74
bağımdakı almaya həsrət qalım, heç ondan yeməyim? Gərək nə
təhər olsa alma oğurlayanı tutasan ki, tənbeh oluna.
Oğlan atasının əlindən öpüb, çıxdı və ox – yayını götürüb,
dava libasını geyib, bağa getdi.
Oğlan
bir saat gözlədi, iki saat gözlədi, sübh alma yetişən
vaxt yuxu bunu tutub yatdı və bir zaman ayılıb gördü ki, alma
ağacda yoxdur – dərilmişdi. Padşahın böyük oğlu kor – peşman
evə qayıtdı.
O biri gün padşah ortancıl oğlunu yanına çağırıb dedi:
- Məgər allaha rəvadır, mən özüm padşah ola – ola bağım-
dakı almaya həsrət qalım, heç ondan yeməyim? Gərək, nə təhər
olsa, alma oğurlayanı tutasan ki, tənbeh oluna.
Ortancıl oğul atasının əlindən öpüb çıxdı və ox – yayını
götürüb, dava libasını geyib, bağa getdi. Balalarım, bu da bir
saat gözləyib,
iki saat gözləyib, axırda alma yetişən vaxt
yuxuya gedib yatdı və bir zaman ayılıb gördü ki, alma ağacda
yoxdur – yenə dərilmişdi. Padşahın ortancıl oğlu da kor – peş-
man evə qayıtdı.
Bu xəbəri padşahın balaca oğlu Məlik Məhəmməd eşitcək
atasının yanına gəldi və çox ədəblə baş endirib dedi:
- Ata, izin ver bu səfər də alma ağacının keşiyini mən
çəkim.
Atası dedi:
- Səndən böyük qardaşların deyirdilər: alma ağacının keşiy-
ini çəkib, oğrunu tutacağıq; heç zad çıxmadı. İndi sən gedib nə
qayıracaqsan?!
Məlik Məhəmməd bir də atasından
təvəqqe elədi ki, ona
izin versin. Atası izin verdi və Məlik Məhəmməd kefi kök,
damağı çağ qayıdıb öz otağına gəldi. Elə ki, gün batdı, axşam
oldu, Məlik Məhəmməd qıs – qıvraq geyinib, ox – yayını
götürüb, bağa getdi. Balalar, Məlik Məhəmməd də o biri qar-
daşları kimi bir saat gözlədi, iki saat gözlədi, axırda gördü yux-
usu gəlir. Nə etsin? – Xəncərini cəld çıxardıb barmağının başını
yardı və yerinə istiot – duz tökdü. Ta sübhə kimi barmağının
75
ağrısından yata bilmədi. Sübhə yavuq gördü bir gurultu, bir
nərilti
gəlir ki, yer zəlzələ eləyir. Durub cəld ağacın dalında
gizləndi ki, görsün bu nədir? Bir vaxt gördü ki, bir div gəlir,
adam baxanda bağrı yarılır. Məlik Məhəmməd o saat barmağını
dişlədi: eyhay, almanı aparan bu imiş!
Div gəlib alma ağacına yavıqlaşanda Məlik Məhəmməd «ya
allah» deyib, birdən qılıncı onun başına elə vurdu ki, qılınc
zərbdən iki parça oldu. Balalarım, div o saat qayıdıb nərə vura
– vura qaçdı. Sabah olan kimi Məlik Məhəmməd almaları
yığıb, bir məcməiyə qoydu və üstünə də bir örtük çəkib, atasına
apardı. Padşah almaları görcək çox şad oldu. Oğlunun alnından
öpdü.
Məlik Məhəmməd atasına dedi:
- Ey ata, izin ver qanın izi ilə gedib, divi öldürüm.
Padşah razı oldu və Məlik
Məhəmmədə bir qədər də qoşun
verib, o biri oğlanlarını da ona qoşub yola saldı. Az gedib, üz
gedib, dərə – təpə düz gedib, bunlar bir quyuya rast gəldilər. Bu
quyunun ağzında bir dəyirman daşı qoyulmuşdu. Padşahın
oğlanları istədilər bu daşı götürüb içəri girsinlər. Əvvəl böyük
oğlan daşa yapışdı və nə qədər çalışdı yerindən tərpədə bilmədi.
Ortancıl oğlan irəli yeridi, bu da nə qədər çalışdısa da daşa
gücü çatmadı. Növbət Məlik Məhəmmədə yetişdi: bu, daşa
yapışdı və bir dəfə «ya allah» deyib, daşı götürdü, kənara atdı.
İndi, balalarım, daşı atandan sonra axır gərək divin dalınca
quyuya girəydilər. Yenə böyük oğlan qabağa yeriyib dedi ki,
gərək məni sallayasınız. Dedilər «yaxşı», o saat bir kəndir
gətirib, bunun belinə bağladılar, quyuya sallamağa başladılar.
Bu,
elə bir az getmişdi ki, bərk çığırdı:
–Ay yandım, çəkin!
Padşahın böyük oğlunu quyudan çəkdilər, ortancıl oğlan
qabağa yeriyib dedi:
–Məni quyuya sallayın, divin dalınca gedim.Yenə razı
oldular, kəndiri belinə bağlayıb, quyuya salladılar. Balalarım,
padşahın ortancıl oğlunu da elə bir az quyuya sallamışdılar,
76
quyudan bərk səs gəldi:
–Ay yandım, çəkin!
Yenə çəkdilər. Axırda növbət Məlik Məhəmmədə yetişdi.
Məlik Məhəmməd qabağa yeriyib dedi:
–Məni quyuya sallayın, amma nə qədər yandım desəm, qu-
laq asmayın.
Məlik Məhəmmədi quyuya sallayanda o da o biri qardaşları
kimi çığırmağa başladı:
–Ay yandım, çəkin!
Bu sözlərə qulaq asmadılar. Məlik Məhəmməd bir az aşağı
enmişdi, gördü ki, daha quyuda yavaşyavaş isti azalır; quyunun
tərkinə çatan kimi bir o yanbu yana baxıb, gördü bir yol var,
belindən kəndiri açıb, yol ilə getdi. Məlik Məhəmməd bir az
getdi, qabağına bir qapı çıxdı. Qapını açıb bir boş otağa girdi.
Bu otağın qapısını açıb, bir ayrısına girdi. Onun qapısını açdı...
Beləbelə, balalarım, Məlik Məhəmməd altı qapı açdı,
yeddincisini açdıqda az qaldı əqli başından çıxsın.
Burada
səndəl taxtın üstə, vallah, elə bir nazənin sənəm əyləşmişdi ki,
yemə, içmə, onun xəttü xalına, gül cəmalına tamaşa et. Bu qızın
dizi üstə bir div başını qoyub yatmışdı. Qız Məlik Məhəmmədi
görçək dedi:
–Ey cavan, kimsən? Nəkarəsən? Heyfsən, qaç gizlən: div
yaralanıb acığı tutub, ayılar vallah səni bir dəqiqə də sağ
qoymaz.
Məlik Məhəmməd dedi:
Mən elə bu divi öldürməkdən ötrü buraya gəlmişəm.
Balalarım, Məlik Məhəmməd xəncərini çıxarıb, divin
ayağını dəlməyə başladı. Div gözlərini açıb qıza dedi:
–Qoyma, ayağımı milçək yedi.
Məlik Məhəmməd bir az sakit olub, yenə başladı. Div
gözlərini açıb çığırdı:
–Qoyma, ayağımı milçək yedi.
Üçüncü dəfə Məlik Məhəmməd divin ayağını dələndə div
yerdən qalxıb qıza bir şapalaq vurdu:
77
–Sənə demirəmmi ayağımı milçək yedi?!
Bu halda Məlik Məhəmməd yerindən şir kimi sıçrayıb, div
ilə güləşməyə başladı. Balalarım, bunlar qırx gün qırx gecə
güləşdilər, heç biri o birisini yıxa bilmədi. Axırda div gücdən
düşüb dedi:
–Hər kəssən bura gəlmisən,
bir az möhlət ver, yatım, sonra
yenə güləşərik.
Məlik Məhəmməd razı oldu. Div başını yenə qızın dizi üstə
qoyub yatdı. Qız Məlik Məhəmmədə dedi:
–Ey cavan, o taxçada bir şüşə var, bu divin canı o
şüşədədir, onu sındırmasan, bu divə güc gətirə bilməyəcəksən.
Məlik Məhəmməd sıçrayıb, taxçadakı şüşəni yerə çırpdı.
Şüşənin içindən bir göyərçin çıxıb uçanda Məlik Məhəmməd
göyərçini tutdu. Bu halda div yerindən qalxıb, yalvarmağa
başladı:
–O göyərçinə dəymə, dünyada nə istəyirsən sənə verim, o
göyərçini öldürmə–o, canımdır!
Məlik Məhəmməd qəbul etməyib dedi:
–Mənim elə axtardığım bu göyərçin idi.
Sonra göyərçinin
başını üzüb yerə atdı, haman saat div gurultu ilə taxtdan düşüb,
cəhənnəmə vasil oldu.
Balalarım, sizə kimdən deyim–Məlik Məhəmməddən. Divi
cəhənnəmə vasil edib, başını qızın dizi üstə qoyub, doyunça
rahat oldu və sonra durub o biri otağa keçdi. Məlik Məhəmməd
bir də gördü ki, burada əvvəlkindən də gözəl bir qız oturub.
Bunun da dizi üstə bir div yatıb. Qız Məlik Məhəmmədi görcək
dedi:
–Ay cavan, yazıqsan, qayıt gizlən,
indicə div oyanar, səni
parçaparça elər.
Məlik Məhəmməd dedi:
–Qorxma, ay qız, allahın köməyi ilə bunu da öldürüb,
cəhənnəmə vasil edəcəyəm.
Məlik Məhəmməd xəncərini çıxarıb, divin ayağını dəlməyə
başladı. Div gözlərini açıb, qıza dedi: