Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə11/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   7   8   9   10   11   12   13   14   ...   103

 
46 
dəmir yol ixtira etdiyi üçün, odlu gürzlər ilə bir neçə dəfə vurub 
əjdahaların ağzına atdılar. Biri balon qayıran idi; bunu  allaha 
ox atan firon cərgəsindən hesab edib artıq cəza üçün bir əl qır 
qazanında qaynadıb sonra alova atılmasını  məsləhət gördülər. 
Təyyarəçi qır qazanına düşəndə, usta Ağabala «Allah sizə lənət 
eləsin! Az qalıblar allahın da yanına çıxsınlar!» - sözləri  ilə 
ürəyindən tikan çıxartdı. O biri namələr oxunanda çoxlu qəzetçi 
adları söyləndi; bunları da əvvəlki qayda ilə odladılar. Sonra 
rəssamları gətirdilər, bunları sorğusuz qır qazanına doldurdular. 
Artistləri zəncir ilə döyüb öldürdülər. Avropa və Amerika alim, 
kəşşaf, ixtiraçı  və başqa namaz qılmayıb və  şeytan  əməllərinə 
rəvac verənləri təmamən yandırıb küllərini sovurdular. Axırda 
bir cırıq naməyi – əməl çıxdı; bunun sahibi bir balaca arıq 
adam idi. «Kimsən? Nə karəsən?» - deyə sual olunduqda – 
«kərimxaniyəm»! – deyə  fəxr ilə cavab gəldi. Bunu eşitcək 
zəbanilər gülməkdən bayıldı; Əzrail özündən getdi. Şadlığından 
usta Ağabalanın papağı düşüb diyirləndi: «Buna bax, buna! 
Alma qaxına oxşayır, məlunun könlündən kərimxanilik keçir!» 
- dedi. Zəbanilərdən biri kərimxanini barmağının ucunda 
götürüb qır qazanına atdı və qarışdırmağa başladı… 
Usta Ağabala gördü ki, baxmaq ilə qurtarası deyil. Hər 
dəqiqədə minlərcə adamı çəkib cəhənnəmə tökürlər, yavaşca qıl 
körpünün üstə  çıxdı. Onun önündə rusca oxumuş bir adam və 
çarşabsız bir qadın gedirdi. İkisi də  qıl körpüsünün ortasına 
çatmamış uçub cəhənnəmə vasil oldu. Usta isə quş kimi gedib 
ayağa çıxdı. 
  

 
Cənnətin  ənbərin qapıları usta Ağabalanın üzünə açıldı. 
Rizvanlar təzim edib ustanın pak qədəmlərini təbrik etdilər. Bir 
dəqiqədə minlərcə huri tökülüb işvə sataraq onu apardı. Səndəl 
taxtlar, ipək mütəkkələr hazırlanmışdı. Ustanı oturtdular. Gözəl 
bir cocuq bir piyalə  ləl tək  şərab gətirdi.  Şərab çox ləzzət 
 
47 
verdiyindən dünyada çəkdiyi zəhmətlər yadından  çıxdı. 
Bədəninə anlaşılmaz qüvvələr gəldi, gözləri  işıqlandı; ürəyində 
yeni bir hiss – həzz və  ləzzət hissi oyandı.  Ətrafa  baxdıqda 
gözəlcə hurilər gördü, vücudu odparəyə dönüb ilk dəfə olaraq 
həqiqi eşqin nə olduğunu duydu. Hurinin birini sağına, birini 
soluna aldı  və incə bellərini qucub almaya bənzər yanaqlarını 
öpməyə başladı. Öpdükcə  də  eşq atəşi alovlanıb ustanın var-
lığına yayıldı. 
Bu hal çox davam etmədi. Bir də yan tərəfdən keçəl Həsən 
çıxıb usta ilə salamlaşdı: 
- Ya allah, usta! 
Usta dik atılıb cavabında: 
 - Ya allah, Məşədi Həsən! – dedi, - balam, sən hara, bura 
hara!.. Yəni ağa ilə qulun arasını bilmək olmaz; hər sirr allah 
yanındadır. 
Keçəl Həsən ustanı qucaqlayıb çəkə – çəkə apardı: 
- Əşi, bir gəl, gör burada nə ləzzət var! 
İki mömin yaşıl ağacların  kölgəsinə  getdi. Gəzdilər,  dost-
aşnaları tapdılar.  Əliəsgər ağanı da tapıb «başa qovurma» oy-
namağa kəsdirdilər. Qotur Səməddən başqa hamı razı oldu; 
dedi: 
- Siz öləsiniz, uşaqlar, bu gecə birə  məni yatmağa qoy-
mayıb. hambal Qulu mənimlə yan – yana yatmışdı, bilmirəm 
onun birəsidir, ya nədir? 
Qotur Səmədin sözlərini hamı, istiğfar etdi, usta Ağabala 
isə dilgir olub dedi:  
- Qələt eləmə, məlun, allahın cənnətində birə  nə  gəzir? 
Görəsən yenə qoturun tutub nədir! 
Səməd ustaya darıldı, sıçrayıb onu döymək istədi qoymadı-
lar. Huri və  qılmanlar gəlib aralığa sülh, asayiş saldılar. Yenə 
hərə bir guşəyə çəkilib kefə məşğul oldu. 
Usta Ağabala axund Əliəsgər ağanı  hələ görməmişdi. 
Soraqladı: «gələndən süd gölçələrinin yanında kefə məşğuldur» 
- dedilər. Usta getdi. Çarhovuzun yanından keçdikdə pinəçi 


 
48 
Qafara rast gəldi. Bir - birinin halını soruşduqdan sonra Qafar 
əyilib ustanın qulağına: 
- Gecə birə əziyyət eləmir ki? – deyə sordu. 
Usta bir də haldan çıxdı, yenə dava düşəcək idi. Qafar and 
içib hamının birədən şikayətçi olduğunu söylədi: 
 -  İnanmırsan – dedi: palanduz Əkbərdən soruş, kişi 
dünəndən bəri təndir axtarır ki, paltarlarını çırpsın. 
Usta darğın bir halda gedib ağanı tapdı. Ağa  Əliəsgər ağa 
əynində yalnız camaşır olaraq qılmanları başına toplayıb «hop-
pan - hoppan» oynayırdı. Hərdən bir  qılmanları  elə çimdiklə-
yirdi ki, yazıqların gözləri yaşarırdı. 
Ağanı görcək ustanın cəmi dərdi yadından çıxdı ayağına 
yıxılıb sevincindən ağladı: 
- Cəlalına qurban olum, ay ağa! – dedi. 
Ağa, ustanı yanında oturdub: 
- Ağabala, - dedi, - mən ölüm mənimlə aran necədir? 
- Sənə fəda olum, əcrindir çəkirsən! 
Ustanın  sözləri ağanı son dərəcə məmnun etdi, əmr verdi, 
huri və  qılmanlar tökülüb ustanı  qıdıqlamağa başladılar. Usta 
Ağabala  əvvəl bir az utandı, sonra yavaş – yavaş açılışdı – 
gördü heç eybi yoxdur; cənnət zatən huri – qılmanlardan ibarət 
idi. Başını döndərdi, gözləri, ağacın dibində barmaqlarnı əmən 
ala gözlü bir qılmana ilişdi. Qılmanın duruşu ustaya çox xoş 
gəldi. 
- Qadan canıma, ay bala, gəl yanıma! – deyə onu çağırdı. 
Qılman gülümsünə – gülümsünə  gəlib ustanın qucağında 
oturdu. usta başını əyib «Uxay!» - deyə – deyə qılmanı öpmək 
fikrində idi, bir də hamamın  divarından asılan köhnə fitə 
qopub başına düşdü… 
Usta Ağabala yuxudan dik atıldı. Qaranlıq hamamda 
kimsənin olmaması, ona təəccüblü gəldi. Qılmandan ayrıl-
mağına çox acıyıb acığını fitədən aldı – götürüb gücü gəldikcə 
yerə çırpdı; səs hamama düşüb gülüşməyə bənzər bir əks – səda 
verdi. Gülüşmə ustanı bir az qorxutdu; saqqalının tükləri hənanı 
 
49 
deşib çıxmaq istəyirdi. Doğrudan da qorxmalı idi: hovuza 
düşən damcıların hərəsi bir nəğmə oxuyur, divardan asılan 
fitələr  əjdahaya dönmüşdü, hamamın sərbəndinə tökülən yu-
murta qabıqları, bozbaş sümükləri, qarpız qabığı böyüyüb 
şişməkdə idi; yavaş – yavaş  hərəsi  əcaib bir məxluq  şəklinə 
düşüb ustaya tərəf səfər etməkdə idi. 
Qılman ustanın yadından büsbütün çıxdı. Nəfəsi büsbütün 
kəsildi. Nənəsinin uşaq vaxtı cinlər haqqındakı nağılları yadına 
düşdü: «Cinlər hamamda adamı boğarlar, amma «bismillah» 
desən qaçışarlar…»  Usta nənəsinin sözlərini xatırlayıb qiraətlə 
«bismillah» çəkdi, yüz yerdən də «bismillah»  - deyə  əks – 
sədalar eşidildi. Kişi oturduğu yerdə büzüşdü; sonra bir – iki 
«salavat» çevirib şeytana lənət oxudu; yüz yerdən də cavab 
gəldi. Sanki ustanın ürəyində  kənkanlar quyu qazır, tappıltısı 
qulağına gəlirdi. 
Ustanın bədəni titrəyirdi. 
Usta Ağabala bir neçə  dəqiqə yerində sakit oturub 
kipriklərini belə tərpətmədi.  Bunun ilə də işi düzəlmədi – hər 
tərəfdən üzərinə hücum edirdilər. Nəhayət, yüyürüb özünü 
hovuza atdı – arxasınca da yüzlərcə adamlar atılıb ona gülməyə 
başladılar. Bəzisi gözlərini ağardaraq: «Cənnətin qəbzini bizə 
ver, verməsən səni boğarıq» belə deyirdi. Cinlərin 
həyasızlığından biçarə kişi saqqalının hənasını yuyar – yumaz 
hovuzdan çıxmağa məcbur oldu: Amma çifayda, minlərcə 
adam da bununla bərabər çıxdı  və hamamın ortasında ustanı 
araya alıb, çəpik çalıb oynamağa başladılar. 
Ustanın dili daha söz tutmurdu, ayaq üstə durmağa belə 
taqəti qalmamışdı. Yalnız «vay, dədə, vay» - deyə bilib hissiz 
yerə yıxıldı. 
 
 

 
Usta Ağabalanın hamamda başına gələn «qəzavu - qədər», 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə