İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə32/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   28   29   30   31   32   33   34   35   ...   87

2.  Nəmlik
3.  Havanın  sürəti  və  istiqaməti
4.  Havanın  qaz tərkibi  (ammonyak,  oksigen, karbon  qazı)
5.  Tozun olması
6.  Mikroorqanizmlərin  olması
Mikroiqlimə  nəzarətin pis  olması  aşağıdakıları  törədir:
1.  Döşəmənin  nəmliyinin  artması
2.  Tempuratura  dəyişilmələri
3.  Texniki  stresslər
4.  Ammonyakın  artıqlığı  və  nəmliyin yüksəlməsi
5.  Havanın  yeniləşməsi  məqsədilə  surətin  azlığı.
Binada soyuq və nəmli havanın olması nəticəsində körpələrdə 
böyrəklərin  müxtəlif xarakterli  zədələnmələri  nəmli  və  soyuq 
döşənək onlarda güclü diareya,  havada toz və karbon qazının ol­
ması  ilə  tənəffüz yollarının  xroniki  xəstəliklərinə  səbəb olur.
Temperatura  faktoru  quşların  həyatına  və  məhsuldarlığına 
daha  çox  təsir göstərir.  Quşlar  ilk  gündən  öz  temperaturalarının 
tənzim  edə  bilmədikləri  üçün  bina daxilində  temperatura  rejimi 
dəqiq şəkildə gözlənilməlidir.  Bina daxilində havanın tərkibinin 
qəflətən  dəyişməsi  və ya güclü hava axınları  quşlarda  ilk həftə- 
likdə  diareya,  tük və  ləkələrin  çirklənməsi  və  yemin  qəbulu  və 
həzminin  pisləşməsinə  səbəb  olur.
Quş  orqanizmə  nəmliyin  təsiri  havanın  temperaturasından 
asılıdır.  Əgər nəmlik  yüksəldiksə  xarici  mühitin  300S  tempera- 
turasında  quşların  inkişafı  ləngiyir  və  döşəmənin  keyfiyyəti 
aşağı  düşür.  Əgər  fermada  döşənək  pis  vəziyyətdədirsə  bu  onu 
göstərir  ki,  mikroiqlim  parametrlərinə  yaxşı  nəzarət olunmur.
Bina  daxilindəki  ammonyak  quşların  tənəffüs  orqanlarına 
kəskin  qıcıqlandırıcı  təsir göstərir,  nəticədə  onlarda  imun  siste­
min  fəaliyyəti  zəifləyir,  yem  qəbulu  pisləşir  və  inkişafı  zəiflə­
yir.  Ammonyakın əm ələ gəlməsinə quşların  ifrazatı,  nəmlik,  is­
tiliyin  çoxluğu  və  fermentasiya  səbəb olur.
126
Ammonyakın  əm ələ  gəlməsinin  qarşısını  almaq  üçün  döşə­
mə  örtüyünün  yaxşı  vəziyyətdə  saxlanması,  bina  daxilində  nor­
mal ventilyasiya,  döşənək kimi  ağac ovuntusu və samanın tətbi­
qi  və  döşəmənin  hər  100  m2  sahəsinə  300-500  kq  superfosfat 
əlavə  edilməsi  əsas  sayılır.
Bina daxilində  tozun  çoxluğu  mikroorqanizmlər üçün  mühit 
hesab  olunur.  Tənəffüs  zamanı  onlar  tənəffüs  orqanlarının 
müxtəlif xəstəliklərinin əmələ  gəlməsinə  səbəb olur.
Ventilyasiya qurğularının düzgün  işləməsi  quşların  böyümə­
si  və  inkişafında  həlledici  rola  malikdir.  Ventilyasiya  qurğuları­
nın  zəif işləməsi  nəticəsində  döşənəyin  nəmlənməsi  və  onun 
keyfiyyətinin  pisləşməsi,  ammonyakın  bina daxilində  çoxalma­
sına,  quşun  temperaturasının  yüksəldilməsinə  və  quşların  inki­
şafının  zəifləməsinə,  güclü  işləməsi  isə  bina  daxilində  həddən 
artıq  hava  axımına,  nəticə  döşəmənin  temperaturasının  aşağı 
düşməsinə,  bina daxilində kəskin temperatura dəyişmələrinə və 
yemlərin  konversiya  səviyyəsinin  aşağı  düşməsinə səbəb  olur.
X üsusi  profilaktika  təd birlər
Quşlarda  spesifik  profilaktikanın  aparılması  üçün  müxtəlif 
bioloji  preparatlarla  vaksinasiyalar  aparılır.  Vaksinasiyanın 
məqsədi  quşların  virus,  bakterial  və  digər qrup  infeksiyalara  və 
parazitar  invaziyalara  qarşı  spesifik  immun  sistemin  aktivləşdi- 
rilməsi  yolu  ilə  onların  qorunmasını  təşkil  etmişdir.  Vaksinasi­
yalar  quşların  immun  sistemini  aktivləşdirir  və  orqanizmin 
müdafiə  mexanizmini  stimulyasiya edir.
Quşların  immun  sistemi  2  əsas  lifoid orqandan  fabrisiy  kisə­
sindən  və  timusdan  və  ikincili  limfoid  orqanlardan,  yəni  sümük 
iliyi,  dalaq,  qarderiev  vəzi,  kor  bağırsaq  vəziləri,  peyer  yığıntı- 
ları  və  Mekkel  divertikullarından  ibarətdir.
Birinci  limfoid  orqanlar  anatomik  olaraq  kötük  immun
127


hüceyrələrin  2  növ  limfositə -  T- və  В  hüceyrələrə  ayrılma  ye­
ri  hesab edilir.  Fabrisiy kisəsi və timusda hüceyrələrin təfriqi  bu 
orqanlarda sekresiya olunan hormonların təsirindən baş verir.  B- 
limfositlər  fabrisiy  kisəsindən,  T-limfositlər  isə  timusdan  yara­
nır.
İkinci  limfoid  orqanlar limfositlərin  depolaşma  və  digər  im- 
mun  hüceyrələrin,  yəni  qranulositlərin,  monositlərin,  hüceyrə- 
killer və  hüceyrə təbii  killerin  dezinfeksiya yeridir.
Antitellər  və  ya  immunoqlobulinlər  antigen  təsirinə,  plaz- 
mositlərə  transformasiya  olunmuş  B-limfositlər  tərəfindən  is­
tehsal  olunur.
Antitellərin  əsas  xüsusiyyətləri  bunların  stimulyasiya  olun­
masına səbəb olan  antigenlərlə  in  vivo və  in  vitro  qarşılıqlı  əla­
qədə  olmasıdır.
Quşlarda  əsasən  3  sinif immunoqlobulinlər müşahidə  edilir.
1.  İmmunoqlobulin G serumun əsas  immunoqlobulini  və hu­
moral  immunitetin əsas  effektoru  hesab  edilir.  Bunlar cücələrdə 
serum  immunoqlobulinlərinin  75%-li  təşkil  edir.
2. İmmunoqlobulin M-antigen təsirindən 2-3 gün sonra yaranır.
3.  İmmunoqlobulin  A  sekretor antigen  kimi  məlumdur.
Bunlar ən  çox  öddə  və tənəffüs yollarında  müşahidə  edilir.
Quşçuluqda tətbiq  olunan  müxtəlif vaksinlər 2  qrupa diri  at-
tenuasiya olunmuş və  inaktivləşdirilmiş vaksinlərə  bölünür.
Diri  attenuasiya  olunmuş vaksinlər diri  virus və  ya  mikroor- 
qanizmlərə  malikdir və  bunların  patogenliyi  və  təbii  ya  da  süni 
yolla zəiflədilir.
İnaktivləşdirilmiş  vaksinlər  bakterial  və  ya  virus  kulturala- 
rından  ibarət olub ya  fiziki  ya da kimyəvi  üsullarla  inaktivləşdi- 
rilir.
Diri  attenuasiya  olunmuş  vaksinlərin  təsirindən  immunitet 
tez yaranır və nisbətən  uzun müddət davam edir.  Belə vaksinlər 
daha çox  kütləvi  vaksinasiya  üsulları  ilə tətbiq  olunur.
128
İnaktivləşdirilmiş  vaksinlər əsasən  fərdi  qaydada dərialtı  və 
ya  əzələiçi  infeksiyalar yolu  ilə tətbiq  olunur.
Quşçuluqda daha çox  kütləvi vaksinasiya üsullarından  istifa­
də  edilir.
İçməli su  ilə vaksinasiya istehsalat şəraitində daha çox tətbiq 
olunan  üsuldur.  Bu  üsulla vaksinasiya  səhər vaxtı  aparılır.  Vak­
sinasiya üçün  istifadə olunan su təmiz və  içmək üçün yararlı  ol­
malı,  üzvi  birləşmələrdən  və  bakteriyalardan  azad  olmalıdır. 
Suyun pH-ı  5,5-7,5 olmalı, tərkibində xlor və digər dezinfeksiya 
vasitələri  qeyd olunmamalıdır.  Suda qalıq xlorun neytrallaşdırıl- 
ması və duruldulmuş vaksində virusun müdafiəsi  məqsədilə hər 
litr suya 2,5  qram quru yağsızlaşdırılmış süd, yaxud  16 mq natri­
um  tiosulfat  əlavə  edilməlidir.  Suda  metal  az  olmalıdır,  çünki 
metalların  ionları  virus  və  bakterial  vaksinləri  neytrallaşdırır.
Vaksin  məhlulu  xüsusi  plastmas  qablarda  hazırlanmışdır.
Vaksinasiya  üçün  suyun  minimal  miqdarı  1  günlük  1000 baş 
cücəyə  1  litr götürülməklə və sonrakı  hər gün  üçün bu  miqdar  1 
litr artırılmalıdır.
Məsələn:  15  günlük  1000 baş cücəyə  15  litr 20 günlük  3000 
baş  cücəyə  isə  60  litr su  götürülməlidir.
İlin isti fəsillərində suyun həcmi  1,5-2 dəfə artıq götürülə bi­
lər.
Vaksinasiya  üçün  götürülmüş  su  hər  vaxt  təmiz  olmadığı 
üçün  suyun  hər  litrinə  2,5  qram  yağsızlaşdırılmış  süd  və  ya  16 
mq  natrium-tiosufat əlavə  edilməlidir.
Daha yaxşı olar ki, hər  100 litr suya  1  serumun tabletkası əla­
və  edilsin.  Bu  preparat  qalıq  xlorun  neytrallaşdırmaqdan  əlavə 
həm  də duruldulmuş  vaksini  mavi  rəngdə  boyayır.
Duruldulmuş  vaksin  təcili  olaraq  quşlara  paylanmalıdır. 
Ümumiyyətlə  belə aksinlər  1,5-3  saat ərzində quşlar tərəfindən 
tam  şəkildə qəbul  edilməlidir.
Vaksinlərin  iri  damlalı  çiləmə  yolu  ilə  tətbiqi  respirator  in-
129


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə