Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə16/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   12   13   14   15   16   17   18   19   ...   103

 
70 
Ballının oğlu «Vicə» Qasım bir neçə arqadaşları ilə bərabər 
hücum edib, Hacı Kərimin qızını qaçırdılar. 
Gövhər küçəyə çıxıb, qızı çox izləməmişdi, bir də eşitdi ki
üçüncü qızını şirni ilə tovlayıb aparmışlar. 
Günorta vaxtı Gövhərin qohumları  yığılıb dərdləşirdilər, 
«olacağa çarə yoxdur» deyə  fəlsəfə yürüdürdülər. «Qismətdən 
artıq yemək olmaz» deyirdilər. Bir də hacının bacısı Mina 
sükutdan aralanıb, başını dik qovzadı: 
- Vallah, bu mənə qardaş  dərdindən də artıq oldu, - dedi: 
xalqın fikri budur ki, mənim arzum gözümdə qalsın!.. Yox!.. 
Burada Minanı yaş boğdu, gözlərini yaylığı ilə qurutdu, 
özünü bir az toxdadıb, sözünə davam etdi: 
- Gözümü böyük qıza dikmişdim, o qismət olmadı. Deməli, 
qismət bu imiş! – deyə kiçik qızı qucaqladı. 
Hər kəs onu heyrətlə  nəzərdən keçirdi. Minanın hərəkətini 
dəli olduğuna həml etdilər. Lakin Mina dəli olmamışdı; qızı 
qapıdan çıxardarkən deyirdi: 
- Qardaşımdan mənə bir pay da düşməz? Apararam, 
böyüdərəm, oğluma alaram… 
Hacı Kərim iki gün idi ki, vəfat etmişdi. O günü qazı onun 
dörd qızına da əqd oxuyub, ruhunu şad etdi. 
O biri gün «yaxa bağlama»dan sonra təzə yeznələr hacının 
evinə yığılıb, cehiz davası edirdilər. «Vicə» Qasımın tərəfindən 
anası gəlmişdi. 
 
                                                                                                  
1910   
 
 
 
 
 
 
71 
1905 – ci  İL 
 
Köhnə imarətin yuxarı  mərtəbəsinin pəncərəsindən uzun 
bığlı və zəhmli bir baş çıxıb, neçə dəfə «Alı, Alı» deyib çağırdı. 
Səsə artırmanın altında at axurlarının qabağında uzanan nökər 
Alı öz – özünə belə cavab verdi: 
- Boğazına biləyim, ay Məhəmməd Səfi ağa! Elə bilirsən 
qədimki zaman kimi, çağıranda səsinə baş üstə  gələcəyəm?! 
Xeyr, o zaman getdi! İndi bəyin sözünə bir qəpik verən 
yoxdur!.. 
Alı bu fikirləri başından keçirib, saman çuvallarının üstə o 
yan – bu yana çöyürdükdə  Məhəmməd Səfi ağa bir də başını 
pəncərədən çıxarıb çığırdı: 
- Alı, Alı! Axmaq oğlu axmaq, haradasan, səni çağırıram? 
Alı yenə bəyin səsinə etina etməyib, öz – özünə deyirdi: 
- Daha indi mən də ayılmışam,  boğazını  cırsan də gəlmə-
yəcəyəm… Bizi xam tovlamışdın, il uzunu işlədib, bir qəpik də 
vermirdin; kefinə  də yaramayanda baş – gözümü əzirdin… 
Daha indi bəy – zad dəbdən düşdü!.. 
Məhəmməd  Səfi ağa bir az səbir eləyib, xidmətçi qızı onun 
dalınca göndərdi. Alı  qıza da cavab verdi ki, mən bəy – məy 
tanımıram, özüm də elə bir bəyəm! Məhəmməd Səfi ağa bunu  
eşitcək yerindən dik atılıb,  əvvəl otaqda dəli kimi o yan – bu 
yana yüyürdü və sonra divardan tüfəngi götürüb, qapıdan 
ildırım kimi çıxdı. Güllü xanım  ərinin nökəri öldürmək 
xəyalında olduğunu gördükdə bərk qışqırıq saldı və səsə qonşu 
otaqlardan bəyzadələr çıxıb, Məhəmməd Səfi ağanın  əlindən 
tüfəngi aldılar: 
- Ay kişi, nə olub, Alı nə edib? Bircə de, biz özümüz onu 
öldürək! 
Məhəmməd Səfi ağa bəyzadələrə cavab vermədən boğunuq 
səslə «buraxın!» deyə dartındı. 
- A kişi, axır nə olub? 
- Heç zad! Alını öldürəcəyəm! – Bəy dartınmaqdan  əl 


 
72 
çəkmədi. 
Güllü xanım bəyzadələri işdən xəbərdar elədi. Cavan bəylər 
Alının «nəməkbəharam»lığını bilib, cəld pilləkəndən aşağı 
düşdülər. 
Bir dəqiqədə Alının belinə on yerdən təpik döşəndi, o qədər 
döydülər ki, ağzının – burnunun qanı bir – birinə qarışdı, baş və 
gözündə sağ yer  qalmadı. 
Alı gördü ki, bunu «xurd - xəşil» etməmiş  əl 
götürməyəcəklər, yalvarmağa başladı: 
- Ay bəy, atam sənə qurban! Qələt eləmişəm, başımı daşın 
yekəsinə döymüşəm, günahımdan keç. 
Məhəmməd Səfi ağa «Bundan ürəyim soyumayacaq, kəndir 
gətirin!» - deyib, qamçını əlinə aldı. 
Kəndir gətirdilər. Alını  ağa həyətə  çəkdirib, tut ağacına 
bağlatdı. 
Alı yenə: 
- Ay bəy, vallah, məni yoldan çıxartmışdılar, daha indi 
çıxmaram. 
Məhəmməd Səfi ağa Alının sözlərinə etina etməyib, qamçı 
ilə onu doyunca döydü və bir də oğlanlarına döydürdü, bir də 
dübarə özü döyüb, qayıdıb evə gəldi. 
Alı qanına bələşmiş o günü ağacdan asılı qaldı, gecə  də 
qaldı, sabah da orada idi. Axırda necə oldu onu bilmirik. Ancaq 
ondan sonra şəhərdən kəndə oxumuş cavanlar gəlib bəy və 
ağaların  əleyhinə sözlər danışıb, rəiyyəti «yoldan çıxardanda» 
rəiyyət cavanlara belə cavab verirdi: 
- Qardaş, qoyun yerimizdə rahat oturaq, siz allah, bizi də 
Alı yolu yollandırmayın! 
 
                                                                                           
1910   
 
 
 
73 
MƏLİK   MƏHƏMMƏD 
 
(Nağıl) 
 
Qış gecəsi idi, külək evlərin bacasına düşüb vıyıldayırdı. 
Böyük bir həyətin kənarında bir uçuqdaxmanın pəncərəsi 
şaqqıldadıqca, içəridə  uşaqlar nənələrinin qucağına sıçrayıb, 
qorxa – qorxa: «Ay nənə, deyəsən həyətdən şıqqıltı gəlir, vallah 
oğruya oxşayır». Nənə balalarının göz yaşlarını silib deyirdi: 
- Qorxmayın, balalarım, bizə oğru gəlməz – gəlsə də bizim 
nəyimizi aparacaq? Hamı bilir ki, dədəniz bir tikə çörək dalınca 
düşüb, il uzunu çöllərdə olur, heç külfəti də yadına düşmür… 
Qorxmayın, başınızı dizimin üstə qoyun, görün sizə necə nağıl-
lar deyəcəyəm. 
Uşaqlar nənələrinin nağıl söyləməyini o qədər sevirdilər ki, 
«nağıl» adı  gələndə  şıqqıltı qorxusu ürəklərindən bilmərrə 
çıxdı. Onlardan biri başını  nənəsinin dizi üstə qoyub uzandı; 
biri o biri tərəfdən çiyninə söykəndi və balacası da qabaqdan 
ocağın kənarına ayağını uzadıb, gözlərini nənəsinin üzünə 
dikdi. Ana uşaqların göz yaşlarını silə – silə başladı: 
Biri var imiş, biri yox imiş, allah var imiş, bəndəsi çox imiş, 
günlərin bir günündə bir padşah var imiş. Bu padşahın da 
bağında bir alma ağacı var imiş ki, bir gündə çiçəkləyib, 
çiçəyini töküb, o biri gün bar verərmiş. Bu almanı  hər kəs 
yesəymiş on beş yaşında oğlan  olarmış. 
Balalarım, sizə kimdən deyim – padşahdan. Bu padşah 
həmişə sübh vaxtı olanda durub gedərmiş bağa ki, almanı dərib 
yesin, görərmiş ki, alma qırılıb; kor - peşman geri qayıdarmış. 
Bir gün belə, beş gün belə, axırda padşah təngə  gəlib, böyük 
oğlunu yanına çağırır. Oğul atasının qulluğuna gələn kimi baş 
endirib deyir: 
- Ata, sənə fəda olum, mənə nə qulluq? 
Atası deyir: 
- Məgər allaha rəvadırmı, mən özüm padşah ola – ola, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə