Мцгяддимя



Yüklə 2,8 Kb.

səhifə101/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   110

309 
 
1  №li  cədvəldə  məna  baxımından  bir  -  birinə  əks  olan 
söz  cütlükləri  verilmişdir,  onların  köməkliyi  ilə  sizin 
kollektivdəki  atmosferi  təsvir  etmək  olar.  Siz  cütlükdə  olan 
sağdakı  və  ya  soldakı  sözə    (*)  işarəsini  nə  qədər  yaxın 
qoysanız,  bu,  əlamətin  sizin  kollektivdə  bir  o  qədər  qabarıq 
olduğunu göstərəcəkdir. 
Cədvəl 1. 
 







 
1 Dostluq 
 

 
 
 
 
  Düşmənçilik  
2 Fikir birliyi 
 
 

 
 
 
  Fikir ayrılığı  
3 Razılıq 
 
 

 
 
 
 
Narazılıq  
4 Səmərəlilik  
 

 
 
 
 
  Səmərəsizlik  
5 İstilik 
 
 

 
 
 
 
Soyuqluq  

Əməkdaşlıq 
 
 
 

 
 
  Razılaşmamaq  
7 Qarşılıqlı 
dəstək 
 
 
 

 
 
 
Bədxahlıq  
8 Maraq 
 
 
 
 

 
 
Biganəlik  
9 Həvəs 
 
 
 

 
 
  Darıxdırıcılıq  
10 Uğur 
 
 

 
 
 
  Uğursuzluq  
 
 
Mövzu 11. Əxlaqi dəyərlər və xasiyyət keyfiyyətləri 
 
Dəyər  hər  hansı  bir  marağın  predmeti  olan  obyektdir. 
Əxlaqi  məqsəd  ən  ali  əxlaqi  dəyərdir.  Dəyər  fəlsəfi 
kateqoriyadır.  Əxlaqi  dəyərlərin  təsnifatı  (ideyalar,  xasiyyət 
keyfiyyətləri, gercəkləşdirilmiş praktiki əməllər).  
 
 
 
11.1. Əxlaqi dəyərlər (sərvətlər) 
 


310 
 
Əxlaqi 
dəyərlər 
(sərvətlər) 
cəmiyyətdə 
əxlaqi 
münasibətlərin təzahürlərindən biridir. Dəyərlər dedikdə əxlaqi 
mənada  şəxsiyyətin  ləyaqətində  sosial  institutların  əxlaqi 
səciyyəsi nəzərdə tutulur. Buraya həm də əxlaqi şüur sahəsinə 
aid  olan  təsəvvürlər,  o  cümlədən  əxlaqi  normalar,  prinsiplər, 
ideallar, xeyir və şər, ədalətlilik, xoşbəxtlik anlayışları daxildir. 
Dəyərlər sahəsini asksiologiya öyrənir. İnsan əməlləri ona görə 
müəyyən əxlaqi dəyərlərə malikdir ki, onlar ictimai həyata təsir 
göstərir,  insanların  maraqlarına  toxunur,  cəmiyyətin  əsaslarını 
möhkəmləndirir  və  yaxud,  əksinə,  sarsıdır,  ictimai  inkişafa 
səbəb olur və yaxud onu ləngidir. 
  İnsan  hərəkətləri  sosial  əhəmiyyət  daşıdığı  üçün 
cəmiyyət  onları  əxlaqi  münasibətlər  vasitəsilə  tənzimləyir, 
insanlar  qarşısında  əxlaqi  tələblər  qoyur  ki,  onlara  əməl 
olunsun. Nəticədə müsbət və yaxud, əksinə, mənfi əxlaqi dəyər 
yaranır. Əxlaqi tələblərə cavab verə biləcək hərəkət xeyiri, ona 
zidd olan isə şəri təşkil edir. Buradan belə bir nəticə çıxarmaq 
olar ki, insanların hərəkətlərində dəyərlərlə bağlı məzmun tarixi 
xarakter daşıyır və sosial həyatın müəyyən sahələri ilə bağlıdır.  
Əxlaqi  dəyərlər  yalnız  ictimai  həyatı  xarakterizə  edə 
bilər.  Əxlaqi  mənanı  təbii,  və  yaxud  fövqəl  hadisələrdə 
axtarmaq  əxlaqi  fetişizmə  yuvarlanmaq  deməkdir.  Əxlaqi 
şüurla  bağlı  olan  təsəvvürlər  cəmiyyətin  mənəvi  dəyərlərinin 
növlərindən biridir. Xeyir və şər haqqında formalaşan ideallar, 
prinsiplər 
və 
anlayışlarda 
onların 
dəyərlər 
tərəfini 
fərqləndirmək  mümkündür.  Dəyərlərdə  insanların  sosial 
reallığa  maraq  ifadə  olunur.  Burada  həm  əxlaqi  tələb,  həm  də 
qiymətləndirmə  özünü  ifadə  edir.  Bu  mənada  əxlaqa  çox  vaxt 
tarixdə  “praktiki  şüur”  deyirdilər  (nəzəri  şüur  seyredici, 
mücərrəd  hesab  olunurdu).  Əxlaqi  təsəvvürlər  cəmiyyətin 
ideologiyasının tərkib  hissəsidir, burada bütün  sosial qrupların 
tələbatları öz əksini tapır. Dəyərlərdə ümumbəşəri məzmun da 
vardır. 


311 
 
Əxlaqi dəyərlər insanda birdən-birə formalaşmır. Ömrün 
bütün mərhələlərində tədricən yetişən insan sosiallaşma yolu ilə 
həmin dəyərləri öz daxili “sütununa”, “Mən”- ninə çevirir. Bir 
çox bədii əsərlərdə, incəsənət nümunələrində əxlaqi dəyərlərin 
həyatın bütün əzab-əziyyətlərinin təsiri altında necə dəyişilməsi 
haqqında  maraqlı  faktlar  gətirilir.  Həyatda  əxlaqi,  ali  məqsəd, 
ali  ideal  insan  qarşısına  qoyulmursa,  belə  həyat  mənasız, 
dağıdıcı olur. 
  XX  əsrin  məşhur  Ispan  yazıçısı  və  filosofu  Migel  de 
Unamuno  əxlaqla  bağlı  göstərirdi  ki,  zehni  tənbəllik,  yəni 
yenini  yalnız  artıq  məlum  olanın  əsasında  qiymətləndirmək 
xüsusiyyəti tənqidə meyilli insanlarda daha çox özünü göstərir
1

Bu  mənada  əxlaqın  hökmləri  yaxşı  və  yaxud  pis  sayılan 
əməllərdən  sonra  yaranır.  Həmin  hökmlər  vasitəsilə  əməllər 
qiymətləndirilir. 
  Hər bir insan özündə yeddi məziyyəti və onlara əks olan 
ən ağır  yeddi  günahı  daşıyır: o lovğa və ürəksiz, qarınqulu və 
toxtaq,  şəhvətli  və  ismətli,  paxıl  və  rəhmli,  xəsis  və  əliaçıq, 
tənbəl  və  zəhmətkeş,  hirsli  və  dözümlü  ola  bilər.  Insan  öz 
daxilində zalımı və ya qulu, cinayətkarı və ya mömini yetişdirə 
bilər. 
  Alman  şairi  Höte  orta  əsr  filosofların  fikrini 
dəstəkləyərək,  göstərirdi  ki,  dünyada  bütün  yaxşılıqların 
mənəvi  başlanğıcı  Allahdır.  Yaxşılıq  insanın  yarada  biləcəyi 
məhsul  deyil.  O,  qismən  təbiətimizdən  irəli  gəlir,  qismən  isə 
sosial  mühitin  təsirindən  yaranır.  Bu  və  ya  digər  dərəcədə  o 
hamıya  xasıdr,  lakin  öz  ali  ifadəsini  yalnız  ən  qabiliyyətli  və 
bacarıqlı  insanlarda tapır. Həmin insanlar öz ilahi  mahiyyətini 
böyük, möhtəşəm əməllərdə və yaxud ideyalarda ifadə edirlər. 
Bu  ilahi  mahiyyət  öz  gözəlliyi  ilə  insanların  rəğbətini  və 
sevgisini qazanmış, səcdə və təqlid obyektinə çevrilmişdir. 
                                                 
1
 Мигель де Унамуно. О трагическом чувстве жизни. Киев: «Символ», 
1997
 
 




Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   110


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə