Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə92/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   110

282 
 
emosiyalarda  ifadə  olunur.  Hər  bir  insanda  əxlaqi  hisslər 
tədricən formalaşır. Burada əxlaqi tərbiyənin böyük rolu vardır. 
İnsanın mənəvi azadlığı da əxlaqi hisslərdən irəli gəlir. 
Altruizm, mərhəmət, şəfqət, sevgi, vicdan, ədalət hissi — 
bütün  bunlar  cəmiyyəti  möhkəmləndirir  və  insanlarda  yüksək 
özünəqiymətin formalaşdırılması üçün bir zəmin yaradır. Hesab 
olunur ki, bütün bunlar möhkəm genetik bazisə malikdirlər. Bu, 
işin  yaxşı  tərəfidir.  Pis  tərəfi  odur  ki,  hansısa  bir  nəsildə  və 
bütovlükdə  bəşəriyyətdə  bu  keyfiyyətlər  yaxşılıq  gətirirsə  də, 
onlar  insanlara  bir  o  qədər  etibarlı  xidmət  etmirlər.  Bəlkə  də 
əksinə proses baş verir, hal-hazırda bu proses daha aydın, aşkar 
şəkildə  özünü  büruzə  verir:  mənəvi  hisslər  uyğunlaşdırılaraq 
istifadə  olunur,  şəxsi  maraqdan  asılı  olaraq  tətbiq  və  ya  rədd 
edilir. Biz belə dəyişmələri sərbəst şəkildə əslində tez-tez qəbul 
edirik.  Müasir  dövrdə  insanlara  yeni  baxış,  yeni  yanaşma 
göstərir ki, bizim əlimizdə mənəni dəyərlər kimi güclü bir silah 
var,  amma  buna  baxmayaraq,  bunları  təyinat  üzrə  istifadə 
etmirik, sui-istifadə edirik və s. 
Insan  davranışının  elmi  araşdırılması  göstərir  ki, 
mərhəmət  kimi  güclü  hissin  sistematik  təhlilinə  o  hazır  deyil. 
Ən azı, müasir psixologiyada təcavüz, qəzəb və qorxudan rəhm 
və  altruizm  kimi  pozitiv  emosiyalara  daha  az  diqqət  yetirilır. 
Ola  bilsin  ki,  bunun  səbəbi  müasir  psixologiyanın  əsasən 
terapevtik məsələlərin həllinə istiqamətlənməsidir və buna görə 
ilk  növbədə  insan  psixikasının  anormal  vəziyyətlərinin 
anlanılmasına  üstünlük  verilir.  Bununla  belə  bunun  əsasında 
altruizmi və yaxud mərhəməti ona görə rədd etmək lazım deyil 
ki, guya qeyri-eqoist təsirlər dünyanın təbii mənzərəsinə sığmır 
və ya yalnız eqoizmə əsaslanan davranış formalarından biridir. 
Belə iddialar obyektiv elmi axtarışın ruhuna zidd olur.  
Altruizm  (fr.  altruisme,  latın  sözündən  -  alter  –  digər, 
başqa)  də  əxlaqi  prinsipdir.  Altruizmin  tələbinə  uyğun  olaraq 
insan  öz  eqoizmini  üstələyərək  başqa  insanlara,  yaxın  və 
əzizlərinə təmannasız xidmət etməyə, öz maraq və mənafelərini 


283 
 
qurban  verməyə  hazırdır.  Əxlaq  nəzəriyyəsində  bu  termin  ilk 
dəfə olaraq O.Kont (Fransa sosiologiya və filosofu) tərəfindən 
tətbiq  edilmişdir.  Kont  hesab  edirdi  ki,  cəmiyyətin  əxlaqi 
kamilliyinə nail olmaq üçün insanlarda xüsusi ictimai hiss olan 
altruizmi  tərbiyələndirmək  lazımdır  ki,  eqoizm  yığışdırılsın. 
Buna  bənzər  ideyalar  digər  Avropa  tədqiqatçıları  –  A.Smit, 
Şeftsberi, Hatçeson tərəfindən də irəli sürülmüşdü. 
  Altruizmə  nail  olmaq  üçün  insanlara  anadangəlmə  xas 
olan  eqoizmi  aradan  qaldırmaq  lazımdır.  İnsan  bunun  üçün 
mənəvi cəhətdən tərbiyələndirilməlidir.  
Altruizm  anlayışı  elmə  ilk  dəfə  fransız  filosofu  Oqyust 
Kont  tərəfindən  daxil  edilmişdi  və  başqalarının  xeyrinə 
hərəkətlərə  səbəb  ola  biləcək  təmənnasız  meyli  bildirir. 
Mərhəmət  özündə  şəfqəti,  başqa  canlı  varlığın  əzablarına 
həyəcan  keçirmə  nəzərdə  tutur.  Demək  olar  ki,  mərhəmət 
altruizm  üçün  əsasdır,  digər  tərəfdən,  altruizm  mərhəmətin 
görülən, praktik işlərdə ifadə edilmiş obyektiv təzahürüdür. 
Həmçinin  əlavə  etmək  lazımdır  ki,  mərhəmət  yalnız 
altruizm üçün əsas deyil, bu, həm də insanı mümkün qədər tez 
mükəmməlliyə nail olmağa məcbur edən vadaredici səbəb kimi 
də qiymətləndirilə bilər. O, güclü motivasiyanı doğurur, onsuz 
mənəvi  inkişaf  yolu  üzrə  irəliləmək  çox  çətindir.  Yol  yalnız 
əvvəldə  yüngüldür,  amma  sonra  daha  çətin  olur  və  irəliləmək 
üçün  daha  çox  gücün  sərf  edilməsini  tələb  edir.  Mərhəmət 
insana  təbii  üsulla,  mənəvi  olaraq  bu  gücü  verir.  O,  insanı 
maqnit kimi böyük hədəfə çəkir, ona büdrəməyə, yan getməyə 
və  ya  nail  olunmuş  yüksəkliklərdən  enməyə  qoymur. 
Rahatlanmağa da imkan vermir: axı bu anda kimsə əzab çəkir, 
və hər bir andan istifadə etmək, tələsmək lazımdır, bununla biz 
öz  mənəvi  inkişafını,  mükəmməlliyini,  özümüzdə  heyvani 
kökünün kəsilməsini təmin etmiş oluruq. 
Mərhəmətə  malik  olan  hər  bir  kəs  öz  kamilliyinə  doğru 
yolunu daha qısa və daha yüngül edir, axı onda onu irəli çəkən 
stimul var.  


284 
 
Nifrət  insanlar  arasında  qarşılıqlı  olaraq  düşmənçilik 
münasibətlərə  uyğun  əxlaqi  hissdir.  Nifrət  hissi  zahirən  bütöv 
bir hiss kimi çıxış etsə də, öz məzmununa görə özündə bir neçə 
amili  birləşdirir:  məsələn,  nifrət  etdiyi  şəxsə  qarşı  ikrah  hissi, 
ona  pisliyin  arzulanması,  ona  kömək  etməkdən  imtina  etməsi, 
onun bütün meyl və arzularına qarşı çıxması durur. Nifrət hissi 
sevgi hissinə də qarşı durur; bununla belə burada az və ya çox 
dərəcədə elə sevgi  nəzərdə tutulur. Məsələn, şərə nifrət  xeyirə 
sevgini,  insanlara  nifrət  özünə  sevgini  bildirir.  Nifrət  sosial 
məna daşıyır.  
Apatiya (yunanca apatheia – süstlük) stoisizm etikasının 
əsas  anlayışlarından  biridir  və  daxili  sabitliyi,  sakitliyi  və 
etinasızlığı  bildirir.  Bu  zaman  hisslər  və  şövqlər  ağıl 
fəaliyyətinə 
maneəçilik 
törətmir. 
Apatiya 
düşünmək 
imkanlarını artırır. Hesab olunur ki, stoiklərin bu təsəvvürlərinə 
hind  fəlsəfəsində  “nirvana”  (insan  ruhunun  ali  vəziyyəti  olan 
tam  sakitlik,  dinclikdir)  təlimi  təsir  etmişdir.  Aristotelin 
davamçılarından 
fərqli 
olaraq 
(ehtirasların 
yalnız 
məhdudlaşdırılmasını  istəyirdilər)  stoiklər  bu  prinsipi  daha 
dərin  götürürdülər.  Apatiya  prinsipi  sonradan  həm  də  xristian 
əxlaqında  (istək  və  arzulardan  uzaqlaşmaq,  hissləri  unutmaq, 
tərkidünyalıq və daxili seyretmə) istifadə edilmişdir. 
Ataraksiya (yunanca ataraksia – təmkinlik, soyuqqanlıq) 
qədim  yunan  fəlsəfəsində  qəbul  olunmuş  kateqoriyadır  və 
daxili  sakitliyi,  rahatlığı,  dincliyi  bildirir.  Qədim  filosoflar 
hesab  edirdilər ki, müdrik insan ataraksiyaya  can atmalıdır ki, 
tam  müstəqil  düşüncə  üçün  şərait  yaradılsın.  Buna  nailolma 
yolları isə müxtəlifdir. Məs., Demokrit, Epikür,  Lukretsi bunu 
dünyanın  dərk  olunmasında,  qorxunun  və  xürafatın  fəth 
edilməsində, daxili harmoniyanın əldə edilməsində görürdülər. 
Skeptisizm nümayəndələri isə (Pirron) bunu xeyir və şər, yalan 
və  həqiqət  olanı  haqqında  fikrini  bildirməməkdə,  reallıqla 
barışmaqda  görürdülər  (apatiya).  Pirron  hesab  edirdi  ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə