Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə109/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   110

333 
 
belə “ən yaxşı yalan doğruluqdur” ifadəsinin də əsası var. Bunu 
bizim yaşlı nəslimiz də bilib.  
  Bayağılıq,  şitlik  əxlaqi  –  estetik  anlayışdır  və  insanın 
mənfi,  mənəvi  dəyərlərinin,  şəxsi  ləyaqətin  əhəmiyyətinin 
alçaldılması  ilə  bağlıdır.  Bayağılığın  ifadələri  olduqca  çoxdur: 
maraqların  məhdudluğu,  motivasiyanın  rəzilliyi  (alçaqlığı), 
hərəkətlərdə  xırdaçılıq  (özü  də  “yüksək”  ifadələr  və  sözlər 
arxasında  gizlədilmiş),  məhdud  dünyagörüşü,  zövqdə 
primitivlik,  yumor  hissinin,  incəliyin  olmaması,  estetik 
obrazların  primitiv  bayağılaşdırılması  və  s.  Bayağılığa  qarşı 
yüksək mənəvi-əxlaqi dəyərlər, ümumi mədəniyyət çıxış edir. 
  İgidlik  insanda  iradə  və  qüvvələrin  son  dərəcədə 
gərginliyini  və  sərf  edilməsini,  fövqəl  çətinliklərin  fəth 
edilməsini  tələb  edən  öz  miqyasında  adi  hərəkətlərdən  fərqli 
olaraq  ictimai  faydası  olduqca  böyük  olan  hərəkətdir.  İgidliyi 
daha  çox  müharibələr,  təbii  fəlakətlər,  fövqəl  şərait  zamanı, 
insan  həyatına,  ictimai  asayişa  təhlükə  yarananda  göstərirlər. 
Belə  hallarda  insandan  olduqca  böyük  fədakarlıq,  fiziki  və 
mənəvi güc tələb olunur ki, bu da gündəlikdə göstərilən güc və 
imkanlardan qat-qat böyük olur. 
  İgidliyi  yalnız görkəmli  şəxsiyyətlərin adı  ilə bağlamaq 
bir  o  qədər  düzgün  olmazdı.  Bəzən  elə  şərait  yaranır  ki,  adi 
adamlar kütləvi şəkildə igidlik göstərmiş olurlar. 
  Fədakarlıq  (dində  zahidlik)  əxlaqi  fəaliyyətin  bir 
növüdür;  bu  zaman  əlverişli  olmayan  şəraitdə  əxlaqi  tələblər 
yerinə  yetirilir,  insan,  bütün  məhrumiyyətlərə,  çətinliklərə 
baxmayaraq  öz  əxlaqi  borcunu  yerinə  yetirməyə  çalışır. 
Fədakarlığın  bir  növ  qəhrəmanlıq  anlayışının  əksi  olması 
haqqında  fikri  hələ  qədim  dövrdə  irəli  sürmüşdülər.  Burada 
qəhrəmanlığı  insanlara  Allah  tərəfindən  düşmənlərə  qalib 
gəlmək  fövqəl  bacarığının  bəxş  edilməsi,  istənilən  şəraitdə 
istədiyinə  müvəffəq  olması,  taleyin  həmişə  onun  üzünə 
gülməsi,  yalnız  böyük  şəxsiyyətlərə  -  sərkərdələrə,  padşahlara 
(Şumer – Babilistan eposunda Qilqameş, Homerdə Axill və s.) 


334 
 
xas  olan  bəxt  və  güc  kimi  başa  düşürdülər.  Sonradan  bu 
təsəvvürlər başqa, daha real olanları ilə əvəz olundu: fədakarlıq 
dedikdə,  insan  taleyində  olan  ağrılı-acılı  günlərə  tab  gətirmək 
bacarığı,  daxili  mənəvi  prinsiplərə  sədaqətli  olması, 
uğursuzluqları  təmkinliklə,  səbrlə  qəbul  edilməsi,  ləyaqət  və 
sərbəstliyin gözlənilməsi başa düşülürdü. 
  Etika tarixindən məlum olduğu kimi, belə bir mövqedən 
məhz  stoisizm  nümayəndələri  çıxış  edirdilər.  Ən  çətin 
mürəkkəb  anlarda  fədakarlıq  özünü  qurbanvermə,  fədailik 
həddinə çatdıra bilər. Fədailik dünya dinlərində qəbul olunmuş 
bir  haldır.  Gündəlik  həyatda  isə  istənilən  şəraitdə  də 
qəhrəmanlığın göstərilməsi mümkündür. 
Təvazökarlıq  şəxsiyyətin  ətrafdakılara  və  özünə  qarşı 
olan  münasibətini  xarakterizə  edən  əxlaqi  keyfiyyətdir.  Bu 
zaman  insan  özündə  heç  bir  müstəsna  keyfiyyət  və  yaxud 
hüquqlarını axtarmır və tanımır, könüllü olaraq öz tələbatlarını 
cəmiyyətdə  mövcud  olan  maddi  şəraitlə  uzlaşdırır,  bütün 
insanlara  hörmətlə  yanaşır,  insanlar  xırda  nöqsanlara  dözümlü 
olur  (özünə  aid),  öz  xidmətlərə  və  çatışmazlıqlara  tənqidi 
yanaşır. Təvəzökarlıq şəxsiyyətin cəmiyyət, insanlar qarşısında 
öz  vəzifələrinin  başa  düşülməsi  formasıdır.  Məhz  buna  görə 
təvəzökar  insan  öz  məziyyətlərinə  xüsusi  əhəmiyyət  vermir, 
çünki  bunların  olmasını  adi,  təbii  bir  hal  sayır.  Təvəzökarlıq 
xüsusi  olaraq  fövqəl  qabiliyyət  və  bacarıqlara  malik  olan 
insanlara  xasdır.  Belə  insanlar  könüllü  olaraq  bütün  ömrünü 
cəmiyyətə  xidmət  göstərməyinə  həsr  edirlər.  “Təvazökarlıq 
bütün  məziyyətlərin  tacıdır”,  “təvazökarlıq  qəhrəmanın 
yaraşığıdır” – bu kimi kəlamlar onu bildirir ki, əsil xeyirxahlıq 
şan-şöhrətə  meyllilik  yox,  bəşər  nəslinin  xeyrinə  olan  azad 
fəaliyyətdir.  
  Simiclik  mülkiyyət  nümunəsinə  olan  xüsusi  meyli 
xarakterizə edən münasibətdir. Həmin nümunəyə sərvət dəyəri 
və  əhəmiyyəti  verilir,  buna  görə  onun  qorunması  fövqəl 
məqsədə  çevrilir,  nəticədə  həmin  nümunənin  faydalı  tətbiqi 


335 
 
imkanları  unudulur,  insanların  (özünün  və  başqalarının)  buna 
olan tələbatları qurban verilir. 
Cəsarətlilik  insanın  özündə  qorxu  hissini  fəth  etmək 
qabiliyyətini, nəyisə əldə etmək istəyənin uyğunsuzluğa gətirib 
çıxarmaqdan  ehtiyat  etməsini,  çətinliklərdən  çəkinmək 
fikirlərini  və  xoşagəlməz  nəticələrinin  olmasını  aşılamaq 
bacarığını bildirən əxlaqi keyfiyyətdir. Cəsarət qarşıya qoyulan 
məqsədi  inadkarcasına  əldə  etməklə  bağlı  hərəkətləri  nəzərdə 
tutur.  Insan  bu  zaman  qarşıya  qoyulan  məqsədlərə,  ideallara 
sadiq olmalı, heç bir təzyiqə və yabancı şəraitə tabe olmamalı, 
öz barışmaz mövqeyini nümayiş etdirməlidir.  
Cəsarətliliyin  konkret  ifadəsi  təşəbbüskarlıqda,  ictimai 
fəallıqda,  şücaitdə  özündə  tapır.  Cəsarətlilik,  comərdlik, 
mətinlik,  prinsipiallıq,  dözümlülük,  təşəbbüskarlıq  kimi  əxlaqi 
keyfiyyətlərə uyğundur və qorxaqlıq, dar ürəklilik, uyğunlaşma 
kimi  keyfiyyətlərə  ziddir.  Cəsarətli  hərəkətlərə  verilən  mənəvi 
qiymət  onların  konkret  sosial  məzmunundan  asılıdır. 
Cəsarətlilik  o  zaman  yerinə  düşür  ki,  o  humansit  və  ədalətli 
məqsədlərə  qulluq  edir,  artıq  yetişmiş  sosial  vəzifələrə  uyğun 
gəlir və mütərəqqi ictimai hərəkətlərdə özünü ifadə edir. 
  Bəzən  də  şəxsi  cəsarət  aktları  fövqəl  və  ictimai  inkişaf 
məntiqinə  uyğun  gəlməyən  anlarda  baş  verir,  yaxud  da 
avantürizm,  öyünmə,  lovğalıq  əlaməti  kimi  özünü  ifadə  edir. 
Bəzən də cəsarətlilik cəmiyyətin həyatında kütləvi hadisə kimi 
çıxış  edir.  Bunun  da  səbəbi  xüsusi  şəkildə  formalaşmış  sosial 
mühit və şərait olur. Nəticədə tarixi vəzifələr və onların həyata 
keçirilməsi  arasında  yaranan  manelər  aradan  qaldırılır 
(qəhrəmanlıq  nümunəsi!).  Cəsarətliliyin  kütləvi  nümunələri 
cəmiyyətin keçid dövrlərində müşahidə olunur. Həyatın elə bir 
məqamı  gəlib  çıxa  bilər  ki,  insanlardan  prinsipiallıq,  fəallıq, 
həyata  yaradıcı  münasibət  tələb  olunar.  Məhz  onda  cəsarət 
insanın əsas keyfiyyətlərindən birinə çevrilə bilər. 
Barışıqlıq  insanın  özünə  münasibətini  xarakterizə  edən 
və  öz  ləyaqətinin  kiçildilməsində  ifadə  olunan  əxlaqi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə