8
-
Nə üstə olacaq, sənin üstündə. Deyir niyə gecələr gəzir…
Şaqqulu acıqlanıb nənəsinin sözünü kəsdi:
- Onluq nə var? Gəzirəm özümə. Vallah, boğazını quş
boğazı kimi üzərəm!
Şaqqulu yuxusuz olmağa görə paltarlı yerə uzandı, üstünə
bir çirkli yorğan çəkib, gözlərini yumdu və bir də başını
qovzayıb, «vallah, boğazını quş boğazı kimi üzərəm» deyib,
yatdı.
***
Bir neçə vaxt keçdi. Payız qurtardı. Qış da yavaş – yavaş
qarı və soyuğu ilə ötüb keçdi. Bahar yavıqlaşdı; dağlar, səhralar
yuxudan ayılıb göyərməyə başladı, ağaclar çiçək açdı; hava
qızdı. Nənəxanım da evdə oturmurdu: cəhrəsini çıxardıb, hə-
yətdə armud ağacının dibində qurmuşdu; axşamadək vızıl-
dadırdı. Kərbəlayı Qurban işə getməyəndə həyətdə bir yerdə
çay da içirdilər və çay içəndə fikirlərindən çox – çox şeylər
keçirdi. Məsələn, arvad deyirdi:
- A kişi, heç bir Şaqqulunu evləndirmədin axır.
Kişi də ona cavab verirdi:
- Doğrudan, arvad, bir halal süd əmmişini tapsa idin, yaxşı
olardı.
Bir gün yenə söhbət vaxtı Nənəxanım dedi:
- Ay kişi,
ömür getdi, gün getdi, bircə toy eləmədin. Allaha
heç rəva deyil ki, mənim taylarım hamama gedəndə boxçasını
gəlini götürsün, canını sürtsün, yuyundursun, çıxanda da baş-
mağını cütləsin; amma mənim gəlinim olmasın! Yox, belə ol-
maz, gərək Şaqqulunu evləndirək.
Bunun cavabında Kərbəlayı Qurban soruşdu:
-
De görüm, sandığında nəyin var?
- Ay kişi, atayın goru haqqı heç zadım yoxdur. Nəyim var
ki, ay başı daşlının oğlu?!
- Mənim, özün bilirsən ki, heç zadım yoxdur. Bəs nə qay-
ıraq?
Bir neçə dəqiqə fikrə gedəndən sonra birdən Nənəxanım
9
əllərini qovzayıb dedi:
- Tapmışam! Bir artıq palazımız var, onu sataq toy eləyək.
Kərbəlayı Qurban çubuğu doldurub almışdı ağzına və
hərdən bir haxırıb, ağacın dibinə tüpürürdü və arvadın sözünə
qulaq asmayıb deyirdi:
- Axı mən də kişiyəm, qoy bir fikir eləyim.
Və sonra şəhadət barmağını alnına qoyub və gözünün
altınca arvada baxırdı:
- Bilirsən nə var, yoxsa yox?
Nənəxanım soruşdu:
- Nə var, a kişi?
-
Hələ dur, - dedi və neçə vaxtdan sonra, - arvad da olsan,
yaxşı fikir eləmisən… ya…xşı… fik…kir…di. Sataq getsin.
Mən palazı satım, sən də sabah məşşatəni tap, götür get qız
axtarmağa. Bildin?
- Neyəcə bilmədim, ay kişi!...
***
Sabah ertə idi. Gün təzəcə çıxmışdı. Gözləri şeh ilə dolmuş
çiçəklər yavaş – yavaş açılırdı. Armud ağacının dibində palaz
salınıb və üstündə çirkdən qaralmış bir samovar qaynayırdı.
Kərbəlayı Qurban, Nənəxanım və bir ayrı arvad oturmuşdular.
Bu arvad güdəboy, adətdən kənar yoğun bir adam idi. Başı ağ,
üzü qırışmış, burnunun qabağı da
həmişə burunotu çəkməkdən
göy olurdu. Bunun sənəti məşşatəlik idi. Yeri düşəndə noxudla
fala da baxırdı; çöpçülükdə də mahir idi. Belə camaat arasında
məşhur olmuşdu ki, yanına tez – tez azarlı da gətirirdilər.
bunlara məşşatə baxıb deyirdi:
- Bıy, nəyi var ki, ürəyində tikə qalıb, bu saat sığaram, ötər
gedər işinə…
Bu arvadın adı Yetər idi.
Kərbəlayı Qurban çubuğu doldurub damağına aldı və
Nənəxanımdan bir od istədi; o da samovardan maşa ilə bir od
çıxarıb, çubuğun başına basdı və üzünü döndərib Kərbəlayıya
10
dedi:
- Ay kişi, niyə dinmirsən? Çubuğu sonra da çəkə bilərsən,
bircə dillən!
- Sən atayın goru məndən əl çək. Mən arvad deyiləm ki,
sizin işinizi biləm. Qaldı Yetərə, yanı o
bilmir buraya Şaqqu-
lunun xeyir işindən ötrü gəlib?
- Kişidi dayna, cavab verdi!
Bu sözləri Nənəxanım deyəndə Yetər ağzını yaşmayıb,
qoca qoyun bağıran kimi güldü. Kərbəlayı Qurban çubuğu
ağzından çıxarıb başladı:
- Ay balam, axır bir söz yoxdur deyim. Çayınızı için, gedin,
bəlkə Şaqquluya bir halal süd əmmişini tapasınız. Baxın
göyçəyini alın, üzüyola, fəqir və işlək olsun. Daha bir sözüm
yoxdur; allah bu işdən bizə çox xeyir versin!
Yetər yaşmanıb dedi:
- Amin! Amin! Gün o gün olsun gəlinin sənə qulluq eləsin,
başına dönüm, yazıqsan!
Nənəxanım çay töküb bunlara verdi, bu halda Şaqqulu
əlində bir aftafa çıxıb, həyətə getdi
və sonra üzünü ətəyinə silə
– silə gəldi oturdu. Yetər yaşmanıb, yavaşca bunu pıçıldadı.
- Qadan alım, gör sənə nə qız tapacağam.
Şaqqulu bunun üzünə dik baxıb və sonra qızarmış üzünü
aşağı saldı.
Çaydan sonra Nənəxanım Yetər ilə çarşaba bürünüb, qız
axtarmağa getdilər. Bir evə girib, iki evə girib, axırda elçilər
getdilər birinə. İçəri gircək gördülər günün qabağında palaz
salınıb, bir qız yun daramağa məşğuldur. Gendən baxan kimi
qız bunlara xoş gəldi və irəli yeriyib, su istəmək bəhanəsi ilə
qızı danışdırdılar. Qız cəld üstünü çırpıb, qızara – qızara otağa
qaçdı.
- Kimsiniz? Niyə gəlmirsiniz? – deyə – deyə qızın anası
qonaqların qabağına çıxdı. Nənəxanım
Yetərlə bir balaca otağa
girdi. Otaq keçə və palazlarla döşənmişdi. Suvaqsız divarda
qədim tüfənglər və qılınclar asılmışdı; rəflərdə pas basmış mis
11
qablar üst – üstə yığılmışdı. Otağın küncündə bir dəyirmi masa
görünürdü. Bunun üstünün qalın tozu masanın burada heç bir
işə yaramadığını xəbər verirdi; çirkli pəncərədən az işıq
düşməyə görə otaq qaranlıq idi…
Qonaqlar döşəklərin üstə oturdular. Qız bir azdan sonra
əlində bir qab su qapıdan girdi. Elçilər qızı təzə paltarda
görəndə heyran – heyran bir – birlərinin üzünə baxırdılar. Qır-
mızı paltar və üzünə tökülən qara zülflər qızın bədəninə daha
da gözəllik verirdi… Qızın adı Pəri idi. bunun güləş sifəti və
hər nə deyiləndə «bəli» deməyi elçilərə çox xoş gəldi. Yetər
əlindən burunotu qabını cəld döşəyin altına qoyub, üzünü qıza
döndərdi…
- Bıy, atam – anam boyuna qurban!
Pəri qızarmış üzünü aşağı saldı və suyu verib, o biri otağa
girdi. burada iyirmi altı yaşında, iri burunlu qız
oturub corab
toxuyurdu və hərdən bir əli ilə ocaqdan kömür götürüb qa-
bağındakı samovara salırdı. Bu qız Pərinin böyük bacısı Sənəm
idi.
O biri otaqda Yetər macal tapıb istədi söhbət açsın.
Nənəxanımla bir – iki dəqiqə pıçıldaşandan sonra ev sahibinə
dedi:
- Başına dönüm, doğrusu, yoldan keçirdik. İstədik burada
bir az su içək, amma… qız bizə xoş gəldiyindən oturub
qalmışıq.
Bir dəqiqə sakitlik keçdi. Qonaqların üzündən cavab
gözləmək məlum olurdusa da, ev sahibi həmişə dinməz baxırdı.
Yetər yenə badrundan burunotunu
ovcunun içinə tökdü və iki
barmağı ilə burnuna çəkib, əlini döşəyəsildi və bir – iki asqırıb,
öskürüb, yenə dedi:
- Başına dönüm, bircə de görüm adın nədir? Sən yaxşı
adama oxşayırsan.
- Məşədi Fatmadır.
- Bu su gətirən qızındırmı?
Məşədi Fatma yavaş səslə «bəli» deyib, başını aşağı saldı.