Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə12/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   8   9   10   11   12   13   14   15   ...   103

 
50 
sabah Veylabadın hər bir guşəsində danışıldı. Bazarlarda cürbə-
cür şayiələr yayıldı. Dedilər ki, cinlər usta Ağabaladan cənnətin 
qəbzini tələb edəndən  əvvəl, hamamın yanında cüzamlı 
Abbasın vurub ağzını  əyiblər; dedilər ki, guya Əliəsgər ağa 
müridləri inandırmış ki, cənnətin qəbzi cinlərə lazım deyil – 
onlar hər yerə gedə bilərlər; - ancaq o hamam cin yığınağıdır; 
bir dəfə mən oradan keçəndə göydən hamamın üstə bir cüt ayaq 
sallandığını gördüm….  Dedilər ki, guya Əliəsgər ağa «Ayətəl - 
kürsü» oxuyub neçə dəfə püfləmişdisə də ayaqlar çəkilməmiş, 
sonra ağa başmaqlarını qoyub qaçmış… 
Gün – günü təqib etdi, lakin söhbət şiddətini qeyb etmədi. 
Məsələ  məscid hücrələrində yaşayan tüllab arasında da atəşli 
münaqişə  və mübahisəyə  səbəb oldu. Tələbələr iki firqə oldu-
lar: bir tərəf deyirdi ki, cənnət qapısı cin – şəyatinə açıqdır, 
oraya gedə bilərlər, o biri firqə  əksini söyləyir və bir mötəbər 
müctəhidin risaləsinə istinadən cinlərin son mövqei zəmhərir 
olacağını irəli sürürdü. 
Seyidlərin gözüaçıq qismi silki hüquqlarını müdafiə edərək, 
üsyan qopardılar və ikinci firqəyə nifrətlər yağdırdılar. Onlar 
haqlı olaraq deyirdilər: «Biz cin – şəyatin yoldaşı olmamışıq ki, 
onları bizim yanımıza buraxalar. Allah zəmhəriri bizdən ötrü 
xəlq etmiş; oraya cinlər gedə bilməzlər!»… 
Xülasə, uzun söhbətlərdən sonra da kimsə bu sirdən agah 
ola bilmədi. Tələbələr çox mübahisə etdilərsə  də, müəyyən 
nəticəyə gələ bilmədilər. Ancaq davaları düşüb «Ənvari - rəml» 
ilə vurub biri o birinin dişini saldı… 
Şayiələr yenə  ətrafa yayılmaqda idi. Ağsaqqallardan birisi 
əlini  Əliəsgər ağanın imarətinin divarına vurub deyirdi: «And 
olsun bu divardan çıxan nuri – paka! Dünən gecə o hamamın 
yanından keçirdim, bir də gördüm bacadan bir şey çıxdı. Uz-
andı, uzandı, bir də gördüm, dalımca gəlir. Qoydum, qaçdım. 
Gördüm qaçdıqca gülə – gülə dalımca gəlir. Qapıda yıxıldım, 
ürəyim getdi, sonra necə olduğunu bilmirəm». 
Məsələ yenə aydınlaşmadı; dedilər cinlər vurduğu adam-
 
51 
ların hamısında cənnət qəbzi var imiş. Söz gedib qazıya çatdı. 
Qazı  ağa buyurdu ki, doğrusu mən bu işə qarışmayacağam; 
çünki külfət sahibiyəm, cinlərin  əleyhinə bir şey desəm, gecə 
gəlib məni boğarlar, balalarım acından qırılar… 
Veylabad sakit ola bilmirdi. Camaat işdən  əl çəkib 
«cənnətin qəbzi» məsələsinin həllinə çalışırdı. Bir küy düşdü 
ki, məşhur seyid Mircəfər ağa rəml atıb hamını bu sirdən agah 
edəcək. Şəhər həyəcana gəldi. bazar – dükan bağlandı. Camaat 
məhəllərə toplanıb gecə sabaha qədər dəstə təpdi. Sabah xəbər 
çıxdı ki; seyid Mircəfər ağa rəml atıb, görüb ki, usta 
Ağabalanın hamama düşmüş  cənnət qəbzinin  ətrafına cinlər 
yığılıb məsləhət edirlər: Mircəfər ağa dua gücü ilə cinləri cızığa 
saılb ki, daha bir də oradan çıxa bilməsinlər. 
Veylabadda səadət günəşi doğdu. Şəhər böyük bir bəladan 
xilas olmuşdu. Mircəfər ağanın qapısı tez – tez açılıb xələtlər, 
qənd kəllələri, çay, quzu… gətirilirdi. O gündən etibarən 
hamamın qapısı mismarlandı, önünə zibil tökülməyə başlandı. 
Çox çəkmədi ki, hamam zibilə batdı və yerində böyük bir təpə 
əmələ gəldi. 
 
10 
 
Veylabad aram tapmışdı. Camaat öz işinə məşğul idi. Get – 
gedə «cənnətin qəbzi» məsələsi də unudulub gedirdi. Yalnız 
cinlərin qorxusu usta Ağabalanın ürəyində  hələ davam edirdi. 
Neçə aydan bəri xəstələnib evdə yatırdı. Dükanında nə var idisə 
satılıb sərf olunmuş, bir nəticə  əldə edilməmişdi. Ailəsi ağır 
maddi vəziyyət içərisində idi, ev şeylərini satmağa ba-
şlamışdı… Körpə uşaqlar aclığa davam gətirməyib ağlaşırdılar. 
Kömək gözləniləcək yer yox idi: kimsə qapını açıb hallarını 
soruşmazdı. Hərdənbir ustanın arvadı Əliəsgər ağagilə işləməyə 
gedər, axşam uşaqlara çörək qurusu və bayat bişmiş  gətirərdi. 
Bundan da yaraya məlhəm olmazdı. Ustanın azarı  hər gün 
şiddətlənir, aclıq və soyuq onu üzürdü. 


 
52 
*** 
Bir gün bir meyidə rast gəldim – üç–dörd adam aparırdı. 
- Ölən kimdir? – deyə sorduqda, öndə gedən tələbə qiraət 
ilə söylədi. 
- Usta Ağabala kəfşduz! 
Üç – dörd ay da keçdi. Qış idi. Bir axşam paltonuma bərk – 
bərk bürünüb bazardan keçdikdə, bir dükan qabağında zarıl-
dayan üç uşaq gördüm. Bunların yalın ayaqları dizlərinə qədər 
palçığa batmışdı; paltarlarının cırığından bədənləri görünürdü. 
Səkkiz – doqquz yaşında bir qız kənarda durub başını  aşağı 
dikmişdi. İki balaca oğlan əllərini açıb deyirdi: «Bizə bir çörək 
pulu ver, dünəndən heç bir şey yeməmişik, acından ölürük!» 
Sözlərini bitirməmiş  uşaqların üçü də  səs – səsə verib 
ağlaşdı… 
Bunlar usta Ağabalanın uşaqları idi. Bunları gördükdə 
«qəbz» məsələsi başımda təzələndi və yuxarıda yazılan hekayə 
gəlib gözlərimin önündən keçdi. 
                                                                                              
1909  
 
53 
MÜSƏLMAN   ARVADININ  SƏRGÜZƏŞTİ 
 
Dədəmin övladı olmadığına görə  nəzir eləyir ki, bir qızım 
olsun, seyidə verim. Odur ki, məni on bir yaşım tamam olanda 
Mir  Qasım adlı bir qırmızısaqqala ərə veriblər. Bir ildən sonra 
seyid yox oldu. Ora seyid, bura seyid? Məlum oldu ki, seyid 
kənddə evlənib, bir uşağı da var. 
Dədəm məni gətirdi evə. Üç il qalıb «kəbinim halal, canım 
azad» deyib, seyiddən ayrılışdıq. Bir azdan sonra kəbinim 
sövdəgər Hacı Kərimə kəsildi. 
Gəlin hamamından çıxanda cahıllar tökülüb məni  Şərəf 
oğlu Zamana götürüb qaçanda bizimkilər də bir tərəfdən çıxdı-
lar. Aralıqda bir neçə adam ölüb, bir neçəsi yaralandısa da, 
məni Şərəf oğlunun əlindən ala bilmədilər. Köhnə kəbin pozu-
lub təzə kəbin kəsildi. 
İki il yarım keçdi. Bir gün ərimin qanlı meyidini evə 
gətirdilər: məhərrəmlikdə deyib: «Mən dəstə başı çəkəcəyəm», 
bir ayrısı deyib: «xeyr, mən çəkəcəyəm», sözləri çəp gəlib, 
ərimi vurublar, ölüb. 
Ondan bir yetim ilə yeddi il evdə dul qaldım. Hana toxu-
maqdan barmaqlarım topal oldu, su daşımaqdan çiynim yara; 
dədəm də  mənə çörək verməkdən təngə  gəldi. Axırda məni 
götürüb dua yazan bir iranlıya verdi. 
Daha sevindiyimdən gecə – gündüz yatmırdım, deyirdim: 
«Allah, qurtardım hananın üzündən». Molla da, adam öləcək, 
pis adam deyildi. Əlinə düşəni  bozbaşa  verirdi, yeyirdik. Dö-
yəndə  də özgə kişilər kimi çox döyməzdi: qabırğalarıma, 
qarnıma beş – altı  təpik salandan sonra ürəyi soyuyurdu. 
Xülasə, elə güc ilə rahat olmuşdum, bir gün molla gəldi ki, 
gedirəm. «Ay balam, hara?»; bəs «qasid kağız gətiribdir ki, 
İrandakı arvadın qaçıb, oğlun – uşağın yaman gündədir». Haray 
– həşir, daha haray – həşir hara çatar: molla çıxdı getdi. Yenə 
qayıtdım atam evinə. Uşağım bir idi, oldu üç. Dədəm başladı 
gündə  məni məzəmmət eləməyə: «Getdin, bu küçükləri də 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə