Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə8/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   4   5   6   7   8   9   10   11   ...   103

 
34 
həcəmət yapışdırırdı: ildə bir dəfə yaz vaxtı müştərilərdən qan 
alırdı – «Yazda bəlğəmiyyət bədəndə qaynar, rütubət tərpəşər, 
qan ayılıb, cuşə  gələn zaman bədəni təmizləmək lazımdır» - 
deyirdi. Məhərrəmlikdə  kərbəlayı altı aylıq uşaqların başını 
çərtirdi, qan çıxmayanda uşağın peysərinə bir – iki şapalaq çır-
pan kimi, qan görükərdi. Qan da olmasaydı, sarı, bulanıq su 
sızardı. Onda uşaq sahibinin nəziri də  qəbula keçərdi. Amma 
ayrı  dəlləklər bunu bacarmırdılar; uşağın başını qarpız kimi 
paralayırlar, qan çıxmır; nəzir də  qəbula keçmir… Xülasə, 
kərbəlayının heç bir eybi yox idi; mahir, qabil, kamil, aqil, 
məsələsində alim bir şəxs idi. 
Usta Ağabala güzgüyə baxdıqdan sonra saqqalının hənaya 
da ehtiyacı olduğunu duyub, hamamçıya həna almağı tapşırdı. 
 

 
Kərbəlayı  Qulu  usta  Ağabalanın uzun papağını  çıxartdı  və 
başını su ilə islatdıqda ona bir neçə sual verdi; zəmanənin 
dəyişilməsindən bir az danışdı, dərin «ah!» çəkdikdən sonra 
ülgücünü belindəki qayışa çəkib, təraş etməyə başladı. Usta 
Ağabalanın başının yarısı  təraş olunmamışdı, bir də  Kərbəlayı 
qulu geri çəkilib dedi: 
- Usta, axır başıma bir iş gəlib. 
Usta gözünün altınca dəlləyə baxıb, yenə başını aşağı saldı. 
Dəllək bunu görüb, sözünə davam etdi: 
- Dünən gecə namaz üstə çox dualar oxudum, allah 
təbarəkü - təaladan çox istiğasələr elədim… Ay usta Ağabala, 
daha bizim əlimizdən bundan savayı  nə  gəlir? Dünya işinə 
başımız qarışıb, axirət lap yaddan çıxıb… xülasə, gecə yat-
dım… 
Bu  sözlərdən sonra Kərbəlayı Qulu bir az geri çəkildi və 
başını irəli uzadıb silkələdi, naehmal damcılar tökülüb rədd 
oldu. 
Bir neçə  dəqiqə sükut etdikdən sonra dəllək eyni ahənglə 
 
35 
sözlərinə davam etdi: 
- Usta Ağabala, and olsun səni, məni xəlq eləyənə, gördüm 
bir səbətdi, bilmirəm təndirdi, nədi, bunun qırağında dur-
muşam. Bir acıqlı adam gəlib mənə bir təpik vurdu, səbətə düş-
düm.  İstədim çığıram, bir də qurban olduqlarımızdan biri 
gözümə görükdü. Usta, and olsun getdiyim ağaya! Bir əl gəlib 
məni səbətdən çıxartdı, ağzıma da bir dolma qoydu. Amma, 
usta, onu deyim ki, dolmanı yeməmiş ayıldım, gördüm sübh 
açılır, həyətdə xoruzlar banlaşır. Usta, kişi gərək doğru söz 
danışsın – tikə hələ ağzımda qaldı, daha yeyə bilmədim… 
Usta Ağabala yavaş səslə: 
- Etiqadın kamildir, ruzin kəm! – deyib fikrə qərq oldu. 
Kərbəlayı Qulu usta Ağabalanın saqqalının altını qırxaraq: 
- Biz üzüqara bəndələrin əlindən nə gəlir ki, - deyirdi, - al-
lah - təaladan nə qədərlənib o olacaq. Məni  kəmruzi xəlq elə-
yib, o öz əlindədir, lap ac – çılpaq qoysa sözüm nədir?!.. 
- Ay kərbəlayı, yavaş, boğazımı  kəsdin! – deyə usta 
Ağabalanın zarıltısı eşidildi. Dəllək fikir verməyib deyirdi: 
- Biz gərək naşükür olmayaq və onun yolunda hər bir 
şeydən keçək ki, qiyamət günü üzümüzə qara çökməsin! Yanı 
mən, ay usta, elə  əlimdən gələni də eləmişəm: iki dəfə 
Kərbəlaya, üç dəfə Məşhədə… 
- Kəlbə Qulu, qayçı burnumu deşdi! – deyə ustanın yenə 
səsi gəldi. 
*** 
Kərbəlayı Qulu qurtarıb, ülgücü belindəki qayış kisbəndə 
qoydu. Usta Ağabala özünə güzgüdə  zənn ilə baxmaqda idi: 
başı doğrudan çox səliqə ilə təraş edilmişdi; saqqalının ucu qu-
laqlarına qarmaq şəklində yapışıb ustanın üzünə bir ayrı lətafət 
vermişdi. Kərbəlayı Qulu bığların qabağını vurmaqda da çox 
mahirlik göstərmişdi: ustanın qalın dodaqları tükdən ayrılıb 
nəzəri özünə cəlb edirdi. 
Usta Ağabala özünü süzdükdə: 
«Görəsən bu nurani sima hamıyamı müyəssərdir?» - deyib 


 
36 
Kərbəlayı Quluya bir şahı verdi və səkidə soyunmağa başladı. 
Dolahadola neçə arşın qurşağını açıb tökdü, sonra çuxa, arx-
alıq, can arxalığı - hamısını birdən soyunub, tappıltı ilə keçənin 
üstə saldı (ustanın yay və  qış libası bir – birindən seçilməz, 
həmişə üç – dörd geymədən ibarət olardı). Usta Ağabala pal-
tarının hamısını topladı, dolma bükən kimi bir fitəyə bükdü və 
papağını da lap fitənin üstündən qoyub səkidən aşağı endi. O 
biri səkilərdə  də usta bükən sayaq çoxluca paltarlar 
bükülmüşdü, bunların üstlərində cürbəcür papaqlar qoymuşdu-
lar. Papağın bəzi uzun qovun şəklində idi, sahiblərinin ruhani 
və əyan olduqları aydın idi. Bəzisinin  qarpıza bənzəyişi var idi 
– bu əsnaf papaqları idi. Bir – iki də təkərə bənzər gənc papağı 
görünürdü. 
 

 
Usta qapını ararkən, nəzəri divardakı  şəkillərə çarpdı…  
Qoçaq naqqaş! – bütün məharətini sərf etməkdən 
çəkinməmişdi…  Divarın biri Bəhramın fövqəladə  rəşadətini 
təsvir edirdi: atdığı ox ilə ceyranın dal ayağını qulağına yapış-
dırması bir gənci heyrətə daldırmışdı; biçarə  ağacın arxasına 
girərək  şəhadət barmağını dişləyib, gözlərinin qarasını bir 
tərəfə döndərməkdən başqa bir şeyə qadir ola bilməmişdi… 
O biri divardakı padşahın bığları uzanaraq bucaqdan asılı 
fitələrin altında gizlənmişdi; çəpkənli bir qız padşaha alma təq-
dim edirdi. Üçüncü divarda çəkilən iki ağac arasında 
pəhləvanlar güləşirdi. 
Pəhləvanlardan birinin qılçasında, o  birinin  qulağında  hö-
rümçək tor qurmuşdu. Bunlardan yuxarıda qara rənglə dağlar 
çəkilmiş arxasına bir cərgə  şəhadət barmaqları  ağızlarında 
kişilər toplanıb yenə gözlərinin qarasını bir tərəfə çevirmişdilər. 
Görünür pəhləvanların güləşməsi bunları mütəəssir etmişdi… 
Bu  şəkillər  İran sənətinin bir nümunəsi olaraq bütün hamama 
gələnləri heyrətə daldırırdı. Usta Ağabala da ona baxdıqda 
 
37 
«Zalım oğlunda nə qabiliyyət varmış!» - deyə ocağa tərəf olan 
qapıdan içəri rəvan oldu. 
Usta qaranlıqda bir neçə addım gedib, qapının yavıqlaşma-
sını öyrənmək üçün sağ  əlini qaldırıb, bir az havada fırladı. 
Lakin içəriyə olan qapını tapa bilmədiyi üçün bir az da 
irəliləmək lazım gəldi. Sərbəndin nahamvar olması onu ay-
ağının da birini qaldırıb havada fırlamağa məcbur etdi. Əlləri 
ilə divardan yapışıb sağ ayağını qaldırdı, qabağa uzadaraq bar-
maqlarının uclarını yavaş – yavaş yerə endirməyə başladı. 
Barmaqlarının ucları yerə toxunar – toxunmaz usta qılçasını 
boşladı və ayağı şappıltı ilə soyuq horranın içinə düşdü. Sol ay-
ağını qaldırıb boşladıqda,  ayağı bundan bir azca isti  horraya 
düşdü…  Beləcə soyuq horradan istiyə, istidən soyuğa keçərək, 
qapıya dəydi. Bir də sağ  əlini havada fırlayıb, rəzəni tapdı. 
Qapını açdı. Hədsiz səslər bir – birinə qarışıb, hamamın 
tağlarına düşmüşdü; içəridəki adamlar hovuzun buğundan 
kölgə kimi görünürdü. Hamamın sağ divarında bircə  pəncərə 
vardı,  şüşələri yaşıl kif basdığından içəriyə az işıq düşürdü. 
Pəncərənin yarısı küçənin səthindən aşağı olduğu üçün bütün 
zibilləri yel daşıyıb, buraya toplardı. Bundan başqa, qonşuda 
yaşayan «Danqılı  bəy» ləqəbli birisi nədənsə yediklərinin ar-
tığını  həmişə buraya atardı. Çox vaxt nökərlərlə «kim qarpız 
qabığı ilə hamamın pəncərəsini vursa vura bilməyəni minib 
həyətin o başına getsin!» - deyə mərc edər və pəncərəni nişan 
alardılar. Təbiidir ki, belə  ləzzətli mərc nəticəsində hamamın 
pəncərəsi zibilli olacaqdı. Yalnız qarpız qabığı deyil, burada 
köhnə başmaq tayı, it - pişik meyidi, omba sümüyü kimi şeylər 
də olardı… 
Usta Ağabala pəncərəyə diqqət vermədi, ancaq onun qa-
bağında sərilmiş fitələr üstə hənalanıb yatmış iki kişini süzdü – 
böyük zatlar olsaydı baş əyib hallarını soruşacaq idi..  Çifayda? 
– Bunların xorultusu hamamı bürümüşdü və qıllı sinələri körük 
kimi enib qalxırdı. 
Camadar ustaya yanaşıb, onun quru fitəsini bucaqda 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə