Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə108/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   110

330 
 
  Comərdlik  də  müsbət  əxlaqi  keyfiyyətdir.  İnsanların 
gündəlik münasibətlərində insanlıq forması kimi çıxış edir; bu 
zaman  humanizm  hər  bir  kəs  üçün  tətbiq  olunur.  Məsələn, 
əxlaqi şüurda aşağıdakı comərdlik halları göstərilir: başqasının 
mənafeyinə görə özünü qurban vermək, ziyan vuranı və yaxud 
bəd əməl edəni cəzalandırmaqdan imtina etmək, məğlub olana 
humanist  münasibət  göstərmək  və  s.  Xristian  əxlaqında 
comərdlik hamını bağışlamaq kimi başa düşülür. İnsanlara kini 
ürəkdə  saxlamamaq  tövsiyə  olunur,  öz  düşmənlərini  sevmək 
məsləhət  görülür.  Comərdliyin  əksi  insanlara  qarşı  tələbkar 
olmamaq, bəd əməllərə göz yummaq və s-dir. 
Qorxaqlıq  ürəksizliyin  ifadələrindən  biridir.  Mənfi 
əxlaqi keyfiyyətdir. Əxlaqi tələblərə uyğun olan hərəkətləri edə 
bilməyən insan davranışını xarakterizə edir. Qorxaq insan təbii 
və  yaxud ictimai qüvvələr qarşısında acizlik edir. Bəzən insan 
kimdənsə,  nədənsə  qorxur,  məsələn,  işini  itirmək,  ictimai 
nüfuza  xələl  gətirmək  və  s.  Qorxu  şüuraltı  da  ola  bilər:  insan 
bilmədiyi, başa düşmədiyi ictimai  və təbii  qanunlar qarşısında 
aciz  qalaraq  qorxmağa  başlayır.  Hər  halda  qorxu  sosial 
hadisədir, müəyyən mənada eqoizm ilə bağlıdır. 
  Sədaqət elə bir əxlaqi keyfiyyətdir ki, şəxsiyyətin əxlaqi 
tərəfini  xarakterizə  edərək,  cəmiyyətin,  qrupun,  qurumun 
işlərinə sabit bağlılığını, verilən sözə əməl edilməsini, dostluq, 
sevgi, nikah və s. münasibətləri ilə bağlı olduğu digər insanlarla 
əlaqələrin  davamlılığını  bildirir.  Sədaqət  bir  çox  başqa,  o 
cümlədən  hər  hansı  bir  ideal,  seçilən  yolun  doğru  olmasına 
inam,  hərəkətlərdə,  əqidədə  ardıcıllığı  tələb  edən  prinsipiallıq, 
çətinliklərə  qarşı  dözümlü  olmaq,  fədakarlıq  və  s.  əxlaqi 
keyfiyyətlərlə  sıx  bağlıdır.  Adları  çəkilən  keyfiyyətlərin 
olmaması sədaqətin pozulmasına, xəyanətə gətirib çıxara bilər. 
  Sədaqət  şəxsiyyəti  yalnız  formal  cəhətdən  xarakterizə 
edir,  onun  hərəkətlərinin  məzmunundan  heç  bir  xəbər  vermir. 
Deməli,  sədaqəti,  onun  dərəcəsini  müəyyən  etmək  üçün,  işin 
məzmununa  və  mahiyyətinə  varmaq  lazımdır.  Sədaqət  çox 


331 
 
mühüm  əxlaqi  keyfiyyət  olaraq  tarix  boyu  formalaşmışdır. 
Vətənpərvərlik də sədaqət üzərində qurulur. 
  Xainlik  və  yaxud  vəfasızlıq  da  əxlaqi  keyfiyyətdir. 
Mənfi  keyfiyyət  olaraq  o,  kiminsə  etibarının  pozulmasına 
istiqamətlənən  məkrli  hərəkətlərini,  öhdəsinə  götürülən 
vəzifələrinin  yolverilməz,  biyabırcı  şəkildə  pozulmasını 
bildirir.  Xainlik  dedikdə  ilk  növbədə  aşağıdakı  hərəkətlər 
nəzərdə  tutulur:  verilən  sözə,  bağlanan  razılığa,  həmrəylik, 
dostluq,  sevgi  kimi  keyfiyyətlərə  əsaslanan  vəzifələrə 
bilərəkdən  əməl  edilməməsi,  paxıllıqdan,  nifrətdən  irəli  gələn 
başqa  insana  böhtan  atmaq,  başqasının  pis  vəziyyətindən, 
bədbəxt  hadisəsindən  öz  xeyrinə  istifadə  etmək,  verilən  andı 
pozmaq,  sonradan  pozmaq  niyyətilə  and  içmək,  adamı 
bilərəkdən aldadıb sonradan bu haldan özü üçün faydalanmaq, 
başqa adamın əleyhinə olan məqsədlərə nail olmaq üçün onun 
maraq, mənafə, bilməməzliyindən istifadə edərək intriqa, fitnə, 
fəsad yaratmaq və s. 
  Qarşılıqlı  yardım  müsbət  əxlaqi  keyfiyyətdir.  Belə 
vəziyyət ümumi maraq və məqsədlər şəraitində yaranır. Burada 
səylərin  birləşdirilməsi,  eyni  zamanda  vəzifə  bölgüsü,  hər  bir 
kəsin  fərdi səyləri, qarşılıqlı  dəstəyi  nəzərdə tutulur. Qarşılıqlı 
yardım  insan  cəmiyyətində  formalaşmış  əmək  bölgüsündən 
irəli  gəlir.  Əməyin  ictimai  xarakteri  bir  çox  adamların  ümumi 
səylərini,  bu  səylərin  birləşdirilməsini  tələb  edir.  Belə 
olmasaydı,  maddi  və  mənəvi  mədəniyyət  zənginliyi 
yaranmazdı. Qarşılıqlı yardımın təməli hələ ibtidai cəmiyyətdə 
qoyulmuşdu.  
Günah  və  yaxud  günahkarlıq  (nahaqlıq)  elə  bir 
vəziyyətdir ki, haqqın əksi olaraq, insan tərəfindən pis əməlin, 
cinayətin  görülməsi  nəticəsində  özünün  düşdüyü  vəziyyəti 
xarakterizə  edir.  Günahkarlıq  əxlaqi  vəziyyətin  ifadəsi  olaraq 
şəxsiyyətin  digər  insanlara,  bütövlükdə  cəmiyyətə  qarşı 
düşdüyü  vəziyyəti  xarakterizə  edir.  İnsan  öz  əməllərinə  görə 
cəmiyyət  qarşısında  məsuliyyət  daşıdığına  görə,  öz  əxlaqi 


332 
 
borcunu  yerinə  yetirmədiyi  üçün  günahkar  sayılır.  Hüquq 
elmində  və  praktikasında  insanın  günahkar  olub  –  olmaması 
xüsusi prosedurlar əsasında müəyyənləşdirilir.  
Əxlaqda  günahkara  qarşı  yalnız  məzəmmət,  töhmət 
tətbiq olunur. Əgər insan öz günahını boynuna alırsa, o vicdan 
əzabını çəkir, utanır, peşman olur, bəzən də cəzasını gözləyərək 
qorxu hissini keçirir. Dini əxlaqda günah insanda əzəldən, “ilk 
günah”ın  nəticəsi  olduğu  sayılır.  Burada  günahın  yuyulması 
Allahın  mərhəməti  ilə  əlaqələndirilir.  Eksiztensializmin 
banilərindən  biri  sayılan  M.Heydegger  hesab  edirdi  ki, 
günahkarlıq insan mövcudatının cuziliyindən irəli gələn insanın 
daimi  durumu  olaraq,  onun  ölməyi  ilə  bitir.  Bəzi  tədqiqatçlar 
(məsələn, marksistlər) isə göstərirdilər ki, günah müvəqqəti hal 
olaraq insanın konkret durumu ilə bağlıdır.  
Haqqın (əvəzin) verilməsi əxlaqi dəyərlərə uyğun olaraq 
insanın gördüyü əmələ görə həyata keçirilən hərəkətdir. Haqqın 
verilməsi ədalətin zəruri tələblərindən biri sayılır. Haqqın tələbi 
olmadan insanlardan hər hansı bir davranış qaydalarının tələbi 
mümkünsüz  sayılırdı.  Əvəzin  verilməsi  prinsipi  hüquqda  da 
tətbiqi  olunur  (cinayətin  ölçüsü  və  ağırlığına  görə  cəza), 
ümumiyyətlə,  insan  fəaliyyətinin  maddi  stimullaşdırılmasının 
əsasında durur. 
  Bəzən  elə  bir  vəziyyət  yaranır  ki,  insan  şəxsi 
maraqlarını  ictimai  maraqlardan  üstün  tutur,  nəticədə  haqqın 
verilməsi  prinsipi  pozulur.  Dini  əxlaqda,  məlum  olduğu  kimi, 
haqqın  verilməsi  axirət  dünyasına  aid  edilir.  İnsanın  mənəvi 
cəhətdən  kamil  olması  o  dünyada  haqqın  verilməsinə  bir 
zəmanətdir. Hal-hazırda əxlaqi sanksiyalar mükafatlandırma və 
cəzalandırma sahələrinə bölünür. 
Doğruluq  əxlaqi  keyfiyyət  olaraq  onu  bildirir  ki,  insan 
düz  danışmağı  özünə  adət  edərək,  real  vəziyyəti  heç  kəsdən 
gizlətmir.  Doğru  olmaq,  düz  danışmaq  insanların  həqiqəti 
bilmək  arzusu  ilə  bağlıdır.  Real  həyatda  heç  də  həmişə  belə 
olmur.  Bəzən  yalanın  yerinə  düşməsini  qeyd  edirlər.  Bununla 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə