Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə13/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   9   10   11   12   13   14   15   16   ...   103

 
54 
dalına qoşdun gətirdin». 
Üç aydan sonra toya getdiyim yerdə məni bir doğmayan ar-
vadın üstə götürüb qaçdılar və ortalıq sakit olunca aparıb mol-
lanın evinə qoydular. Günüm eşitcək mənə belə sifariş 
eləmişdi: 
 
   «Gülü 
gülüstan 
üstünə, 
 
 
 
Şeh düşdü bostan üstünə. 
 
 
 
Gedin, deyin o tülküyə, 
 
 
 
Gəlməsin aslan üstünə!»  
 
Doğrusu, günümə çox acığım tutdu, mən də ona belə sifariş 
elədim: 
   «Gülü 
gülüstan 
üstünə, 
   Gün 
düşdü bostan üstünə. 
 
 
 
Gedin, deyin o «aslana», 
 
 
 
Dağ gəlir aslan üstünə!» 
 
Xülasə, kəbin kəsildi, aralıq sakit olan kimi ərim məni 
apardı evinə. 
Bunun çubuqdan hörmə bircə otağı var idi. Bir tərəfdə 
günüm olurdu, bir tərəfdə  mən. Bir gün olmazdı ki, davamız 
düşməsin, bir - birimizin hörüklərini çıxartmayaq, üzünü cır-
mayaq. Günüm gündüzlər mənimlə dalaşırdı, gecə  də  ərimlə. 
Ərimin yanında mənim əsnaf qızı olmağıma rişxənd eləyib dey-
irdi: 
 
 
 
 
«Mən aşiq gözəl alma 
   Tutubdur 
gözəl alma. 
 
 
 
Əsil al çirkin olsun, 
 
 
 
Bədəsil gözəl alma!» 
 
Mən də bunun qabağında: 
 
 
55 
 
 
 
«Mən aşıq gözəl oxlar, 
   Tutubdur 
gözəl oxlar. 
   Çirkin 
oxluya 
bilməz, 
   Oxlasa 
gözəl oxlar». 
 
- deyəndə ərim mənə tərəf olurdu, günüm qalırdı yana – yana… 
Aradan bir az keçdi, allah vurdu mənə bir oğlan da verdi. 
Ərimin mənə daha da məhəbbəti artdı, günümün də sözü ola 
bilmədi. Havaxt deyindi, ərim ilə basıb döydük. 
Yaxşıca rahat olmuşduq, birdən haradansa qarnı yanmış 
molla gəlib çıxdı. Ərim də tərs kimi evdə idi. Bunların davası 
düşdü. Ərim mollanın başına bir aftafa vurub öldürdü. Divan – 
zad töküldü, ərimi tutdular… 
İndi üç ildir ki, ərim Sibirə gedib, heç səs – soraq yoxdur, 
mən də dörd yetimlə damın dalında acından ölürəm…. 
 
                                                                                              
1909 
 
 
 
 


 
56 
«MİLLƏTPƏRƏSTLƏR» 
 
Məşədi Qasım günorta vaxtı bazardan evə qayıdanda gördü 
küçədən  əli kitablı bir balaca qız gəlir. Çox zənn ilə baxıb 
Məşədi gördü ki, qızın müsəlman qızına çox oxşarı var. İrəli 
yeriyib soruşdu: 
- Qızım, sən kimin qızısan? 
Qız qızarıb, başını aşağı saldı. Məşədi Qasım  diqqətlə qıza 
baxıb dedi: 
- Barakallah, qızım, yaxşı oxu, səni oğluma alacağam! 
Sonra məşədi iki barmağı ilə qızın yanaqlarından tutub, bir 
də soruşdu: 
- Qızım, sən kimin balasısan? 
Qız cavab verməyib, atılıb qaçdı. Məşədi Qasım da yolu ilə 
rəvan oldu. Sabah tezdən qız məktəbə gedəndə dabbağ 
Kərbəlayı Babaşa rast gəldi. Kərbəlayı Babaş bir az gedib, bir 
az qıza zənn elədi. Axırda lap ayaq saxlayıb durdu və iki bar-
mağı ilə qızın yanağından tutub dedi: 
- Buy, ədə bu kimin balasıdır?.. De görüm, ay qız, sən 
kimsən? 
Qız başını  aşağı salıb, dönüb getdi. Günorta vaxtı  qız 
məktəbdən qayıdan zaman keçəl Vəliquluya düçar oldu. 
Vəliqulu baqaidə qızın yanağından iki barmağı ilə tutub dedi: 
- Bala, sən kimin balasısan? 
Qız Vəliquluya acıqlı baxıb getdi. O biri gün çayçı 
Kərbəlayı Ramazan baqqal Hacı  Qənbərlə fatihə verib 
qəbirstanlıqdan qayıdanda gördülər qız məktəbə gedir. 
Doğrusu, ikisi də lap mat, məhbut qaldılar. Xülasə, özlərini 
qıza yetirib soruşdular: 
- Ay qız, balam, kimincə qızısan? 
Qız qorxa – qorxa qızarmış üzünü bunlara çöndərib
döyükmüş baxanda kərbəlayı  və hacı  kəmali – səliqə  və 
millətpərvərliklə iki barmaqlarını uzadıb, qızın yanağından tu-
tub dedilər: 
 
57 
- Barakallah, bala! 
Qız atılıb qaçdı. 
Günorta qız məktəbdən qayıdanda küçədə bir sürü 
«millətpərəst» kişilər durub, müzakirəyə  məşğul idilər. «Hara 
gedir? Nə  təhər qızdır?» kəlmələri danışıqlarından anlaşılırdı. 
Qız bunlara yavıqlaşanda hamısı üzünü qıza çevirib, onu me-
hriban sözlərlə yad – bud elədilər və hamısı növbət ilə bar-
maqlarını uzadıb, qızın yanağından tutub dedilər: 
- Barakallah, qızım! 
Qız bu səfər acıqla ağlaya – ağlaya qaçıb gəldi evə. 
Anası işdən xəbərdar olanda qızın kitablarını götürüb səpdi 
evə; məktəb libasını  çıxardıb atdı sandığa və  qıza bir köhnə 
arxalıq geydirib, oturtdu yun darağının dalında. 
O gündən «millətpərəstlərin» dövlətindən qız elm təhsilini 
ikmala yetirib, yun daramaq şəhadətnaməsini aldı. 
Yaşasın qırmızısaqqal «millətpərəstlər»! 
 
 
 
 


 
58 
«VƏTƏN» 
 
(Mənsur şer) 
 
Pəncərədən baxıram. Pəh – pəh! Nə gözəl mənzərə, nə dadlı 
hava!.. Başmaq seyrinə  çıxmaq meylindəyəm. Paltarımı 
geyirəm; papağım yoxdur. Ora papaq, bura papaq?..  Papağı 
(eyib olmasın) bizim uşaqlar aparıb, zibil arabası qayırıblar. 
Xülasə, geyinib evdən çıxıram. Pəh – pəh! Nə gözəl hava!.. 
Həzin – həzin əsən külək ruhuma ləzzət verir, bülbül, gül… 
- Ay!.. Dədə!.. 
Çığırtı nəzərimi küçənin timçəsinə cəlb eləyir. Bir ağsaqqal 
o birini yaxalayıb deyir: «Atayın sümüklərini çıxardaram bacı-
mın talağını verməsən. Bu saat ver talağı». 
Vuruşma düşür, bu ona bir qapaz, o buna birini, bu da ona 
birini. Börklərdən toz qalxır, çuxaların büzmələri cırılır… 
Xülasə, gedirəm. Hava mənə bilməzsən nə  ləzzət verir. 
Rəngbərəng yarpaqlar ağacdan üzülüb, havada min naz və 
qəmzə ilə fırlananda bilməm könlüm nələr diləyir. Pəh – pəh! 
Nə dilfirib mənzərə! Az qalıb təbim də  gəlsin, indicə  şer də 
deyəcəyəm… 
- Hay! Vay!.. Vay fayton!.. 
Dönüb görürəm qırmızısaqqal bir kişi hamamın qabağında 
yumurtası  tərs gəlmiş toyuq kimi oyan – buyana vurnuxub 
çığırır. 
- Nə olub? 
Cavab verirlər ki, bəs arvadı həcəmət altında qəşş eləyib. 
Xülasə, gedirəm. Pəh! Göyün rəngi, səf – səf durmuş bulud-
ların günəşin qızıl rəngi ilə münəvvər olmaqları bilməzsən 
ürəyimdə nə… 
- Adə qoyma!.. Vur! Tut!.. – sözlərini eşidib, dik atılıram. 
- Nə olub? 
Bəs oğul atanın təzəcə kürkünü aparıb qumara qoyub udu-
zub; ata da onun qoparağını götürüb, istəyir bir az əzikləsin. 
 
59 
Gedirəm,  ətrafın gözəlliyi yadımdan çıxmır: gün dağın arxas-
ında gizlənməkdədir, sərin hava, həzin külək… Pəh – pəh! Nə 
məlahətli… 
- Vay!.. Aman! Necə olacaq?.. 
- Nə olub? 
Bəs orucluqda azarlı üstə rus həkimi gətiriblər, evdə qab – 
qaşığı murdarlayıb… 
Xülasə, gedirəm qaranlıq düşür, toyuq, xoruz dimdik – 
dimdiyə verib tut ağacının budağında yatıblar, itlər çəkiliblər 
hinlərinə, eşşəklər ağacın dibində uzanıb sükuta varıblar. Pəh – 
pəh! Nə gözəl ömür, nə sadəlik, nə… 
- Vay öldüm! Adə öldüm! 
Çığırtı küçə ilə bir oldu. Başmaqları qoyub yüyürürəm. Bir 
də görürəm bir ağsaqqal cavan arvadının saçından yapışıb, 
çomaq ilə şapbarlayır. Tez – tez ovcuna tüpürüb çomaqdan çır-
pır, ovcuna tüpürüb vurur. 
Xülasə, hava çox gözəl idi. Göyün buludları azca qalmışdı 
məni ilhamat aləminə çəksin, azca qalmışdı… 
- Part, part… 
Bir cavanı güllə ilə vurub yıxdılar. 
- Balam, bunun günahı nə idi? – soruşduqda cavab verdilər: 
- Nə olacaq, bununbabası iyirmi il bundan qabaq vurub 
Məşədi Hüseynin əmisi nəvəsini öldürmüşdü.  İndi öldürən də 
Məşədi Hüseynin nəvəsidir. Kişi qana qan elədi, qisas ki, qiya-
mətə qalmayacaq idi.  
Tər məni basır. Çünki mənim də ulu babam, deyirlər, bir 
adam öldürmüş imiş.  İndi, dedim, bir adam da çıxıb onun 
əvəzini mən yazıqdan alacaq. 
Qorxumdan yıxılıram, ürəyim gedir. 
 
 
                                                                                               
1909     
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə