İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə4/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   2   3   4   5   6   7   8   9   ...   87

kəskin  şəkildə aşağı  düşdüyünə görə mikrobların  çoxalması  y ə­
ni  septisemiya baş verir.
Streptokokk və stafılokokk infeksiyalannda törədici  ilkin ocaq­
dan  limfa  yolu,  ən  çox  isə  hemotogen  yolla  yayılaraq  m üxtəlif 
orqanlarda  irinli  ocaqlar yaradır ki,  buna  piemiya  deyilir.  Septi­
semiya və piesiyanm  birlikdə getməsi  septikopiyemiya  adlanır.
İnfeksiya spontan /təbii/ və süni/ ekspeimental/ ola bilər.  Tə­
bii  şəraitdə  patogen  amillə,  həssas  makroorqanizmin  müəyyən 
şərait  daxilində  qarşılıqlı  əlaqəsi  zamanı  yaranan  infeksiyaya 
spontan  infeksiya deyilir.
Xəstəlik  törədicilərinin  kulturaları  və  ya  patoloji  materialın 
ekstraktının  heyvanlara  və  quşlara  müxtəlif  üsullarla  yeritmə 
yolu  ilə  əldə  edilən  infeksiyaya süni  infeksiya deyilir.
Əgər  spesifik  xəstəlik  törədicisi  heyvan  və  ya  quş  orqaniz­
minə xarici  mühitdən daxil olursa, belə infeksiya ekzogen  infek­
siya adlanır.  Əgər müəyyən  amillərin  təsirindən  makroorqaniz­
min ümumi  rezistentliyi  aşağı  düşürsə  və  bu zaman  orqanizmdə 
olan  potensial  patogen  mikrobların  fəallaşması  nəticəsində  in­
feksiya  baş  verirsə,  buna endogen,  yaxud  autoinfeksiya deyilir.
Yalnız bir mikrob  növünün  təsirindən  baş  verən  infeksiyaya 
sadə və ya monoinfeksiya, bir neçə növ mikrobun assosiasiyala­
rının  orqanizmə  daxil  olması  ilə  yranan  infeksiyaya  assasiativ 
infeksiya  deyilir.  Eyni  vaxtda  bir heyvan  və  ya  quş  növündə  iki 
müxtəlif xəstəliyin  baş verməsinə qarışıq  infeksiya deyilir.
İlkin  infeksiya  fonunda  orqanizmin  zəifləməsi  ilə  əlaqədar 
olaraq  ikinci  növ  mikrobun  təsirindən  baş  verən  infeksiyaya  se- 
kundar infeksiya deyilir.
Qarışıq,  sekundar  və  assosiativ  ifeksiyalar  problemi  iri  quş­
çuluq fabrikləri və təsərrüfatlarında, xüsusilə aktuallığı  ilə səciy­
yələnir.  Belə  şəraitdə  quş  orqanizminin  mikrob  peyzajı  mürək­
kəb olur.
İnfeksion  xəstəliyin  ləğvi  və  orqanizmin  həmin  xəstəliyin
14
törədicisindən azad olduqdan sonra yenidən həmin mikrobla yo­
luxması  baş  verirsə -  bu  reinfeksiya  adlanır.  Əgər mikrob  orqa­
nizmdən azad olmadan  həmin mikrob növü ilə yenidən yoluxur­
sa,  buna  superinfeksiya  deyilir.  Kliniki  sağalmadan  sonra  infek­
sion  xəstəliyin  yenidən  təkrarlanması  və  kliniki  əlamətlərin 
meydana çıxmasına residiv deyilir.
İnfek siyanın  baş  verm əsi  və  inkişafında  m akroorqanizm in 
v ə   xarici  m ühit  am illərinin  rolu.
İnfeksiyanın  inkişafı  və  nəticəsi  yalnız  orqanizmə  daxil  ol­
muş patogen  mikrobun virulentlik dərəcəsi və miqdarından yox, 
həmçinin  heyvan  orqanizminin  ümumi  davamlılığı  və  xarici 
mühit  şəraitindən  də  asılıdır.  Xüsusilə  heyvan  və  quşların  növ, 
cins,  yaş  və  fizioloji  xüsusiyyətləri  bu  cəhətdən  böyük  əhə­
miyyətə  malikdir.  Bütün  bunlar orqanizmin  təbii  rezistentliyini 
xarakterizə  edir.  Təbii  rezistenlik  isə  orqanizmin  immunobiolo- 
ji  reaktivliyi  ilə  sıx  əlaqədardır.
Təkamül  dövründə  hər  hansı  heyvan  növü  kifayət  qədər 
qeyri-spesifik  qoruyucu  xüsusiyyətlər  əldə  etmişdir.  Buna  dəri 
və selikli qişaların baryer funksiyası,  iltihab reaksiyası, faqositoz 
prosesi, himoral  amillər, xüsusilə iisosizm, normal  bakteriolizin- 
lər,  konplement  və  properdin  sistemi  mühüm  əhəmiyyət  kəsb 
edir.
Hər  hansı  bir  infeksiya  zamanı  ümumi  xarakterli  qoruyucu 
reaksiyalar  tədricən  spesifik  istiqamətlilik  xüsusiyyəti  qazanır. 
Nəticədə  faqositlərin  aktivliyi  yüksəlir,  müxtəlif toxumları  təş­
kil  edən  hüceyrələrin reaktivliyi dəyişilir.  Mikrob antigenlərinin 
təsirindən  spesifik  antitellərin  sintezi  baş  verir.
Təbii  davamlılıq  bir  çox  cəhətdən  xarici  mühit  şəraitindən 
asılıdır.  Orqanizmin  ümumi  davalılığının 
aşağı  düşməsində 
stressorların  rolu  böyükdür.
15


Stressorlar aşağıdakı  qruplara  bölünür:
1. 
Fiziki  stressorlar.  Buna  yüksək  və  aşağı  temperatur,  aşağı 
temperatur şəraitində  yüksək nisbi  nəmlik,  güclü  səslər,  ionlaş- 
dırıcı  radiasiya  və  s.  aiddir.
2. 
Kimyəvi  stressorlar.  Bu  qrupa  quş  binalarında  ammonya- 
kın,  hidrogen  sulfıdin,  karbon  qazının,  yüksək  konsentrasiyası- 
nın  və  inseksid  maddələri  aid  etmək  olar.
3. 
Yem  stressorları.  Bura  heyvanların  həddən  artıq  az  və  ya 
çox  yemləndirilməsi,  rasionda  birdən-birə  kəskin  dəyişiklik  və 
s.  aiddir.
4. 
Travmatik  stressorlar.  Buna  m üxtəlif  m ənşəli  travmaları 
aid  etmək  olar.
5. 
Bioloji  stressorlar.  Bunlara  misal  olaraq  infekson  və  inva- 
zion  xəstəlikləri,  vaksinasiyaları  və  s.  göstərmək  olar.
6. 
Texnoloji  stressorlar.  Bu  qrupa  quşların  tez-tez  yerinin 
dəyişdirilməsi, qruplaşdırılması, onların sıx halda yerləşdirilmə­
si  və  s.  misal  göstərmək olar.
7. 
Nəqliyyat  stressorları.  Heyvan  və  quşların  m üxtəlif nəq­
liyyat vasitələri  ilə  daşınması  buna aiddir.
Müxtəlif alimlərin  tədqiqatları  əsasında  məlum  olmuşdur ki, 
stressorların  orqanizmə təsiri  nəticəsində  adrenokortikotrop hor­
monların  istehsalı  sürətlənir.  Kortikoitlər  orqanizmə  iltihab  po­
tensialını  aşağı  salır,  patogen  mikrobun  orqanizmə  giriş  yolunda 
qranulyasiyanın  yaranmasını  ləngidir.  Quşların  az  yemləndiril­
məsi yəni  ümumi  aclıq zaman  immunitet zəifləyir, xroniki  infek- 
siyalar kəskinləşir,  orqanizmdə zülal  mübadiləsi  pozulur,  immu- 
noqlobulinlərin  sintezi  azalır,  faqositləin  aktivliyi  aşağı  düşür. 
Zülal  birləşmələrinin  rasionda  çoxluğu  da  nəticədə  orqanizmdə 
asidoza,  qanın  bakterisit xassəsinin  aşağı  düşməsinə  səbəb olur.
Kalsium  və  maqnezium  kationları  orqanizmdə  properdin  sis­
temini  tənzimləyir.  Natrium  kationları  və  xlor  anionları  isə 
həzm şöbəsi  sekretiərini  baktiriosidliyini  gücləndirir.
Hipoavitomiozlar zamanı, xüsusilə A vitaminin çatışmamaz- 
lığında maddələr mübadiləsində kəskin pozuntular baş verir, də­
ri  və  selikli  qişaların  baryer funksiyası  zəifləyir.
Quşların  fizioloji  təlabatına  uyğun  olmayan  xarici  mühit 
temperaturu  təbii  rezistenliyi  aşağı  salır.  Belə  ki,  soyuqlama  za­
manı  faqosit hüceyrələrini  aktivliyi  aşağı  düşür,  leykopeniya  in­
kişaf edir.  Xüsusilə  yuxarı  tənəffüs  yollarının  baryer  funksiyası 
zəifləyir, nəticədə potensial  patogen mikroblarının aktivləşməsi 
baş  verir.  Orqanimə  yüksək  temperaturu  təsiri  zamanı  potensial 
potogen  bağırsaq  mikroflorası  aktivləşir  və  bağırsaqların  keçi- 
ricilik  qabiliyyəti  güclənir.  Yüksək  temperatur şəraitində  istilik 
mübadiləsi  çətinləşir,  istilik  verilməsi  ağ  ciyərin  hiperventilya- 
siyası  hesabına  həyata  keçir.  Buda  tənəffüs  üzvlərinin  funksio­
nal  gərginliyinə  səbəb olur ki,  nəticədə  kütləvi  respirator xəstə­
liklər baş  verir.
İonlaşdırıcı  radiasiyanın  təsirindən  humoral  faktorların  ak­
tivliyi  pozulur,  dəri,  selikli  qişalar,  retikuloendotelial  sistem  ele­
mentlərinin  baryer  funksiyası  və  antitel  istehsalı  aşağı  düşür. 
Bütün  bunlar isə  autoinfeksiyaların  inkişafına və ekzogen  infek- 
siyaların  isə  baş  verməsinə  səbəb olur.
Daxili  faktorlar,  xüsusilə sinir sisteminin endokrin  və retiku- 
loendoterial  sistemin  vəziyyəti  də  nəzərə  alınmalıdır.  Qədim 
dövrlərdə məlumdur ki, bəzi  quş cinsləri  müəyyən  infeksion  xəs­
təliklərə  davamlıdır.  Və  seleksiya  yolu  ilə  davamlı  quş  cinsləri 
yaratmaq  olar.  Körpələrdə  yaşlılara nisbətən  orqanizmin  müda­
fiə  sistemləri  zəif olduğu  üçün onlarda bir sıra spesifik  xəstəlik­
lər qeyd  olunur.
Demək, təbii  rezistendlik genetik möhkəmlənmiş xüsusiyyət 
olub,  ancaq  onun  dərəcəsi  quşların  növ,  yaş,  cins  və  fərdi  xüsu­
siyyətlərindən,  həmçinin  xarici  mühit  şəraitindən  asılıdır
3 i3
17
Azerbaycan  RMpubllkaıı 
Prezidentinin
t»l»r İdarəsinin
K İ T A B X A N A S I


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə