Müstəqillik dövrü Azərbaycan romanı
15
fanilik duyğusu, «Qurani-Kərim» motivlərindən geniş istifadə
onun son dövr yaradıcılığını ifadə edir. Lakin Əhməd Sami
«Qurani-Kərim»in izahıyla bağlı hissələrdə yazıçı yanaşma-
sını qüsurlu hesab edir, bunu onun müqəddəs kitaba dərindən
bələd olmaması ilə izah edir. Eləcə də, müəllif müasir roman
yaradıcılığında fəlsəfi -psixoloji problemlərin məqbul şəkildə
öz əksini tapdığı Mövlud Süleymanlının «Günah duası» ro-
manını yüksək qiymətləndirir və geniş təhlilə cəlb edir. Qeyd
edək ki, yazıçı əvvəlki illərdə bu romanı «Səs» adlandırmış,
sonrakı illərdə təkmilləşdirərək «Günah duası» kimi oxuculara
təqdim etmişdir. Romanda bir-birinə zidd qütb və anlayışlar
orijinal obrazlar vasitəsilə ifadə olunur. Tədqiqatçı istiqlaliy-
yət dövründə tez- tez rast gəlinən yuxu faktorundan şərti-me-
toforik elementlərin işlənmə tezliyi yüksək olan bu romanda
da istifadə olunmasına diqqəti yönəldir və eyni motivin üs-
tünlük təşkil etdiyi Əzizə Cəfərzadənin «Eşq sultanı», Kamal
Abdullanın «Yarımçıq əlyazma» və Vaqif Sultanlının «İnsan
dənizi» romanları ilə analoji müqayisələr aparır.
Monoqrafi yada xalqımız üçün vaciblik qazanan milli
özünəqayıdış problemi kontekstində İsa Muğannanın «İsahəqq,
Musahəqq, yaxud Anadil ötən yerdə», Elçin Hüseynbəylinin
«Tut ağacı boyunca», «Balıq adam», «Metro vadisi», «Yovşan
qağayılar» romanlarını təhlil edir. Hər iki yazıçının yaradıcılı-
ğının ortaq cəhəti kimi mövcud məsələnin bədii həllini vermək
yolunda milli elementlər, motivlərdən geniş istifadə göstərilir.
Xüsusilə qeyd edir ki, Elçin Hüseynbəylinin son dövr yara-
dıcılığı milli özünəqayıdış problemi üzərində qurulmuşdur.
Onun «Yovşan qağayılar» romanında milli yaddaş məsələsinə
fantaziya üslubu ilə yanaşmasını maraqlı manevr hesab edir.
Həmçinin, tədqiq olunan nümunələr içərisində Afaq Məsudun
«Azadlıq» romanı ilə bağlı bəzi fi kirləri ifadə etməyi özümüzə
borc bilirik. Orijinal üslubu ilə fərqlənən yazarın «Azadlıq»
romanı Qabrial Qarsia Markesin «Patriarxın payızı» romanı
16
Əhməd Sami Elaydi
ilə müəyyən paralelliklər təşkil edir. Özünəməxsus axıcı təh-
kiyə dili ilə seçilən Afaq Məsud bu roman çərçivəsində də
dilin imkanlarından geniş istifadə edir. Onun burada konkret
bir qəhrəmanın izinə düşmək kimi məcburiyyətinin olmaması,
romanın süjetsizliyi bu imkanı yaradır.
Müəllif məzmun-ideya baxımından təsnif etdiyi müstəqillik
dövrü romanlarının sənətkarlıq xüsusiyyətlərini, estetik çərçi-
vəsini, süjet yaradıcılığı stixiyasını müəyyən etməyə çalışır.
Əslində tədqiqatın bu hissəsi daha ağır məsuliyyət və nəzəri
hazırlıq tələb edir. Y. M. Lotman mətn-yazıçı münasibətləri ilə
bağlı deyir: «... bütün sistemin dəyəri mətnin hansı dərəcədə
itkisiz və təhrif olunmadan təhkiyəçidən adresata nəql olun-
ması ilə müəyyən olunur. Deməli, bütün sistem maksimum
anlama istiqamətlənmişdir, danışanın və qulaq asanın kodu
arasında hər bir uyğunsuzluq – anlaşılmazlığın mənbəyi – küy
hesab olunacaq. Bu halda mətn içində yerləşdirilmiş mənanın
passiv daşıyıcısı qismində özünəməxsus qab rolunu oynaya-
raq mücərrəd şəkildə mətnə qədər mövcud olması ehtimal olu-
nan hər hansı bir mənanı itkisiz dəyişikliyə uğramadan (hər
bir dəyişiklik itkidir) funksiyasını yerinə yetirir. Özünün bu
aspektində mətn struktur baxımından dilin maddiləşməsidir:
dil üçün relevant olmayan hər bir şey mətndə təsadüfi dir və
məna daşıyıcısı ola bilməz. « Lakin istənilən halda dil bu «də-
yişikliyə» və «itirilməyə» məruz qalır. Bu proses biraz da tər-
cümə mətnlərilə tərcüməçi münasibətlərinə bənzəyir. Burada
mətnin ötürülməsi prosesinin səviyyəsinin nisbi xarakterini
nəzərə alsaq, ən mükəmməl mətnlərdə belə «itirilmə» faktının
aydın izlərini görərik. Eləcə də, mətn-yazıçı münasibətlərində
də vəziyyət oxşardır. Təhkiyəçinin fi krində qurduğu qurğu ən
yüksək dəqiqliklə ifadə edilsə belə, orada məna itirir. Çünki
tərcüməçi mətni oxuduğu kimi, təhkiyəçi də özünü oxuyur və
heç bir oxuma halı, enerjisi orijinaldakı kimi deyil. Bu həqiqə-
tin fərqinə vararaq yazılan mətnlərə qiymət vermək ən qənaət-
Müstəqillik dövrü Azərbaycan romanı
17
bəxş çıxış yoludur. Bu mənada Əhməd bəyin də üzərinə ağır
məsuliyyət düşür. Yuxarıda qeyd etdik ki, tədqiqatçı doğma
dilimizi sonradan mənimsəyib. Bunu nəzərə alsaq, sənətkarlıq
məsələləri ilə bağlı bəhs edilən bölmə daha çox maraq doğu-
rur və vaciblik qazanır. Lakin «Bədii sənətkarlıq xüsusiyyət-
ləri» fəsliylə tanışlıq bu nigarançılığa müəyyən mənada son
qoyur. Onun mövzu seçimi, süjet və bədii konfl ikt, eləcə də
bədii obraz, xarakter, tip və tipiklik problemi ilə bağlı yürütdü-
yü mühakimələr və mövcud romanları bu istiqamətdə təsnif-
ləndirməyi bizdə yaxşı mənada ümidlər oyandırır. Həmçinin,
struktur, süjet quruculuğu qədər dilin axıcılığının önəmini də
vurğulayır və konkret misallar əsasında bunu sübuta yetirir. İsa
Hüseynov (Muğanna), Əzizə Cəfərzadə, Anar, Əkrəm Əylisli,
Afaq Məsud, Vaqif Sultanlının xüsusi, axıcı dil xüsusiyyətlərini
vurğulayır. Amma qeyd etmək lazımdır ki, əgər fi kir dili üstə-
ləmirsə, gözəl yazı dili də cox vaxt həlledici olmaya bilər. Bu
mənada son zamanlarda bədii mətnlərlə bağlı maraq doğuran in-
tertekstuallıq məsələləri aktuallıq qazanır. Bütün bu məsələləri
nəzərə alaraq inanırıq ki, Əhməd Sami Elaydinin «Müstəqillik
dövrü Azərbaycan romanı» monoqrafi yası ədəbiyyatşünaslıq
elmi miqyasında dəyərli mənbə mahiyyətindədir.
Sonda bir cəhəti qeyd edək: Əhməd Sami Elaydinin mo-
noqrafi yası müəyyən mənada ədəbi prosesə kənardan və daxil-
dən baxışın vəhdəti olmaqla gələcəkdə aparılacaq araşdırmalar
üçün də müəyyən mənada yol açır, çünki fərqli dünyagörüş
və dünyaduyumun sərgilədiyi münasibət həmişə “mübahisəli-
dir”, həmişə düşünməyə sövq edir.
Samirə Məmmədli,
fi lologiya üzrə fəlsəfə doktoru
Dostları ilə paylaş: |