Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə5/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   2   3   4   5   6   7   8   9   ...   103

 
22 
burada hazır oldular. Daha durmaq yeri deyildi: Məşədi Qasım 
Qənbəri götürüb yerə  çırpdı.  Əliqulu çəpərdən bir taxta qop-
ardıb Sülüyə qolazladı  və sonra birçəyindən tutub, qapaz 
döşədi. Zalış qaldı  tək, bilmirdi nə qayırsın.  Əvvəl Kərbəlayı 
Ağcaya bir neçə  təpik vurub. Sonra Əliqulunu o ki, var 
döydülər. Məşədi Qasım Qənbəri gücdən salıb,  Əliqulunun 
köməyinə gəldikdə Zalış ilə tutuşdular. Zalış buna bir badalaq 
atıb, yıxdı  və  Qənbəri də çağırıb bunu təpikləməyə başladılar. 
Sülü təklikdə  Əliqulu ilə bacarmadı:  Əliqulu yerdən qalxıb, 
Sülüyə bir ağac vurdu. Sülü başının qanı axa-axa Əliquluya 
aman verməyib, onu qucaqladı  və iki əlli onun qulaqlarından 
tutub, yerə yıxdı. 
Əliqulu lap candan düşmüşdü. Sülü şir tək onun üzünü yır-
tıb dağıtdı; bədənini ağac, daş, təpik və yumruqla əzişdirdi. 
Zalış  Məşədi Qasımı döyməklə soyumayıb, tamam boğdu. 
Qənbər bir şey bacara bilmirdi: özü də kötəkdən  şişmişdi. 
kərbəlayı Ağca «basaraq» Kazımla çəpərin yanında qalmışdılar. 
Hərdən kərbəlayı deyirdi: 
- Ədə, əlini yaxamdan çək, cırarsan! 
Kazım qulaq verməyib, kərbəlayını  təpikləyirdi: o da 
cavabında ona bir neçə qapaz vururdu… 
*** 
Gün batmışdı, amma hələ  qızartısı göydən çəkilməmişdi. 
Müharibə meydanında mərmər başlar  əzilməkdə idi; qarınlar 
təpiklənməkdən ayran tuluğuna dönmüşdü. Başlar, gözlər  şiş-
mişdi, amma hələ ürəklər soyumamışdı: vuruşma davam edirdi. 
Yenə qara Ballının səsi gəlirdi: 
- Ay qız, ey!.. Ay arvad! Dəli olmamısan, çəpkənin qolunu 
niyə cırırsan?! 
Kərbəlayı  Ağcanın köynəyi parça-parça olmuşdu, amma 
hələ «basaraq» Kazıma bir şey eləyə bilməmişdi. Kərbəlayı onu 
qıçından götürüb, yerə çırpmaq istəyəndə özü də yıxılıb, «xur-
cun tayı» düşürdülər və başlayırdılar torpaqda eşələnməyə. 
Kazım bir dürtmə vuranda Kərbəlayı  Ağcanın qabırğaları 
 
23 
batırdı; bu da acığından onun qulağını dişləyirdi… 
*** 
Qonşuları «dana» Şükür pəncərəsindən neçə  dəqiqə idi ki, 
davaya tamaşa edirdi. Bunun yoluq bığlarını  və batıq 
yanaqlarını görən deyərdi: «Bu tutduğunu  əldən buraxmaz; 
dırnağına keçənin başını – gözünü əzməmiş əl götürməz»… 
«Dana» Şükürün «basaraq» Kazım ilə çoxdan arası yox idi: 
Kazım çəpər çəkəndə bunun da yerindən qəsb eləmişdi. Buna 
görə Ağcanın Kazıma qalib gəlməməyi buna çox əsər eləyirdi 
və könlündən bilaixtiyar dava keçirdi. Əgər Ağca tərəf qalib 
gəlsə idi, demək olar ki, Şükür sakitləşərdi. Bu da ki, naməlum 
idi: görürdü ki, qaranlıq kolların arasında vuruşurlar, çırpışırlar. 
Hərdən qulağına bir taqqıltı səsi gələndə bilirdi ki, baş yarıldı; 
amma kimin başı idi, bilmirdi. Xülasə, «dana» Şükür bir az 
bunlara baxdısa da davam eləyə bilməyib, divardan asılan 
çomağı götürüb çəpərdən keçdi və çatan kimi elə vurdu ki, 
Kazımın başı qarpız tək cırıldı. Bunu Zalış gördükdə bir daş 
götürüb,  Şükürə atdı. Daş  Şükürün sinəsinə  dəyəndə  Şükür 
yatdı  və sonra qalxıb, Zalışa bir çomaq vurdu. Zalış da 
çəpərdən bir ağac qoparıb,  Şükürün peysərinə yapışdıranda 
Şükür palaz kimi yerə sərildi. 
Dava təzədən qızışdı: başlar yarılmaqda idi; saqqallar yol-
unurdu; səs qonşu evlərə düşürdü. Bazardan qayıdan kişilər ta-
mam buraya yüyürürdülər və qohum qohuma, dost dosta 
kömək çıxırdı. Təzə başlar sınırdı, təzə dişlər tökülürdü. 
Yarım saat çəkmədi  şəhərin yarısı buraya cəm oldu; dala-
şanları aralamaq qeyri – mümkün idi, çırpışma davam edirdi; 
gözlər təzədən qızıb, ürəklər təzədən döyünürdü; çomaqlar 
peydərpey enib qalxırdı… 
*** 
Gecədən bir neçə saat keçdi. Xalq damlarda və  ağacların 
dibində yatmışdı. Müharibə meydanında sakitlik idi; iki tərəf də 
evlərinə  çəkilmiş idi. «Basaraq» Kazımın başını  səriyib bir 
tərəfə  yıxmışdılar; Zalışın qulaqları qarpız qabığı kimi sal-


 
24 
lanırdı; Qənbər  şişib dama dönmüşdü. Dəmirçi Kərbəlayı 
Ağcagilə çoxlu arvad yığılıb, kərbəlayının batmış qabırğalarına 
qır – saqqız salırdılar. Məşədi Qasımın çanağından çıxmış 
gözlərinə süd sağırdılar; Əliqulunun yaralarına yağlıqara qoyu-
lub, bağlanmışdı. Yaralananlar ufuldayıb, ilan kimi qıvrılırdılar 
və yuxudan ayılan şişmiş üzünü turşaldıb, zarıltı ilə deyirdi: 
- Görək, qalsın səninlə mənimki. Həlbət buradan duraram!.. 
«Dana»  Şükürün evindən bərk ağlaşma səsi gəlirdi. 
Şükürün dirilməyinə ümid yox idi; başının qanı yağlıqaranı 
götürüb gedirdi. Yaraya peyin doldururdular, o da fayda ver-
mirdi… 
Bir  saat  da  keçdi.  Ay  ağacın dalından yuxarı qalxdı. 
Xoruzlar  banlaşdı. Səs Şükürgildə daha da şiddətləndi: Şükür 
ölmüşdü. 
Ayrı yerdən səs gəlmirdi. Kərbəlayı  Ağcanın çırağı sön-
müşdü. «Basaraq» Kazımgildə hamı  həzincə – həzincə 
xoruldaşırdı. Bircə qara Ballı cırıq çəpkənini çırağın qabağında 
o tərəfə – bu tərəfə çevirib deyirdi: 
- Qadan alım, qudurmuş arvad gör təzəcə çəpkəni nə kökə 
qoydu!.. 
 
 
                                                                                                      
1909 
 
 
 
 
 
 
25 
CƏNNƏTİN  QƏBZİ 
 

 
Başmaqçı  usta Ağabala Veylabad şəhərində beş kişinin biri 
idi; saleh, salim, mömin, allah bəndəsi bir şəxs idi. Bir adam 
yox idi ki, onun saqqalına həsəd aparmasın. Doğrudan da, usta 
Ağabalanın saqqalı gözəl saqqal idi: qara atlaz parçası kimi 
üzünün iki tərəfini tutub gicgahlarına getdikcə ucları nazilir, 
gözəl bir surətdə qulaqlarına yapışırdı. Heç kəs usta Ağabala 
kimi saqqal saxlaya bilməzdi: xalq həftədə bir dəfə həna yaxsa 
idi, usta iki – üç dəfə yaxardı; nə hikmət vardısa da həmişə 
hənanın üstünə qoz yarpağı döşəyib, bir neçə saat yerindən 
tərpənməzdi. 
Bikar olan vaxtı, görürdün, usta özünə bir neçə  də yoldaş 
tapıb, şəhərdən çölə «başmaq seyrinə» gedir. Burada çubuqlar 
çəkilib, keçmişlər yada gətirilirdi. Birdən biri deyirdi: 
- Yadındadırmı, usta Ağabala, bir dəfə bildirçin götürüb 
xanın yanına döyüşdürməyə getdik. Mənim bildirçinim buraxı-
lan kimi xanınkını qovdu. Rəhmətlik xan qəzəblə bildirçinimi 
tutub, boğazını üzdü, dedi: «Dur buradan get, bir də buralara 
bildirçin – zad gətirsən, saqqalının tüklərini bir – bir yoldura-
ram!ı» Xa – xa – xa!.. Usta Ağabala, ondan sonra mən bir də 
xanın üzünü görmədim. 
Usta Ağabala bir az gülüb deyirdi: 
- Eyyy! Elə xeyir – bərəkət də o vaxtlarda idi. 
Bundan sonra bir ayrısı başlayırdı: 
- Rəhmətlik xanın mənimlə arası çox kök idi (indi kök ol-
masın!). Zorxanada xan da bizimlə  işlərdi. Paltarlarımızı ta-
mam  çıxardıb, adama bir fitə tutardıq, sonra on – on beş 
girvənkə gələn ağac milləri atıb – tutar, oynadardıq. Günümüz 
elə zorxanada keçərdi. A kişi, onda ucuzluq idi – bir pənəvatla 
iki gün güzəran edilirdi… Bir gün xan mənə baxıb dedi: 
- Vallah, kərbəlayı, səninlə güləşəcəyəm! 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə