İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə10/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   6   7   8   9   10   11   12   13   ...   87

bildir,  ancaq  quruma  və  dondurmaya  davamlıdır.antitellər  limfoid 
hüceyrələri  tərəfindən  ən  çox  isə plazmatik  hüceyrələr tərəfindən 
istehsal olunur.  Antitellər antigenin orqanizmə daxil olmasından bir 
neçə  gün  keçmiş  yaranır.  Antitellərin  serumda  titri  surətlə  yüksəlir 
və  maksimuma çatdıqdan  sonra  tədricən aşağı  düşür.  Antitellər or­
qanizmdə  yox  olduqdan  sonra  belə  öz  «immunobioloji  yaddaşını» 
saxlayır və bu antigenin təkrar dozasının təsirindən antitel yaranma 
daha  surətlə  baş  verir.  Revaksinasiya  metodunun  səmərəliliyi  bu­
nunla izah olunur. «İmmunoloji yaddaş» prosesində kiçik limfositlər 
böyük  rol  oynayır,  bunlar nəinki  immunloji  informasiyanı  qoruyub 
saxlayır, həm də bu infonnasiyanı antitel yaradan hüceyrələr verir.
Bəzən  elə  hadisə  olur  ki,  orqanizmin  immun  cavabı  müəy­
yən  antigen  üçün  olmur.  Belə  vəziyyət  immunoloji  tolerantlıq 
adlanır.  İmmunoloji  tolerantlıqdan  əlavə  həm  də  ani  tipli  və  lə­
ng tipli  hiperhəssaslıqda yaranır.
Ani  tipli  hiperhəsslığa  anafılaksiya,  allergiya,  serum  xəstə­
liyi  və  atopiya aiddir.
Ləngimə  tipli  hipperhəssaslıq  orqanizmin  immun  cavabının 
bir  formasıdır.  Bu  tip  hiperhəssaslığa  misal  olaraq  infeksion  al­
lergiyanı  göstərmək olar.
İnfeksion allergiya vəziyyətindən quşlar sağ olan vaxt xəstə­
liklərin diaqnostikasından  isifadə edilir.  Bu məqsədlə xüsusi diaq- 
nostik  preparatlar -  allergenlər hazırlanmışdır.
E pizotik  proses  haqqında  anlayış
Epizootik proses -  heyvan və quşların infeksion xəstəliklərinin 
baş  verməsi  və  yayılmasının  fasiləsiz  prosesidir.  Bunun  fasiləsiz­
liyini  təbiətdə  infeksion  xəstəlik  törədicisinin  saxlanması  təmin 
edir.  Təkamül  dövründə  bu  mikroblar canlı  sistemlərdə  parazitlik 
xüsusiyyəti  qazanmış,  eyni  zamanda  xarici  mühit  şəraitində  sax­
lanmaqla bir orqanizmdən digərinə keçmə əsasında yerini  dəyişir.
38
Hər  bir  yeni  infeksion  xəstəliyin  baş  verməsi  üçün  3  ele­
ment:  infeksiya  törədicisinin  mənbəyi,  törədicinin  verilmə  yol­
ları  və  həssas  makroorqanizm  lazımdır.  Bu  3  element  birlikdə 
epizootik  zəncir adlanır.
İnfeksiya  törədicisinin  mənbəyi  -   patogen  mikrobun  məs­
kunlaşdığı  təbii  mühit  olub,  burada o  uzun  müddət saxlanmaqla 
bərabər  həm  də  artıb  çoxalır.  İnfeksiya  törədicisinin  mənbəyi 
yoluxmuş  makroorqanizm  olmaqla  buradan  patogen  amil 
m üxtəlif yollarla  xarici  mühitə  ixrac  olunur,  yaxıd  digər  həsss 
heyvana  verilməklə  epizootoik  prosesin  fasiləsizliyini  təmin 
edir.  Patogen  mikrobların  həssas  makroorqanizmdə  saxlanma 
müddəti  m üxtəlif olmaqla  bu  müddət xəstəlik  törədicisinin  bio­
loji  xüsusiyyətindən  orqanizmin  reaktivliyindən  və  xəstəliyin 
patogenliyindən  asılıdır.
Xəstələrin  m üxtəlif sekret  və  ekskretləri  ilə  xarici  mühitin 
cansız  obyektlərinə  düşmüş  patogen  mikroblar  üçün  bu  mühit 
infeksiya törədicisinin  yalnız keçrici  faktorları  hesab edilir.
İnfeksiya törədicisinin ən təhlükəli  mənbəyi  kliniki  xəstələr 
hesab edilir.  Kliniki  xəstə heyvan və quşların orqanizmindən pa­
togen  mikroblar m üxtəlif yollarla  xarici  mühitə  ixrac  olunur.
Mikrobların  orqanizmdən  ayrılma  yolları  onun  orqanizmdə 
lokalizasiya  yerindən  asılıdır.  Xəstəliyin  atipik  forması  və  abor- 
tiv  gedişlərində  orqanizm  infeksiya  törədicisinin  mənbəyi  kimi 
daha  təhlükəlidir.  Çünki  belə  xəstəlikləri  müvafiq  laboratoriya 
müayinələri  aparmadan  müəyyən  etmək  mümkün  olmur.  Latent 
infeksiyalar və mikrobdaşıyıcılıqla da eyni vəziyyət qeyd olunur.
Patogen  mikrobların  orqanizmdən  ayrılması  çox  vaxt  rekon- 
vales-sensiya  dövründə  də  müşahidə  edilir.
Bəzi  infeksion  xəstəliklərdə  xəstə  quşlar  insanlar  üçün  in­
feksiya  törədicisinin  mənbəyi  olur/om itoz,  aspergillyoz  və  s./. 
bəzi  hallarda  isə  insanlar  quşlar  üçün  infeksiya  törədicisinin 
mənbəyinə  çekrilir.  /vərəm/.
39


Bundan  əlavə  vəhşi  fauna  nümayəndələri  də  bir  sıra  infek- 
siyaların  baş  verməsində  müstəsna rol  oynayır.
İnfeksiya  törədicisi  bəzən  xarici  mühitdə  müəyyən  vəhşi 
canlıların nümayəndələrində qorunub saxlanır, dövr edir və vax­
taşırı  heyvan,  quş  və  insanların  yoluxmasına  səbəb  olur.  Belə 
obyektlər infeksiya törədicisinin  ehtiyat  mənbəyi  hesab  edilir.
Buradan  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  infeksiya  törədi­
cisinin  mənbəyi  epizootik  prosesin  baş  verməsində  epizootik 
zəncirin  mühüm  elementlərindəndir.  İnfeksiya  törədicisinin 
mənbəyinin  vaxtında  aşkar edilir müxtəlif yollarla  ləğv  edilmə­
si  epizootiya  əleyhinə  tədbirlərdən  biri  hesab  edilir.
İnfeksiya  törədicisinin  verilmə  mexanizmi.  İnfeksiya  törə­
dicisinin  mənbəyi  və  həssas  orqanizm  olduqda  belə  törədicinin 
həssas orqanizmə verilməsi  təmin  edilmədikdə  infeksion  xəstə­
lik  baş  vermir.  Təkamül  dövründə  hər bir  xəstəlik  törədicisinin 
infeksiya  mənbəyindən  həssas  orqanizmə  müəyyən  yolla  veril­
məsi  həyata  keçirilmişdir.
İnfeksiya  törədicisinin  verilmə  mexanizminin  amilin  orqa­
nizmdən  ayrılmasından  başlanır.  Sonra patogen  mikrobların  ək­
səriyyəti xarici mühitdə qalır və müəyyən şəraitdə m üxtəlif yol­
larla  həssas  orqanizmə  verilir.
Xəstəlik  törədicisinin  orqanizmə  fekol-oral,  hava-  damla, 
transmissiv  və  kontakt  verilmə  mexanizmi  mövcuddur.
Sağlam  heyvan və ya quşla xəstələrin  bilavasitə kontaktı  za­
manı  xəstəlik  törədicisinin  verilməsində  xarici  mühit  faktorları 
iştirak  etmir.
Xəstəlik törədicisinin yem və su vastəsilə həssas orqanizmə ve­
rilməsi  alimentar infeksiyalar üçün  xarakterikdir.  Bəzi  xəstəlik tö­
rədiciləri  torpaqda  uzun  müddət  yaşayaraq,  məhz  torpaq  vasitəsi 
orqanizmə verilir ki, belə  infeksiyalar torpaq  infeksiyaları  adlanır.
Bəzi  xəstəlik  törədiciləri  yoluxmuş  hava  ilə  sağlam  orqaniz­
mə düşür ki,  bunlara respirator və ya aerogen  infeksiyalar deyilir.
40
Quş  cəsədləri,  quş  məhsulları  da  infeksiya  törədicisinin  ve­
rilməsində  mühüm  rol  oynayır.  İnfeksion  xəstəliklərdən  ölmüş 
quşların  cəsədlərinin  vaxtında  zərrəsizləşdirilməməsində  onlar 
xəstəlik törədicilərinin geniş bir ərazidə yayılmasına və burada­
kı  quşların  yoluxmasına  səbəb olur.
Lazımi  baytarlıq  nəzarətinin  olmaması  quş  əti,  yumurta, 
tük,lələk  və  s.  vasitəsilə  xəstəliyin  geniş  şəkildə  yayılmasına 
səbəb  olur.  Zərərsizləşdirilməmiş  quş  məhsullarının  realizasi- 
yası  zamanı nyukasl xəstəliyinin baş verməsi  və yayılmasına sə­
bəb  olur.  Vərəm,  pulloroz,  marek  xəstəliyi,  salmonellyoz,  ley- 
kozla  xəstə  quşlardan  alınmış  yumurtalar  qeyd  olunan  xəstəlik 
törədiciləri  ilə  yoluxmuş  olmaqla amil  əsasən  transovarial  yolla 
yayılır.
Quşların müxtəlif infeksion xəstəlikləri zamanı patogen mikro- 
orqanizmlər əsasən  onların  kalı  ilə  xaric  olunur və  bunların  zə- 
rərsizləşdirilm ədikdə  infeksiya  törədicisinin  yayılmasında 
mühüm  rol  oynayır.  Ona  görə  də  peyin  və  yem  qalıqları  vaxta­
şırı  olaraq  toplanıb  biotermiki  üsulla zərərsizləşdirilməlidir.
Bundan  əlavə  müəyyən  edilmişdir  ki,  infeksiya  törədiciləri 
quşlara  xidmət  vasitələri,  tara  və  burada  istifadə  edilən  nəqliy­
yat  vasitələri  ilə  də yayıla  bilir.
Xəstəlik  törədicisinin  yayılmasında  canlı  yayıcılar,  xüsusilə 
həşaratlar böyük  rol  oynayır. Törədicinin verilməsi  təmiz mexa­
niki  yəni  mikrob  qısa  müddətdə ya  həşaratın  gövdəsində,  ya da 
həzm  traktında  olur,  kontakt  və  ya  qan  sorma  zamanı  yoluxma 
baş  verir.  Digər  hallarda  xəstəliyin  törədicisi  həşaratın  orqaniz­
mində  artıb  çoxalır  və  hətta  transovarial  yolla  nəsildən  nəsilə 
verilir,  ev  heyvanları  və  quşlarla  kontaktda  amili  onlara  verir.
Müəyyən olunmuşdur ki, həşaratlar isti qanlı  heyvanların qa­
nı  ilə  qidalandıqda  bir çox  xəstəlik  törədicilərinin  mexaniki  ke­
çiricisi  rolunu  oynayır.
Patogen  amilin  xəstələrdən  sağlamlara  bu  yolla  verilməsi
41


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə