İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə9/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   5   6   7   8   9   10   11   12   ...   87

tet  quşlar  təbii  olaraq  hər  hansı  xəstəliyi  keçirib  sağaldıqdan 
sonra  yaranır.  Buna  bəzən  postinfeksion  immunitet də  deyilir.
Süni  im m unitet.  Belə  immunitet vaksin və spesifik  serum- 
larla  əldə  edilir.  İmmunitetin  formalaşması  üçün  vaksinasiya- 
dan,  xəstəliklərin  xarakterindən  asılı  olaraq  müəyyən  qədər 
vaxt  keçməlidir.
Süni  immunitet  aktiv  və  passiv  olmaqla  2  yerə  bölünür.  Aktiv 
immunitet müxtəlif diri və inakivləşdirilmiş vaksinlərlə əldə edilir.
Bir  qayda  olaraq  zəiflədilmiş  diri  vaksinlərə  quşlar  intensiv 
immunoloji  reaksiyalara  cavab  verir.  İmmunitet  tez  yaranaraq 
yüksək  gərginlikli  olur.  İnaktivləşdirilmiş  vaksinlərlə  peyvənd 
zamanı  immunitet  nisbətən  gec  inkişaf  edir  və  immunitetin 
müddəti  də  nisbətən  qısa  olur.  İmmun  cavabın  aktivliyinin  tə ­
min edilməsi üçün və immunitet uzun müddətliyini təmin etmək 
məqsədilə  adyuvantlar əlavə  edilir.
Passiv  im m unitet.  Belə  immunitet  quşdarda  ana  antitelləri 
hesabına  əldə  edilir.  Məməlilərdə  immunoqlobulinlər  anadan 
dölə plasenta vasitəsilə və postnatal  inkişafın  ilk saatlarında ağız 
südü  ilə,  quşlarda  isə ana toyuqların qan  serumundan  yetkin  yu­
murtaların  sarı  maddəsinə verilir.  Buradan  isə  immunoqlobulin­
lər sarı  maddədən  embriona  onun  inkişafının  14-15-ci  günündə 
keçir.  Ana antitellərinin sarı  maddədən verilməsi  fasiləsiz şəkil­
də gedir.
Müəyyən  edilmişdir  ki,  sarı  maddədə  antitellərin  kumulya- 
siyası  baş  vermir.  Antitellərin  miqdarı  qan  serumundakı  antitel­
lərin  titrindən  çox  olmur və  sarı  maddənin  ölçüsündən  asılı  de­
yil.  Onu da qeyd etmək  lazımdır ki, antitellər yalnız sarı  maddə­
də  toplanır və  zülal  hissədə  bunlar müşahidə  edilmir.  Antitellə­
rin  sarı  maddədən  embriona  verilməsi  tək  sarı  maddənin  göv- 
dəciyi  vasitəsiylə  həyata  keçirilmir.  Sarılıq  kisəsi  daxilindəki 
maddənin əsas sorulması  kisənin endoderma hüceyrələri  vasitə­
silə  baş  verir.
34
Cücələrdə  ana  antitelləri  çox  qalmır,  onların  xaric  olunması 
gedir.  Antitellərin  xaric  olunması  çox  güman  edilir  ki,  onların 
həyatlarının  ilk  günlərində  müşahidə  edilir,  ancaq  onun  dəqiq 
vaxtı  hələ də  müəyyən  edilməmişdir.  Tədqiqatçılar göstərilər ki, 
antitellərin yarım parçalanma dövrü 5 günə qədərdir. Anaların im­
munoloji  statusundan  asılı  olaraq cücələr müəyyən  qədər antitel­
lər alır. Əgər bunların səviyyəsi kifayət dərəcədə yüksəkdirsə on­
da ana antitellərin xaric olunması 2 həftə və daha çox davam edir.
Sağlam  quşların  passiv  qoruyuculuq  səviyyəsi  təkcə  onların 
xəstəliklərə davamlılığın təyin edilməs üçün vacib deyi.  Bu gös­
tərici  düzgün  profilaktiki  peyvəndlərin  aparılmasında  praktik 
baytar həkimləri  üçün  vacibdir.
Quşlar  xəstəliyi  keçirdikdən  sonra  infeksiya  törədicisindən 
azad  olursa  və  qeyri-həssaslıq  xüsusiyyəti  saxlanırsa  belə  im­
munitet  steril  və  ya  qeyri-infeksion  immunitet  adlanır.  Ancaq 
bəzi  infeksiyalarda  imunitet  o  vaxta  qədər  saxlanır  ki,  orqa­
nizmdə  xəstəlik  törədicisi  mövcuddur.  Belə  immunitet  qeyri- 
steril  və  ya  infeksion  immunitet adlanır.
Antibakterial  immunitetdə  orqanizmin  qoruyucu  reaksiyaları 
bilavasitə  mikroba  təsir edərək  onun  məhv olunmasına  və  ya  in­
kişafının  dayandırılmasına  səbəb  olur.  Antitoksik  immunitetdə 
qoruyucu  reaksiyalar  mikrobun  toksiki  məhsullarının  neytrallaş­
masına səbəb olur.  Heç də bütün orqan və toxumalar patogen mik­
robun  təsirinə  eyni  dərəcədə  həssaslıq  göstərmir.  Buda onu  gös­
tərir ki,  bütün  orqanizmin  qoaıyucu xassəsi  ilə  əlaqəli  olan  ümu­
mi  immunitetlə bərabər eyni zamanda yerli  immunitetdə mövcud­
dur.  Belə  immunitet  serum  antitellərin  aştirakı  olmadan  ba  verir. 
Bundan  əlavə  humoral  immunitetdə  qeyd  olunur  ki,  bunda  orqa­
nizmin  qorunması  əsasən  serum antitelləri  vasitəsilə baş verir.
Hüceyrə  və  ya  toxuma  immunitetində  qeyri-həssaslıq  toxu­
maların  qoruyucu  funksiyası  ilə  faqositar  immunitetdə  spesifik 
senbilizasiya  olunmuş  faqositar hüceyrələrlə  həyata keçirilir.
35


A n tigen lər  və  onların  im m unogenliyi
Antigenlər  /yunanca  anti-əks,  genes-törəmə/  orqanizin  üçün 
yad,  mürəkkəb tərkibli  üzvi  maddə olub, orqanizmə daxil  olduq­
da spesifik antitellər yaradır və immunoloji reaktivliyi dəyişdirir.
Antigen dedikdə tək  infeksion  agent və onun  həyat fəaliyyəti 
məhsulu,  vaksinləri  yox,  həm  də  orqanizm  üçün  yad  olan  mad­
dələr /qan  serumu,  yumurta zülalı  və s./ başa  düşülməlidir.
Funksional  xüsusiyyətinə  görə  antigenlər  2  xassəyə  malik 
olmalıdır.  1).  Antigenlik  xüsusiyyəti,  yəni  antitellər  yaratmaq 
qabiliyyəti  və  2).  Antitellərlə  qarşılıqla  əlaqəyə  girməlidir  ki, 
buda  immunitet  reaksiyaları  halında  özünü  göstərir.  Belə  funk­
siyalara malik olan antigenlərə tam  antigenlər deyilir.  Bəzi  anti­
genlər bu  funksiyların yalnız birinə  malik olur.  Yəni  bunlar sər­
bəst  şəkildə  spesifik  antitel  törətmir  və  bu  xüsusiyyəti  digər 
komplekslərlə  bilikdə  orqanizmə  yeritdikdə  yaradır.  M əsələn, 
lipidlər sərbəst halda  antitel  yarada  bilmir,  ancaq  zülalla  qarışıq 
halda  lipid  və  zülala  komplementar  olan  antitel  törətmə  qabi­
liyyəti  ilə  özünü  göstərir.  Belə  antigenlərə  natamam  antigenlər 
və ya  qaptenlər deyilir.
Antigenlik  qabiliyyətli  maddələr  aşağıdakı  xüsusiyyətlərə 
malik  olmalıdır:
1) 
.  Orqanizm  üçün yad,  heterogen olmalıdır. Orqanizmlər tə­
kamül  sırasından  bir-birindən  nə  qədər  uzaqda  durursa,  onların 
antigenliyi  bir o  qədər çox  nəzərə çarpır.
2) 
.  Makromolekulyarlığa malik olmalıdır, antigenin molekulu 
nə qədər böyükdürsə,  onun  antigenliyi  bir o qdərə  yüksək  olur.
3) 
.  Kolloid  halında  və  həlloluma  vəziyyətində  olmalıdır. 
Kristal  və  həllolunmayan  maddələr antigen  deyil.
Qeyd  edilən  bu  faktorların  heç  biri  antitel  yaranması  üçün 
mütləq  deyil,  ancaq  bunlar maddənin  antigenlik  qabiliyyətini  ar­
tırır.  Heyvan  orqanizminin-resipientin-immunoloji  reaktivliyidə
36
bu  prosesdə böyük rolu vardır. Ona görə də immunlogiyada anti­
genlik  sinonimi  kimi  immunogenlik  termini  də  işlədilir.  Ancaq 
bu terminlər arasında nəzərə çarparaq dərəcədə fərqlər qeyd olu­
nur.  Belə  ki,  antigenlik  orqanizmə vurulan vasitənin  xüsusiyyəti 
olduğu halda  immunogenlik  həm  də  antigen  vurulan  orqanizmin 
immunoreaktivliyindən  də  asılıdır.  Reaktivliyi  olmayan  orqa­
nizmdə antigen  immunogenlik qabiliyyətini  göstərə bilmir.
A ntitellər
Antitellər /immunoqlobulinlər/ antigen təsirindən  dəyişilmiş 
spesifik  serum  qlobulini  olub,  orqanizmdə  limfoid  hüceyrələrin 
tərəfindən  əm ələ  gəlir.  Məlumdur  ki,  antitellər  orqanizmin  in- 
feksiyaya qarşı  davamlılığında əsas rol  oynayır.
Məlum  olmayan  mikroba  və  ya  qida  antigeninə  qarşı  əmələ 
gəlmiş antitellər normal və ya təbii antitellər adlanır. Təbii  antitel­
lər ilk dəfə  1894-cü ildə Vasserman və Avel difteriya ilə xəstələn­
miş  və immunizasiya olunmamış insan qanında aşkar etmişdir.
Kimyəvi  tərkibinə  görə  antitellər  zülal  təbiətli  olub  qanın 
qlobulin  fraksiysımn  dəyişilmiş  formasıdır.  Antitellərin  əm ələ 
gəlməsində  qamma-qlobulinlər  əsas  rol  oynayır.  Beynəlxalq 
təsnifata  əsasən  əkscisim  xassəsinə  malik  olan  serum  zülalları, 
yəni  qammaqlobulinlər  immunoqlobulinlər adlanır.
İmmunoqlobulinlər  iki  qısa  və  ya  yüngül  yan  zəncirdən  və 
iki  mərkəzi  uzun  və  ya  ağır polipeptid  zəncirdən  ibarətdir.
Antitellərin  əsas  bioloji  yunksyaları  antigenləri  tapmaq,  on­
larla  birləşib  immun  komplekslər əm ələ  gətirməkdən  ibarətdir. 
Antigenlə  əlaqəsinə  görə  antitellər  presipitinləşdirici,  aqqlyuti- 
ninləşdirici, komplement təsbitedici, neytrallaşdırıcı və lizisəuğ- 
radıcı  olur.
Son  illər beynəlxalq təsnifaa əsasən immunoqlobulinlərin 5 sin­
fi  məlumdur:  İ  q  A,  İ q  D,  İ q  E,  İ q  M və  İ q G.  Antitellər termola-
37


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə