22
burada hazır oldular. Daha durmaq yeri deyildi: Məşədi Qasım
Qənbəri götürüb yerə çırpdı. Əliqulu
çəpərdən bir taxta qop-
ardıb Sülüyə qolazladı və sonra birçəyindən tutub, qapaz
döşədi. Zalış qaldı tək, bilmirdi nə qayırsın. Əvvəl Kərbəlayı
Ağcaya bir neçə təpik vurub. Sonra Əliqulunu o ki, var
döydülər. Məşədi Qasım Qənbəri gücdən salıb, Əliqulunun
köməyinə gəldikdə Zalış ilə tutuşdular. Zalış buna bir badalaq
atıb, yıxdı və Qənbəri də çağırıb bunu təpikləməyə başladılar.
Sülü təklikdə Əliqulu ilə bacarmadı: Əliqulu yerdən qalxıb,
Sülüyə bir ağac vurdu. Sülü başının qanı axa-axa Əliquluya
aman
verməyib, onu qucaqladı və iki əlli onun qulaqlarından
tutub, yerə yıxdı.
Əliqulu lap candan düşmüşdü. Sülü şir tək onun üzünü yır-
tıb dağıtdı; bədənini ağac, daş, təpik və yumruqla əzişdirdi.
Zalış Məşədi Qasımı döyməklə soyumayıb, tamam boğdu.
Qənbər bir şey bacara bilmirdi: özü də kötəkdən şişmişdi.
kərbəlayı Ağca «basaraq» Kazımla çəpərin yanında qalmışdılar.
Hərdən kərbəlayı deyirdi:
- Ədə, əlini yaxamdan çək, cırarsan!
Kazım qulaq verməyib, kərbəlayını təpikləyirdi: o da
cavabında ona bir neçə qapaz vururdu…
***
Gün batmışdı, amma hələ qızartısı göydən çəkilməmişdi.
Müharibə meydanında mərmər başlar əzilməkdə idi; qarınlar
təpiklənməkdən ayran tuluğuna dönmüşdü. Başlar, gözlər şiş-
mişdi, amma hələ ürəklər soyumamışdı: vuruşma davam edirdi.
Yenə qara Ballının səsi gəlirdi:
- Ay qız, ey!.. Ay arvad! Dəli olmamısan, çəpkənin qolunu
niyə cırırsan?!
Kərbəlayı Ağcanın köynəyi parça-parça olmuşdu, amma
hələ «basaraq» Kazıma bir şey eləyə bilməmişdi. Kərbəlayı onu
qıçından götürüb, yerə çırpmaq istəyəndə özü də yıxılıb, «xur-
cun tayı» düşürdülər və başlayırdılar torpaqda eşələnməyə.
Kazım bir dürtmə vuranda Kərbəlayı Ağcanın qabırğaları
23
batırdı; bu da acığından onun qulağını dişləyirdi…
***
Qonşuları «dana» Şükür pəncərəsindən neçə dəqiqə idi ki,
davaya tamaşa edirdi. Bunun yoluq bığlarını və batıq
yanaqlarını görən deyərdi: «Bu tutduğunu əldən buraxmaz;
dırnağına keçənin başını – gözünü əzməmiş əl götürməz»…
«Dana» Şükürün «basaraq» Kazım ilə çoxdan arası yox idi:
Kazım çəpər çəkəndə bunun da yerindən qəsb eləmişdi. Buna
görə Ağcanın Kazıma qalib gəlməməyi
buna çox əsər eləyirdi
və könlündən bilaixtiyar dava keçirdi. Əgər Ağca tərəf qalib
gəlsə idi, demək olar ki, Şükür sakitləşərdi. Bu da ki, naməlum
idi: görürdü ki, qaranlıq kolların arasında vuruşurlar, çırpışırlar.
Hərdən qulağına bir taqqıltı səsi
gələndə bilirdi ki, baş yarıldı;
amma kimin başı idi, bilmirdi. Xülasə, «dana» Şükür bir az
bunlara baxdısa da davam eləyə bilməyib, divardan asılan
çomağı götürüb çəpərdən keçdi və çatan kimi elə vurdu ki,
Kazımın başı qarpız tək cırıldı. Bunu Zalış gördükdə bir daş
götürüb, Şükürə atdı. Daş Şükürün sinəsinə dəyəndə Şükür
yatdı və sonra qalxıb, Zalışa bir çomaq vurdu. Zalış da
çəpərdən bir ağac qoparıb, Şükürün peysərinə yapışdıranda
Şükür palaz kimi yerə sərildi.
Dava təzədən qızışdı: başlar yarılmaqda idi; saqqallar yol-
unurdu; səs qonşu evlərə düşürdü. Bazardan qayıdan kişilər ta-
mam buraya
yüyürürdülər və qohum qohuma, dost dosta
kömək çıxırdı. Təzə başlar sınırdı, təzə dişlər tökülürdü.
Yarım saat çəkmədi şəhərin yarısı buraya cəm oldu; dala-
şanları aralamaq qeyri – mümkün idi, çırpışma davam edirdi;
gözlər təzədən qızıb, ürəklər təzədən döyünürdü; çomaqlar
peydərpey enib qalxırdı…
***
Gecədən bir neçə saat keçdi. Xalq damlarda və ağacların
dibində yatmışdı. Müharibə meydanında sakitlik idi;
iki tərəf də
evlərinə çəkilmiş idi. «Basaraq» Kazımın başını səriyib bir
tərəfə yıxmışdılar; Zalışın qulaqları qarpız qabığı kimi sal-
24
lanırdı; Qənbər şişib dama dönmüşdü. Dəmirçi Kərbəlayı
Ağcagilə çoxlu arvad yığılıb, kərbəlayının batmış qabırğalarına
qır – saqqız salırdılar. Məşədi Qasımın çanağından çıxmış
gözlərinə süd sağırdılar; Əliqulunun yaralarına yağlıqara qoyu-
lub, bağlanmışdı. Yaralananlar ufuldayıb, ilan kimi qıvrılırdılar
və yuxudan ayılan şişmiş üzünü turşaldıb, zarıltı ilə deyirdi:
- Görək, qalsın səninlə mənimki. Həlbət buradan duraram!..
«Dana» Şükürün evindən bərk ağlaşma səsi gəlirdi.
Şükürün dirilməyinə ümid yox idi; başının qanı yağlıqaranı
götürüb gedirdi. Yaraya peyin doldururdular, o da fayda ver-
mirdi…
Bir saat da keçdi. Ay ağacın dalından yuxarı qalxdı.
Xoruzlar banlaşdı. Səs Şükürgildə daha da şiddətləndi: Şükür
ölmüşdü.
Ayrı yerdən səs gəlmirdi. Kərbəlayı Ağcanın çırağı sön-
müşdü. «Basaraq» Kazımgildə hamı həzincə – həzincə
xoruldaşırdı. Bircə qara Ballı cırıq çəpkənini çırağın qabağında
o tərəfə – bu tərəfə çevirib deyirdi:
- Qadan alım, qudurmuş arvad gör təzəcə çəpkəni nə kökə
qoydu!..
1909
25
CƏNNƏTİN QƏBZİ
1
Başmaqçı usta Ağabala Veylabad şəhərində beş kişinin biri
idi; saleh, salim, mömin, allah bəndəsi bir şəxs idi.
Bir adam
yox idi ki, onun saqqalına həsəd aparmasın. Doğrudan da, usta
Ağabalanın saqqalı gözəl saqqal idi: qara atlaz parçası kimi
üzünün iki tərəfini tutub gicgahlarına getdikcə ucları nazilir,
gözəl bir surətdə qulaqlarına yapışırdı. Heç kəs usta Ağabala
kimi saqqal saxlaya bilməzdi: xalq həftədə bir dəfə həna yaxsa
idi, usta iki – üç dəfə yaxardı; nə hikmət vardısa da həmişə
hənanın üstünə qoz yarpağı döşəyib, bir neçə saat yerindən
tərpənməzdi.
Bikar olan vaxtı, görürdün, usta
özünə bir neçə də yoldaş
tapıb, şəhərdən çölə «başmaq seyrinə» gedir. Burada çubuqlar
çəkilib, keçmişlər yada gətirilirdi. Birdən biri deyirdi:
- Yadındadırmı, usta Ağabala, bir dəfə bildirçin götürüb
xanın yanına döyüşdürməyə getdik. Mənim bildirçinim buraxı-
lan kimi xanınkını qovdu. Rəhmətlik xan qəzəblə bildirçinimi
tutub, boğazını üzdü, dedi: «Dur buradan get, bir də buralara
bildirçin –
zad gətirsən, saqqalının tüklərini bir – bir yoldura-
ram!ı» Xa – xa – xa!.. Usta Ağabala, ondan sonra mən bir də
xanın üzünü görmədim.
Usta Ağabala bir az gülüb deyirdi:
- Eyyy! Elə xeyir – bərəkət də o vaxtlarda idi.
Bundan sonra bir ayrısı başlayırdı:
- Rəhmətlik xanın mənimlə arası çox kök idi (indi kök ol-
masın!). Zorxanada xan da bizimlə işlərdi. Paltarlarımızı ta-
mam çıxardıb, adama bir fitə tutardıq, sonra on – on beş
girvənkə gələn ağac milləri atıb – tutar, oynadardıq. Günümüz
elə zorxanada keçərdi. A kişi, onda ucuzluq idi –
bir pənəvatla
iki gün güzəran edilirdi… Bir gün xan mənə baxıb dedi:
- Vallah, kərbəlayı, səninlə güləşəcəyəm!