İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə33/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   29   30   31   32   33   34   35   36   ...   87

feksiyalar  əleyhinə  olduqca  əlverişlidir.  Vaksinasiya  texnikası 
ona  əsaslanıbdır  ki,  vaksin  quşun  gözləri,  burun  cibciklərin  və 
yuxarı  tənəffüs  yollan  kisələri  ilə kontaktda olsun.
Belə  vaksinasiyaları  aparmaq  üçün  xüsusi  ciləyici  aparatdan 
istifadə  edilir.
Vaksinasiya  üçün  lazım  olan  su keyfiyyətli  olmalı,  tərkibin­
də  xlor və  digər dezinfeksiya  vasitələri  aşkar edilməlidir.
Çiləmə  quşun  başı  üzərindən  30  sm  aralı  tətbiq  edilməsi  və 
çalışmaq  lazımdır ki,  bu onların  nəzərini  cəlb  etsin.
Quşçuluqda  aerozol  dezinfeksiya  daha  çox  istifadə  edilir. 
Aerozol  əldə  etmək  üçün atonizator adlanan  xüsusi  cihazdan  is­
tifadə  edilir.  Bu  cihaz  vasitəsi  ilə  ölçüsü  20-dən  50  mkm-ə  qə­
dər olan  xırda  damlalı  duman  yaradılır.  Xırda  damlalar  respira­
tor orqanlara daxil  olaraq  immun  səriştəli  hüceyrələrlə  kontakt­
da  olur və  qısa müddətdə yüksək gərginlikli  immunitet yaradır.
Aerozol  vaksinasiya  apardıqda  bina  hermetik  bağlanmalı, 
isitmə  və  ventilyasiya  sistemləri  istifadə  edilməməlidir.  Atoni­
zator elə  nizamlanmalıdır ki, xırda damlalı  duman yaransın.  Hər 
1000  m3  olan  quş  binasında  vaksinin  orta  hesabla  tətbiqinin 
müddəti  15  dəqiqə olmalıdır.  Vaksinasiyadan  15  dəqiqə  keçmiş 
quş  binalarının  qapısı  açılmalı,  isitmə  və  ventilyasiya  qurğusu 
işə  salınmalıdır.
Quşçuluqda  fərdi  vaksinsiya  aparmaq  üçün  intraonulyar 
üsuldan  qanadaltı,  pərdəyə  punksiyadan  və  infeksiya  üsulların­
dan  istifadə  edilir.
İntraokulyar üsulla  vaksinin  tətbiqi  səmərəli  olub  dəqiq  şə­
kildə vaksin  dozasının  quşlara verilməsi  ilə səciyyələnir.  Ancaq 
bu üsulda çoxlu əmək və vaxt sərf olunur. Vaksinin duaıldulma- 
sı  üçün  izotonik duz məhlulu və ya mineral  sudan  istifadə edilir. 
Bu  üsulla  hər  1000  baş  quşa  30-35  ml  duruldulmuş  vaksin  sərf 
olunur.
İntraokulyar  yolla  vaksinasiyanın  keyfiyyəti  aşağıdakı  fak­
130
torlardan  asılıdır.  Ventilyasiya  və  isidici  qurğular  işləməlidir.  1 
günlük  cücələr xüsusi  nəqliyyat yeşiklərinə  yerləşdirilir,  nisbə­
tən  yaşlı  qruplar  döşəmədə  kiçik  qruplar  halında  yerləşdirilir. 
Bina  2  yerə  ayrılmalı,  vaksinasiya  olunmuşlar  dgərlərindən  ay­
rılmalıdır.  Köməkçilər  quşları  tutaraq  vaksinatorlara  verir  və 
vaksinator quşu  elə tutmalıdır k, onun başı  yanı  üstə və  göz sət­
hi  isə  şaquli  vəziyyətdə  olsun.  Vaksinator  gözə  toxumadan  gö­
zə  1  damla vaksin  salmalıdır.  Bir neçə  saniyə  gözləmək  lazım­
dır ki,  damla göz  səthində yayılsın.
Qanadaltı  pərdəyə  punksiya  etmə  yolu  ilə  vaksinasiya  əv­
vəlcədən  vaksin  məhluluna  batırılmış  xüsusi  aplikator  vasitəsi­
lə  həyata  keçirilir.  Durulducu  vasitə  kimi  xüsusi  steril  duruldu- 
cudan  istifadə  edilir.  Adətən  1000  doza  üçün  10  ml  durulducu 
götürülür.  Vaksinasiya  zamanı  aşağıdakı  qaydalara  əməl  edil­
məlidir.
Vaksinasiya  kölgəli  yerdə  aparılmalı,  ventilyasiya  və  isitmə 
sistemi  işçi  vəziyyətdə  olmalıdır.  Operatorlar  quşu  tutaraq  vak- 
sinatora  verir  və  quş  yanı  üstə  saxlanaraq  1  qanadı  aralanır,  ap- 
likatorun ucu vaksin məhluluna toxundurulur, sonra isə qanadal- 
tı  pərdə  deşilir.  Punksiya  zamanı  ve,naya,  əzələyə,  sümüyə  və 
oynağa toxunulmamalıdır.
Vaksinasiyanın  nəticəsi  6-10 gündən sonra yoxlanır.  Adətən 
pünksiya yerində  yerli  iltihab reaksiyası  nəzərə çarpır.
İnyeksiyalar  vasitəsilə  vaksinasiyalarda  quşçuluqda  dərialtı 
və  əzələ  içi  üsullardan  istifadə  edilir.
İnaktivləşdirilmiş  vaksinləri  infeksiya  yolu  ilə  tətbiq  edən 
zaman  vaksin  flakonunu ən azı  12  saat otaq  temperaturası  şərai­
tində  saxlamaq  lazımdır  ki,  onun  axıcılığı  yaxşılaşsın.  Diri  vak­
sinləri  isə yalnız  1  saat saxlamaqğa icazə verilir və bunlar isidil­
məməlidir.  Vaksinasiyaları  aparmaq  üçün  avtomat  şprislərdən 
istifadə  edilir.  Tələb  olunan  doza  dəqiq  şəkildə  inyeksiya  edil­
məlidir.  Diri  vaksinlər  üçün  iynələr  0,8x15  mm  ölçüdə,  yağlı
131


adykvantlı  inaktivləşdirilmiş  vaksinlər  üçün  isə  1x1,5  mm 
ölçüdə olmalıdır.  Hər 500-100  inyeksiyadan  sonra  iynələr dəyi­
şilməlidir.
Dərialtı  infeksiyalar boyun pahiyyəsinə,  əzələ  içi  infeksiya- 
lar isə bud və ya döş əzələsinə tətbiq olunur.  Vaksinasiyalar za­
manı  şəxsi  təhlükəsizlik  qaydalarına  əməl  edilməli  və  vaksina- 
torlar qovşanğıca görə  peyvənd  olunmalıdır.
V ak sinasının  keyfiy y ətin ə  təsir  g ö stərən   a m illər
Vaksinasiyanın  keyfiyyətinə  təsərrüfat  şəraiti  ilə  əlaqədar 
faktorlar və  vaksinasiya  ilə  əlaqədar faktorlar təsir göstərir.
Birinci qrupa stress, mikotoksikozlar və infeksion xəstəliklə­
rə  qarşı  vaksinasiyalar,  ikinci  qrupa  isə  vaksin  faktoru,  insan 
faktoru  və  quş  faktoru  aiddir.
Stress-xarici  intensiv təsirinə qeyrispesifık  cavab  reaksiyası­
dır.  Doğrudan  da  hər  hansı  güclü  və  uzun  müddətli  təsir  qeyri- 
spesifık  stress reaksiyalarına səbəb olur,  nəticədə quş  onu  əhatə 
edən  dəyişilmiş  mühitə  uyğunlaşır.  Əksər  hallarda  fizioloji  ca­
vab  reaksiyaları  qeyrispesifık  olduğu  haldı,  davranış  cavabları 
spesifik  xüsusiyyətə  malik  olur.  Hal-hazırda stress  intensiv  quş- 
çuluqda  çox  böyük  rola malikdir.
Quşlar  üçün  komfort  zonanın  formalaşması  üçün  bir-biri  ilə 
əlaqəli  6  faktor:  quşa  baxan  şəxslər,  yem,  quş  binası,  mikroflo- 
ra,  quş  və  təsərrüfatda  istifadə olunan saxlama texnologiyası  tə­
sir  göstərir.  Bu  faktorlar  quşların  həyatı  boyu  dəyişilə  bilər  və 
hər  hansı  qəflətən  müəyyən  dəyişmələrin  baş  verməsi  onlarda 
stress  törədə  bilir.
Stressin  təsirindən  quş  orqanizminin  ehtiyat  qüvvələrinin 
mobilizasiyası və immunosupressiya baş verir.  Stressin  intensiv­
liyi  və  təsir  müddətindən  sılı  olaraq  quşlar  ya  normal  statusu 
bərpa  edir,  ya  da  dekompensasiya  yaranır  ki,  nəticədə  orqaniz­
132
min ehtiyat gücü tükənlər, həyat üçün zəruri  olan orqanlar zədə­
lənir,  immun  sistemin  fəaliyyəti  pozulur və  ölüm  baş  verir.
Stress quşların məhsuldarlığını  aşağı salır.  Bu da həzmin po­
zulması  ilə  əlaqədar  mədəaltı  vəzin  və  ödün  sekresiyasının 
aşağı  düşməsinə,  katabolizmin  güclənməsi  nəticəsində  energe- 
tik  ehtiyatların  mobilizasiyasına  və  quşun  canlı  kütləsinin  aşağı 
düşməsinə,  boy  hormonu  olan  somatotropin  istehsalının  aşağı 
düşməsi  nəticəsində quşların böyüməsi  və inkişafının zəifləm ə­
sinə,  kalisumun  miqdarının  azalması  nəticəsində  sümük  toxu­
masında deformasiyalar və  skorlupanın  keyfiyyətinin  pisləşmə­
sinə,  yumurtalama  qabiliyyətinin  pisləşməsinə,  cinsiyyət  hor­
monları  istehsalının  zəifləməsi  ilə  əlaqədar  inkubasiya  cücə  çı­
xımının  kəskin  şəkildə  aşağı  düşməsi  baş  verir.
Stresssin  təsirindən  immun  sistemdə  kəskin  dəyişdiklər ge­
dir.  Nəticədə  qlükokortikosteroidlərin  təsirindən  prostaqlandin 
və  interleykinlərin sintezi zəifləyir ki, bu da leykositlərin  miqra­
siyasını  ləngidir,  qanın  formalı  elementlərinin  bir-birinə  olan 
nisbətində disbalans  baş verir,  lekositoz,  limfopeniya,  eozinope- 
niya meydana çıxır.  Leykosit sıra hüceyrələrinin keyfiyyətcə de­
qradasiya  nəticəsində  faqositoz  prosesi  zəifləyir,  heterofil  və 
makrofaqlar tərəfindən  bakterial  substansiyaların  istehsalı  aşağı 
düşür,  T-limfositlərin  aktivliyi  zəifləyir.
Kortikosteroidlərin  təsirindən  baş  verən  bu  dəyişdiklər adə­
tən  müvəqqətidir  və  bərpa  olunandır.  Ancaq  cavan  quşlarda 
uzunmüddətli  stress  limfoid  orqanların,  xüsusioə  timusun  fabri- 
siy  kisəsinin,  dalağın  reqressiyasına  və  bunun  əsasında  isə  vak­
sinasiyalar  zamanı  immunitetin  formalaşmasının  pozulmasına 
səbəb olur.
Ona  görə  də  stresslər  daima  nəzarət  altında  olmalıdır  və 
bunlar aradan  götürülməyincə vaksinasiyalar aparılmamalıdır.
Stress  əleyhinə  m üxtəlif tədbirlərdən  istifadə  edilir  ki,  bun­
lardan  da  vitaminlərin  tətbiqi  mühüm  əhəmiyyətə  malikdir.
133


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə