276
insan mövcudluğunun mənasının dərkində daha əhəmiyyətli və
faydalıdır. Qeyd olunur ki, hər hansı bir konkret vəziyyətdə
onlardan faydalanıb qərar qəbul etmək olmur.
İrrasionalizm nümayəndələri göstərirlər ki, insani,
yaxud “əsl” varlıq təbiət və cəmiyyət qanunlarından kənarda
yerləşir, ona tərif vermək mümkün deyil, bu, şəxsiyyətin
mütləq azadlıq sahəsidir, burada insan Allaha zidd gedərək
özünü, öz mənəviyyatını təsdiq edir. Ümumiyyətlə burada
əxlaqın ictimai xarakteri inkar olunur, “ikimənalı”, paradoksal
mənaviyyat yaradılır ki, bu insana həyat yolunu göstərə bilmir.
Fatalizm (latınca “fatum” tale, qismət deməkdir, fatalis
“qaçılmaz” kimi tərcümə olunur) insan yaşayışı haqqında
xüsusi şəkildə formalaşmış təsəvvürlərdir. Hesab olunur ki,
insan
həyatı
qabaqcadan
allah,
tale
tərəfindən
müəyyənləşdirilmişdir. İnsan həmin inkişafın istiqamətini heç
bir vəclə dəyişdirə bilməz. Əxlaq baxımından fatalizm ilk
növbədə barışma, tabe olma kimi başa düşülür (məsələn,
stoisizmdə). Dini təsəvvürlərdə də fatalizm meylləri güclüdür.
Burada, məsələn, göstərilir ki, şər Yer üzündə yalnız dini
etiqadı gözləmək, axirət gününə çıxmaq yolu ilə aradan
qaldırıla bilər. Bəzən də Allahın elçisi (peyğmbərlər, messiya)
Allahın iradəsinin Yer üzündə təmsilçisi rolunu oynayır.
Rigorizm (latınca rigor – ciddilik deməkdir) əxlaqda
formalizm deməkdir. Bu əxlaqi prinsipə əsasən mənəviyyatın
tələblərinə ciddi şəkildə əməl olunmalıdır. Şəraitdən, yaranmış
vəziyyətdən asılı olmayaraq borca əməl olunmalıdır. Burada
səmərəlilik, insan və cəmiyyətin maraqları kimi şərtlər nəzərə
alınmır. Belə hallarda insan hansısa, ciddi şəkildə başa düşülən
və qəbul olunan qaydaların qurbanına çevrilir. Bəzən öz əxlaqi
əhəmiyyətini itirmiş əxlaqi ehkama əməl olunur.
Konformizm (latınca conformis – müvafiq, uyğun
deməkdir) – elə
bir sosial-psixoloji yönüm, meyldir ki,
müstəqil
şəkildə şəxs tərəfindən qəbul olunmuş qərar yox, hazır nizam
və qaydaların qəbulu əsasında formalaşır. Söhbət ictimai və