Мцгяддимя



Yüklə 2,8 Kb.

səhifə90/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   110

275 
 
İnsanda  harmonik  olaraq  təbii  və  mənəvi  başlanğıclar 
uzlaşmalıdır:  insana  artıq  bu  dünyada  xoşbəxtlik  nəsib 
olmalıdır. İnsanın xoşbəxt olmaq arzusu mənəviyyatın, əxlaqın 
əsasını təşkil etməlidir. Humanizmdə əxlaq dünyəvi məqsədləri 
həyata  keçirmək  vəzifəsini  yerinə  yetirir:  insan  hər  bir  növ 
sosial  və  mənəvi  zülmdən,  ədalətsizlikdən,  hər  bir  qüsur  və 
nadanlıqdan  azad  olmalı,  özünü  kamilləşdirməli,  özünü  maddi 
və mənəvi cəhətdən tam təmin etməlidir. 
  Humanistlər 
insan  zəkasının  inkişafına 
böyük 
əhəmiyyət verir və hər bir hissi və meyli ona tabe etdirilməsini 
tələb  edir.  İnsanın  əmin-amanlığının  və  azadlığının  əsasını 
xüsusi  mülkiyyət  təşkil  edir.  Bəziləri  isə  (utopik  sosializmin 
nümayəndələri  T.Mor,  T.Kampanella,  T.Münser  və  s.)  hesab 
edirdilər  ki,  insan  azadlığının  zəruri  şərti  mülkiyyət 
bərabərliyinin, hətta xüsusi mülkiyyətin ləğv edilməsidir. 
İrrasionalizm  (latınca  i  –  inkar,  rationalis  –  ağıllı 
deməkdir),  bir  sıra  əxlaq  nəzəriyyələrə  xas  olan  mənəviyyatın 
metodoloji  prinsipidir;  burada  mənəviyyatın  mahiyyəti  və 
təbiəti özünəməxsus şəkildə qiymətləndirilir. Irrasionalizm tam 
şəkildə  XIX  əsrin  ortalarında  təşəkkül  tapmışdır  (Kyerkeqor, 
Şopenhauer); həm də öz ifadəsini XX əsrdə ekzistensializm və 
neoprotestantizm kimi etik cərəyanlarında tapmışdır. 
  Etik  irrasionalizm  nümayəndələri  mənəviyyatda  hər 
hansı  bir  qanunları  inkar  edərək,  əxlaqi  problemdə  xüsusi, 
təkrarsız  olanın  əhəmiyyətini  xüsusi  vurğulayırlar.  Gəldiyi 
qənaət  belə  olmuşdur  ki,  ağıl  və  elm,  ümumini  müxtəliflikdə 
axtararaq,  əxlaq  sahəsində  tamamilə  qəbul  edilməzdir.  Əxlaqi 
problemin  həllində  irrasionalizm  nümayəndələri  insan 
şüurunun  hissi,  emosional  tərəflərini  nəzərə  alırlar,  yəni 
“həyatın  duyumu”nu,  iradəni,  bişüuri  meyli  və  digər  mənəvi 
qabiliyyətlərini; bütün bunlar məntiqi təfəkkürə qarşı qoyulur. 
  Hesab  olunur  ki,  ehkamçılığa  doğru  aparan  və  insanı 
azadlıq  və  fərdiyyətçilikdən  uzaqlaşdıran  rasional  təfəkkürün 
hər  hansı  bir  formasından  məntiqsiz  və  ağıla  sığmayan  şeylər 


276 
 
insan mövcudluğunun mənasının dərkində daha əhəmiyyətli və 
faydalıdır.  Qeyd  olunur  ki,  hər  hansı  bir  konkret  vəziyyətdə 
onlardan faydalanıb qərar qəbul etmək olmur. 
  İrrasionalizm  nümayəndələri  göstərirlər  ki,  insani, 
yaxud  “əsl”  varlıq  təbiət  və  cəmiyyət  qanunlarından  kənarda 
yerləşir,  ona  tərif  vermək  mümkün  deyil,  bu,  şəxsiyyətin 
mütləq  azadlıq  sahəsidir,  burada  insan  Allaha  zidd  gedərək 
özünü,  öz  mənəviyyatını  təsdiq  edir.  Ümumiyyətlə  burada 
əxlaqın  ictimai xarakteri  inkar  olunur,  “ikimənalı”,  paradoksal 
mənaviyyat yaradılır ki, bu insana həyat yolunu göstərə bilmir.  
Fatalizm  (latınca  “fatum”  tale,  qismət  deməkdir,  fatalis 
“qaçılmaz”  kimi  tərcümə  olunur)  insan  yaşayışı  haqqında 
xüsusi  şəkildə  formalaşmış  təsəvvürlərdir.  Hesab  olunur  ki, 
insan 
həyatı 
qabaqcadan 
allah, 
tale 
tərəfindən 
müəyyənləşdirilmişdir.  İnsan  həmin  inkişafın  istiqamətini  heç 
bir  vəclə  dəyişdirə  bilməz.  Əxlaq  baxımından  fatalizm  ilk 
növbədə  barışma,  tabe  olma  kimi  başa  düşülür  (məsələn, 
stoisizmdə).  Dini  təsəvvürlərdə  də  fatalizm  meylləri  güclüdür. 
Burada,  məsələn,  göstərilir  ki,  şər  Yer  üzündə  yalnız  dini 
etiqadı  gözləmək,  axirət  gününə  çıxmaq  yolu  ilə  aradan 
qaldırıla bilər. Bəzən də Allahın elçisi (peyğmbərlər, messiya) 
Allahın iradəsinin Yer üzündə təmsilçisi rolunu oynayır. 
Rigorizm  (latınca  rigor  –  ciddilik  deməkdir)  əxlaqda 
formalizm  deməkdir.  Bu  əxlaqi  prinsipə  əsasən  mənəviyyatın 
tələblərinə ciddi şəkildə əməl olunmalıdır. Şəraitdən, yaranmış 
vəziyyətdən  asılı  olmayaraq  borca  əməl  olunmalıdır.  Burada 
səmərəlilik,  insan  və  cəmiyyətin  maraqları  kimi  şərtlər  nəzərə 
alınmır. Belə hallarda insan hansısa, ciddi şəkildə başa düşülən 
və qəbul olunan qaydaların qurbanına çevrilir. Bəzən öz əxlaqi 
əhəmiyyətini itirmiş əxlaqi ehkama əməl olunur.  
Konformizm  (latınca  conformis  –  müvafiq,  uyğun 
deməkdir) – elə bir sosial-psixoloji yönüm, meyldir ki, müstəqil 
şəkildə  şəxs  tərəfindən  qəbul  olunmuş  qərar  yox,  hazır  nizam 
və  qaydaların  qəbulu  əsasında  formalaşır.  Söhbət  ictimai  və 


277 
 
mənəvi  problemlər  ətrafında  yaranan  vəziyyətdən  gedir. 
Konform  adam  hansısa  qarşıya  çıxan  obyektiv  məsələnin  həll 
edilməsində özünəməxsus əxlaqi mövqe ilə çıxış etmək əvəzinə 
şüur  və  davranışda  olan  qanunlar  və  standartlara,  hansılar  ki, 
ona  daha  çox  təzyiq  və  təsir  göstərir  (yəni  açıq  və  ya  gizli 
şəkildə  ona  zorla  qəbul  etdirilir;  ola  bilsin,  burada  mənəvi 
təzyiq  də  var,  adət-ənənənin  də  rolunu  unutmaq  olmaz),  əməl 
etməyə başlayır. 
  Əxlaqda  konformizm  vərdiş  şəklində  çıxış  edir;  bu 
zaman  insan  öz  əxlaqi  düşüncə  imkanlarından  uzaqlaşır,  azad 
seçim  imkanından  istifadə  etmir  və  yaranmış  vəziyyətə  görə 
məsuliyyəti  ətrafdakı  mühitlə,  şəraitlə  uzlaşdırmağa  çalışır. 
Nəticədə bir şəxsiyyət olaraq bu fərd heç nə olur. 
Əxlaqda  volyuntarizm  (latınca  “voluntas”  iradə 
deməkdir) əxlaqı fəaliyyətin subyektivist prinsipini bildirir. Bu 
prinsipə  görə  insan  öz  əxlaqi  seçimini  edərək  hər  hansı  bir 
sosial  qanunlardan  və  ictimai  normalardan  asılı  olmayaraq 
sərbəst şəkildə öz mənəvi davranışını tənzimləyə bilər. Burada 
insan  ixtiyari  hərəkət  edə  bilər.  Volyuntarizm  əxlaqı 
relyativizmin  ifrat  ifadəsi  olaraq,  insanın  əxlaqi  azadlığının 
göstəricisi,  əxlaqda  yaradıcılığın  rəmzidir.  Volyuntarizm  həm 
də  fərdiyyətçilik  və  nihilizmin  əsasında  durur.  Volyuntarizm 
anlayışını  ilk  dəfə  olaraq  XIX  əsrin  sonunda  F.Tönnis  tətbiq 
etmişdi.  Müəyyən  mənada  demək  olar  ki,  həmin  mənada 
volyuntarizm  ideyaları  digər  tədqiqatçılar,  o  cümlədən 
Şopenhauer, Nitsşe, Berqson tərəfindən də irəli sürülmüşdü. 
  Vətənpərvərlik  insanların  öz  ölkəsinə  münasibətini 
xarakterizə  edən  əxlaqi  prinsipdir.  Bu  prinsip  özünü  müəyyən 
hərəkətlərdə  və  sosial  hisslərin  mürəkkəb  kompleksində  ifadə 
edir.  Buna  həm  də  vətənə  sevgi  deyirlər,  adətən  buraya 
aşağıdakılarını daxil edirlər: vətən tarixiə və maraqlarına qayğı 
göstərmək,  özünü  vətən  yolunda  daima  qurban  verməyə  hazır 
olmaq,  vətənə  sədaqət,  düşmənlərə  nifrət,  ölkənin  sosial-
mədəni  nailiyyətlərlə  fəxr  etmək,  xalqın  çəkdiyi  əzablara  can 




Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   110


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə