İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə2/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   2   3   4   5   6   7   8   9   ...   87

malı  infeksion  xəstəliklər  baş  verir.  Digər  hallarda  kliniki  əla­
mətlər aydın şəkildə meydana çıxmır, bəzən  isə orqanizmdə elə 
dəyişikliklər  baş  verir  ki,  bunları  yalnız  mikrobioloji  və  iınmu- 
noloji  diaqnostika üsulları  ilə  müəyyən  etm ək  olar.  Belə  vəziy­
yət orqanizmə daxil  olmuş xəstəlik törədicisini  virulentlik dərə­
cəsindən  və  miqdarından,  xarici  mühit  şəraitindən  və  makroor- 
qanizmin  ümumi  rezistentlik dərəcəsindən  asılı olaraq  meydana 
çıxır.
İnfeksiya törədicisi  ilə  heyvan  və  quş  orqanizminin qarşılıq­
lı  təsirinin  xarakterindən  asılı  olaraq  infenkiyanın  üç  forması 
müşahidə  edilir.
İnfeksiyanın  birinci  və  ən  aydın  forması  infeksion  xəstəlik­
dir.  Bu forma orqanizmin normal həyat fəaliyyətinin pozulması­
nı  göstərən  əlam ətlərlə,  orqan  və  toxumaların  funksional  po­
zğunluğu  və  morfoloji  zədələnmələri  ilə  səciyyələnir.
İnfeksion  xəstəliklərinin  çoxu  müəyyən  kliniki  əlam ətlərlə 
özünü  göstərir.  Bəzən  infeksion  xəstəliklər  kliniki  əlam ətlərlə 
özünü  nəzərə  çarpdırmır.  İnfeksiya  gizli  gedir və  belə  vəziyyət 
simptomsuz,  latent  və  inapparant  infeksiya  adlanır.  Belə  xəstə­
likləri  aşkar etmək  üçün  laboratoriya  müayinələri  / bakterioloji, 
virusoloji,  mikoloji  və  s.  / və  immunoloji  diaqnostika  üsulların­
dan  istifadə  edilir.
İnfeksiyanın  ikinci  forması  mikrobdaşıyıcılıqdır.  Bu formada 
xəstəlik  törədicisi  orqan  və  toxumalarda  patoloji  vəziyyət  və 
immunoloji  proseslər  törətmir.  İnfeksianın  bu  formasını  mikro- 
biloji  müayinə  üsulları  ilə  aşkar  etmək  mümkündür.  Təbiətdə 
mikrobdaşıyıcıhğın  digər  formaları,  yəni  xəstəliyi  keçirmiş  və 
rekonvalisent  heyvanların  sərbəst  bir  forması  olan  sağlam  hey­
vanların  mikrobdaşıyıcılığından  fərqləndirmək  lazımdır.
İnfeksianın  üçüncü  forması  immunlaşdırıcı  subinfeksiya  he­
sab edilir. Belə forma zamanı mikrobun təsirindən heyvan və quş 
orqanizmində  spesifik  dəyişikliklər və  immunitet yaranır,  ancaq
6
mikrobun  özü  isə  tələf olur.  Orqanizmdə  fuksional  dəyişikliklər 
baş vemir və  bu  infeksiya  törədicisinin  mənbəyinə çevrilmir.
Makroorqanizmlə  mikroorqanizmin  təbiətdə  bir  sıra  bioloji 
əlaqələri  mövcuddur.  Bunlardan  əsası  mutualizm,  kommensa- 
lizm  və  parazitizmdir ki,  buda  I  saylı  sxemdə  göstərilir.
S xem   I.  M akro  və mikroorqaııiznılərin  qarşılıqlı əlaqə form aları
Mutualizm  elə  yaşayış  tərzidir  ki,  bir-biri  ilə  əlaqədar  olan 
makro  və  mikrooranizm  öz  yaşama  proseslərində  bir-birindən 
qarşılıqlı  surətdə  fayda  görür.  Məsələn:  bir  qrup  mikroorqa- 
nizmlər mədə-bağırsaq  sisteminin əsas  xüsusiyyətlərinə uyğun­
laşaraq  orada  olan  yem  qalıqları  ilə  qidalanır  və  hasil  etdikləri 
vitaminləri  isə  makrooranizm  mənimsəyir.
Kommensalizm  yaşama tərzində  qarşılıqlı  münasibətdə olan 
orqanizmlərdən  biri  digərini  hesabına  yaşamaqla  ona  heç  bir 
ziyan  vermir.  Buna  insan,  heyvan  və quşların  orqanizminin  nor­
mal  mikroflorasını  göstərmək olar.
Parazitizm  yaşama  tərzində  mikrooqrqanizm  sahib  orqanz- 
minə  daxil  olaraq  onun  hesabına  yaşayır və  həyat  fəaliyyəti  ilə 
makroorqanizmin  məhvinə  səbəb  olur.  Belə  mikroorqanizmlər
7


patogen  mikrooqraqanizlər adlanır.
Patogen  mikroorqanizmlərə  misal  olaraq  bakteriyaları,  mik- 
roskopik  köbələkləri,  mikoplazmaları,  xlamidiyaları,  rikketsiya- 
ları və virusları göstərmək olar.  Mikroblarda parazitizm təkamül 
nəticəsində  baş  vermiş  və  inkişaf etmişdir.  Təkamül  əsasında 
mikroblar müxtəlif qidalanma  xüsusiyyəti  əldə  etmişdir.
Belə güman edilir ki, təkamülün birinci  mərhələsində proto- 
troflar  /aftototroflar/  meydana  çıxmışdır.  Bunlar  sərbəst  həyat 
tərzinə  malik  olub,  özləri  üçün  zəruri  olan  qida  maddələrini  sa­
də  qeyri-üzvi  birləşmələrdən  əldə  edir.
Təkamülün  ikinci  mərhələsi  m etatrof mikroflarının  meyda­
na çıxması  ilə  əlaqədardır.  Belə  mikrobların bir qismi  qidalan­
ma  məqsədilə  ölü  üzvü  substratlardan  istifadə  edir  və  onlara 
saprofıt  mikroblar  deyilir.  Digər  bir  qismi  isə  yarımsaprofit 
xüsusiyyətə  malik  olub  təbiətdə  geniş  şəkildə  yayılmışdır  və 
bunlara  fakiiltətif parazit  mikroblar deyilir.  Bu  qrupun  nümay­
əndələrinə  anaerobları,  eşerixiyaları,  salmonellaları,  kokk  in- 
feksiya  törədicilərini  misal  göstərm ək  olar.  Metatrofların 
ikinci  qrupunda  parazitizm  xüsusiyyəti  daha aydın  nəzərə  çar­
pır.  Bunlara  paratroflar  da  deyilir  və  əsas  nümayəndələri  lep- 
tospirozun,  listeriozun,  qızılyelin,  tulyaremiyanın  törədiciləri 
hesab  edilir.
Təkamülün  üçüncü  mərhələsində  heteporofroflar  meydana 
çıxmışdır ki,  bunlar yalnız canlı  orqanizmdə yaşamaq  xüsusiyy­
əti  qazanmışdır.  Bu  qrupa  misal  olaraq  virusları,  rikketsiyaları, 
xlamidiyaları  və  mikoplazmaları  göstərmək  olar.  Belə  mütləq 
parazitizm xüsusiyyətə malik olan  mikroorqanizmlər oblikat pa­
razit mikroblar adlanır.
Patogen  mikroarqanizmlərdən  əlavə  bir  qrup  mikroorqa- 
nizmlərdə vardır ki, bunlara şərti və ya potensial patogen mikro­
orqanizmlər deyilir.  Bu qrup mikroorqanizmlər insan, heyvan və 
quşların  dəri  səthində  həzm,  tənəffüs  və  sidik-cinsiyyət  üzvlə­
8
rində yaşayır.  Normal  həyat tərzində  bu  qrup  mikroorqanizmlər 
sahib orqanizmində xəstəlik törətmir.  Ancaq  bəzi  faktorların  tə­
sirindən  orqanizmin  immunobioloji  reaktivliyi  aşağı  düşdükdə 
bu  qrupun  nümayəndələri  öz potogenlik  xüsusiyyətlərini  artıra­
raq  xəstəlik  törədir.
Məlumdur  ki,  infeksion  xəstəliyin  baş  verməsi  üçün  3  ele­
ment  lazımdır:  patogen  mikrob,  həssaz  heyvan  və  ya  quş  orqa­
nizmi  və  kecirici  amillər.
Xəstəliyin  baş  verməsində  patogen  mikrob  əsas  elementdir. 
Patogenlik  mikrobun  növ  əlaməti  olub  onun  xəstəlik  törətmə 
qabiliyyətinə  deyilir  və  spesifik  irsi  bir  xüsusiyyəti  təşkil  edir. 
Spesifiklik  infeksion  prosesin  əsas  xüsusiyyətlərindən  biridir, 
yəni  hər bir xəstəliyin  özünə  məxsus  törədicisi  olmalıdır.
Mikrobun  patogenlik  əlaməti  irsi  xarakter  daşıyaraq,  nəsil­
dən  nəsilə  verilir.  Ancaq  mikrobun  patogenlik  qabiliyyəti  sabit 
bir əlamət olmayıb,  şəraitdən  asılı  olaraq  zəifləyir və  ya  güclə­
nir.  Mikrobun patogenlik dərəcəsi virurentlik / virulentus-zəhər- 
li/ adlanır.  Virulentlik  mikrob ştamına məxsus olan  fərdi  bir əla­
mətdir.
Patogen  mikrobların  virulentlik  dərəcəsini  artırmaq  və  ya 
azaltmaq  mümkündür.  Virurentliyi  zəif  olan  mikrobların  bu 
xüsusiyyətini  artırmaq  üçün  onu  münasib  qida  mühitində  yetiş­
dirmək,  xəstəlik  törədicisini  həssaz  heyvan  və  ya  quş  orqaniz­
mindən  bir  neçə  dəfə  keçirmək  lazımdır.  Əksinə  verulentliyi 
yüksək olan  mikrobları  onun  üçün  əlverişli  olmayan  qida  mühi­
tinə  yetişdirdikdə  onların  virulentilyi  zəifləyir.
Mikrobların  patogenlik  dərəcəsini  müəyyən  etmək  üçün  vi­
rulentlik  vahidi  təyin  olunub,  buna  da  DLM/  dosis  letalis  mini­
ma/ ən  kiçik  ölüm  dozası  deyilir.  Yəni  təcrübə  heyvanlarının  80 
%-ni  öldürən  mikrobun  ən  kiçik  dozası  minimum  ölüm  dozası 
adlanır.
Mikrobların  viruleniiyini  müəyyən  etmək  üçün  həmçinin
9


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə