinə,
təsərrüfatda epizootik vəziyyətinə müvafiq olmalıdır. Seçilmiş
vaksinin tətbiq olunma üsulu həm də quşun yaşma uyğun olma
lıdır.
Hər bir vaksinasiya üçün dəqiq şəkildə onun aparılma tarixi
müəyyənləşdirilməli və epizootik vəziyyətə nəzarət etmək
üçün ən azı ildə 1 dəfə seroloji analiz aparılmalıdır. Vaksinasiya
proqramı təsərrüfatın sanitar proqramına daxil edilməli və bu
zaman müalicə tədbirləri nəzərə alınmalıdır ki, bu tədbirlər bir-
birinə mane olmasın.
Diri və inaktivləşdirilmiş vaksinlər müxtəlif mənfi təsirlərə
davamsız olduğu üçün optimal şəraitdə saxlanmalıdır. Adətən
bu məqsədlə 2-80 temperaturdan istifadə edilməlidir. Əksər
vaksin növlərini və xüsusilə inaktivləşdirilmiş vaksinləri don
durmağa icazə verilmir.
Vaksinasiyalarda insan faktoru müzümdür. Vaksinasiyaların
aparılma texnologiyası sadə olmasına baxmayaraq cüzi səhvlər
onun səmərəliliyinin aşağı düşməsinə səbəb olur. Vaksinasiya-
da istifadə olunan avadanlıqlar 1 gün əvvəl hazırlanmalı və iş
lənməsi yoxlanmalıdır.
Vaksinasiyanın özü də stress kimi quşlara təsir etdiyinə gö
rə həmin gündə onlara optimal şərait yaradılmalıdır. Quşların
baş sayına görə vaksinin miqdarı düzgün götürülməli və vaksi-
nasiyaya uğradılacaq quşların sağlam olması müəyyənləşdiril
məlidir.
138
Vaksinasiyadan 1 gün əvvəl bütün hazırlıq işləri görülməli
dir. Tədbir yerinə yetirilən zaman işçilər arasında iş bölgüsü
aparılmalı və onlar görəcək işləri haqqında təlimatlanmalıdırlar.
Vaksinasiyanın moritorinqi də ona hazırlıq qədər əhəmiy
yətlidir. Xüsusilə enteral üsulla vaksinasiyalar zamanı quşların
hamısının vaksin qəbul etməsinə nəzarət edilməli, bu prosesdə
stressin səviyyəsi və postvaksinal reaksiyalar qeyd edilməlidir.
Vaksinasiyalara immun cavabın qiymətləndirilməsi məqsədilə
seroloji monitorinq aparılmalıdır.
Bütün bu işlər əsasında əldə edilmiş məlumatlar vaksinasiya
proqramının və vaksin növünün seçiminin və dərəcədə düzgün
olmasını göstərir.
Quşun özü də vaksinasiyanın gedişi və nəticəsinə əsaslı şə
kildə təsir göstərir. Quşların həssaslıq dərəcəsi onların immuno-
loji vəziyyətindən və xarici mühit amillərindən asılıdır. Vaksina
siyadan 1-2 gün əvvəl quşların sağlamlığı yoxlanmalı, xroniki və
subkliniki xəstələr müəyyənləşdirilməlidir. Belə hallara fikir ve
rilmirsə vaksinasiyanın keyfiyyət aşağı düşür. Nəticədə vaksina-
siyanın özü sekundar infeksiyanın və postvaksinal reaksiyaların
meydana çıxmasına səbəb olur. Əgər quşların sağlamlığına şübhə
yaranırsa, onda vaksinasiya tədbirləri təxirə salınmalı, diaqnoz
dəqiqləşdirilməli və səmərəli müalicə aparılmalıdır.
Laboratoriya m ü ayin ələri və onlardan istifadə ed ilm əsi
Quşların xarici mühit amillərinə sanitar nəzarət, onlardan pa
toloji matkrialın götürülməsi və müayinəsi və seroloji reaksiya
ların aparılması laboratoriya müayinələrinin əsasını təşkil edir.
Xarici mühit amillərindən su, yem və quş binalarının mikro-
bioloji müayinələri mühüm əhəmiyyətə malikdir. Quşların iç
məli suyu mikrobioloji və kimyəvi normativlərə uyğun olmalı
dır.
139
Su nümunəsinin pH-ı, ümumi codluğu, nitratlar, nitritlər, üzvi
birləşmələri normada olmalıdır. Suyun mikrobioloji müayinəsi
nin aparılması daha mühüm əhəmiyyətə malikdir. Xüsusilə suda
mikroorqanizmlərin ümumi miqdarı, onun bağırsaq çöplərinə, fe-
kal streptokokklara və klostridiozlara görə yoxlanması aparılma
lıdır. Suyun 1 ml-də 300-dən çox mikrob hüceyrələrinin olması
onun hər 100 ml-də 50-dən çox bağırsaq çöpü, fekal streptokok-
klar və klostridilərin olması suyun təhlükəli olmasını göstərir.
Su ildə ən azı 1 dəfə baktrioloji müayinə edilməlidir. Bun
dan əlavə təsərrüfatlarda naməlum etiologiyalaı xəstəliklər
qeyd olunduqda suyun keyfiyyətini aşağı salan faktorlar, xüsusi
lə güclü yağışlar, kimyəvi çirklənmələr və s. hallarda su yoxlan
malıdır.
Quşçuluqda istifadə edilən yemlər qidalılığına və tərkibin
dəki toksiki birləşmələr və xəstəlik törədicilərinə görə yoxlan
malıdır.
Hər 2-5 ton yemdən 100 və ya 200 qram nümunə onun
müxtəlif yerlərindən götürülür. Belə nümunələr ən azı 10-15 ol
malıdır. Sonra bunları ümumi bir qaba töküb qarışdırdıqdan son
ra az miqdarda götürüb müayinə edilir. Əgər yemdə su 13%-dən
çoxdursa bu 450S temperaturada quaıdulmalıdır.
Mikotoksinlərin müəyyən edilməsi üçün qazlı və ya maye
xromatoqrafiyadan, spektrometriyadan və son illər isə ELİSA
metodundan istifadə edilir.
Yemi qidalılığına görə yoxladıqda onun tərkibindəki xam
protein, xam sellüloza, amin turşuları, minerallar və vitaminlər
və mikroelementlər nəzərə alınır.
Yemlərin bakterioloji və mikoloji müayinəsi ümumi qəbul
edilmiş metodika əsasında aparılır.
Xəstə quşlardan nümunə götürən zaman 2 əsas qayda gözlə
nilməlidir: 1) operator və ya prozektorun yoluxmadan qorunma
sı; 2) xarici mühitin yoluxmasının minimuma endirilməsi.
140
Patoloji-anatomik yarma quşçuluqda əsas diaqnostik üsullar
dan biri hesab olunur.
Yarma yüksək septik əməliyyatdır və ona görə də bu zaman
xarici mühitin yoluxması riski mövcuddur. Yarma aparılan otaq
prozektoriya adlanır və burada döşəmə, divarlar və tavan elə
materialla örtülməlidir ki, asanlıqla dezinfeksiya aparılması
mümkün olsun.
Prozektoriyada yarmanı aparmaq üçün lazımi avadanlıqlar
olmalıdır.
Yanna xəstə quşlarda aparılmalıdır, çünki cəsədlərin yox
lanmasına nisbətən xəstə quşlarda müayinələr daha yaxşı və də
qiq nəticə verir. Ölmüş quşlarda müxtəlif mikroorqanizmlərin
intensiv şəkildə çoxalması baş verir, nəticədə əsas xəstəlik tö
rədicisinə görə interferensiya yarada bilər.
Patoloji-anatomik yarma ümumi qəbul edilmiş qayda üzrə
yerinə yetirilməli,qaraciyər, dalaq, mədəaltı vəzi, böyrəklər, yu
murtalıqlar, ürək, ağciyər, mədə-bağırsaq sistemi, beyin,
sümüklər və sümük iliyi diqqətlə müayinə adilməlidir.
cəsəddən nümunə götürməkdə məqsəd patologiyanın əsas
səbəbini aşkar etmək və xəstəlik törədicisini ayırmaqdır. Sero-
loji, hematoloji, biokimyəvi və toksikoloji müayinələri aparmaq
üçün qan nümunələrindən istifadə edilir.
10 günlüyə qədər quşlardan qan əsasən dekapitasiya yolu ilə
yaxud ürəyi reaksiya etmə yolu ilə əldə edilir. Nisbətən yaşlı
cücələr və toyuqlardan qan skarpel və ya infeksiya yolu ilə qa-
nadaltı venadan götürülür.
Ən azı 2-3 mil qan alınmalıdır ki, bundan 0,5-0,75 ml qan se-
rumu almaq mümkün olsun. Alınmış qan serumu 4-80S tempe
raturada 48 saat saxlanmalıdır.
Qandan qan yaxmaları hematoloji müayinələr məqsədilə ha
zırlayırlar. Yaxmalar təcili müayinə edilmirsə bunları havada
qurudub metil spirti ilə təsbit etmək lazımdır.
141
Dostları ilə paylaş: |