İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə34/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   30   31   32   33   34   35   36   37   ...   87

Təcrübələr yolu  ilə  müəyyən  edilmişdir  ki,  m üxtəlif v itam in lə­
rin  tətbiqi  orqanizmin  imun  sistemini  möhkəmləndirir.
Stresin  gözlənilməsindən  24  saat  əvvəl  stresin  bütün  təsiri 
müddətində  vitaminlərdən  istifadə  edilməlidir.  Məlum  o lm u ş­
dur  ki,  vitaminlərin  təsirindən  qlükokortikosteroidlərin  sintezi, 
metabolizmin  stimullaşması,  selikli  qişaların  müdafiəsi  və  im ­
munitetin  stimullaşması  baş  verir.
Vitaminlərlə  bərabər  həm  də  antibiotiklərdən  də  istifadə 
edilməlidir. Antibiotiklər stres zamanı zəifləmiş heyvanların qo ­
runmasında  mühüm  əhəmiyyətə  malikdir.  Bəzi  antibiotiklər, 
xüsusilə  eritromisin  immunomodullaşdırıcı  effektə  malikdir. 
Eritromisin  leykositlər  tərəfindən  interleykinlərin  sekresiyasını 
stimullaşdırır,  bu  isə  öz  növbəsində  makrofaqlar vasitəsilə  bak- 
teriyaların  faqositozunu  gücləndirir,  natural  killer  hüceyrələri­
nin  sitotoksik  fəaliyyətini  artırır.
Antibiotikləri  vaksinasiyadan  əvvəl  və  sonra  yəni  sekundar 
bakterial  mikroflora  ilə  yoluxma  riski  zamanı  tətbiq  etmək  la­
zımdır.  Antibiotikləri  heç  vaxt  vaksinlə  qarışdırmağa  icazə  ve­
rilmir.  Bunları  vaksinasiyadan  2  əvvəl,  vaksinin  tətbiqi  günü  və 
vaksinasiyadan  2  gün  keçmiş  tətbiq  etmək  olar.
Mikotoksikozlar vaksinasiyanın  keyfiyyətinə olduqca pis tə­
sir göstərir.  Bunları  mikroskopik göbələklər törədir.  Mikroplaz- 
malar mikotoksinləri  istehsal  edir.
Mikotoksinlərin  aşağıdakı  növləri  mövcuddur:
1.  Aflatoksin -  bunu müxtəlif yemlərdə pis saxlama şəraitin­
də Asperqillus  flavus  və Asperqillus  parazitinus törədir.
2.  Leralenon -   kəskin  temperatur dəyişmələri  zamanı  qarğı­
dalıda,  arpada  və  sorqoda  Fuzarium  spp  kifgöbələyi  törədir.
3.  Oxratoksin A -  soyuq və nəmli hava şəraitində arpa,  vələ- 
mir, qarğıdalı və buğdanın saxlanması zamanı  Penicillium qranu- 
latum  və  Asperqillus  ochraceis  kif göbələkləri  tərəfində  isteh­
sal  olunur.
134
4. 
Fumopizin  Bİ  isti  və  yüksək  nəmli  şəraitdə  qarğıdalıda 
Fuzarium  moniliform  kif göbələyi  tərəfindən  əmələ  gəlir.
5. T rixotcenler- soyuq  iqlim şəraitində tez-tez donma və əri­
mə zamanı  m üxtəlif taxıl məhsullarında Fuzarium tricinctum  və 
Fuzarium  spp  kif göbələyi  tərəfindən  istehsal  olunur.
Mikotoksinlərin  bu  göstərilən  5  növündən  3-u  quşlarda  im- 
munosupressiyaya səbəb olur:  aflotoksinlər, trixotesenlər və ok- 
xratoksinlər.  Bu toksinlərin hamısı vaksinasiyaların nəticələrinə 
mənfi  təsir  göstərir,  bundan  əlavə  immunsistemi  səfərbər  edir, 
vaksinlərə  quşların  həssaslığını  aşağı  salır.
Aflatoksin  Bİ,  B2, G1  və G 2 -g ü c lü  konserogendirlər.  Bun­
lardan  Aflotoksin  Bİ  təbiətdə  daha  çox  yayılmış  və  daha  çox 
toksikidir.  Toksinlərd qaraciyərdə toplanır və onun  hüceyrələri­
nin  vakuolizasiyası  və  nekrozu  nəticəsində  qaraciyərin  kəskin 
funksiya pozğunluqlarına səbəb olur.
Aflotoksikoz  yaranmış  simptomların  dərəcəsi  qəbul  olun­
muş dozadan, zəhərlənmə müddətindən və quşun növündən ası­
lıdır.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  subkliniki  zəhərlənmələr 
daha  çox  aşkar  edilir.  Bu  toksiklərin  orqanizmə  təsirinin  dəqiq 
şəkildə müəyyən edilməsi üçün ELİSA üsulundan və quş qrupu­
nun zootexniki  parametrlərinin  monitorinqindən  istifadə  edilir.
Quş  üçün  zəhərli  olmayan aflotoksin  B l-in  maksimal  dozası 
hər ton  yemə  50-dən  200  maq-a qədər hesab olunur.
Broylerlərin  körpələrində  aflotoksin  yüksək  dərəcədə  iırı- 
munosupressiya  törədir,  fabrisiy  kisəsinin  follikulasında  limfo- 
sitlərin miqdarını  azaldır.  Aflatoksinin təsirindən tiırıus  və dalaq 
da zədələnir və  atrofıyalaşır.
Trixotesenlər  böyük  qrup  göbələk  metobolitləri  olub 
Fuzarium  göbələkləri  tərəfindən istehsal olunur.  Quşçuluq  üçün 
daha  təhlükəlisi  T  2  toksiki  və  diasetoksisirpenol  hesab  edilir. 
Quşlarda  ən  çox  ağız  boşluğunun  selikli  qişası  və  qaraciyər zə­
dələnir.  Daxili  orqanlar üzərində təbaşirə bənzər çöküntü  nəzə­
135


rə  çarpır.  Bu  toksinin  təsirindən  limfoid  orqanların  və  süm ük 
iliyinin  kəskin  zədələnmələri  müşahidə  edilir.
Oxratoksikoz  Penisillium  göbələyinin  müxtəlif  ştamları  və 
Asperqillus ochraceus  göbələyi  tərəfindən  törədilir.  Oxratoksin 
В  və  S-ə  nisbətən  A  daha  toksikidir  və  quşçuluqda  daha  çox 
müşahidə  edilir.  Toksinin  təsirindən  əvvəlcə  böyrək  toxuması, 
sonra qaraciyər və  imun sistemin zədələnmələri  qeyd edilir.  Quş­
larda  dehibratasiya,  kataral  enterit və anemiya  baş  verir.  Xroniki 
zəhərlənmə ilə əlaqədar olaraq quşlarda məhsuldarlıq kəskin  şə­
kildə  aşağı  düşür və  immunosupressiya  nəticəsində  onların  xəs­
təliklərə həssaslığı  kəskin şəkildə artır.  Böyrəklərin hipertrofiya- 
sı,  qaraciyərdə  nekroz  ocaqları,  quş  cəmdəklərində  hematoma, 
timusun,  fabrisiy kisəsinin  və dalağın  atrofıyası  müşahidə  edilir.
Oxratoksin A-nın təsirindən vaksiyasiyanın keyfiyyəti  itir və 
postvaksinal  immunitetin  səviyyəsi  aşağı  düşür.
Onu  da qeyd  etmək  lazımdır ki,  sistematik  şəkildə  qoruyucu 
məqsədlə göbələk  əleyhinə  preparatların  və ya detoksikantların 
tətbiqi  nəticəsində  mikotoksikoz riskini  aşağı  salır.  Bu  məqsəd­
lə  oksikvinol  və  dixlorotimol  preparatlarından  istifadə  edilir. 
Bundan əlavə seloit və ya vermikulit kimi  inert mühitdə absorb- 
siya olunmuş  propion,  qarışqa və sirkə  turşusu  qarışığının tətbi­
qi  nəticəsində  onlar  funqistatik  aktivliyi  ilə  özünü  göstərir  və 
yemlərin  saxlanma  müddəti  çoxalır.  Bektonit,  kaolin  və  alümo- 
silinatlar  kimi  absorbentlər  mikotoksinləri  absorbsiya  edir  və 
onların  təsirini  neytrallaşdırır.  Bəzi  enzimlər  mikotoksinlərin 
əsas  qruplarını  toksiki  olmayan  metabolitlərə çevirir.
Mikotoksikozlarla  yoluxmuş  quşların  müalicəsi  üçün  hepa- 
toprotektiv və ödqovucu vasitələrdən istifadə edilir.  Xüsusilə bu 
məqsədlə  xolin,  betain,  kükürdlü  amin  turşuları,  vitamin  E  ilə 
selenin kombinasiyası  və multivitamin  qarışqaları  kimi  antioksi- 
dantlar tətbiq  olunur.
Prinsipcə  vaksinasiyaları  yalnız  sağlam  heyvanlarda  apar­
136
maq  lazımdır,  xüsusilə  antibiotiklərlə  müalicə  zamanı  vaksina- 
siya  aparılmamalıdır.  Çünki  infeksion  patologiya  ilə  mübarizə 
qoruyucu  immun  sistem  yalnız  bu  infeksiya  ilə  mübarizəyə  sə­
fərbər  olunur.  Belə  şəraitdə  vaksinasiya  keyfiyyətini  müəyyən 
etmək olmur.
Vaksin  immun  sistemin  spesifik  hissəsini  stimullaşdırığı 
üçün  bu  bakterial  infeksiyaların  gedişini  mürəkkəbləşdirir  və 
müalicə  tədbirlərinin  səmrəliliyini  aşağı  salır.
Bundan  əlavə  immun  qoruyucu  sistem  infeksion  patologiya 
ilə  mübarizəyə  səfərbər  olduğu  üçün,  vaksin  antigeni  ilə  bir 
yüksək  dərəcədə  artıb çoxala bilər.
Quşlar,  immunosupressiv  effekt törədə  bilən  bir çox  virus  in- 
feksiyalarına  xüsusilə  Marek  xəstəliyi,  infeksion  bursal  xəstəlik, 
infeksion  anemiya,  reovirus  və  adenovirus  infeksiyaları,  leykoz, 
retikuloendotelioz  kimi  xəstəliklərə  həssasdır.  Bu  xəstəlik  törə­
diciləri  olan  viruslar  uzunmüddətli  immunosupressiv  təsirlə 
özünü göstərir.  Bu xüsusiyyətə görə postvaksinal immunitetin ya­
ranmasında çatışmazlıqlar qeyd  olunur.  Belə  infeksiyaların  profi­
laktikasında əsas iş ana qrupun vaksinasiyası və ya yoluxmuşların 
məcburi  kəsilməsi  və  quş  binalarının  etibarlı  dezinfeksiyalarının 
aparılmasıdır.  Ana qrupun  vaksinasiyası onların bütün məhsuldar­
lığı dövründə onların  yoluxmasının qarşısını  alır və xəstəlik  törə­
dicisinin  vertikal  verilməsinin  qarşısını  alır.  Ana  qrupun  vaksina- 
siyası  həmçinin  ana antitellərinin  yüksək  səviyyədə cücələrə ve­
rilməsinə səbəb olur,  bununlada onların maksimal səviyyədə xəs­
təlik törədicilərinə  həssaslığı dövründə qorunmasına səbəb olur.
V ak sin asiy a   ilə  əlaq əli  olan  faktorlar
Vaksinasiyanın  keyfiyyətinə yəni  quşların  infeksiya törədici­
lərindən  qorunmasına  əsas  3  faktor:  vaksin,  insan  və  quş  fakto­
ru  əsaslı  şəkildə  təsir göstərir.
137


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə