Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə103/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   110

315 
 
dəyərlər  fəlsəfi,  estetik,  sosial,  etik  və  bədii  mahiyyət 
daşımalıdır.  Yeni  təfəkkür  kütləvi  hal  almalı,  burada  daxili 
dayanıqlıq  və  təbiətlə  xoşbəxt,  ahəngdar  birgə  yaşayış  təmin 
olunmalıdır. Peççei insanlar qarşısında 6 əsas məqsəd qoyur: 
  1.  “Xarici  hüdudlar”,  yəni  Yer  kürəsinin  ehtiyatlarının 
tükənməzliyi, onun biofizioloji hədlərinin müəyyən edilməsi. 
  2.  “Daxili  hüdudlar”,  yəni  insanın  fiziki  və  psixoloji 
imkanlarının həddləri. Insan başa düşür ki, ətraf aləm üzərində 
öz hakimliyini artıraraq, təhlükəsizlik, rahatlıq  və hakimiyyətə 
can ataraq bir çox ixtiralar və quraşdırmalara müraciət etmişdir 
ki,  nəticədə  öz  təbii,  həyatın  ilk  mərhələlərində  ona  bəxş 
edilmiş  kövrək  təbii  sığınacağında  yaşamağa  imkan  yaratdığı 
bir sıra keyfiyyətlərini itirmiş olur; nəticə etibarilə fiziki zəiflik 
və bioloji passivlik müşahidə olunur. Insanın “sivilizasiyalılıq” 
göstəriciləri  artdıqca  o,  təbii  mühitin  çətin  şəraitinə  sipər 
gəlməyi  daha  az  bacarır;  deməli,  öz  canını  mühafizə  etmək 
üçün  o,  getdikcə  daha  çox  müxtəlif  dərmanlara  və  süni 
vasitələrə  əl  atacaqdır.  Mədəni,  intellektual  tərəqqi  və  onun 
biofiziki  qabiliyyətləri  arasında  olan  sədd  uçurum  həddinə 
çatmışdır. 
  3.  “Mədəni  irs”  –  haqlı  olaraq,  xalqlar  və  millətlərin 
mədəni  özünəməxsusluqlarının  qorunub  saxlanılması  və 
mühafizəsi ön plana çəkilib və insan tərəqqisi və özünü ifadəsi 
üçün  olduqca  əhəmiyyətli  sayıla  bilər.  Bu  məqamdan  siyasi 
intriqalar  üçün  də  məharətlə  istifadə  olunur.  Lakin  belə  bir 
təhlükə də var ki, gələcəkdə bütün mədəniyyətlər simasız, bir-
birinə  oxşayan  və  özünəməxsusluqdan  məhrum  olan  bir  hala 
çevrilə  bilər.  Mədəni  müxtəlifliyinin  qorunub  saxlanılması 
üçün  hələ  ki,  az  işlər  görülür.  Indiki  mədəni  irsi  qoruyub 
saxlaya bilsək, əsil mədəni plyuralizmə gəlib çıxa bilərik. Lakin 
hal-hazırda  mədəni  irsimiz  sürətlə  itir  və  deqradasiya  edir. 
Texnoloji  sivilizasiyanın  inkişafı,  iqtisadi  artım,  insanların 
artmaqda  olan  mobilliyi,  kütləvi  informasiya  vasitələrinin 
genişlənməsi gələcəkdə mədəni irsin itib-batması ilə nəticələnə 


316 
 
bilər. Bu işlərdə külli miqdarda vəsait, beynəlxalq təşkilatların 
səylərinin artırılması və s. lazımdır. 
  4.  “Dünya  birliyi”:  insanların  çoxu  artıq  dərk  edir  ki, 
milli  dövlətlər  əvvəlki  kimi  zamanla  ayaqlaşa  bilmirlər. 
Qüdrətli  ölkələr  istisna  olmaqla,  qalan  heç  bir  başqa  dövlət 
indiki  qlobal  dünya  durumundan  istədiyi  kimi  faydalana 
bilməz. Digər tərəfdən, bəzən başa düşmürlər ki, fövqəldövlət, 
beynəlxlaq  qurumlar  yaradılmadan  bir  çox  problemlərin  həlli 
qeyri-mümkündür.  Milli  dövlətçilik  imkanlarının  məhdud 
olması fikrinin sübutunu elə beynəlxalq sahələrin fəaliyyətində 
görmək olar. Alimlər qarşısında duran problemlərdən biri indiki 
eqosentrik  (öz  mənafe  və  tələbatlarına  meylli)  dövlətlər 
sistemini,  onu  idarə  edən  özbaşınalığa  meylli  hökümətləri  elə 
bir  dünya  birliyinə  gətirib  çıxarmaqdır  ki,  nəticədə  insan 
cəmiyyətinin  bütün  struktur  məsələlərində  qərarların  qəbul 
olunması  vahid  coğrafi  və  funksional  məkan  həddlərində 
həyata keçirmiş olsun. 
5. “İnsan sığınacağı”: bu problemin miqyası və əhatəliyi 
olduqca  vacibdir.  Söhbət  əhalinin  sürətlə  artmasından  gedir. 
Yer kürəsi ərazisinin, burada ehtiyatların elə paylanması təmin 
olunmalıdır  ki,  burada  8  mlrd.  əhalini  yerləşdirə  bilək.  Ola 
bilsin  ki,  əhalinin  sayı  bir  neçə  mlrd.da  artsın.  Ümumplanetar 
miqyasda  məsələnin  həlli  baş  tutmasa,  onda  qarşısıalınmaz 
fəlakətlər silsiləsi insan nəslini gözləyir. 
6.  “İstehsal  sistemi”:  burada  fəaliyyət  göstərən  iqtisadi 
mexanizmlərdə açıq-aşkar problemlər yaranır. Nədənsə iqtisadi 
sistemin  elementləri  müxtəlif  yerlərdə  və  müxtəlif  ölkələrdə 
sıradan çıxır; bilmək olmur ki, inkişaf etmiş və inkişaf etməkdə 
olan ölkələr arasında fərqi necə aradan qaldırmaq olar. Müasir 
iqtisadi  sisteminin  sabit  olmaması  bunu  tələb  edir.  Yeni 
konseptual yanaşma və yeni layihələr lazımdır. 


317 
 
Bütün  bu  məqsədlərə  nail  olunması  nəticəsi  sosial 
ədalətin bərqərar olunması deməkdir
1

Əxlaqi  dəyərlərin  nəzəri  araşdırmaları  müxtəlif 
istiqamətlərdə getmişdir.  
Bunlardan bir neçəsi - əxlaqi sərvətlərin affektiv – iradi 
nəzəriyyələri  müasir  dövrdə  formalaşıb  (latınca  “affectus” 
mənəvi  həyəcan, ehtiras deməkdir), aksiologiya  elminin tərkib 
hissəsidir.  Bu  nəzəriyyələrin  nümayəndələri  hesab  edirlər  ki, 
dəyərlər  və  yaxud  sərvətlər  subyektin  obyektə  olan  psixoloji 
münasibəti  əsasında  formalaşır.  Başlıca  nümayəndələri 
amerikalı  filosoflar  U.Erban,  D.Proll,  C.R.Rid,  K.Lyuis, 
C.Prettdir.  Hesab  olunur  ki,  obyektin  (yəni  hərəkətin,  şəxsin 
xasiyyətinin, hər hansı bir hadisənin) əxlaqi dəyəri onun özünə 
xas olan xüsusiyyətlərlə yox, ona qarşı subyektin (bu hadisəyə 
qiymət  verən  insanın)  müəyyən  psixoloji  münasibətinin 
nəticəsidir.  Bu  münasibətin  özünün  də  affektiv  –  iradi  təbiəti 
var  (yəni  arzu,  emosiya,  meyllər  və  tələbatlar).  Beləliklə, 
insanın  obyektə  münasibəti  onu  formalaşdıran  predmet  və 
hadisələrin  obyektiv  xassələri  yox,  insanın  özünün  subyektiv 
münasibəti müəyyənləşdirir. 
  Məlum  olduğu  kimi,  insanların  ətraf  aləmə  münasibət 
sosial  zəminində  qurulur,  çünki  onlar  üçün  sosial  əhəmiyyət 
kəsb  edir.  Mənəvi  sərvətlər  obyektiv  xarakter  daşıyır,  amma 
tədqiqatçıların  fikrincə,  hər  hansı  bir  əxlaqi  hadisənin  dəyəri 
müəyyən  konkret  şəraitdən,  həmin  hadisəni  qiymətləndirən 
şəxsin psixi durumundan da asılıdır. 
 Onu  da  qeyd  edək  ki,  ictimai  hadisələrin  mənəvi  və 
estetik  tərəfləri  çox  vaxt  bir  yerdə  təhlil  olunur  və  öyrənilir. 
Həm  əxlaqi,  həm  də  estetik  qiymət  insanın  davranışına,  onun 
keyfiyyətlərinə, bütövlükdə özünə əxlaqi cəhətdən xeyir və şər 
baxımından,  estetik  cəhətdən  isə  gözəllik  və  eybəcərlik 
baxımından  xarakterizə  oluna  bilər.  Bu  zaman  mənəvi  və 
                                                 
1
 Аурелио Печчеи. Человеческие качества. Перевод на русский язык с 
сокращениями М. М.: Издательство "Прогресс", 1980 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə