306
mükafatlandırma və yaxud ştraf), hüquqi (cinayət məsuliyyəti),
müxtəlif inzibati məcburetmə və ictimai qınaq formaları və s.
Bütün sanksiyalar insanın mənafeyinə və real vəziyyətinə təsir
göstərərək əvəzini vermə, mükafatlandırma və cəzalandırma
vasitələrini təşkil edir. Əxlaqi sanksiya isə mənəvi təsir
formalarından
biri
olaraq
insan
davranışının
qiymətləndirilməsindən ibarətdir. Bu zaman əxlaqi şüur
tərəfindən xeyirli hərəkət qiymətləndirilərkən bunu, həm bunu
görən insana, həm də digərlərinə bir nümunə, örnək kimi
məsləhət görür. Əksinə, hərəkətin mənfi qiymətləndirilməsi
həmin hərəkətlərə gələcəkdə mənəvi qadağanın qoyılmasını
bildirilir.
Əxlaqi sanksiyanın xüsusiyyəti ondan ibarətdir ki, ona
riayət edilməsi insandan hansısa rəsmi səlahiyyətlərə malik
olmasını tələb etmir. Bunun üçün insan adicə əxlaqi şüura
malik olmalı və ətrafdakıların və özünün hərəkətlərinə qiymət
verməyi bacarmalıdır. Əxlaqi sanksiyanın nüfuzu insanın hər
hansı bir vəzifə və yaxud sosial mövqedən irəli gəlmir. Burada
əhəmiyyətli olanı onun şüurluluğudur: nə dərəcədə onun özü
əxlaqi tələblərin məzmununu mənimsəyib və onları başqaları
üçün mənalandıra bilir. Əxlaqi sanksiyalar həm də ayrı-ayrı
sosial institutlara, ictimai hadisələrə, hətta bütövlükdə
cəmiyyətə qarşı tətbiq olunur.
Tabu (polineziyalıların dilində “qadağa” deməkdir),
qadağa ibtidai insanların təsəvvürlərinə görə hansısa ölümə və
yaxud xəstəliyə gətirə biləcək hərəkətə əməl olunmasının qəti
qarşısının alınması deməkdir. Həmin hərəkət fövqəl qüvvələr
tərəfindən cəzalandırılır. Tabu tərcümədə uzaqlaşdırılmış,
xüsusi olaraq qeyd olunmuş deməkdir. Tabu həyatın bir çox
sahələrinə qoyula bilər – qidaya, ölülərə, əcnəbilərə, xəstələrə
və ümumiyyətlə, qorxu yarada biləcək hər hansı bir hadisəyə,
xüsusi qadağalar qrupu totem (qəbilənin heyvan əcdadı) ilə
bağlıdır. Nə qədər ki, cəmiyyətdə əxlaq və hüquq
formalaşmamışdı, ictimai həyatın tənzimlənməsinin universial
307
aləti rolu məhz tabu oynayırdı. Tabu insana cəmiyyət
qarşısında daşıdığı vəzifələri aydınlaşdırırdı. Tabuları
öyrənməklə gənclər ictimai həyata qovuşurdular. Bununla belə
tabular ehkamlara çevrilərək cəmiyyətin davamlı inkişafının
əngəli rolunu oynamağa başladı.
İctimai rəy cəmiyyətin (insan kütləsinin, kollektivin,
ətrafdakıların), ayrı-ayrı şəxslərin və qrupların davranışına,
təşkilatların fəalliyyətinə mənəvi təsiretmə vasitəsidir.
Məlumdur ki, ictimai intizamın hər bir forması (adətlər,
ənənələr, qaydalar) sosial həyatın qanununa çevrilərək fərdi və
ictimai şüurda öz əksini tapır. Həmin qaydalar birgə rəy nüfuzu
hesabına yaşayır və qəbul olunur. İctimai rəy kollektiv fikirdir:
burada bəzi hərəkətlər dəstəklənir, digərləri tənqid olunur,
beləliklə, cəmiyyətdə insan davranışının tənzimlənməsi
yollarından birinə çevrilir.
Etikada ictimai rəy fərdin davranışında həlledici amil
kimi qiymətləndirilir. İctimai rəy müəyyən əxlaqi prinsiplər və
meyarlara əsaslanır. Düzdür, ayrılıqda götürülmüş hər bir insan
öz fikrini, mövqeyini bildirə bilər, lakin daha dəqiq və geniş
şəkildə hər bir hərəkətin qiymətini kütlə, kollektiv verə bilər.
Fərdi özünüdərk insanda ictimai tərbiyə prosesində əmələ gəlir.
Burada ətrafdakıların təsiri olduqca böyükdür. İnsan əqidəsi və
ictimai rəy arasında tarixən həmişə ziddiyyətlər olmuşdur.
Cəmiyyətin inkişafı, vətəndaş cəmiyyətinin formalaşmasında
şəxsi və ictimai maraqların üst-üstə düşməsi burada həm də
ictimai rəyin rolunu və nüfuzunu artırır. İctimai rəy nə qədər
təsirli olsa da, hər bir insan öz fikrini ifadə, öz mövqeyini
müdafiə etməyə həmişə fürsət tapmalıdır. Bununla da fəal
həyat mövqeyi formalaşır, sosial idarəetmənin bütün
pillələrində insanın iştirakı üçün şərait yaradılır.
Müstəqil iş
Suallar
308
1. Əxlaqi hisslər əxlaqi münasibətlərə emosional
reaksiyadır.
2. Əxlaqi hisslərin təsnifatı və məzmunu.
3. Əxlaqi praktika.
4. Əxlaqi fəaliyyət və sosial nəzarət formaları.
Tapşırıqlar
Bu mövzu ilə bağlı verilən tapşırıq proyektiv
metodikaların biri ilə bağlıdır. Motivasiya müxtəlif etik
prinsiplər və hisslərdən bizə xəbər verir. Bu metodikanın
imkanlarından istifadə edərək kollektivdə mənəvi-psixoloji
iqlimin səviyyəsini müəyyənləşdirmiş oluruq.
Kollektivdə psixoloji abu-havanın qiymətləndirilməsi
üzrə A. F. Fidperin metodikası
Metodika
kollektivdə
psixoloji
durumun
qiymətləndirilməsində istifadə edilir. Əsasında semantik seçim
metodu durur. Aşağıda metodikanın blankı göstərilir. Şkalanın
hər 10 bəndinə görə cavab soldan sağa 1-dən 8-ə qədər balla
qiymətləndirilir.
(*) işarəsi nə qədər solda yerləşsə bal bir o qədər
aşağıdır, bu da onu göstərir ki, cavab verənin fikrincə
kollektibdəki psixoloji iqlim əlverişlidir. Nəticə göstəricisi 10-
dan (ən yüksək müsbət qiymət) 80-dək (ən mənfi qiymət)
dəyişə bilər.
Fərdi göstəricilərin əsasında yaradılan orta göstərici
kollektivdəki psixoloji iqlimi xarakterizə edir. Metodika onunla
maraqlıdır ki, anonim sorgu aparmağı imkan verir, bu da onun
etibarlılığını artırır. Başqa metodikalarla uzlaşanda etibar daha
da artır (məsələn: sosiometriya ilə).
Metodikanın doldurmuş blankı (nümunə):
Hörmətli yoldaş!
Dostları ilə paylaş: |