282
emosiyalarda ifadə olunur. Hər bir insanda əxlaqi hisslər
tədricən formalaşır. Burada əxlaqi tərbiyənin böyük rolu vardır.
İnsanın mənəvi azadlığı da əxlaqi hisslərdən irəli gəlir.
Altruizm,
mərhəmət, şəfqət, sevgi, vicdan, ədalət hissi —
bütün bunlar cəmiyyəti möhkəmləndirir və insanlarda yüksək
özünəqiymətin formalaşdırılması üçün bir zəmin yaradır. Hesab
olunur ki, bütün bunlar möhkəm genetik bazisə malikdirlər. Bu,
işin yaxşı tərəfidir. Pis tərəfi odur ki, hansısa bir nəsildə və
bütovlükdə bəşəriyyətdə bu keyfiyyətlər yaxşılıq gətirirsə də,
onlar insanlara bir o qədər etibarlı xidmət etmirlər. Bəlkə də
əksinə proses baş verir, hal-hazırda bu proses daha aydın, aşkar
şəkildə özünü büruzə verir: mənəvi hisslər uyğunlaşdırılaraq
istifadə olunur, şəxsi maraqdan asılı olaraq tətbiq və ya rədd
edilir. Biz belə dəyişmələri sərbəst şəkildə əslində tez-tez qəbul
edirik. Müasir dövrdə insanlara yeni baxış, yeni yanaşma
göstərir ki, bizim əlimizdə mənəni dəyərlər kimi güclü bir silah
var, amma buna baxmayaraq, bunları təyinat üzrə istifadə
etmirik, sui-istifadə edirik və s.
Insan davranışının elmi araşdırılması göstərir ki,
mərhəmət kimi güclü hissin sistematik təhlilinə o hazır deyil.
Ən azı, müasir psixologiyada təcavüz, qəzəb və qorxudan rəhm
və altruizm kimi pozitiv emosiyalara daha az diqqət yetirilır.
Ola bilsin ki, bunun səbəbi müasir psixologiyanın əsasən
terapevtik məsələlərin həllinə istiqamətlənməsidir və buna görə
ilk növbədə insan psixikasının anormal vəziyyətlərinin
anlanılmasına üstünlük verilir. Bununla belə bunun əsasında
altruizmi və yaxud mərhəməti ona görə rədd etmək lazım deyil
ki, guya qeyri-eqoist təsirlər dünyanın təbii mənzərəsinə sığmır
və ya yalnız eqoizmə əsaslanan davranış formalarından biridir.
Belə iddialar obyektiv elmi axtarışın ruhuna zidd olur.
Altruizm (fr. altruisme, latın sözündən - alter – digər,
başqa) də əxlaqi prinsipdir. Altruizmin tələbinə uyğun olaraq
insan öz eqoizmini üstələyərək başqa insanlara, yaxın və
əzizlərinə təmannasız xidmət etməyə, öz maraq və mənafelərini