feksiyalar əleyhinə olduqca əlverişlidir. Vaksinasiya texnikası
ona əsaslanıbdır ki, vaksin quşun gözləri, burun cibciklərin və
yuxarı tənəffüs yollan kisələri ilə kontaktda olsun.
Belə vaksinasiyaları aparmaq üçün xüsusi ciləyici aparatdan
istifadə edilir.
Vaksinasiya üçün lazım olan su keyfiyyətli olmalı, tərkibin
də xlor və digər dezinfeksiya vasitələri aşkar edilməlidir.
Çiləmə quşun başı üzərindən 30 sm aralı tətbiq edilməsi və
çalışmaq lazımdır ki, bu onların nəzərini cəlb etsin.
Quşçuluqda aerozol dezinfeksiya daha çox istifadə edilir.
Aerozol əldə etmək üçün atonizator adlanan xüsusi cihazdan is
tifadə edilir. Bu cihaz vasitəsi ilə ölçüsü 20-dən 50 mkm-ə qə
dər olan xırda damlalı duman yaradılır. Xırda damlalar respira
tor orqanlara daxil olaraq immun səriştəli hüceyrələrlə kontakt
da olur və qısa müddətdə yüksək gərginlikli immunitet yaradır.
Aerozol vaksinasiya apardıqda bina hermetik bağlanmalı,
isitmə və ventilyasiya sistemləri istifadə edilməməlidir. Atoni
zator elə nizamlanmalıdır ki, xırda damlalı duman yaransın. Hər
1000 m3 olan quş binasında vaksinin orta hesabla tətbiqinin
müddəti 15 dəqiqə olmalıdır. Vaksinasiyadan 15 dəqiqə keçmiş
quş binalarının qapısı açılmalı, isitmə və ventilyasiya qurğusu
işə salınmalıdır.
Quşçuluqda fərdi vaksinsiya aparmaq üçün intraonulyar
üsuldan qanadaltı, pərdəyə punksiyadan və infeksiya üsulların
dan istifadə edilir.
İntraokulyar üsulla vaksinin tətbiqi səmərəli olub dəqiq şə
kildə vaksin dozasının quşlara verilməsi ilə səciyyələnir. Ancaq
bu üsulda çoxlu əmək və vaxt sərf olunur. Vaksinin duaıldulma-
sı üçün izotonik duz məhlulu və ya mineral sudan istifadə edilir.
Bu üsulla hər 1000 baş quşa 30-35 ml duruldulmuş vaksin sərf
olunur.
İntraokulyar yolla vaksinasiyanın keyfiyyəti aşağıdakı fak
130
torlardan asılıdır. Ventilyasiya və isidici qurğular işləməlidir. 1
günlük cücələr xüsusi nəqliyyat yeşiklərinə yerləşdirilir, nisbə
tən yaşlı qruplar döşəmədə kiçik qruplar halında yerləşdirilir.
Bina 2 yerə ayrılmalı, vaksinasiya olunmuşlar dgərlərindən ay
rılmalıdır. Köməkçilər quşları tutaraq vaksinatorlara verir və
vaksinator quşu elə tutmalıdır k, onun başı yanı üstə və göz sət
hi isə şaquli vəziyyətdə olsun. Vaksinator gözə toxumadan gö
zə 1 damla vaksin salmalıdır. Bir neçə saniyə gözləmək lazım
dır ki, damla göz səthində yayılsın.
Qanadaltı pərdəyə punksiya etmə yolu ilə vaksinasiya əv
vəlcədən vaksin məhluluna batırılmış xüsusi aplikator vasitəsi
lə həyata keçirilir. Durulducu vasitə kimi xüsusi steril duruldu-
cudan istifadə edilir. Adətən 1000 doza üçün 10 ml durulducu
götürülür. Vaksinasiya zamanı aşağıdakı qaydalara əməl edil
məlidir.
Vaksinasiya kölgəli yerdə aparılmalı, ventilyasiya və isitmə
sistemi işçi vəziyyətdə olmalıdır. Operatorlar quşu tutaraq vak-
sinatora verir və quş yanı üstə saxlanaraq 1 qanadı aralanır, ap-
likatorun ucu vaksin məhluluna toxundurulur, sonra isə qanadal-
tı pərdə deşilir. Punksiya zamanı ve,naya, əzələyə, sümüyə və
oynağa toxunulmamalıdır.
Vaksinasiyanın nəticəsi 6-10 gündən sonra yoxlanır. Adətən
pünksiya yerində yerli iltihab reaksiyası nəzərə çarpır.
İnyeksiyalar vasitəsilə vaksinasiyalarda quşçuluqda dərialtı
və əzələ içi üsullardan istifadə edilir.
İnaktivləşdirilmiş vaksinləri infeksiya yolu ilə tətbiq edən
zaman vaksin flakonunu ən azı 12 saat otaq temperaturası şərai
tində saxlamaq lazımdır ki, onun axıcılığı yaxşılaşsın. Diri vak
sinləri isə yalnız 1 saat saxlamaqğa icazə verilir və bunlar isidil
məməlidir. Vaksinasiyaları aparmaq üçün avtomat şprislərdən
istifadə edilir. Tələb olunan doza dəqiq şəkildə inyeksiya edil
məlidir. Diri vaksinlər üçün iynələr 0,8x15 mm ölçüdə, yağlı
131
adykvantlı inaktivləşdirilmiş vaksinlər üçün isə 1x1,5 mm
ölçüdə olmalıdır. Hər 500-100 inyeksiyadan sonra iynələr dəyi
şilməlidir.
Dərialtı infeksiyalar boyun pahiyyəsinə, əzələ içi infeksiya-
lar isə bud və ya döş əzələsinə tətbiq olunur. Vaksinasiyalar za
manı şəxsi təhlükəsizlik qaydalarına əməl edilməli və vaksina-
torlar qovşanğıca görə peyvənd olunmalıdır.
V ak sinasının keyfiy y ətin ə təsir g ö stərən a m illər
Vaksinasiyanın keyfiyyətinə təsərrüfat şəraiti ilə əlaqədar
faktorlar və vaksinasiya ilə əlaqədar faktorlar təsir göstərir.
Birinci qrupa stress, mikotoksikozlar və infeksion xəstəliklə
rə qarşı vaksinasiyalar, ikinci qrupa isə vaksin faktoru, insan
faktoru və quş faktoru aiddir.
Stress-xarici intensiv təsirinə qeyrispesifık cavab reaksiyası
dır. Doğrudan da hər hansı güclü və uzun müddətli təsir qeyri-
spesifık stress reaksiyalarına səbəb olur, nəticədə quş onu əhatə
edən dəyişilmiş mühitə uyğunlaşır. Əksər hallarda fizioloji ca
vab reaksiyaları qeyrispesifık olduğu haldı, davranış cavabları
spesifik xüsusiyyətə malik olur. Hal-hazırda stress intensiv quş-
çuluqda çox böyük rola malikdir.
Quşlar üçün komfort zonanın formalaşması üçün bir-biri ilə
əlaqəli 6 faktor: quşa baxan şəxslər, yem, quş binası, mikroflo-
ra, quş və təsərrüfatda istifadə olunan saxlama texnologiyası tə
sir göstərir. Bu faktorlar quşların həyatı boyu dəyişilə bilər və
hər hansı qəflətən müəyyən dəyişmələrin baş verməsi onlarda
stress törədə bilir.
Stressin təsirindən quş orqanizminin ehtiyat qüvvələrinin
mobilizasiyası və immunosupressiya baş verir. Stressin intensiv
liyi və təsir müddətindən sılı olaraq quşlar ya normal statusu
bərpa edir, ya da dekompensasiya yaranır ki, nəticədə orqaniz
132
min ehtiyat gücü tükənlər, həyat üçün zəruri olan orqanlar zədə
lənir, immun sistemin fəaliyyəti pozulur və ölüm baş verir.
Stress quşların məhsuldarlığını aşağı salır. Bu da həzmin po
zulması ilə əlaqədar mədəaltı vəzin və ödün sekresiyasının
aşağı düşməsinə, katabolizmin güclənməsi nəticəsində energe-
tik ehtiyatların mobilizasiyasına və quşun canlı kütləsinin aşağı
düşməsinə, boy hormonu olan somatotropin istehsalının aşağı
düşməsi nəticəsində quşların böyüməsi və inkişafının zəifləm ə
sinə, kalisumun miqdarının azalması nəticəsində sümük toxu
masında deformasiyalar və skorlupanın keyfiyyətinin pisləşmə
sinə, yumurtalama qabiliyyətinin pisləşməsinə, cinsiyyət hor
monları istehsalının zəifləməsi ilə əlaqədar inkubasiya cücə çı
xımının kəskin şəkildə aşağı düşməsi baş verir.
Stresssin təsirindən immun sistemdə kəskin dəyişdiklər ge
dir. Nəticədə qlükokortikosteroidlərin təsirindən prostaqlandin
və interleykinlərin sintezi zəifləyir ki, bu da leykositlərin miqra
siyasını ləngidir, qanın formalı elementlərinin bir-birinə olan
nisbətində disbalans baş verir, lekositoz, limfopeniya, eozinope-
niya meydana çıxır. Leykosit sıra hüceyrələrinin keyfiyyətcə de
qradasiya nəticəsində faqositoz prosesi zəifləyir, heterofil və
makrofaqlar tərəfindən bakterial substansiyaların istehsalı aşağı
düşür, T-limfositlərin aktivliyi zəifləyir.
Kortikosteroidlərin təsirindən baş verən bu dəyişdiklər adə
tən müvəqqətidir və bərpa olunandır. Ancaq cavan quşlarda
uzunmüddətli stress limfoid orqanların, xüsusioə timusun fabri-
siy kisəsinin, dalağın reqressiyasına və bunun əsasında isə vak
sinasiyalar zamanı immunitetin formalaşmasının pozulmasına
səbəb olur.
Ona görə də stresslər daima nəzarət altında olmalıdır və
bunlar aradan götürülməyincə vaksinasiyalar aparılmamalıdır.
Stress əleyhinə m üxtəlif tədbirlərdən istifadə edilir ki, bun
lardan da vitaminlərin tətbiqi mühüm əhəmiyyətə malikdir.
133
Dostları ilə paylaş: |